Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1000/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron mobil nəzarət qurğusunun 2277,40 manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına keçirilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-460/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 16 fevral 2022-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək, 01 ədəd elektron mobil qurğu (Attenti markalı), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd elektron qolbaq iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydalarında yol vediyi pozuntular ilə əlaqədar ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi məqsədi ilə İddiaçı tərəfindən verilmiş təqdimat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-605/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilərək məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 06 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Məhkəmə iclas zalında Cavabdeh qolbağı üzərindən açaraq itirdiyini bildirmiş və bu barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin valideynlərinin yaşadığı ünvana baş çəkilmiş, lakin elektron qolbağın orada olmadığı müəyyən edilmiş və bu barədə cavabdehin atasının iştirakı ilə protokol tərtib edilmişdir. Cavabdehin Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi qərara alınmışdır. Cavabdehin günahı ucbatından “Attenti” markalı elektron qolbağ itirilmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya dair mövqeyini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 460/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Məhkəmənin hökmünün icrası barədə 22 dekabr 2021-ci il tarixli Göstərişin surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum edilmiş Cavabdeh barəsində olan 22 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-460/2021 saylı hökmü icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İş materiallarında olan İddiaçı icra məmuru Nicat Bayramov tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 21-1/3-1689-20 №-li məlumatın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-460/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh barədə hökm və onun icrası barədə göstəriş icra məmuru tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə Protokolun surətindən görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasını hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçınə verilmiş iltizamdan görünür ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-460/2021 saylı hökmü ilə ona təhkim olunmuş -01 dəst “Attenti” markalı elektron nəzarət vasitələrini qəbul etmişdir. Attenti” markalı elektron nəzarət vasitələrini zədələdikdə, itirildiyi və ya digər üsulla yarasız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə icra məmuru tərəfindən izah edilmişdir. İş materiallarında olan İddiaçı icra məmuru X2 tərəfindən 17 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə Proktoldan görünür ki, məhkum Cavabdeh yol vermiş olduğu pozuntulara görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-605/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 06 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir, məhkəmə iclas zalında Cavabdeh qolbağı ayağından açaraq itirdiyini bildirmişdir. İş materiallarında olan İddiaçı icra məmuru X2 tərəfindən 20 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə Proktoldan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehin valideynlərinin yaşadığı ünvana baş çəkilmiş, lakin elektron qolbağın orada olmadığı müəyyən edilmiş və bu barədə cavabdehin atasının iştirakı ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ED-M-№ 96-21 saylı cavab məktubundan görünür ki, "Attenti" markalı elektron nəzarət vasitəsinin cəmi dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-460/2021 saylı hökmünün icrası ilə əlaqədar məhkum Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsi sonuncu tərəfindən itirildiyindən, elektron nəzarət vasitəsinin itirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh üzərinə qoyulmalı və onun dəyəri olan 2277,40 manat məbləğində maddi ziyan tutulmaqla, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 manat tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2.14-cü maddəsinə görə, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülsün. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1000/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1000/2023
07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver