Məhkəmə qərarları › İş №2(001)-1003/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1003/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1003/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı “dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı(maraqlı şəxs qismində X19 cəlb edilməklə) “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı “mənzildən çıxarılma, dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qızı Səna ilə birlikdə onun evindən çıxarılması, ona dəymiş maddi ziyana görə 5000 manat, həmçinin yaşadığı gərginliyə görə ona dəyən mənəvi zərərə görə 5000 manat təzminatı cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əmlakına vurulmuş ziyana görə 5000 manat maddi ziyanın vəə mənəvi ziyana görə isə 4000 manat olmaqla, cəmi 9000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazisində yerləşən 1-ci mədən, korpus 4, ev 84 A ünvanında yaşayan X5 atasından qalan mülkin vərəsəlik payı ilə özünə aldığı evi razılaşaraq Bakı şəhər 43 saylı notariat kontorunnda müqavilə ilə xx xxxx 2019-cu ildə hal-hazırda yaşadığı evi sənədləşdirərək almışdır. Qeyd olunan müqaviləyə əsasən o aldığı evə qeydiyyata salınmış və kommunal xərclərin ödənilməsi məqsədi ilə qaz, su, işıq xidmət idarələri ilə müqavilə bağlayaraq kommunal xərcləri ödəyir. Şəxsi mülkü hesab etdiyi evinin lahiyəsini hazırlayaraq özəlləşdirilməsi üçün əmlak məsələləri dövlət xidməti agentliyinə müraciət etmişdir. Evini sataraq ona çatacaq pulunu alan vətəndaş X17 (Cavabdeh oğlu) satdığı evi ona təhvil verərək başqa ünvana kömüşmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixli, 2(001)-4614/2020 saylı iş üzrə iddia ərizəsi ilə müraciət edərək oğlu X17 ilə onun arasında bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin X17 məhkəmədə öz çıxışında atasının mülkündən ona çatan payın müqabilində aldığı evi satdığını bildirmişdir. Sonda Cavabdeh iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.Onun ailə üzvləri ilə evdə olmamasından istifadə edərək cavabdeh qızı ilə birlikdə qonşuluqdan qaynaqçı ilə danışaraq yaxınlıqda yaşayan Gülnarə adlı xanımın evinin elektrik cərəyanlarından istifadə edərək təmir darvazası olan həyətin qapısını kəsərək evinə daxil olmuşdur. Hal-hazırda evində yaşamaqla onun rahatlığını pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qızına qarşı “podrat müqaviləsinin ləğvinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi və podrat müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı tam təmirli fərdi yaşayış evini əvvəlki sahibi X7 faktiki alğı-satqı yolu ilə əvəzi ödənilməklə 28500 manata almışdır. 43 saylı Notariat kontorunda Namiq Novruzov ərizə ilə müraciət edərək evini ona satdığını təsdiq etmişdir. Onun adına xx xxxx 2018-ci il tarixdə “SSS-Tikililərin Eskiz Layihəsi MMC” tərəfindən ünvan 3 ünvanında yerləşən bir mərtəbəli 3 otaqlı tam təmirli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair qiymətləndirmənin nəticələri haqqında rəy tərtib edilmişdir. Alğı-satqıdan sonra həmin evdə yaşamışdır. Müəyyən vaxtdan sonra o işi ilə bağlı xaricə getmişdir. O xaricdə olanda qızı X8 ona zəng edərək aldığı mənzildə başqa şəxslərin yaşadığını bildirmişdir. Pandemiya ilə əlaqədar ölkəyə qayıda bilməmişdir. Bu yaxınlarda qayıtmışdır. Pərviz onun xaricdə olmasından istifadə edərək “xxxx” MMC-nin direktoru X4 müraciət edərək, bildirmişdir ki, fərdi yaşayış evində yaşamış və qiymətləndirilməsini xahiş etmişdir. “xxxx” MMC tərəfindən qiymətləndirmə cədvəli hazırlanmışdır. Daha sonra Pərviz həmin mənzili hazırki cavabdehə dəyərindən aşağı qiymətə satmış, qiymətləndirmə cədvəlini onun adına keçirmişdir. Sonradan “xxxx” MMCnin direktoru X6 məlum olmuşdur ki, Xanzadə Pərviz ona yalan danışaraq aldatmışdır. X6 aldadıldığı məlum olandan sonra “xxxx” MMC tərəfindən qiymətləndirmə cədvəlinin etibarsız hesab edilməsi barədə akt qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixli aktla qiymətləndirmə cədvəli qüvvədən düşmüş hesab edilmişdir. Sonradan ona məlum olmuşdur ki, tərəflər arasında fomal olaraq podrat müqaviləsi bağlanmışdır. İlki iş üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X25 rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 4 saylı ünvanda yerləşən ev hazır vəziyyətdə içində əşyalarla birlikdə xx xxxx 2019-cu il tarixli Podrat müqaviləsi bağlanmaqla satılmışdır. Podrat müqaviləsinin predmetində X19 öz materiallarından istifadə etməklə ünvan 4 ünvanda yerləşən tikinti sahəsi 75 kv.m təşkil edən 3.00 metr tavan 5.40 metr hündürlüyü 2 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fədi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş ümumi məbləğ olan 26000 manatın 20000 manatın bağlandığı gün ,6000 manatını isə 12 ay müddətində 5000 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, ona məxsus olan ev hazır vəziyyətdə içi əşyalı evdir. Ona məxsus fərdi yaşayış evinə dair podrat müqaviləsinin bağlanması qanunsuzdur. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı izahatında bildirmişdir ki, evinin və darvazasının qapısının laqonda ilə kəsmişlər. Darvazanı heç təmir edə bilməmişdir. Ev kitabını 2020-ci ilin oktyabr ayında almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 26000 manat ödənişi olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi vəkil, iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan mənzilə qanunsuz daxil olmuşdur. Cavabdehin öz oğlu ilə arasında pul mübahisəsi vardır. O da mübahisəsini bu məsələ ilə əlaqələndirir. Tikinti podrat müqaviləsi əsasında həyata keçirilmişdir. Tərəflər arasında formal olaraq alğı-satqı müqaviləsi olmuşdur. İddiaçı mənzili cavabdehin oğlu Pərvizdən almışdır. Həmin evə dair sənəd kimi ev kitabı verilmişdir. Şəlalə xanım 2 ilə yaxın müddətdir ki, həmin mənzildə yaşayır. Cavabdeh isə onun evinə qapısını sındıraraq zorla daxil olmuşdur.Bu səbəbdən Cavabdeh İXM-nin 157ci maddəsi ilə məsuliyyətə cəlb edlmişdir. Həmin mənzil alınan zaman orada heç bir mebel, əşya olmamışdır. Ev satılanda isə mətbəx mebeli evlə birlikdə satılmışdır. Evin dəmir darvazası 2 dəfə sındırılmışdır. Evin seyf qapısı isə laqonda ilə kəsilmişdir. Qapı təmirə göndərilmiş və 500 manat vəsait xərclənmişdir. Ümumilikdə isə təmirlə bağlı 2000- 2800 manat civarında xərc çəkilmişdir. Əslində xərc 2800 manatdır. Lakin iddia ərizəsində 5000 manat qeyd edərək tələb etmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2021-ci il tarixində ikin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil1 Bayram qızı ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq Cavabdeh cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinin ləğvinə” dair qarşılıqlı iddia ərizəsi üzrə sənədlərin ona geri qaytarılmasını və iddia tələbinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi, Vəkil2 məhkəməyə ərizə təqdim edərək Cavabdeh cavabdeh İddiaçı qızına qarşı “podrat müqaviləsinin ləğvinə” dair qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin və 259-cu maddəsinin tələblərini və ilkin iddia üzrə iddiaçının nümayəndəsi vəkilinin ərizəsini nəzərə alaraq qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs X19 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil1 Bayram qızı izahatında bildirmişdir ki, inzibati məhkəmədə qeydiyyatın ləğvi üzrə iddia qaldırmışlar. İddiaçı Namiq adlı şəxsdən evi 28500 manata almışdır. Namiq evi tikib satan adamdır. Daha sonra Cavabdeh xarici ölkəyə gedir. O getdikdən sonra həmin evdə oğlu yaşayır. Podrat müqaviləsinin etibarsızılığını tələb edirik. Çünki həmin ünvanda ev ola-ola belə bir uydurma əqdin bağlanması düzgün deyil. Pul tələbi əsassızdır. Qapının laqonda ilə ilə kəsilməsi halları olmamışdır. Həmin vaxt xanım pandemiya ilə əlaqədar xaricdə olmuşdur. Mübahisəli ev 14000 manata satılmışdır. Namiq özü bu halları təsdiq edə bilər. Zeynəb xanım orada yaşamışdır. Pərviz evin satılmasından əldə etdiyi puldan Zeynəb xanıma verməmişdir. Ev təmirli alınmışdır. Pərviz bilirdi ki, həmin evə Zeynəb xanımındır. Evin içərisindəki əşyaları Zeynəb xanım almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadəsində bildirmişdir ki, Pərviz arvadı ilə birlikdə ofisə müraciət etmişdir. 100 № -li avtobusun sonuncu dayanacağı deyilən yerdə ev satdığını bildirmişdir. Qiymətini əvvəlcə 30000 manat olaraq qeyd etmişdi. Sonuncu dəfə isə 26000 manata sata biləcəyini demişdir. Evi öncədən görməmişdir. Sifariş veriləndən sonra evi görmüşdür. Ev təmirli ev olmuşdur. İçində mətbəx mebeli, mətbəx stol-stulu və soyuducunu görmüşdür. Zeynəb adlı heç kimi görməmişdir. Evin tikilişindən xəbəri olmamışdır. Hazır vəziyyətdə ev olanda onlara satışı üçün məlumat verilir. O tərəflər arasında notariusda müqavilə bağlanan zaman orada iştirak etmişdir. Zeynəb adlı xanımı 1 dəfə görmüşdür. Daha çox onun oğlu Pərvizlə əlaqə saxlamışlar. Pul tam ödənildikdən sonra həmin qadın gəldi. Onlar qapısını sındırıb, kilidini dəyişib qaçıblar. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, Şəlalə xanım elanla bağlı ofisə gəlmişdir. Ona bir neçə ev göstərsələr də, bəyənməmişdir. Şəlalə xanım təxminən 2019-cu ilin may ayında müraciət etmiş, ev axtardığını, birdəfəlik 20000 manat ödəyə biləcəyini, qalanını isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonra Ülfət ona zəng vurub əlində ev olduğunu, demişdir. Ülfətdən xahiş etmişdir ki, həmin ev problemli olmasın. Pərvizi həmin vaxta kimi tanımamışdır. Evə baxmağa gedəndən Ülfətdən satan şəxsi çağırmasını istəmişdir. Pərvizi gördükdə problemli olmasından şübhələnmişdir. Evin sənədini soruşduqda rəsmi sənədinin olmadığını qiymətləndirilməsi ilə bağlı rəyin olduğunu demişdir. Alğı-satqının notarial qaydada baş tutacağını, xanımın ilkin ödəniş kimi 20000 manat ödəyəcəyini, 6000 manat borclu qalacağını, borcunu isə hissə-hissə ayda 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. Sonuncu ödəniş edildikdən sonra Zeynəb adlı şəxs gəlmişdir. Ev hazır ev olmuşdur. Birlikdə evə baxmışlar. Evdə 1-2 əşya var idi. Yataq, mətbəx mebelinin aşağı hissəsi olsa da, yuxarı hissəsi yox idi. Şifoner olsa da, paltarlar kravatın üstünə tökülmüşdü. Pərvizin yoldaşı Tükəzbanda həmin evdə idi. Alğısatqı olduqda, pul ödənildikdən sonra Şəlalə xanım evə köçmüşdür. Sonra xanım ona məlumat vermişdir ki, evin qapısını sındırıb içəri daxil olublar. 102 xidməti ilə əlaqə saxlamışdır. Sonra Pərvizi onun əşyalarının daşıyan avtomobil vasitəsi ilə Ramana qəsəbəsində tapmışlar. Pərviz bölmədə izahat yazmış, evin özünün olduğunun, anasının adına olan qiymətləndirmənin ləğv etdirdiyini, öz adına qiymətləndirmə ilə bağlı rəy aldığını, evini hansı qiymətə satdığını qeyd etmişdir.Həmin ərazinidə evi tikən Namiq adlı şəxsidə tanıyır. Pərviz isə ona demişdir ki, ev öz evidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qızının Cavabdeh qarşı “mənzildən çıxarılma, dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh cavabdeh İddiaçı qızına qarşı “podrat müqaviləsinin ləğvinə” dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4614/2020 saylı qərardaddan görünür ki, iddiaçı Cavabdehlər X13 Bəşirova (Muradova) Şəlalə Sabir qızına qarşı (“xxxx” MMC və X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin geri qaytarmaqla baxılmamış saxlanması qərara alınmışdır. Qərardadda qeyd edilir ki, məhkəmə iclasında iştirak edən X19 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun anasıdr və onun tərəfindən mübahisələndirilən fərdi yaşayış evi iddiaçının deyil, ona məxsus olmamışdır. O, da cavabdeh Bəşirova (Muradova) Şəlalə Sabir qızı ilə aralarında əldə edilmiş razılığa əsasən həmin evi 26000 manata İddiaçı təhvil vermiş, özü isə ailəsi ilə birlikdə həmin evi tərk etmişdir. İddiaçı həmin evdə heç vaxt yaşamamış, həmin evdə o, ailəsi ilə birlikdə yaşamış, ev onun istifadə və sahibliyində olmuşdur . X19 ilə X21 arasında bağlanan xx.xx.2019-cu il tarixli podrat müaviləsindən görünür ki, birinci tərəf Xanzadə Pərviz Salman oğlu öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən-1, korpus 4 ünvanında yerləşən tikinti sahəsi 75,kv.m təşkil edən, 3.00 metr tavan hündürlüyü, 5.40 metr ündürlüyü 2 daş kürsüdə olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd daxil olmaqla 26000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə balandığı gün nağd şəkildə ödəyir 6000 manatını isə 12 ay müddətinə hər ay 500 manat ödəməyi öhdəsinə götürür. X19 müqavilə üstünə xx xxxx 2020-ci il tarixində qeyd edərək, hər ay üçün 500 manat müəyyən olunan ödənişin sonuncusunu qəbul etdiyini, Muradova Şəlalənin ona borcu olmadığını bildirmişdir. “xxxx” ASC ilə X21 arasında bağlanan xx.xx.2019-cu il tarixli enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısı birtipli elektrik enerjisinin alğı-satqısına dair müqavilədən görünür ki, tərəflər arasında bağlanan müqavilə ilə “xxxx” ASC tərəfindən X9 həyətində hesablaşma sayğacınının quraşdırılması, elektrik enerjisinə görə hesablaşmaların məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,07 manat tarif üzrə aparılması nəzərdə tutulmuşdur. “xxxx” ASC ilə X21 arasında bağlanan xx.xx.2019-cu il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müəssisə istehlakçnı təlabatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyatat keçirir. İstehlakçı isə müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını 1 ay müddətində bank, poçt, internet və ya pos terminallar vasitəsi ilə ödəyir. “Azəriqaz” İB ilə X21 arasında bağlanan xx.xx.2019-cu il tarixli, AKX-01004xx/xx- 2019 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. “xxxx” MMC-nin direktoru M.Q.Quliyev tərəfindən verilən daşınmaz əmlakın qiymətləndirmə rəyindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi,1-ci mədən, korpus-4 ünvanında yerləşə X14 məxsus olan sahəsi 75 kv.m ,tikilmə tarixi 2015-ci il olan əmlakın dəyəri 30000 manatdır Ev kitabının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 4 küçəsi, 84 A saylı mənzildə İddiaçı xx.xx.2020-ci il tarixindən qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı notariat ofisinin notariusu E.B.Qurbanov tərəfindən ünvan 7 ünvanlanan xx.xx.2018-ci il tarixdə X10 7-E- 15220 saylı reyestrlə tərəfindən rəsmiləşdirilən ərizəsinin “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən olan çıxarışından görünür ki, X20 Bakı şəhəri, Binəqədi rayonu, Mədən-1, korpus 4 ünvanında yerləşən bir mərtəbəli üç otaqlı tam təmirli 28500 manat dəyərində olan fərdi yaşayış evinin Cavabdeh adına keçməsinə etiraz etməmişdir. “xxxx” MMC-nin direktoru M.Q.Quliyev tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli aktdan görünür ki, X11 müraciəti ilə onun yaşadığı evin qiymətləndirilmə layihəsini hazırlanmasını xahiş etmişdir. O da, qonşuların şifahi iştirakı ilə, qaz sayğacının onun adına olmasının nəzərə alaraq ona qiymətləndirmə cədvəli hazılamışdır. X18 müraciət edərək evini X3, qiymətləndirməni onun adına keçirməsini xahiş etmişdir. Tərəfindən yenidən qiymətləndirmə cədvəli hazırlanmışdır. Sonradan ona məlum olmuşdur ki, Xanzadə Pərviz onu aldadaraq bu işləri həyata keçirmişdir. “xxxx” MMC tərəfindən hazırlanmış qiymətləndirmə cədvəlinin etibarsız hesab edilməsi üçün akt tərtib etmiş xx.xx.2019-cu il tarixindən həmin qiymətləndirmə cədvəlinin qüvvədən düşmüş hesab edilməsi qeyd edilmişdir. “xxxx” MMC tərəfindən verilən 2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh sifarişi ilə ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin tikilidiyi tarix 2018-ci il olmaqla xx.xx.2018-ci il tarixinə bazar qiyməti 28500 manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. 14 avqust 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Tədqiq edilmiş sübutlar əsasında işin mübahisələndirilməyən halı aşağıdakı kimi müəyyən edilmişdir: 1) Mübahisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlıdır, 2) Mübahisəli ev faktiki olaraq özbaşına tikilidir, 3) Mübahisəli evdə faktiki olaraq ilkin iddia üzrə iddiaçı yaşayır, 4) Mübahisəli evə görə ilkin iddia üzrə iddiaçı tərəfindən X19 ilə xx.xx.20219-cu il tarixdə bağlanmış Podrat müqaviləsinə görə 26000 manat pul vəsaiti hissə-hissə ödənilmişdir, 4) Mübahisəli evlə bağlı ilkin iddia üzrə iddiaçının qaz, su, işıqla bağlı abonent müqaviləsi vardır, 5) Mübahisəli evə dair həm ilkin iddia üzrə iddiaçının adına, həm qarşılıqlı iddia üzrə iddiaçının adına hüquq müəyyənedici sənəd olmayan Qiymətləndirmənin Nəticələrinə day rəy vardır,6) X20 adlı şəxsin mübahisəli evin Cavabdeh adına keçməsinə dair ərizəsi olmuş və həmin ərizədəki imzanın həqiqiliyinin təsdiq edilməsi barədə xx.xx.2018-ci il tarixdə notariat hərəkəti aparılmışdır İlkin iddia üzrə cavabdehin artıq evdən çıxması və nəticədə tələbin həmin hissədə azaldılmasına görə məhkəmə iddia tələbini vurulmuş maddi və mənəvi zərər hissədində yoxlayır. Qarşılıqlı iddia üzrə məhkəmə podrat müqaviləsinin etibarsızlığını yoxlayır. İlkin iddia üzrə iddiaçı mübahisəli evi pul ödəməklə üçüncü şəxsdən aldığını bildirir. Cavabdehin onun evinə qanunsuz daxil olarkən maddi ziyan vurulduğunu və həmin ziyanın dəmir qapının və dəmir darvazının kəsilməsi və yararsız hala salınması nəticəsində əmələ gəldiyi ilə əsaslandırır. Darvazanın hələ də yararsız olduğu və onun qiymətinin təqribən 2000 manat olduğunu, qapının isə artıq təmir edildiyi və təmirə 500 manat vəsait xərcləndiyini iddia edir. İddiaçı bununla bağlı qəbz, şəkil və.s barədə hər hansı sübut təqdim etməmişdir. Hadisələrin gedişi nəticəsində ona mənəvi zərər dəydiyini və bunun müqabilində 4000 manat kompensasiya tələb edir. İlkin iddia ilə bağlı məhkəmə aşağıdakı hüquqi dəyərləndirməni aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” xx xxxx 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Məhkəmə ilkin iddia tələbinin 5000 manat maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə əsaslı olmadığıdan təmin edilməməlidir. İddiaçıya cavabdeh tərəfindən ümumiyyətlə hansı məbləğdə maddi zərər vurulması mülki iş materialları ilə müəyyən edilmir, iddiaçı tərəfin özü belə ziyan məbləğini məhkəməyə düzgün təqdim etməmişdir Belə ki, iddiaçının nümayəndəsi, vəkil məhkəmə iclasında vurulmuş ziyanın 2000-2800 manat olduğunu, iddia ərizəsində isə 5000 manat qeyd etdiklərini bildirmişdir. Lakin iddianın əsaslandırıldığı hallara dair hər hansı sübu təqdim edilməmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 4000 manat mənəvi zərər vurulması barədə tələbinə münasibətdə məsələyə hüquqi qiymət verilməsi üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2020-ci il tarixli Qərarina əsasən mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ciddi stress və qorxu yaşadığını iddia etsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə Cavabdeh cavabdeh İddiaçı qızına qarşı podrat müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli evin ona məxsus olduğunu və onun tərəfindən xx xxxx 2018-ci ildə 28500 manat ödənilməklə X7 alqı-satqı yolu ilə alındığını bildirir. Onun ölkədə olmamasından istifadə edərək oğlu, yəni iş üzrə cəlb edilmiş üçüncü şəxs X11 evi satdığını və satılan puldan ona hər hansı vəsait vermədiyini bildirir, hətta evin real qiymətdən aşağı qiymətə satıldığını və pulun heç tamamının X13 ödənilmədiyini iddia edir. Bağlanmış müqavilənin puç əqd olmaqla formal olaraq bağlandığını və buna görə etibarsız hesab edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Əvvəla məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisə predmetini təşkil edən evə dair subyektiv hüququ mövcud deyildir. Qeyd edildiyi kimi mübahisəli ev özbaşına tikilidir. Tikilmiş tikiliyə dair iddiaçının hüquqlarının dövlət reyestrində qeydə alınması məhkəmədə müəyyən edilməmişdir. Odur ki, bu prizmadan yanaşıldıqda qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi müqavilənin onun hansı hüquq və maraqlarını pozduğu aydın deyildir. Lakin məhkəmə işin ədalətli həlli üçün bağlanmış müqavilənin təfsir edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsində qeyd edilmişdir ki, Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Müqavilənin predmetindən görünür ki, birinci tərəf, yəni X19 öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən-1, korpus 4 ünvanda yerləşən tikinti sahəsi 75 kv.m təşkil edən 3.00 metr tavan hündürlüyü, 5.40 metr hündürlüyü 2 daş kürsüdə olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. İşin halından, tərəflərin qarşılıqlı münasibətlərindən, müqaviləyə qədərki danışıqlarından müəyyən edilir ki, tərəflərin müqavilə bağlamaqda həqiqi niyyətləri birincinin sahibliyində olan evi ikincinin sahibliyinə vermək və bunun müqabilində pul əldə etməkdir. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticə yaranmışdır. Bu baxımdan müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbi həm subyektiv hüququn olmamasına, həm də sübut edilməməsinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı qızının Cavabdeh qarşı “dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları hər iki iddia üzrə iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının Cavabdeh qarşı “dəymiş ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “podrat müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin İş üzrə ödənilmiş dövlət rüsumları hər iki iddia üzrə iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar