Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-10/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 96147,32 manat əsas, 5048,08 manat faiz borcu olmaqla, cəmi 101195,4 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqının iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, ev 71, 48 saylı mənzilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X8 borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Qaşqay küçəsi, ev 71, 48 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X14, X12, X13, X4 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-143/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" KB ASC-nin cavabdehlər X14, X12, X9 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə X11 aid hissədə icraata xitam verilmişdir.
3. İddiaçı sonuncu dəfə iddia tələbini dəqiqləşdirməklə, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli 40 EK saylı əsas kredit müqaviləsinin və ona imzalanmış xx.xx.2015-ci il tarixli Sazişin çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli 23KDX/15-3 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 96147,32 manat, faiz borcu üzrə 5048,08 manat olmaqla, cəmi 101195,40 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Belə ki, iddiaçı X5 cavabdeh "xxxx" KB ASC-yə qarşı “daşınmaz əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiası təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 2(006-945/2021 saylı qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-4368/2022 saylı qərarı qəbul edilmişdir. Bundan əlavə hazırki iş üzrə cavabdeh X14 vəfat etdiyindən Binəqədi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadına əsasən ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Ədliyyə Nazirliyinin 27 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, X8 arvadı Cavabdeh onun miras əmlakı qəbul etmiş vərəsəsidir. Odur ki, Cavabdeh X8 vərəsəsi kimi cavabdeh olaraq icraata cəlb edilməsinə, X5 və X7 isə cavabdehlər sırasından çıxarılmasına zərurət yaranmışdır.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 40 EK saylı əsas kredit müqaviləsinin və ona imzalanmış xx.xx.2015-ci il tarixli Sazişin çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli 23 KDX/15-3 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2019-cu il tarixədək, illik 21 faiz ödəmək şərtilə 132971 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. X1 xx.xx.2019-cu il tarixə xx.xx.2017-ci il tarixli, 23 KDX/15-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 96147.32 manat, faiz borcu üzrə 5048.08 manat, cəmi 101195.4 manat təşkil edir. Proses iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə borclu X14 məhkəməyə müraciət edilənədək vəfat etdiyindən məhkəmə tərəfindən ona münasibətdə icraata xitam verilmişdir, bu səbəbdən onun vərəsəsi Cavabdeh kimi cəlb edilərək tələb ona yönəlmişdir. Digər cavabdehlərə isə ipoteka predmetinə münasibətdə tələb irəli sürüldüyündən və ipoteka predmetinə tutmanın yönəldilməsi və evdən çıxarılma hissəsində tələb azaldılmışdır. Kredit müqaviləsi üzrə borclunun vərəsəsi olan hazırki cavabdeh sonradan miras əmlakları özgəninkiləşdirməsinə baxmayaraq, onu tam qəbul etmişdir. Məhkəmə də haqlı olaraq qəbul edilən miras əmlakın həcminin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə aparmış və müəyyən olunmuşdur ki, tələb edilən kredit borcunun həcmi miras əmlakın dəyərindən azdır. Eyni zamanda mühasibatlıq ekspertizası keçirilmiş və demək olar ki, ekspert rəyi ilə onların tələbi eynidir. Mülki iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün əsas yoxdur. Tərəf ekspert rəyində əmlaklarının bazar qiymətlərinin yüksək hesablandığını iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən Quba rayonunda yerləşən əmlak isə sadəcə torpaq sahəsindən ibarət daşınmaz əmlakdır. Onun qiymətləndirilməsi isə müqaisəli tədqiqat aparılmaqla müəyyən edilmişdir. Əmlaklardan Quba rayonu, Qəçrəş kəndində 0.08 ha yaşayış məntəqələri torpaq sahəsinin bazar qiyməti-16000 manat, ünvan 1 ünvanında yerləşən bağ evinin bazar qiyməti-104000 manat hesablanmışdır. Göründüyü kimi əmlaklardan birinin dəyəri bankın tələb etdiyi borcdan çoxdur və onun ödənilməsi üçün kifayət edir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Cavabdeh borclunun adından keçən miras əmlakı tamamilə qəbul edib. Həmin əmlaklar Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.08 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən bağ evidir. Miras əmlak kimi qəbul edilən əmlakların biri alğı-satqı yolu, digəri isə bağışlama yolu ilə özgəninkiləşdirilmişdir. Tələb edilən borc məbləği ilə razı olmamışdır.
8. Bundan əlavə cavabdehin nümayəndəsi sonuncu dəfə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və əmlakların təkrar qiymətləndirilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, Qubada olan əmlaka ümumiyyətlə baxış keçirilməmiş, digər əmlak isə bazar dəyərindən yüksək qiymət qoyulmuşdur.
9. Cavabdehin nümayəndəsinin təkrar əmtəəşünasliq ekspertizası keçirilməsi barədə vəsatəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
10. "xxxx" KB ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 40 EK saylı əsas kredit müqaviləsinin və ona imzalanmış xx.xx.2015-ci il tarixli Sazişin çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli 23 KDX/15-3 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2019-cu il tarixədək, illik 21 faiz ödəmək şərtilə 132971 manat məbləğində kredit verilmişdir.
11. 23 KDX/15-3 saylı kredit müqaviləsinə 1 saylı əlavədə tərəflər razılığa gəlmişlər ki, borcalan xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 3500 manat ödəyərək, xx.xx.2019-cu il tarixədək əsas borcdan əlavə 49383 manat faiz ödəməli idi.
12. Bankın xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, borcalanın kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borcu 96147.32 manat, faiz borcu isə 5048.08 manatdır.
13. X2 xx.xx.2019-cu ildə vəfat etmiş və onun arvadı Cavabdeh qanun üzrə vərəsəsi olaraq tanınmışdır. X8 adına xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Qəçrəş kəndində 0.08 ha yaşayış məntəqələri torpaq sahəsi qeydə alınmış və həmin torpaq sahəsinə dövlət reyestrindən Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2v-437 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
14. Bundan başqa X8 adına ünvan 1 nömrəli bağ evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və həmin bağ evi xx.xx.2019-cu il tarixli, 2v-436 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
15. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli, 9/5874 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 23 KDX/15-3 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranan əsas borc 95861.73 manat, faiz borcu isə 5032.74 manatdır.Ekspertiza tədqiqatının dəyəri isə 145 manatdır.
16. Bundan əlavə qəbul edilən miras əmlakların dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 0106 saylı hesabatına əsasən müəyyən edilmişdir ki, Quba rayonu, Qəçrəş kəndində 0.08 ha yaşayış məntəqələri torpaq sahəsinin bazar qiyməti 16000 manat, ünvan 1 ünvanında yerləşən bağ evinin bazar qiyməti 104000 manat təşkil edir. Eyni zamanda tədqiqatın təsviri hissəsindən aydın olur ki, Abşeron rayonunda yerləşən bağ evinə baxış keçirilsə də, Quba rayonunda yerləşən torpaq sahəsinə cavabdeh tərəfin həmin torpaq sahəsinin yerini bilmədiyinə əsaslanaraq göstərmədiyinə görə baxış keçirilməsi mümkün olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
28. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
29. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
30. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
33. Sadalanan normaların məzmunundan da göründüyü kimi öhdəliyin yaranma əsaslarından biri müqavilədir və müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini icra etməyə borcludurlar. Bundan əlavə borclunun mirası qəbul etmiş vərəsəsi onun aktivi ilə bərabər passivini də miras əmlak həcmində qəbul etmiş sayılır.
34. İşin müəyyən edilmiş hallarından göründüyü kimi bankla cavabdehin miras əmlakını qəbul etdiyi miras qoyanla(mərhum əri) kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və müqavilə üzrə qalıq borc yaranmışdır. Bu səbəbdən də kreditor öhdəliyin icrasını tələb etməkdə haqlıdır.
35. Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, 23 KDX/15-3 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranan əsas borc 95861.73 manat, faiz borcu isə 5032.74 manatdır. Ekspertin müəyyən etdiyi məbləğ həm əsas borca, həm də faiz boruna görə nisbətən azdır. Bu səbəbdən məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və iddia tələbini həmin məbləğdə əsaslı hesab edir.Yəni məhkəmə o qənaətə gəlir ki, "xxxx" KB ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 40 EK saylı əsas kredit müqaviləsinin və ona imzalanmış xx.xx.2015-ci il tarixli Sazişin çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli 23 KDX/15-3 saylı əlavə kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 95861.73 manat, faiz borcunun məbləği isə 5032.74 manat müəyyən edilməlidir.
36. Məhkəmə eyni zamanda həmin borcun borcalanın miras əmlakını qəbul etmiş vərəsəsi, hazırki iş üzrə cavabdehdən tutulması tələbini də əsaslı hesab edir. Belə ki, cavabdehin kredit müqaviləsi üzrə borcludan qəbul etdiyi mirasın dəyəri, yəni miras aktivi 120000 manat, miras passivi isə 100894.47 manat təşkil edir. Odur ki, cavabdeh miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından yaranmış kredit borcu ondan tam həcmdə tutularaq kreditora ödənilməlidir.
37. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın vərəsə tərəfindən sonradan hər hansı formada özgəninkiləşdirilməsi vərəsənin kreditor qarşısında məsuliyyətini istisna etmir. Çünki miras aktivini və dolayısı ilə miras passivini də qəbul etmiş vərəsənin sonradan öz seçimi ilə miras əmlakları özgəninkiləşdirməsi kreditorun hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
42. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, "xxxx" KB ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 40 EK saylı əsas kredit müqaviləsinin və ona imzalanmış xx.xx.2015-ci il tarixli Sazişin çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli 23 KDX/15-3 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 95861.73 manat, faiz borcuna görə 5032.74 manat olmaqla, ümumilikdə 100894.47 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X23 Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh tutularaq "xxxx" X23 Səhmdar Cəmiyyətinə ödənilməlidir.
45. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaiti də Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
46. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. "xxxx" KB ASC ilə X14 arasında xx.xx.2012-ci il tarixli, 40 EK saylı əsas kredit müqaviləsinin və ona imzalanmış xx.xx.2015-ci il tarixli Sazişin çərçivəsində bağlanmış xx.xx.2017-ci il tarixli, 23 KDX/15-3 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 95861.73 manat, faiz borcuna görə 5032.74 manat olmaqla, ümumilikdə 100894.47(yüz min səkkiz yüz doxsan dörd manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" X23 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspert xərci qismində 145(yüz qırx beş) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.(Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev