Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-253/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1 və digərlərinin cavabdehlər cavabdeh2 və digərinə qarşı “evdən çıxarma və pulun tutulması” barədə ilkin, cavabdehlər cavabdeh2 və digərinin iddiaçılar iddiaçı1 və digərlərinə qarşı “pulun tutulması” barədə qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: evdən çıxarılma, pul tələbi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçılar iddiaçı1 və X3, Cavabdehlər cavabdeh2, cavabdeh1 və onun nümayəndəsi (vəkili) vəkil2 iştirakları ilə, İddiaçılar iddiaçı1 və digərlərinin cavabdehlər cavabdeh2 və digərinə qarşı “evdən çıxarma və pulun tutulması” barədə ilkin, cavabdehlər cavabdeh2 və digərinin iddiaçılar iddiaçı1 və digərlərinə qarşı “pulun tutulması” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçılar və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli, 201013006169-***** reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçı1 1/3, iddiaçı3 1/3 və iddiaçı2 1/3 paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır;
2. “xxxx” ASC ilə iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, Bank borcalana 9 ay müddətinə illik 18.1 faiz dərəcəsiylə 1500 manat məbləğində kredit xətti açmış, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür;
3. “xxxx” ASC ilə borcalanlar X2 və iddiaçı1 arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalanlara 252 ay müddətinə illik 8 faiz dərəcəsiylə 50000 manat kredit vermiş, borcalanlar krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür;
4. “xxxx” ASC ilə iddiaçı1 arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, Bank borcalana 11 ay müddətinə illik 16.1 faiz dərəcəsiylə 5500 manat məbləğində kredit xətti açmış, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür; “AİD Language Center” MMC tərəfindən verilmiş arasında bağlanmış ##.##.2023cü il tarixli
5. mədaxil qəbzinə əsasən, iddiaçı3 qəbul və sənədləşmə üçün 3060 manat ödəmişdir;
6. “xxxx“MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən iddiaçı1 məxsus fərdi yaşayış evinin hazırkı aylıq kirayə haqqı 1000 manat təşkil edir;
7. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanında yerləşən fərdi yaşayış evinin təmir-bərpasına (talvar sahədə tavan taxta üzlük işləri üzrə 2301 manat, talvar sahədə pilləkən işləri üzrə 854 manat, tavan 50%, divarlar 100% olaraq mansard sahədə taxta üzlük işləri üzrə 5328 manat, digər işlər üzrə 740.5 manat olmaqla) çəkilmiş xərcin məbləği 9223.5 manat, həmin aylıq kirayə haqqı 2023-2024-cü illər üzrə 200 manat, 2025-ci il üzrə 250 manat təşkil edir;
8. “Bank BTB” tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən, cavabdeh2 tərəfindən X2 adına ipoteka ödənişi üzrə ##.##.2022-ci ildə 1500 manat, ##.##.2022-ci ildə 1000 manat, ##.##.2023-cü ildə 82.91 manat, ##.##.2022-ci ildə 82.52 manat, ##.##.2023-cü ildə 69.51 manat, ##.##.2023-cü ildə 82.91 manat, ##.##.2023-cü ildə 82.79 manat, ##.##.2022-ci ildə 2000 manat, ##.##.2023-cü ildə 103.07 manat ödənilmişdir.
9. “xxxx” ASC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məlumata əsasən, cavabdeh2 məxsus bank kartı hesab nömrəsindən iddiaçı2 məxsus bank kartı hesab nömrəsinə ##.##.2023-cü ildə 20 manat ##.##.2023-cü ildə 560 manat, ##.##.2023-cü ildə 300 manat, ##.##.2024-cü ildə 850 manat ödənilmişdir.
10. ##.##.2025-ci il tarixli bildiriş-xəbərdarlığa əsasən, *************** nömrəli abonent koduna qaz sərfiyyatı üzrə hesablanmış qalıq borcu yoxdur.
11. ******* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı1 450 vəkil xidmətlərinə görə manat pul ödəmişdir. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Avtozavod yolunda yerləşən iddiaçılara məxsus fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları, yaşayış evinin boşaldılması, vurduqları maddi zərərə görə 9.000 manat, əldən çıxmış fayda kimi 43.200 (25.200 +16.000) manat, mənəvi zərərə görə 5.000 manat, dövlət rüsumu kimi ödənilmiş 209 manat, qazdan istifadəyə görə 309 manat, vəkil xidmətinə görə ödənilmiş 450 manat olmaqla cəmi 56.168 manat pulun cavabdehlərdən iddiaçıların xeyrinə tutulmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı1 əri Şəhriyar Əliyev ##.##.2016-ci ildə vəfat etdi. Onun vəfatından sonra onlar qaynanası Solmaz Kərimovanın pensiyası, ailə başçısını itirməyə görə müavinət və onun maaşı ilə dolanırdı. O, müəllimə işləiyirdi. 2021-ci ildə qaynanası Solmaz Kərimova vəfat etdi və uşaqlar da yetkinlik yaşına çatdıqları üçün müavinətləri kəsildi. Qaynanasının vəfatından sonra ailəni idarə etmək yükü iddiaçı1 üzərində qaldı. Həmin ərəfədə uşaqları tələbə idilər. Çıxış yolu kimi evi satmaq və pulunu banka qoyub, həmin pulun faizi ilə dolanmaq qərarına gəldilər. Evi 120.000 manata satmağı planlaşdırırdılar. Bu məqsədlə evi satmaq barədə məlumatı internetə qoydular. 2021-ci ilin may ayında cavabdehlər gəlib onların evinə baxdılar və evi çox bəyəndilər. Bildirdilər ki, əllərində cəmi 70.000 manat pulları var, qalanını 2-3 ay müddətində ödəyə bilərlər. Onlar da izah etdi ki, maddi vəziyyətləri ağırdır, evi tezliklə satıb, pulunu banka qoyub faizi ilə dolanmaq istəyirlər. Onları arxayın etdilər ki, narahat olmasınlar elə hesab etsinlər ki, evi satıblar və pulunu da qoyublar banka. 2-3 ay vaxt versinlər həmin vaxta kimi ödənişə tam hazır olacaqlar və Bankın ödəyəcəyi faizləri də onlara ödəyəcəklərini vəd etdilər. Qeyd edir ki, onların evi həm də ipotekada idi və hər ay 82 manat ipoteka ödəyirdilər. Həmin ərəfədə Banka 8.200 manat borcları var idi. Razılaşmaya görə cavabdehlər ödənişə hazır olanda Banka olan borcu da bağlayıb alğı-satqı etməli idilər. Həmin ərəfədə 3 ay üçün evin pulunu banka qoyacaqları müqabilində faiz əvəzi kimi bizə 2.100 manat pul ödədilər. Onlar da 3 ay vaxt verməyə razılaşdılar və Bakıya köçdülər. Həmin vaxtlarda tez-tez telefon əlaqəsi saxlayırdılar və münasibətləri yaxşı idi. Qeyd edir ki, onun əlilliyi olmuşdu və pensiyası dayandırılmışdı. Söhbət əsnasında Səmayə dedi ki, onun pensiyasını bərpa edə bilər, lakin 10000 manat vermək lazımdı. Onlar pulunun olmadığını dedikdə, dedi ki, evin pulundan ödəyər və alqı-satqı zamanı hesablaşarlar. Beləliklə 3 ay keçdi, onlar zəng edib evi alqı-satqı etməyi dedilər. Cavabdehlər dedilər ki, hələ hazır deyillər və 3 ay da onları gözləməyi xahiş etdilər. Onlar razılaşmayıb evi tərk etməyi tələb etdikdə, cavabdehlər 3 ay üçün ödədikləri 2100 manatı və 10000 manat guya onun əlilliyi üçün ödədikləri pulu qaytarmağı dedilər. Onlar həqiqətən inandılar ki, 10000 manat iddiaçı1 işi üçün pul veriblər, həmin pulu qaytara bilmədiklərinə görə məcbur olub 3 ay da vaxt verməli oldular. Qış aylarında cavabdehlərlə əlaqə saxladılar. Dedilər ki, 2-ci mərtəbənin döşəməsini yondurmaq istəyirlər, lakin döşəmənin çökməsindən ehtiyat edirlər. Döşəməni yondurandan sonra əgər tavan çökməsə alqı-satqı edəcəklər. Onlar döşəmənin yondurulmasına etiraz etmədilər və hətta öz tanış ustalarını göndərdilər. Döşəməni yondurdular, tavan qaydasında oldu. Səmayə görüntülü zəng edərək, yonulmuş döşəməni göstərdi, sürprizi olduğunu dedi və evdə pilləkən düzəltdilkərini də göstərdi. O, onların evdə gördükləri işi bəyənmədi, həm də əsəbiləşdi ki, niyə alqı-satqı etmədən, həm də onlardan icazə almadan bu işi görüblər. Bildirdi ki, döşəməni də yondurdular, tavan da qaydasındadır, nəhayət artıq alqı-satqı edərlər. Cavabdehlər əlavə 3 ay da vaxt verməyi xahiş etdilər və kimdənsə pul alacaqları olduğunu, alan kimi alqı-satqı edəcəklərini dedilər. Onlar əsəbiləşdilər, mübahisə etdilər və evi tərk etmələrini təkidlə tələb etdilər. O zaman cavabdehlər dedilər ki, onda 2.100 manat bank faizinə görə, 10.000 manat onun əlilliyinin bərpasına görə və 5.100 manat evin təmirinə görə verdikləri pulu onlara qaytarsalar evdən çıxarlar. Onlar etiraz etdilər ki, yalnız döşəmənin yonulmasına icazə vermişilər və bunun üçün öz ustalarını da göndərmişlər. Polun yonulması xərci cəmi 200 manat edir. Cavabdehlər onların imkansızlığından sui-istifadə edib, vaxtı uzatmağa nail oldular. Aylar keçdi, lakin onun özünün əlillik sənədini düzəldə bilmədilər. Bu məqsədlə o, onların təklifi ilə müxtəlif xəstəxanalarda yatmalı oldu. Sonra cavabdeh cavabdeh1 qardaşı vəfat etdi və yenə möhlət istədilər Sonra Zaurun qatdaşı vəfat etdi, yenə möhlət istədilər. Sonra Səmayənin bacısı rəhmətə getdi, yenə möhlət istədilər. Onlar da insaniyyətlik edib, hüzürlərinə görə onları başa düşür və gözləyirdilər. Hüzürlərinə də gedib baş sağlığı verirdilər. 2023-cü il iyun ayında oğlu Nurəddin əsgər gedən vaxt cavabdeh cavabdeh1 onun əsgərlik məsələsini həll etmək üçün 7000 manat lazım olduğunu dedi. Həmin ərəfədə bankdan 5000 manat götürüb və Təranə adlı xalası qızından da 2000 manat alıb onlara verdilər, lakin oğlunun əsgərlik məsələsini həll edə bilmədilər və oğlunu əsgər apardılar. Həmin ilin avqust ayında digər oğlu Zeynalabdın Kanadada təhsil almaq üçün şirkətə müraciət etdi. Şirkətə ödəniş etmək lazım idi, lakin pulları olmadığından Bankdan kredit götürməli oldular. Oğlu bildirdi ki, yanvar ayında Kanadaya gedəcək, ona görə alqı-satqı etməyi dedi. Kanadaya getmək üçün oğlununun kartında 40.000 dollar pul olması tələb edilirdi. Cavabdehlər də razılaşdılar ki, həmin vaxta kimi evi alqı-satqı edərlər. Cavabdehlər sentyabr ayında onlara 30.000 manat pul gətirdi. Onlar da dedi ki, artıq üç ilə yaxındır, indi cəmi 30000 manat gətirmisiz, axı necə alqı-satqı edərlər. Dedilər narahat olmayın, evlərin qiymətlərinin artması və razılaşdıqları bank faiz nəzərə alıb, pulunu verəcəklər. Həmin vaxtda oğlunun Kanadaya getməsi üçün sənədləşməyə və ödənişlərə cəmi 9000 manat xərci çıxdı. Yenə oğlu onları xəbərdar etdi ki, bəs bu qədər xərc çəkib Kanadaya gedir, onları pis vəziyyətdə qoymasınlar. Cavabdehlər övladlarının canına and içib yanvar 2024-cü ilə kimi alqı-satqı edəcəklərini vəd verdilər. Dekabr 2023- cü ildə onlarla əlaqə saxladıqda, yenə əvvəlki kimi imkanlarının oladığını bildirdilər. O zaman oğlu təklif etdi ki, elə isə onlar yaşaya-yaşaya evə makler vasitəsilə müştəri gətirib evi başqasına satsınlar. Onlar buna qəti etiraz etdilər. Buna baxmayaraq, onlar evə baxmaq üçün makler göndərsələr də onu evə buraxmadılar. 2024-cü ilin mart ayında onlara bildirdilər ki, məhkəmə qaydasında kimdənsə pul alacaqları var və onlara həftədə 10000 manat verə bilərlər. Elə oldu ki, mart ayında onlara 10000 manat pul göndərdilər və söz verdikləri kimi sonrakı həftələrdə pul ödəmədilər. Yenə onları aldatdılar. Son danışıqlarda bildirdilər ki, aprel ayının 8-də həm iddiaçı1 əlilliyini düzəldəcəklər, həm də alqı-satqı edəcəklər. Bu söhbətdən sonra aralarında mübahisə düşdü və oğlu 102 xidmətinə şikayət etdi. Polis də onlara məhkəməyə müraciət etməyi tövsiyyə etdiyindən məhkəməyə müraciət etmək qərarına gəldi. İndiki halda cavabdehlərlə aralarında hər hansı bir yazılı müqavilə olmasa da, evlərinin alqısatqısı adı ilə cavabdehlər evi ələ keçirib qanunsuz istifadə etməklə onlara zərər vurmuşlar və vurduqları zərərin əvəzini onlara qaytarmalıdırlar. Bunu tələb etməyə onların hüquqi ixtiyarı vardır. İndiki halda cavabdehlər vicdanlılığın tələb etdiyi qaydada aralarındakı razılaşmaya uyğun olaraq, evin alqı-satqısının baş tutmasına yönəlik və vəzifələri olan hərəkətləri etməmişlər. Alqı-satqının baş tutmasına maneəçilik törətmişlər, nəticədə onların konstitusion əhəmiyyəti olan mülkiyyət hüqunu pozmuşlar. Cavabdehlər bu müddət ərzində (3 il) əmlakdan qanunsuz istifadə etməklə onlara əldən çıxmış fayda kimi, o cümlədən digər maddi və mənəvi zərər vurmuşlar. Cavabdehlər artıq 3 ildir ki, onların evində yaşayırlar və qanunsuz istifadə edirlər. Məhkəməyə müraciət etdikləri vaxta kimi ötən 36 ay üçün evin kirayə haqqı əvəzi olaraq, hər ay üçün 700 manat olmaqla, 25200 manat pul əldən çıxmış fayda kimi onların xeyrinə cavabdehlərdən tutulmalıdır. Bundan başqa, qeyd edir ki, oğlumun kartına 40000 dollar qoya bilmədiyi üçün onu təhsil almağa göndərə bilmədi. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində onların 3080 manat şirkətə ödədiyimiz, 4347 manat Kanadadakı təhsil müəssisəsinə ödədiyi və 1573 manat sənədlərin toplanması üçün ödədiyi, cəmi 9.000 manat məbləğində zərər çəkdilər. Həmçinin cavabdehlər qanunazidd hərəkələri nəticəsində onlara mənəvi zərər də vurmuşlar. Onların bütün həyat planlarını pozmuşlar. iddiaçı1 və uşaqları mənəvi əzab və sarsıntı keçirmişlər. Qeyd edir ki, evi cavabdehlərə alqı-satqı məqsədilə təhvil verdikdən sonra l (bir) il müddətində mərhum ərinin banka olan birkart kreditini qaytarmağa görə Gəncə şəhərində qalıb işləməyə məcbur oldu. Evləri olmadığı üçün hər gün Mingəçevir şəhərində yaşayan anasının evinə gedib-gəlməli oldu. Hər dəfə əzab çəkirdi. Qeyd edir ki, cavabdehlər evlərində qaldıqları 3 il müddət ərzində evin ipoteka borcundan banka cəmi 6.975,19 manat vəsait ödəmişlər. Həmin pulu oğlu Nurəddinin əsgərlik işi ilə bağlı cavabdehlərə verdikləri 7000 manat pulla əvəzləşdirdikləri üçün tələb etmir. Həmçinin bildirilmişdir ki, ##.##.2025-ci il tarixli, LP-***/**** saylı Qiymətləndiricinin rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə görə iddiaçılara məxsus Gənə şəhəri, Nizami rayonu, Avtozavod yolu ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı vaxta aylıq kirayə haqqı 1000 manat təşkil edir. Odur ki, əldə edilən mütəxəssis rəyinə əsasən iddia tələbində müəyyən dəqiqləşdirməyə zərurət yaranmışdır. Beləliklə ##.##.2024-cü il tarixdən (tələbin ilk dəfə dəqiqləşdirildiyi tarix) indiyə kimi ötən əlavə 16 ay üçün mütəxəssis rəyi nəzərə alınmaqla, əldən çıxmış fayda kimi aylıq 1000 manat cəmi 16000 manat məbləğində pul vəsaiti də cavabdehlərdən əlavə tutulmalıdır.
3. Cavabdehlər iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı1, iddiaçı3 və iddiaçı2 61856 manat pulun, ödənilmiş 176 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin alınıb cavabdeh2 və cavabdeh1 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər ilə aralarında olan razılaşmaya əsasən evin dəyəri 100000 manat olmaqla evin dəyərinin bir hissəsini ilkin, qalan hissəsini isə sonradan ödəmək şərti ilə razılaşdılar. Lakin cavabdehlər hazırda aralarında olan razılaşmaya riayət etməyərək onlara qarşı iddia tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişlər. Onlar evi alarkən və hazırda da həmin ev ipoteka ilə yüklü edilmiş və aralarında olan razılıqdan sonrakı ipoteka ödənişlər onlar tərəfindən ödənilmişdir. Həmçinin qeyd edilməlidir ki, tərəflərindən ipoteka ödənişi ilə əlaqədar 7073 manat məbləğində ödəniş edilmiş, həmin ödənişlərdən 5054,20 manat məbləğində olunmuş ödəniş qəbzləri bizdə olsa da, yerdə qalan ödənişlər telefon vasitəsi ilə edildiyindən həmin ödənişlərin qəbzlərini əldə etmək mümkün olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, cavabdehlər həmin ipoteka ödənişinin 6975.19 manatının onların tərəfindən ödənilməsini təsdiq edir və bu halı öz iddia ərizəsində qeyd etmişdir, yəni etiraf etmişdir. İlkin iddia ərizəsinin son səhifəsinə nəzər yetirildikdə bu aydın olur. Qeyd edir ki, cavabdehlərin etiraf etdikləri digər bir məbləğdə də tərəflərindən onlara verilmiş 40000 manat məbləğində puldur ki, cavabdehlər onlara qarşı olan iddia ərizələrində həmin məbləği etiraf edərək yazırlar ki, 30000 manat bir 10000 manat da bir olmaqla onlara pul verilmişdir. O cümlədən, cavabdehlər tərəfindən etiraf edilən digər bir pul məbləği də 2100 manat pul məbləğidir ki, həmin etirafı da sözügedən iddia ərizələrində vurğulayıblar. Bunlardan əlavə cavabdehlərə hissə-hissə 800 manat, 850 manat, 700 manat, 300 manat, 560 manat və 250 manat məbləğində ödənişlər edilmişdir ki, evin pulundan çıxılsın. Həmin məbləğlərə dair qəbzlər mövcuddur və cavabdehlər məhkəmədə iştirak etsələr bunu danmazlar. Bundan başqa, evin təmirinə tərəflərindən 9223,50 manat xərc çəkilmişdir ki, ev onlara qaldığına görə həmin məbləği də cavabdehlərdən tələb etməyə hüquqları yaranmaqdadır. Belə ki, razılaşmaya əsasən fərdi yaşayış evi onlara verildikdən sonra evin talvar sahəsində tavan taxta üzlük işləri aparılaraq yarasız vəziyyətdə olan tavan metal küncükləri demontaj edilmiş, talvar sahədə beton quraşdırma işləri aparılmaqla pilləkən yığılmış, həmçinin mansard sahədə taxta üzlük işləri aparılmaqla tavan hissədə taxta üzlük vurulmuş və eyvan sahəsinə metlax vurulmuşdur. Qeyd edilən bu təmir işlərinə ümumilikdə 9223,50 manat məbləğində pul xərclənmişdir. Həmin təmir tikinti işləri mütəxəssis rəyində öz əksini tapmışdır Təmir işlərinin aparılması cavabdehlər tərəfindən tərtib edilmiş iddia ərizəsində də etiraf edilmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim X.Ə.Səfərli) ilk iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 məxsus Gəncə şəhəri, Avtozavod yolunda yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması, cavabdehlər cavabdeh2 və cavabdeh1 30600 (otuz min altı yüz) manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 181 (yüz səksən bir) manat 80 (səksən) qəpik pul və vəkil xərci kimi 450 (dörd yüz əlli) manat pul müştərək qaydada tutularaq iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 ödənilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı1, iddiaçı3 və iddiaçı2 59174 (əlli doqquz min yüz yetmiş dörd) manat 69 (altmış doqquz) qəpik pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 267 (iki yüz altmış yeddi) manat 52 (əlli iki) qəpik pul və vəkil xərci kimi 1000 (min) manat pul müştərək qaydada tutularaq cavabdeh2 və cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəf 1) cavabdehlərin evdən çıxarılması və evin boşaldılması; 2) əldən çıxmış fayda; 3) maddi ziyan; 4) mənəvi ziyan; 5) qazdan istifadəyə görə borcun tutulması barədə tələblərlə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəf mülkiyyət hüququ qeydə alınmış mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin boşladılmasını xahiş etmiş, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə evin dəyərinin tam ödənilməsi barədə öhdəliyin cavabdeh tərəfdən lazımınca icra edilməməsi ilə əsaslandırmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydada təsdiqlənməli və dövlət reyestrində qeydə alınmalı olduğu halda, Mülki Məcəllənin həmin şərtlərinə riayət edilmədən bağlanmış mübahisəli evin alqı-satqısı barədə müqavilə etibarsızdır və evə dair mülkiyyət hüququ cavabdeh tərəfə keçməmişdir. Belə olan halda, əqdin etibarsızlığının nəticələri tətbiq edilməklə tərəflər aldıqlarını qaytarmağa borcludur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı tərəf göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı tərəf mülkiyyətində olan evdən cavabdeh tərəfin çıxarılmasını və evin boşaldılmasını tələb etməkdə haqlıdır, həmin hissədə iddia təmin edilməlidir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf həmçinin əldən çıxmış fayda kimi cavabdehlərdən 43200 manat pulun tutulmasını xahiş etmiş, cavabdehlərin mübahisəli evdən qanunsuz istifadə və sahiblik etməsi ilə tələbini əsaslandırmışdır. Mülki işin tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisəli evin alqı-satqısı barədə razılaşma əldə olunsa da, həmin razılıq rəsmiləşdirilməmiş, buna baxmayaraq cavabdehlər hüququ yaranmadan mübahisəli evdən istifadə etmişdir. Belə olan halda, müvafiq hüquqi əsas olmadan məhrum olan iddiaçı tərəfin hesabına əmlak əldə etmiş, nəticədə kirayə haqqı ödəmədən varlanmış cavabdehlərdən pulun tutulması tələbi əsaslıdır. Belə ki, varlanmış cavabdehlərin əldə etdiklərinin məhrum olan iddiaçıların tələbi ilə qaytarılmasını istisna edən hallar müəyyən olunmamışdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəylərində mübahisəli evin kirayə haqqı kimi aylıq 200-250 manat və 1000 manat olmaqla iki fərqli məbləğ göstərilmişdi. Məhkəmə hesab edir ki, kirayə haqları arasında kəskin fərq nəzərə alınmaqla, həmin rəylər üzrə ortaq məxrəc kimi 600 manat kirayə haqqı müəyyən edilməklə əsassız varlanmaya dair hesabla aparılmalıdır. Belə ki, rəylərin hər hansı birinin əsassız olması müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh1 izahatına əsasən ##.##.2021-ci ildən mübahisəli evdə yaşadıqları və ilk iddianın dəqiqləşdirilməsi barədə ərizənin ##.##.2025-ci ildə məhkəməyə təqdim edildiyi üçün, mübahisəli ev üzrə 600 manat kirayə haqqı ##.##.2021-ci ildən ##.##.2025-ci ilədək hesablanmaqla, (51 ay x 600 manat = 30600 manat) cəmi 30600 manat pul evdən istifadəyə görə cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalıdır.
9. İddiaçı tərəf həmçinin iddiaçı2 Kanadaya gedə bilməməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi qismində 9000 manat pulun tutulmasını xahiş etmiş, cavabdeh tərəfin ödənişi lazımınca icra etməməsinə görə çəkdikləri 9000 manat məbləğində xərcin nəticəsiz qalmasıyla tələbini əsaslandırmışdır. Məhkəmə araşdırması nəticəsində, cavabdeh tərəfin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli, habelə iddiaçıların şəxsiyyətinə və ya əmlakına cavabdeh tərəfdən vurulmuş zərər, bununla yanaşı, cavabdeh tərəfin təqsiri olmadığı halda zərərin əvəzinin ödənilməsi üçün əsaslar müəyyən olunmur. Belə ki, iddiaçı tərəf cavabdehlərin təqsiri ucbatından maddi ziyan dəydiyini bildirsə də, cavabdehlərin belə ziyanın vurulması istiqamətində səbəb-nəticə əlaqəsinə malik təqsirli əməli sübuta yetirilmir. Belə olan halda, 9000 manat maddi ziyanın ödənilməsi hissəsində tələb əsassız olduğu üçün rədd edilməlidir.
10. Bundan başqa, iddiaçı tərəf mənəvi ziyanın əvəzi qismində 5000 manat pulun tutulmasını xahiş etmişdir. Baxılan mübahisə üzrə cavabdeh tərəfin əməli nəticəsində iddiaçıların mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi zərərə məruz qalması müəyyən olunmadığından belə zərərin əvəzinin ödənilməsi hissəsində iddia təmin edilə bilməz.
11. Bundan başqa, iddiaçı tərəf mübahisəli evin cavabdehlərin sahiblik və istifadəsində olduğu dövr üzrə qazdan istifadəyə görə hesablanmış 309 manat borcun tutulmasını xahiş etsə də, cavabdeh tərəfdən təqdim edilmiş sənədə əsasən, ##.##.2025-ci il tarixə qeyd edilən ünvan üzrə qalıq borc olduğu müəyyən edilmir, belə olan halda həmin hissədə tələb əsassızdır.
12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf mübahisəli evə dair bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrası qismində iddiaçı tərəflə razığa əsasən ödənilmiş 6975.19 manat pulun; Kanadaya səfər ərəfəsində ödənilmiş 30000 manat və ondan sonra ödənilmiş 10000 manat pulun; habelə, mübahisəli, alqı-satqı müqaviləsi üzrə evin dəyərindən ödənilmiş pulların tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli evə dair bağlanmış müqavilənin etibarsız olduğu müəyyən edildiyindən tərəflərin hər biri aldıqlarını digər tərəfə qaytarmalıdır. İddiaçı tərəf ödədikləri 7000 manat pulun əvəzində 6975.19 manat pulu əvəzləşdirdiklərini bildirərək həmin pulun tutulmasına etiraz etsə də, iddiaçı tərəfdən 7000 manat pul ödənişi və ya tələbin əvəzləşdirilməsinə dair razılığı təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfdən təqdim edilmiş qəbzlərə əsasən 5003.71 manat ödənildiyi müəyyən olunsa da, iddiaçı tərəf ipoteka müqaviləsi üzrə cavabdeh tərəfin 6975.19 manat ödədiyini iddia ərizəsində etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğin ödənilməsi iddiaçı tərəfdən etiraf edilərək qəbul edildiyindən, cavabdeh tərəf həmin tələbi sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin etiraf qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Məhkəmə buna görə hesab etmişdir ki, 6975.19 manat məbləğində ipoteka ödənişinin cavabdeh tərəfdən edilməsi barədə iddiaçı tərəfin etirafı qəbul edilməlidir. Beləliklə, mübahisəli evin alqı-satqısı barədə əqdin etibarsızlığının nəticələri tətbiq olunmaqla iddiaçılardan müştərək qaydada 6975.19 manat tutularaq cavabdehlərə ödənilməlidir.
13. Bundan başqa, cavabdeh tərəf alqı-satqı müqaviləsi üzrə evin dəyərindən daha çox məbləğ ödədiklərini bildirsələr də, tədqiq edilmiş sübutlara əsasən, cavabdeh cavabdeh2 tərəfindən iddiaçı iddiaçı2 ##.##.2023-cü ildə 20 manat ##.##.2023-cü ildə 560 manat, ##.##.2023-cü ildə 300 manat, ##.##.2024-cü ildə 850 manat ödənilmişdir. Beləliklə, əqdin etibarsızlığının nəticələri tətbiq olunmaqla (850+20+300+560=1730) iddiaçılardan müştərək qaydada 1730 manat tutularaq cavabdehlərə ödənilməlidir.
14. Bununla yanaşı, 30000 manat və 10000 manat pulun iddiaçı tərəfə ödənilməsi iddia ərizəsində etiraf edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğlərin ödənilməsi iddiaçı tərəfdən etiraf edilərək qəbul edildiyindən, cavabdeh tərəf həmin tələbi sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin etiraf qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Məhkəmə buna görə hesab etmişdir ki, 30000 manat və 10000 manat məbləğində pulların cavabdeh tərəfdən ödənilməsi barədə iddiaçı tərəfin etirafı qəbul edilməlidir. Beləliklə, əqdin etibarsızlığının nəticələri tətbiq olunmaqla iddiaçılardan müştərək qaydada 30000 manat və 10000 manat pul məbləğləri tutularaq cavabdehlərə ödənilməlidir.
15. Bundan başqa, bank tərəfindən evin dəyərinə ödəniləcək faiz məbləğinin əvəzi qismində 2100 manat pulun iddiaçı tərəfə ödənilməsi iddia ərizəsində etiraf edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğlərin ödənilməsi iddiaçı tərəfdən etiraf edilərək qəbul edildiyindən, cavabdeh tərəf həmin tələbi sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin etiraf qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Məhkəmə buna görə hesab etmişdir ki, 2100 manat pulun cavabdeh tərəfdən ödənilməsi barədə iddiaçı tərəfin etirafı qəbul edilməlidir. İddiaçı tərəf həmin pulun tutulmasına etiraz etsə də, həmin tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, əqdin etibarsızlığının nəticələri tətbiq olunmaqla iddiaçılardan müştərək qaydada 2100 manat pul tutularaq cavabdehlərə ödənilməlidir.
16. Cavabdeh tərəf həmçinin mübahisəli evinin təmir-bərpası zamanı a) talvar sahədə tavan taxta üzlük işləri üzrə, b) talvar sahədə pilləkən işləri üzrə, c) mansard sahədə taxta üzlük işləri üzrə çəkilmiş xərcin əvəzi qismində 9223.5 manat pulun tutulmasını xahiş etmişdir. Əvəzi tələb olunan işlərin və dəyərinin sübutu qismində mütəxəssis rəyi təqdim olunmuşdur, həmin işlərin görülməsi və dəyəri, beləliklə rəyin əsaslı olması təkzib edilmir. Bununla yanaşı, iddia ərizəsində görülmüş işlərin dəyəri kimi 5100 manat göstərilsə də, bu hal sübut olunmur. Məhkəmə araşdırması zamanı cavabdeh cavabdeh1 mübahisəli evdə talvar sahədə tavan taxta üzlük işləri və mansard sahədə taxta üzlük işləri iddiaçı tərəfin məlumatı və razılığına əsasən, pilləkən işlərini zərurətdən irəli gəldiyi üçün gördüklərini bildirmişlər. Çəkişmə prinsipi təmin olunaraq, iddiaçıların şəxsən iştirakı və sübut növü olan izahatlarını təqdim etməsi təklif olunsa da, həmin halların araşdırılmasında şəxsən iştirak etməmişlər. Belə olan halda, iddiaçı tərəf sübutu özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cavabdeh tərəfin bildirdiyi həmin məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuşdur. Belə ki, əvəzi tələb olunan işlərə dair cavabdeh cavabdeh1 bildirdiklərinin təkzib edən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, mübahisəli ev cavabdeh tərəfin mülkiyyətinə keçmədiyi üçün alqı-satqı-müqaviləsinin etibarsızlığının nəticələri tətbiq edilməklə, talvar sahədə tavan taxta üzlük işlərə görə 2301 manat, mansard sahədə taxta üzlük işlərə görə 5328 manat, habelə digər işlərə görə 740.5 manat pul iddiaçılardan müştərək qaydada tutularaq cavabdehlərə ödənilməlidir. Əks halda, mübahisəli evlə birlikdə ondan ayrıla bilməyən işlərin qayıtması iddiaçı tərəfin əsassız varlanması ilə nəticələnərdi. Bununla yanaşı, cavabdeh tərəf mübahisəli evdə iddiaçı tərəfin razılığı və məlumatı, beləliklə tapşırıq və ya digər əsas olmadan pilləkən işləri görmüşdür. Cavabdeh tərəf həmin işlərin görülməsinin zərurətdən irəli gəldiyini bildirsə də, bu hal sübut olunmur. Məhkəmə araşdırması zamanı həmin işlərin iddiaçı tərəfin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlməsi, görülmüş işlər nəticəsində iddiaçı tərəfin varlanması, habelə həmin işlərin görülməsinin iddiaçı tərəfin ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olması müəyyən olunmur. Belə olan halda, pilləkən işlərinin görülməsi üçün çəkilmiş xərcin əvəzi qismində 854 manat pulun tutulması barədə cavabdeh tərəfin tələbi əsassızdır və təmin oluna bilməz.
17. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, ilk iddia qismən təmin edilərək, cavabdehlər mübahisəli evdən çıxarılmalı və həmin ev boşaldılmalı, cavabdehlərdən 30600 manat pul müştərək qaydada tutularaq iddiaçılara ödənilməli; qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçılardan cəmi 59174.69 manat pul (6975.19+30000+10000+2100+850+300+560+20+2301+5328+740.5=59174.69) müştərək qaydada tutularaq cavabdehlərə ödənilməli; ilk və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.4, 157.7, 157.8, 337.1-337.5, 567, 646.1, 646.2, 647, 1087.1, 1087.2, 1088.1, 1088.2, 1090.1-1090.3, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, Ali Məhkəmənin Plenumunun ## ###### 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2,, 52.2, 77.1, 106.2, 107, 106.3, 115, 119.1, 191.3, 217.4, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, 9.000 manat maddi zərər, 5.000 manat mənəvi zərər hissədə ilk iddianın təmin edilməsini, cavabdehlərin mübahisəli evdə təmir işləri görməsi ilə bağlı 8369,5 manat, bank xərcləri ilə bağlı 2100 manat, ipoteka ödənişi 7000 manat pulun iddiaçılardan tutulması ilə bağlı qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, onlar evi cavabdehlərə satmaq niyyətində olmuş və bu məqsədlə ilkin razılaşmadan sonra evi cavabdehlərə təhvil vermiş və razılaşmaya zidd olaraq, cavabdehlərin ödənişə hazır olmalarını illərlə gözləməli olmuşdur. Cavabdehlər hüquqlarını pozmuşlar və öz hərəkətləri ilə mülki hüquq pozuntusuna (delikt) yol vermişlər. Cavabdehlərin pulu ödəyəcəkləri vədlərinə inanıb həyat planlarını qurmağa çalışmışlar. İddia ərizəsində göstərilən 9.000 manat zərəri məhz cavabdehlərin ödəməli olduqları vəsaitini ödəməmələri səbəbindən çəkmişlər. 9.000 manat zərərlə bağlı aidiyyatı üzrə faktiki olaraq, rəsmi ödəniş sənədləri ilə məbləğin tərəflərindən ödənilməsi təsdiq edilir. Bu xüsusatla bağlı cavabdehlərin öz təsdiqedici səslərini də elektron daşıyıcıda məhkəməyə təqdim etmişdirlər. Cavabdehlərin pulu ödəməmələrinə görə oğlu Zeynalabdin Kanadaya təhsil almağa gedə bilmədi (iddia ərizəsində ətraflı göstərilib) və müqavilə üzrə ödədiyi pul vəsaiti, çəkdiyi xərc batmış olmuşdur. Bundan başqa iddia ərizəsində cavabdehlərin 5 il müddətində evin pulunu ödəməmələri, eyni zamanda evdən çıxmamaları, ev ola-ola kirayədə yaşamağa məcbur qalmağı, evi cavabdehlərə təhvil verdikdən (satdıqdan) sonra Gəncədə yaşadığı və işlədiyi müddətdə hər gün Mingəçevirdə yaşayan ananın evinə gedib-gəlmək məcburiyyətində qalmağı, evi satıb Bakıda ev almaq arzusunun puç olması nəticəsində əlbəttə ki, sarsıntı və iztirab keçirmiş və buna səbəb cavabdehlərin qanunsuz hərəkətləri olmuşdur. İddia tələbini bu hissədə-5.000 manat mənəvi zərər hissəsində təmin etməməkdə məhkəmə qətnaməsini əsaslı və ədalətli hesab etmirlər. Cavabdehlərin oğlunun əsgərlik işini həll etmək adı ilə 7.000 manat almaları, eyni məbləğdə onların ödədikləri ipoteka ödənişi ilə əvəzləşdirdiyi üçün tələb etməmişdirlər. Lakin məhkəmə bununla bağlı təqdim etdiyi elektron daşıyıcıdakı səslərə məhkəmə iclasında dinləmədən, ümumiyyətlə bu xüsusatı tədqiq etmədən əhəmiyyət verməmişdir. Cavabdehlərin ipoteka ödənişini qəbul etsə də, həmin məbləğdə cavabdehlərə oğlunun əsgərlik işi ilə bağlı verdiyi pul məsələsinə düzgün qiymət verməmişdir. Bundan başqa, iddia tələbinin əldən çıxmış fayda hissəsində tələb etdiyi məbləğin hesablanma qaydasını iddia ərizəsində və ekspert və mütəxəssis rəyindən sonra iddia ərizəsinə verdiyi dəqiqləşmələrdə göstərmişdirlər. Lakin məhkəmə cavabdehlərin özlərinin vəsatəti əsasında mübahisə predmeti olan fərdi yaşayış evinin orta kirayə haqqının müəyyən edilməsi haqqında mütəxəssisin göstərdiyi aylıq kirayə haqqının 1000 manat olmasını qəbul etməyib, sonradan cavabdehlərin məhkəməyə əlavə təqdim etdikləri rəydə göstərilən 200-250 manat kirayə haqqı qiyməti ilə toplayıb bölərək, kirayə haqqını 600 manat həddində qəbul etmişdir. Lakin məhkəmənin özünün təyin etdiyi orta kirayə haqqının qiymətləndirilməsi ilə bağlı və cavabdehlərin təqdim etdikləri mütəxəssis rəyinə kirayə haqqı ilə bağlı tənqidi yanaşan məhkəmə, razı olmadığı və qəbul etmədiyi halda guya cavabdehlərin evdə təmir işləri görmələrinə tənqidi yanaşmamış və qəbul etmişdir. Hansı ki bu barədə iddia ərizəsində məhkəmə başlamadan əvvəl onların hansı işi necə görmələrini ətraflı göstərmişdirlər. Evdə cavabdehlərin polun yonulmasından başqa, hər hansı bir iş görülməsinə razılıq verməmiş və onlar da bundan başqa bizdən icazəsiz yarıtmaz taxta pilləkən düzəldiblər, hansı ki buna da qəti etiraz etmişdirlər ki, “evin pulunu ödəmədən niyə belə iş görmüsüz?” Məhkəmə cavabdehlərin evdə guya gördükləri təmir işlərinə baxış keçirmədən, təmirlə bağlı işləri qətiyyən qəbul etmədiyi halda, qarşılıqlı iddia üzrə bizdən cavabdehlərin xeyrinə 2301+5328+740,5=8369,5 manat təmir xərci tutmuşdur. Bu mövqeyini məhkəmə onunla əsaslandırmışdır ki, guya iddia ərizəsində təmirlə bağlı cavabdehlərin 5100 manat xərc çəkdiklərini göstərmiş, lakin məhkəmədə sübut təqdim etməmişdirlər. İddia ərizəsində cavabdehlərin evdən çıxmamaq üçün müxtəlif bəhanələr gətirirdiklərini, o cümlədən bir dəfə də dedilər ki, 2100 manat bank faizinə görə verdikləri pulu, 10.000 manat əlillik sənədinə görə xərclədikləri pulu və təmir üçün xərclədikləri 5.100 manat pulu qaytarıb onlardan çıxılsın və onlara qəti etiraz etmişdirlər ki, yalnız döşəmənin yonulması söhbəti olub, ona da öz tanış usta göndərmiş, o da 200 manat pula döşəməni yonub. Məhkəmə isə bu xüsusatı yanlış qiymətləndirmişdir. Bundan başqa, məhkəmə təmir xərcinin həqiqətən görülməsi, hansı ustalar, hansı materiallar (mal-materialın alınması və s) ağlabatan hesabat təqdim edilmədən, yerində baxış keçirmədən, evi cavabdehlərə təhvil vermədən əvvəl özlərinin gördüyü işləri də yalnız mütəxəssis rəyinə əsasən cavabdehlərin gördükləri təmir işi kimi qəbul etməsi düzgün deyildir. Həmçinin məhkəmə gəldiyi nəticəni alğı-satqı müqaviləsinin etibarsızlığından doğan (etibarsız əqd üzrə tərəflər aldıqlarını geri qaytarnalıdırlar) prinsiplərlə əsaslandırmışdır. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır ki, onun da etibarsızlığından söhbət getsin. Qanunverici bağlanmış əqdin əsaslar olduqda etibarsızlığını mümkün hesab edir. Ona görə də “təmir xərci” mübahisənin bu qaydada, yəni alğı-satqı müqaviləsinin etibarsızlığının nəticəsi kimi həll edilməsi məhkəmənin səhvidir. Cavabdehlər özgə işlərini tapşırıqsız aparıbsa belə bu zaman mülkiyyətçi olaran tərəfin qanuni mənafeyi nəzərə alınmalı idi və evdən çıxarkən cavabdehlər ayrıla bilən yaxşılaşdırmalarına götürə bilərlər. b. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini ilk iddianın 30600 (otuz min altı yüz) manat pul məbləğinə münasibətdə ləğv edib həmin hissədə rədd edilməsi və qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
21. Apellyasiya şikayəti onunla məsaslandırılmışdır ki, məhkəmə həm ilkin iddiaya, həm də qarşılıqlı iddiaya münasibət bildirərkən bir sıra maddi hüquq normalarını düzgün tətbiq etməməklə, sonda hüquqlarıın pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, ilk iddianı qismən təmin edən birinci instansiya məhkməsi qətnaməsində qeyd edir ki, qarşılıqlı iddiaçılar ##.##.2021-ci ildən ##.##.2025-ci ilədək mübahisəli evdə yaşadıqları hər ay üçün 600 manat kirayə haqqı hesablanmaqla, (51 ay x 600 manat = 30600 manat) cəmi 30600 manat pul evdən istifadəyə görə cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən bu hal əsassız varlanma kimi qiymətləndirilmiş və müvafiq hüquqi əsas olmadan məhrum olan iddiaçı tərəfin hesabına əmlak əldə etmiş cavabdehlərdən pulun tutulması əsaslı hesab edilmişdir. Cavabdeh olaraq məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, iddiaçının hesabına heç bir əmlak əldə etməmişlər, əksinə olaraq onlara məxsus əmlakı qaytarmaq niyyətini məhkəməyə bildirməklə iddianın bu hissəsinə etiraz etməmişdirlər. Bununla da, iddiaçılar özlərinə məxsus əmlaka sahib olmaqla heçnə itirməməklə yanaşı, qətnamə qanuni qüvvəsini aldıqda əmlaklarını əldə edəcəklər. Məhkəmə qətnaməsində qeyd edir ki, cavabdehlər nəticədə kirayə haqqı ödəmədən varlanmışlar. Qeyd edilməlidir ki, tərəflərin aralarında olan razılıq evin alğı-satqısı ilə əlaqədar olmuşdur ki, bu razılıq baş tutsa həmin evi alacaq, tutmasa başqa ev alaraq həmin evdə yaşayacaqdırlar. Pulun çox hisssənin verilməsi də onu göstərir ki, cavabdehərin ev almaq niyyətləri olmuşdur. Yəni başqa evdə kirayədə qalmaq niyyətləri olmamışdır ki, həmin pulu da, yəni kirayə pulunu özlərində saxlamaqla varlanmış olsunlar. Alqı-satqının baş tutmamasının günahkarı ilk iddiaçılar olduğundan məhkəmənin kirayə pulunu ##.##.2021-ci il tarixdən hesablaması da anlaşılan olmamışdır. Belə ki, ilk iddiaçılar evdən çıxarılma barədə tələb qoysalar da, onlara verilən pulları anlaşılmayan səbəblərdən qaytarmaqdan boyun qaçırmış, hələ də müxtəlif bəhanələr gətirərək onlara ödənən pulu vermək istəmirlər. Yəni ilk iddiaçılar cavadehlərin pulunu qaytardıqları təqdirdə cavadehlər evdən çıxmağa hər zaman hazır olmuş, buna qətiyyən narazılıq bildirməmişlər. İlk İddaçılarrın tələbi isə həm evdən çıxarılma olmuş, həmdə cavabdehlərə pul vermək istəməmişlər. Bu səbəbdən kirayə pulunun hesablanması anı ilk iddiaçların məhkəməyə iddia ərizəsi ilə müraciət etdikləri vaxtan hesablanmalıdır, çünki həmin iddia ərizəsində aldıqları pulları etiraf edirlər. Sonda qeyd edim ki, kirayə məbləğinə dair 1000 manat məbləğində mütəxəssis rəyi alınarkən tamami ilə qanunsuzluğa yol verilmiş, mütəxəssis həmin evdə olmamaqla müayinə aparmamış, heç həmin əraziyə belə gəlməmişdir. Bu barədə hüquq mühafizə orqanlarına müraciəti var. Bundan başqa qeyd edir ki, tərəflərin arasında olan münasibətlə alqı-satı zəmində olduğundan və bu alqı-satqının baş tutmamasının səbəbi ilk iddiaçıılar olduğundan, həmin dövr üçün cavabdehlərin həmin evdə kirayəçi kimi qalmalarını fərz edərək onlardan pulu tutulmasını qət etmişdir. Bundan başqa məhkəmənin digər bir səhv yanaşması pilləkən işlərinin görülməsi üçün çəkilmiş xərcin əvəzi qismində 854 manat pulun tutulması ilə bağlı olmuşdur ki, məhkəmə həmin hissədə iddianı rədd edərkən doğru nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh tərəf mübahisəli evdə iddiaçı tərəfin razılığı və məlumatı, beləliklə tapşırıq və ya digər əsas olmadan pilləkən işləri görmüşdür. Əslində isə görülən işlər yarımçıq qalmış pilləkənnin bərkidilməsi ilə əlaqədar olmuşdur ki, bu işlər görülməsə idi həyati təhlükə yarana bilərdi. Belə ki, pilləkənin tam formasında möhkəmləndirilməsi üçün lazımı işlər görülmə zərurəti yarandığından cavabdehlə bu işi məcburən görmüşdur.Məhkəmə isə buna tapşırıqsız iş görmə kimi yanaşmaqla yanlış nəticəyə gəlmişdir. Hətta fərz edilərsə belə bu iş tapşırıqsız görülüb, sonda mülkiyyətçinin əmlakını zənginləşdirdiyi üçün həmin işin dəyəri mülkiyyətçidən alınaraq xərc çəkənə qaytarılmalıdır. Cavabdehlər sırf öz zövqlərinə uyğun iş gördürərsə məhkəmənin gəldiyi nəticə haqlı olardı, hazırkı məsələdə isə görülən işlər məhz yarımçıq qalmış işlərdir. Məhkəmə tapşırıqla əlaqədar maddi hüquq normalarını sadalayarkən Mülki Məcəllənin 1090.2-ci maddəsinə istinad edərək aparılmış işlərin sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər deyə qeyd etsə də anlaşılmayan səbəbdən pilləkən işlərinin görülməsi üçün çəkilmiş xərcin əvəzi qismində 854 manat pulun tutulmasını təmin etməmişdir. Hesab edirlər ki, görülən işlər sonda mülkiyyətçiləri zənginləşdirdiyi üçün iddia həmin hissədə də təmin edilməli idi. Sonda qeyd edir ki, tərəflərindən həm ilkin iddia, həmdə qarşılıqlı iddiadan apellyasiya şikayəti verildiyi üçün hər iki iddianın məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun yarısı ödənilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasındakı razılaşmaya əsasən, mübahisəli evin ödənişi 3 il ərzində tamamlanmalı idi. İddiaçılara 2100 manat pulu hissə-hissə müəyyən vaxtlarda vermişdir. Alğı-satqını gecikdirdiyinə görə faiz olaraq hesablayıb ödəmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında 3 illik razılaşma olmamışdır, əgər belə bir razılaşma olsaydı audio yazılarda bunun barəsində danışılmış olardı, 2100 manat pul vəsaiti onlara evin alqı-satqısını gecikdirdiyinə görə ödənilmişdir. Həmçinin onlara ödənilən 40000 manat pul vəsaiti bank faizi kimi hesablanaraq əvəz olaraq ödənmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətinin məzmununu müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Maddə 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 24 ” dekabr 2025-ci il tarixli Qərarı: 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. 5.9.Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması. 7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə ilk iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə ilkin iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın cavabdehdən 30600 manat pul vəsaitinin tutulması və mənəvi ziyanın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilərək cavabdehlərdən 23100 manat pul vəsaiti tutulmalı, mənəvi ziyanın tutulması hissəsində ilkin iddia qismən təmin edilməli, mənəvi ziyan qismində 1000 manat pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçılara ödənilməli, qətnamə qarşılıqlı iddia tələbi üzrə 59.174 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək 56774.69 manat pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmalı, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. İşdən görünür ki, tərəflər arasında olan şifahi sövdələşməyə əsasən, iddiaçılar əmlakı cavabdeh tərəfə 100000 manat məbləğinə satmağa razılaşmışlar. Əmlakın alınması üçün nəzərdə tutulan məbləğ cavabdeh tərəfindən vaxtında lazımi qaydada ödənilmədiyindən ilkin iddiaçı tərəf evin dəyəri üçün 120000 manat tələb etmiş, beləliklə də, tərəflər arasında yaranmış razılaşma pozulmuşdur. İlkin iddiaçı tərəf cavabdehlərə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Avtozavod yolunda yerləşən iddiaçılara məxsus fərdi yaşayış evindən cavabdehlərin çıxarılmaları, yaşayış evinin boşaldılması, vurduqları maddi zərərə görə 9.000 manat, əldən çıxmış fayda kimi 43.200 (25.200 +16.000) manat, mənəvi zərərə görə 5.000 manat, dövlət rüsumu kimi ödənilmiş 209 manat, qazdan istifadəyə görə 309 manat, vəkil xidmətinə görə ödənilmiş 450 manat olmaqla cəmi 56.168 manat pulun cavabdehlərdən iddiaçıların xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdehlər isə iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılardan 61856 manat pulun, ödənilmiş 176 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin alınıb cavabdehlərə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququnu həyata keçirə bilməlidir. Lakin cavabdeh tərəfin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı tərəf göstərilən hüquqlarını həyata keçirə bilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf mülkiyyətində olan evdən cavabdeh tərəfin çıxarılmasını və evin boşaldılmasını tələb etməkdə haqlıdır, həmin hissədə ilkin iddia təmin edilməlidir.
35. Kollegiya qeyd edir ki, ilkin iddia tələbi 9000 manat pulun cavabdehlərdən tutulması hissəsində əsassızdır və bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır, qətnamənin bu hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, ilkin iddiaçı tələbini bu hissədə tutarlı dəlillərlə sübut edə bilməmişdir.
36. Bundan əlavə, məhkəmə düzgün olaraq tələbin qazdan istifadəyə görə hesablanmış 309 manatın tutulması hissəsini də borcun mövcud olmaması əsası ilə rədd etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 30600 manat məbləğində pulun hesablanması işin halları ilə mütənasib olmamışdır.
38. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh1 izahatına əsasən ##.##.2025-ci ildən mübahisəli evdə yaşadıqları və ilk iddianın dəqiqləşdirilməsi barədə ərizənin ##.##.2025-ci ildə məhkəməyə təqdim edildiyi üçün, mübahisəli ev üzrə 600 manat kirayə haqqı ##.##.2021-ci ildən ##.##.2025-ci ilədək hesablanmaqla ( 51 ay x 600 manat=30600 manat) cəmi 30600 manat pul evdən istifadəyə görə cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalıdır.
39. Kollegiya qeyd edir ki, ilk öncə tərəflərin arasında olan mübahisənin mahiyyətinə, yaranma vaxtına aydınlıq gətirilməlidir. İlkin iddiaçılar bildirirlər ki, cavabdehlər onların evlərini almaq üçün onlardan 3 ay vaxt istəmişlər, razılaşmaları da belə olmuşdur ki, 3 aydan sonra evin dəyəri tam ödəniləcək və alqı-satqı edəcəklər. Cavabdeh tərəf isə bildirir ki, onların razılaşması 3 il müddətinə nəzərdə tutulmuşdur. Lakin, iddiaçı1 onlarla bu müddətə razılaşsa da, digər iddiaçı olan oğlu Zeynalabdin Əliyev onlardan razılaşmanın əksinə olaraq pul istəməyə başlamışdır.
40. İşin hallarını, tərəflərin danışıqlarının əks olunduğu maddi sübutları araşdıraraq, eləcə də tərəflərin izahatlarını nəzərə alaraq, kollegiya belə qənaətə gəlir ki, tərəflərin arasında evin alqı-satqısı ilə bağlı məhz 3 aylıq müddətin razılaşdırıldığı ağılabatan və inandırıcıdır. Belə ki, evin kifayət qədər uzun müddətdən, 3 ildən sonra alınacağı ilə bağlı razılaşmanın olması məntiqli və inandırıcı deyil. Bu halı həmçinin cavabdehlərin ilkin iddiaçılara 2100 manat pul vermələri də təsdiq edir.
41. Belə ki, müəyyən edilir ki, həmin məbləğ evin ümumi dəyərinə aid deyildir, bu faktı cavabdeh2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə də təsdiq edir. Bundan əlavə, elektron daşıyıcıda olan Zeynalabdin Əliyevlə cavabdeh1 danışıqlarından görünür k, iddiaçı2 evi almadıqlarına görə cavabdeh1 kirayə müqaviləsi bağlamağı təklif edir, sonuncu isə bundan imtina edərək iddiaçı2 maddi itkilərini (bu itki bank faizi adlandırılır) qarşılamaqla bağlı razılığa gələ biləcəklərini bildirir.
42. Bütün bu hallar onu deməyə əsas verir ki, ilkin iddiaçıların məqsədi iddia tələbində qeyd edildiyi kimi, evin pulunu alandan sonra bankın depozitinə qoymaq olmuş, bu barədə onlar cavabdehlərə bildirmişlər, cavabdehlər isə evi alana kimi razılaşdıqları 3 ay ərzində evdə qalacaqlarının müqabilində ilkin iddiaçılara hər ayına 700 manat hesablamaqla, 2100 manat pul vermişlər. Müəyyən edilir ki, tərəflər arasında evin alqı-satqısı olana kimi cavabdehlərin iddiaçılara məxsus evdə qalacaqları müddətdə onların bank depozitindən əldə biləcəkləri gəlirin kompensasiyası kimi hər ay 700 manat məbləğinin verilməsi barədə razılaşma olmuşdur.
43. İlkin iddiaçıların tələblərindən görünür ki, onlar cavabdehlərdən 25200 manat pulu cavabdehlərin 36 ay üçün evlərindən istifadə etmələrinin əvəzi olaraq hər ayı 700 manatdan hesablayaraq tələb edirlər.
44. Hərçənd ki iddia ərizəsində evdən 3 il (36 ay) müddətində cavabdehlər tərəfindən istifadəsinə görə əldən çıxmış fayda tələb edilir, lakin məhkəmə 51 ay üçün məbləğ təyin etməklə iddia tələbindən kənara çıxmışdır.
45. Kollegiya qeyd edir ki, iddiaçılar tələblərində 36 aya görə əldən çıxmış faydanın tutulmasını tələb edirlər, cavabdehlərin də bu müddət ərzində iddiaçılara məxsus evdə yaşamaları işin mübahisəsiz halıdır, eyni zamanda o da müəyyən edilir ki, cavabdehlər 3 aya görə artıq 2100 manat ödəniş etmişlər.
46. İşə baxan məhkəmə qarşılqılı iddiaçıların xeyrinə ilkin iddiaçılardan pul tutarkən ilkin iddiaçılara verilmiş 2100 manatın da tutulmalı olması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə 2100 manatın qarşılqılı iddiaçılar tərəfindən ilkin iddiaçılara verilməsini işin müəyyən edilmiş halı hesab edərək qarşılıqlı tələbi bu hissədə əsaslı hesab etmişdir. Lakin, məhkəmə həmin pulun hansı əsasla verilməsini, həmin məbləğin ilkin iddiaçılarda qalmasının hüquqi əsaslarını araşdırmamşdır.
47. Nəticə etibarilə, cavabdeh tərəfin əmlakın alqı-satqısını 3 ay gecikdirməsi ilə əlaqədar ödədiyi 2100 manat çıxılmaqla, hər ay üçün 700 manat hesablanmaqla, 33 ay üçün iddiaçı tərəfə məxsus evdən istifadəyə görə cavabdehlərdən cəmi 23100 manat (700 x 33 ay 23100) tutulmalıdır.
48. İlkin iddia tələbində iddiaçı tərəf mənəvi ziyanın əvəzi qismində 5000 manat pulun tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, tələb bu hissədə əsassızdır.
49. Kollegiya məhkəmənin tələbin bu hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdehlər iddiaçıların evinə 2021-ci ildə köçüblər. Onların razılaşması belə olub ki, 3 ay civarında evin dəyərini tam ödəyəcəklər. Lakin, cavabdehlər vədlərinə əməl etməmiş və tərəflər arasında münasibətlər pozulmuşdur. Müəyyən edilir ki, cavabdehlər hazırkı vaxta kimi ilkin iddiaçılara məxsus evdə yaşayırlar, bundan əlavə onların arasında evin alqı-satqısı ilə bağlı 2021-ci ildən başlayaraq çoxsaylı müzakirə və mübahisələr olmuş, aydın məsələdir ki, ilkin iddiaçılar qeyd edilən vaxtdan indiyə kimi evlərinin dəyərini cavabdehlərdən ala bilmədiklərinə görə, həmçinin cavabdehlər evi boşaltmaqdan da imtina etdiklərinə görə psixoloji gərginlik keçirmişlər, həyat planları pozulmuşdur.
50. Məhkəmə kollegiyası cavabdeh tərəfin ödəniş pulunun gecikdirməsi və aralarında mövcud olan mübahisə ilə iddiaçı tərəfdə daxili iztirab içərisində neqativ emosional vəziyyətin, həmin ödəniş üzərində qurulan gələcək planlarının həyata keçməməsi və digər mənəvi tarazılığın pozulması hallarının yarandığını nəzərə alaraq, iddiaçı tərəfin pozulan emosional sabitliyinin bərpası ilə yanaşı, cavabdehlərin gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirmək məqsədi ilə hesab edir ki, 1000 manat məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməlidir. İlkin iddia tələbi bu hissədə qeyd edilən həddə təmin edilməlidir.
51. Qarşılıqlı iddia tələbinə gəldikdə isə qarşılıqlı iddiaçılar apellyasiya şikayətlərində tələblərinin tam təmin edilməsini, ilkin iddiaçılar isə apellyasiya şikayətlərində qarşılıqlı iddianın təmir işlərinin görülməsi ilə əlaqədar tutulmuş pulun və bank xərcləri ilə bağlı tutulmuş 2100 manat pulun, eləcə də ipoteka ödənişi ilə bağlı 7000 manat pulun tutulması hissələrində rədd edilməsini xahiş edirlər.
52. Qeyd edilməlidir ki, cavabdehlərin ilkin iddiaçılara məxsus evdə təmir-bərpa və əlavə tikinti işləri görməsi işin mübahisəsiz halıdır. Tələblərin bu hissəsi ilə bağlı mübahisə obyektini həmin işlərin hansı həcmdə ilkin iddiaçılarla razılaşdırıldığı, onlar tərəfindən hansı həcmdə bəyənilməsi, həmin işlərin görülməsinə görə pul əvəzinin tutulması və tərəflərin əsassız varlanması təşkil edir.
53. Kollegiya hesab edir ki, işə baxan məhkəmə qarşılıqlı tələbin bu hissəsi ilə bağlı qiymətləndirici təşkilatın ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyini əsas götürməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, ilkin iddiaçılar görülmüş işlərin dəyəri ilə bağlı hər hansı digər əkssübut təqdim etməmişlər, onların əsaslandırması xüsusən o istiqamətdə olmuşdur ki, birincisi onlar pilləkən işlərinin görülməsini bəyənməmişlər, bu işlər özbaşına görülmüş, ikincisi qalan təmir işlərində onlara məxsus materiallardan istifadə edilmişdir.
54. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyə əsasən, sözügedən evdə talvar sahədə tavan taxta üzlük işləri üzrə 2301 manat, talvar sahədə pilləkən işləri üzrə 854 manat, mansard sahədə taxta üzlük işləri üzrə 5328 manat, digər işlər üzrə 740.5 manat xərc çəkilmişdir.
55. İşə baxan məhkəmə pilləkən işlərinin görülməsi üçün çəkilmiş xərcin əvəzi qismində 854 manat pulun tutulması barədə qarşılıqlı iddiaçının tələbini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası tələbin bu hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, məhkəmə tələbin bu hisəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, işin hallarından müəyyən olunur ki, pilləkən işləri qarşılıqlı iddiaçılar tərəfindən razılaşdırılmadan, özbaşına aparılmış, bu işlərin görülməsinə zərurətin olması müəyyən edilmir, eyni zamanda ilkin iddiaçılar da özbaşına görülmüş bu işləri bəyənməmişlər.
56. Bununla belə, işə baxan məhkəmə qarşılqılı iddiaçıların təmir-tikinti işləri apararkən ilkin iddiaçılara məxsus materiallardan istifadə edib-etməmələrini araşdırmamış, bu hissə ilə bağlı mübahisə həll edilməmiş qalmışdır.
57. Digər təmir-pərpa işləri - talvar sahədə tavan taxta üzlük işləri, mansard sahədə taxta üzlük işləri, digər işlərinin görülməsinə görə çəkilmiş xərcin ilkin iddiaçılara aid edilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin işlərin görülməsi faktiki olaraq ilkin iddiaçılarla razılaşdırılmışdır. Mübahisəli ev ilkin ididaçılara qaytarılmalı olduğuna görə həmin tikinti işləri isə evin dəyərini artırdığına görə əsassız varlanma halının baş verməməsi üçün işlərin dəyəri ilkin iddiaçılardan alınıb qarşılıqlı iddiaçılara verilməlidir.
58. Bununla belə, o da müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçılar ilkin iddiaçılara məxsus materiallardan da istifadə etmişlər. Bu materialların dəyəri araşdırılarkən qarşılıqlı iddiaçı tərəf bu materialların 300 manat civarında olduğunu bildirmiş, ilkin ididaçılar isə buna dair hər hansı sübut təqdim etməmişər. Ona görə də, kollegiya hesab edir ki, tikintiyə sərf olunan məbləğdən 300 manat çıxılmalı, qalan hissə tutulmalıdır.
59. İş materiallarından müəyyən edilir ki, qarşılıqlı iddiaçılar tərəfindən ilkin iddiaçılara ayrı ayrı vaxtlarda bank kartına köçürməklə 20 manat, 560 manat, 300 manat, 850 manat, eləcə də, şəxsən 30000 manat və 10000 manat ödənilmiş, evin ipoteka ödənişləri kimi isə 6975.19 manat ödənilmişdir. Bundan əlavə, təmir-tikintiyə görə də ümumilikdə 8069 manat ( 2301 manat +5328 manat + 740.5 manat – ilkin iddiaçılara məxsus materialın dəyəri 300 manat = 8096.5 manat) pul xərclənmişdir.
60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə ilkin iddiaçılardan qarşılıqlı iddiaçıların xeyrinə bank kartı vasitəsilə verilmiş 1730 manat, şəxsən verilmiş 40000 manat, ipoteka ödənişi olaraq edilmiş 6975.69 manat, eləcə də təmir-tikinti işlərinin əvəzi olaraq 8069.5 manat, cəmi 56774.19 manat məbləğində pul vəsaiti tutulmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin və qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdehlər cavabdeh2 və cavabdeh1 30600 (otuz min altı yüz) manat pulun müştərək qaydada tutularaq iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 ödənilməsi və mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 23100 manat pul və ödənilmiş dövlət rüsumunun 159.30 manat hissəsi müştərək qaydada tutularaq iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 ödənilsin. Mənəvi zərər qismində cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 1000 manat pul vəsaiti iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 ödənilsin. Qətnamə ilkin iddia tələbi üzrə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qarşılıqlı iddia tələbi üzrə iddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 59174.69 manat pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. İddiaçılar iddiaçı1, iddiaçı3 və iddiaçı2 56774.69 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 260.32 manat hissəsi tutularaq cavabdehlər cavabdeh2 və cavabdeh1 ödənilsin. Qətnamə qarşılıqlı iddia tələbi üzrə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.