Məhkəmə qərarları › İş №e-2(006)-1052/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1052/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1052/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi Cavabdeh və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü ildə X9 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 7 saylı binanın 2-ci girişində yerləşən 2 saylı mənzili satın almışdır. Alqı-satqını həyata keçirərkən mənzildə yalnız evin mülkiyyətçisi Zaur Quliyev qeydiyyatda idi. Zaur Quliyev evin qeydiyyatından çıxıb evin açarlarını iddiaçıya vermiş və məlum olmuşdur ki, Zaur Quliyevin qohumu Cavabdeh (bundan sonra cavabdeh) azyaşlı övladı X5 ilə ona satılan evdə yaşayır. İddiaçı evin ona məxsus olduğunu bildirib evdən çıxmalarını tələb etsə də, cavabdeh mənzili tərk etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 7 saylı binanın 2-ci girişində yerləşən 2 saylı mənzildə yaşamaq və ya mənzildən istifadə etmək hüququ yoxdur. Cavabdeh əsassız olaraq göstərilən mənzildə yaşamaqda davam etməklə iddiaçıya maddi və mənəvi zərər vurur. Belə ki, mülkiyyətində olan mənzildə yaşamaqdan məhrum olmuşdur. Məcburiyyət qarşısında məhkəmədə iddia qaldırır. Məhkəməyə müraciət etməyi ilə əlaqədar olaraq 101 manat dövlət rüsumu, nümayəndəyə verilən etibarnaməyə görə 17,25 manat rüsum, hüquqi xidmətə görə vəkilə 500 manat xidmət haqqı ödəməli olmuşdur. Eyni zamanda mülkiyyətindən məhrum olmağına görə iddiaçıya 300 manat mənəvi zərər vurulub. Beləliklə, iddiaçıya dəyən maddi zərər 1220,25 manat, mənəvi zərərə görə isə 300 manat, cəmi 1521 manat zərər dəyib. Eyni zamanda hər ay 500 manat gəlir götürməkdən məhrum edilmişdir. Göstərilən ərazidə 5 otaqlı mənzillərin aylıq icarə haqqı minimum 500 manatdır. Beləliklə, cavabdeh mənzili boşaldıb iddiaçıya təhvil verilməsini gecikdirdiyi hər ay üçün 500 manat, hər gün isə 17 manat pul ödəməlidir. Göstərilənlərə əsasən Cavabdeh azyaşlı qızı X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 7 saylı binanın 2-ci girişində yerləşən 2 saylı mənzildən çıxarılması, mənzili boşaldaraq təhvil verməsi, vurduğu maddi və mənəvi zərərə görə 1521 manatın alınıb iddiaçıya verilməsi, mənzildən çıxarılmanı gecikdirdiyi hər gün üçün 17 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin məhkəməyə qeyd edilən mənzilin onun həyat yoldaşına məxsus olduğunu, evləndikdən sonra həmin ünvanda bugünədək yaşadığını və onun razılığının olmadığını halda evin satıldığını bildirmişdir. 4.Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Əvvəlki məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 6.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmə iclasının günün ikinci yarısına təxirə salınmasını xahiş etmişdir. 7.Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehin hər ikisini tanıyır. Cavabdeh onun atasının 2-ci həyat yoldaşıdır. İddiaçı ilə isə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq əmlakın onun adına keçirilməsi ilə bağlı notariat hərəkətlərinin 2022-2023-cü illərdə olduğunu, çıxarışın 2024-cü ildə alınmasına səbəb qardaşı Zahidlə bağlı problemlər olduğunu, daha sonra ona zəng edərək artıq məsələni həll etdiyini, qardaşı Zahidin banka borcu olduğuna görə evin girov qoyulacağını, daha sonra Fəxriyyə xanımın evə gəlib, bəyəndiyini, ev üçün qardaşı Zaura beh ödənildiyini, 2024-cü ilin sentyabr ayında isə alqı-satqı müqaviləsinin bağlandığını, etibarnamələrin ona tanış olmasını, lakin onlardan heç bir yerdə istifadə olunmadığını, etibarnaməni artıq ona ehtiyac qalmadığından Sevincin qarşısında cırıb atdığını, Zahid razı olmadığı üçün 20 ildən artıq onu evdən çıxartmaq üçün məhkəmə prosesinin getdiyini, o razılıq verdikdən sonra Asan xidmətə getdiklərini, evin satılacağı təqdirdə Sevinc xanıma başqa evdə qeydiyyata düşüb, yaşamasını bildirdiklərini, 6 uşaqdan biri yəni, Zahidin öz payına düşən hissəni aldığını, Zahidin Zabratda hər bir avadanlığı olmaqla ev tapdığını, amma cavabdehin bununla razılaşmadığını, Zahidə Zabratın çox uzaq olduğunu və onların ora gedib-gələ bilməyəcəyini bildirdiyini, Sevinc xanıma 120-130 min dəyərində ev təklif etdiyini, evin bir hissəsini Sevinc xanıma bağışlayacağını bildirmişdir. 9.Məhkəmə cavabdeh və onun vəkilinin izahatlarını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4-cü mikrorayon, ev 1, mənzil 32, Yeni qaydalarla: AZ 1111, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,8 kv/m olan mənzil X14 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. 11.Mülki işin materiallarında olan satıcı X28 və alıcı X6 arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 1, mənzil 32, Yeni qaydalarla: AZ 1111, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,8 kv/m, yaşayış sahəsi 77 kv/m, yardımçı sahəsi 26,8 kv/m olan 5 otaqlı mənzilin tam hissəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə satıcıdan satdığı tam hissəni ondan 184000 manat qiymətinə almışdır. 12.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4-cü mikrorayon, ev 1, mənzil 32, Yeni qaydalarla: AZ 1111, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,8 kv/m olan mənzil X2 adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. 13.Mülki işin materiallarında olan Azərbaycan SSR Bakı şəhəri X13 İcraçı Komitetinin yaşayış sahəsinin müəyyən edilməsi və qeydiyyatı idarəsinin 237603 nömrəli, 20 fevral 1985-ci il tarixli orderin surətindən görünür ki, X16 və onunla birlikdə yaşayan 7 nəfər ünvan 2 ünvanında 5 otaqlı. 76,19 kv/m sahəsi olan yaşayış sahəsinin əldə edilməsi hüququna malikdirlər. Orderə görə sahəyə hüququ olan şəxslərin siyahısına daxil edilmişdir: X16, X24, X25, X17, X28, X10, Quliyeva Hicran Zakir qızı, X18. 14.Mülki işin materiallarında olan Çiyni kənd ərazi bölgəsi tərəfindən 28 noyabr 2003-cü il tarixdə verilən İİ-AZ seriyalı, 026632 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 və X3 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 noyabr 2003-cü il tarixdə 05 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. 15.Mülki işin materiallarında olan Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 28 iyun 2007-ci il tarixdə verilən AZ-İ seriyalı, 952991 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 08 iyun 2007-ci il tarixdə anadan olmuş, atası X16, anası Cavabdehdır. 16.Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 23 yanvar 2021-ci ildə verilmiş AZ-İİ seriyalı, 126238 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2021-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 59 № ilə qeyd edilmişdir. 17.Mülki işin materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, X29 birgə nikah dövründə əldə edilmiş əri – X20 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4-cü mikrorayon, ev 1, mənzil 32, Yeni qaydalarla: AZ1111, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. 18.Mülki işin materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisinə X6 tərəfindən ünvanlanmış ərizədən görünür ki, o, 1457 reyestr nömrəsi ilə qeydə xx.xx.2024-cü ildə, Bakı şəhəri 43 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı (bağışlama, dəyişdirmə) müqaviləsinə əsasən (2,5,10,15 gün) müddətində adına elektron çıxarışın və texniki pasportun (texniki pasportsuz) qeydə alınması ilə bağlı müvafiq tədbir görməyi xahiş etmişdir. 19.Mülki işin materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisinə X21 tərəfindən ünvanlanmış ərizədən görünür ki, o, qeydiyyatda olduğu, X20 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 1, mənzil 32, Yeni qaydada: AZ 1111, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. 20.Mülki işin materiallarında olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinə X25 tərəfindın ünvanlanmış ərizədən görünür ki, o, qeydiyyatda olduğu, X20 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 1, mənzil 32, Yeni qaydada: AZ 1111, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. 21.Mülki işin materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, X28 06 fevral 2003-cü il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X21, X19 və X15r. 22.Mülki işin materiallarında olan X25, X4, X11, X18, Quliyeva Hicran Zakir qızı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış ərizələrdən görünür ki, onlar Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 32 saylı mənzilin X14 adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmirlər. 23.Mülki işin materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinə Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2021 tarixdə Bakı şəhəri notariat ofisində Azərbaycan Respublikası, ünvan 10 ünvanında qeydiyyatda olan X20 reyestrdə 7E-11323 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. 24.Mülki işin materiallarında olan Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 65 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş 197 nömrəli Arayışdan görünür ki, mərhum X16 H.Seyidzadə küçəsi 1 saylı evin 32 №-li mənzilində aşağıdakı ailə tərkibləri ilə yaşayıb və qeydiyyatda olub. xx.xx.2021-ci ildə vəfat edib. Ailə tərkibi: X25 - oğlu, X19 - qızı, X21 – nəvəsi. Yuxarıda qeyd olunanlardan başqa bu ünvanda qeydiyyatda heç kim yoxdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 25.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4-cü mikrorayon, ev 1, mənzil 32, (Yeni qaydalarla: AZ 1111, ünvan 1) xüsusi mülkiyyət hüququ əsasında X12 (cavabdehin mərhum həyat yoldaşı) məxsus olmuş, X16 05 yanvar 2021-ci il tarixdə vəfat etmiş, bundan sonra qeyd edilən əmlak 15 avqust 2024-cü il tarixdə X14 (X7 birinci nikahından olan oğlu) adına rəsmiləşdirilmiş, sonuncu tərəfindən əmlak 20 sentyabr 2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında hazırki iş üzrə İddiaçı 184.000 manat məbləğində satılmış və xx.xx.2024-cü il tarixdə iddiaçının adına çıxarış verilmişdir. 26.Müəyyən edilmişdir ki, mübahisəli evdə hazırda mənzilin əvvəlki mülkiyyətçisi X7 həyat yoldaşı, yəni hazırki iş üzrə Cavabdeh və onun qızı yaşayırlar. 27.Mənzildə yaşayan cavabdeh və onun qızı mənzildən çıxmadıqları üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı cavabdehin azyaşlı qızı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 7 saylı binanın 2-ci girişində yerləşən 2 saylı mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq təhvil verilməsini, vurulan maddi və mənəvi ziyana görə 1521 manat alınıb ona verilməsini, mənzildən çıxarılmanın gecikdirildiyi üçün hər gün üçün 17 manat pulun alınıb ona ödənilməsini tələb edir. 28.Cavabdeh isə 2003-cü ildən etibarən sözügedən mənzildə yaşadığını, başqa yaşayış yerinin olmadığını, alqı-satqı müqaviləsindən məlumatsız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 29.Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. 33.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına əsasən Konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. 34.Hazırki iş üzrə məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. 35.Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4-cü mikrorayon, ev 1, mənzil 32 (Yeni qaydalarla: AZ 1111, ünvan 1) ilk öncə X12 order əsasında məxsus olmuş, 2003-cü il tarixdə o, hazırki iş üzrə cavabdehlə ikinci dəfə ailə həyatı qurmuş və bundan sonra cavabdeh qızı ilə birlikdə 2003-cü il tarixdən etibarən hazırki vaxtadək sözügedən mənzildə yaşamışlar. 2021-ci il tarixdə X16 vəfat etmiş, mənzil xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında onun birinci nikahından olan oğlu X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X28 tərəfindən hazırki iş üzrə İddiaçı satılmış və xx.xx.2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 36.Hazırki iş üzrə İddiaçı mübahisə predmeti olan mənzildən Cavabdeh qızı ilə birlikdə çıxarılmasını, mənzilin boşaldılaraq təhvil verilməsini, vurulan maddi və mənəvi zərərə görə 1521 manatın və mənzildən çıxarılmanı gecikdirdikləri üçün hər gün üçün 17 manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. 37.Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəni həll etmək üçün ilk öncə cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququnun olub-olmamasını müəyyən etmək lazımdır. 38.Mənzilə istifadə hüququnun yaranması ilə bağlı halları müəyyən etmək üçün isə tərəflər arasındakı hüquq münasibətlərinin hansı tarixdən yarandığını müəyyən etmək lazımdır. 39.Mülki iş materiallarından görünür ki, cavabdeh mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olan X16 ilə 2003-cü ildə ailə həyatı qurmuş və həmin tarixdən etibarən orada yaşamağa başlamışdır. Həmin nikahdan olan X19 həmin mənzildə qeydiyyata düşmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri, yəni ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsaslar, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsasları 2009-cu il oktyabrın 1-dək yarandığı üçün, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən tərəflər arasında olan hazırkı mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir. 40.Belə ki, cavabdeh və mənzilin ilkin mülkiyyətçisi arasında olan münasibət ər-arvad arasında olan münasibət olduğundan, ər-arvad isə Mülki Məcəllənin 228.5-ci maddəsi baxımından birgə yaşayan ailə üzvləri hesab olunduğundan, cavabdeh yaşayış sahəsindən istifadə etmək hüququna malikdir və bunun üçün mülkiyyətçi ilə bağlanan müqaviləyə ehtiyac yoxdur, çünki onlar arasındakı münasibətlər etibarlı ailə əlaqələri əsasında yaranır. 41.Məhkəmə mübahisəli mənzilin hazırki vəziyyətdə mülkiyyətçisinin dəyişməsi, yəni hazırki iş üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu səbəbdən cavabdehin istifadə hüququ mövcuddur və qanunla qorunur. Cavabdehin istifadə hüququ mövcud olduğundan, onun hazırki halda mənzildən çıxarılması mümkünsüzdür. 42.Məhkəmə onu da qeyd edir ki, mənzildə cavabdehin istifadə hüququ mövcud olduğundan onun mənzildən çıxarılması yalnız kompensasiya verilməklə mümkün ola bilərdi. Məhkəmə tərəfindən tərəflərə kompensasiya ilə bağlı təklif irəli sürülsə də, qəbul edilməmişdir. 43.Belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqədə olduğu və öz evi saydığı mənzildən çıxarılması onların Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir. 44.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas hissədə yəni, Cavabdeh və onun azyaşlı qızı X8 mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 45.Məhkəmə tələbin digər hissələrinə, yəni vurulan maddi və mənəvi ziyan, həmçinin mənzildən çıxarılmanın gecikdirildiyi üçün hər günə 17 manat pulun alınıb verilməsi hissələrinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni mənzildən çıxarılma hissəsində təmin edilmədiyi üçün prosessual qənaət prinsipi nəzərə alınmaqla həmin hissələrdə də təmin edilməməlidir. 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar