Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2476/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: “dəymiş ziyan, kirayə haqqı, mənzildən çıxarılma”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərin Cavabdeh1 və qardaşları Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 12300 manat məbləğində maddi və mənəvi ziyanın alınıb ona ödənilməsi, cavabdelərin Cavabdeh1 halhazırda yaşadığı və onun mülkiyyətində olan evdən çıxarılması, məhkəmə xərclərinin Cavabdeh1 və qardaşları Cavabdeh2 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iş üzrə iddia tələbinin ümumi dəyərinin 18400 manata qədər artırılmasını və cavabdehlərdən bu məbləğin tutularaq ona ödənilməsi, habelə qeyd olunan ünvanlardan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iş üzrə iddia tələblərinin ümumi dəyərinin 18320 (on səkkiz min dörd yüz) manata qədər artırılmasını və cavabdehlərdən bu məbləğin tutularaq onlara ödənilməsi, habelə qeyd olunan ünvanlardan cavadehlərin çıxarılmaları, B. Nuriyev küçəsi, ev 46, mənzil 127 ünvanında yerləşən mənzildə kirayə qalmaqlarına görə 5000 manatın Cavabdeh2 tutulması, Cavabdeh1 Badamdar qəsəbəsində yerləşən mənzilini kirayəyə verilə bilmədiyinə görə 9600 manat tutulması, Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yaşadığına görə 3200 manat tutulması, “Bahəddin tapşırıqlara görə 520 manatın Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ildə qonşusu vasitəsilə Cavabdeh1 adlı şəxsin ünvan 2 ünvanında yerləşən mənzilini satmaq istədiyini öyrənmiş və həmin mənzili almaq niyyətində olduğu üçün onunla əlaqə saxlamışdır. Evin ümumi satış qiyməti 180000 manat təşkil etsə də, o zaman onun maliyyə imkanı 150000 manatla məhdudlaşırdı. Bu barədə Cavabdeh1 məlumat vermiş və çatışmayan 30000 manatı 1 il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh1 bu təkliflə razılaşmış və ona bildirmişdir ki, heç bir problem yoxdur. Cavabdeh1 və qardaşları Cavabdeh2 və Cavabdeh3 təcili pul lazım olduğu üçün 14 avqust 2024-cü ildə 12000 ABŞ dolları məbləğində pul vermişdir. Lakin daha sonra məlum olmuşdur ki, həmin ev Cavabdeh1 adına deyil, "Əmanətlərin Sığortalanması Fondu” tərəfindən girov qoyulub və evin mülkiyyətçisi Kəmalə adlı şəxsdir. Bu səbəbdən o, verdiyi vəsaitin geri qaytarılmasını tələb etmiş, lakin Cavabdeh1 ona bildirmişdir ki, bu məsələni həll edəcək, narahat olmağa dəyməz. Cavabdeh1 ona dəfələrlə yalan vədlər verərək, 15 sentyabr 2024-cü il tarixində notarius vasitəsilə alqı-satqı prosesini tamamlayacağını, dekabr ayında isə evdən çıxacağını bildirmişdir. Əgər ev təyin olunan vaxtda adına keçməsə, Cavabdeh2 ona bildirmişdir ki, verdiyi 12000 ABŞ dollar və əlavə olaraq 10000 ABŞ dolları ona qaytaracaq, amma Nurəddin pulu götürüb Özbəkistana getmişdr. 18 sentyabr tarixində o, Cavabdeh1 bildirmişdir ki, pulunu geri qaytarın, o gedib başqa ev ala bilsin, Cavabdeh1 ona bildirmişdir ki, heç bir problem yoxdur və tez zamanda həll olunacaq. Lakin Forma 2 çıxarıldıqdan sonra məlum olmuşdur ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən evə həbs qoyulmuş və onun satışı qadağan edilmişdir. Cavabdeh1 bunu da "boş şeydir, həll olunacaq"-deyə izah etmişdir. 2024-cü ilin noyabr ayında bu məsələ ilə əlaqədar o üç dəfə müvafiq qurumlara müraciət etmiş, bir dəfə isə Cavabdeh1 özü gedərək həbsin götürülməsinə çalışmışdır. Noyabr ayında ev üzərindən həbs götürülmüşdür. Sonradan o, Kadastr idarəsinə müraciət edərək 1 saylı ВТ-yə məktub göndərmişdir. Lakin Azərbaycanda keçirilən COB konfransına görə ƏMSFX işləmədiyi üçün sənədləşmədə gecikmə olmuşdur. Cavabdeh1 yenidən vəd vermişdir ki, dekabr ayında yeni ilə kimi sənədlər onun adına keçiriləcək, əgər keçməzsə, ona 2 qat pul qaytaracaqdır. Bu barədə yazılı müqavilə bağlamışlar. Həmçinin, Cavabdeh1 ondan 2600 manat borc istəmiş və beləliklə, o, ona ümumilikdə 12000 ABŞ dolları və 2600 manat pul vermişdir. Yeni il gəlsə də, ev hələ də onun adına keçirilməmişdir. Cavabdeh1 isə hər dəfə yalan vədlərlə prosesi uzatmışdır. Sonradan o ondan əlavə 10000 manat tələb etmiş və ümumilikdə verdiyi məbləğ 35000 manata çatmışdır. O yenə də bildirmişdir ki, 1 fevral tarixində ev onun adında olacaqdır. Əks halda, pulu qaytaracağını qeyd etmişdir ki, o ona 14 fevral tarixinə qədər gözləyəcəyini bildirmişdir. Nəhayət, ev yalnız 22 aprel 2024-cü il tarixində onun adına rəsmiləşdirilmişdir. O, Cavabdeh1 bildirmişdir ki, 1 ay ərzində evdən çıxmalıdır. Çünki o, əvvəlki evini (Bəhruz Nuriyev ev 46, mənzil 127 ünvanında yerləşən) satmış və sentyabr ayından bu yana yeni mənzil kirayələyərək hər ay üçün 300 manat olmaqla ümumilikdə 2700 manat xərcləmişdir. Hər dəfə Cavabdeh1ə borc verərkən, ona təklif etmişdir ki, borc müqaviləsini notarius vasitəsilə rəsmiləşdirsinlər, lakin o bildirmişdir ki, ehtiyac yoxudr və müqaviləni sadəcə adi yazılı qaydada bağlayırdılar. Onlar razılaşmışdılar ki, Cavabdeh1 yanvar ayından ona kirayə haqqı ödəyəcək, lakin bu da yerinə yetirilməmiş və o pulu evin qiymətindən çıxılacağını demişdir. Mart ayında çıxacağına dair söz verməsinə baxmayaraq, hələ də evdən çıxmamışdır. Hal- hazırda kirayədə yaşadığı evin sahibləri də onu evdən çıxardıllar. Cavabdeh1 iyun və uzağı avqust ayında çıxacağını bildirmiş və bununla əlaqədar ondan notarius vasitəsilə 20000 manat da pul almışdır.O, Badamdar qəsəbəsində yerləşən iki mərtəbəli həyət evini xarici vətəndaşlara kirayə verməklə aylıq 1200 manat gəlir əldə etmişdir. Lakin ev onun adına rəsmiləşmədiyi üçün müqavilə bağlaya bilməmiş və sentyabr ayından bu gəlirdən məhrum olmuşdur. Beləliklə, 9600 manat əldən çıxmış faydası olmuşdur. Burdan əldə etdiyin gəliri Cavabdeh1 qalan borcunu verəcək idi. Cavabdeh1 tərəfindən verilmiş yalan vədlər nəticəsində 2700 manatlıq kirayə ziyanı ilə birlikdə ümumi maddi zərəri 12300 manat təşkil edir. Bahəddin tərəfindən verilmiş yalan vədlər nəticəsində 2700 manatlıq kirayə ziyanı ilə birlikdə ümumi maddi zərəri 12300 manat təşkil edir. Yuxarıda göstərilənlərlə yanaşı, o, 2024-cü ilin sentyabr ayından kirayədə yaşamaq məcburiyyətində qalmış və 2700 manat kirayə haqqı ödəmişdir. Badamdar qəsəbəsində yerləşən və adında olmayan iki mərtəbəli evini 1200 manat aylıq məbləğlə xarici vətəndaşlara kirayə verə bilməmiş və 9600 manat gəlir itirmişdir. Mənzilin sənədləri yalnız 22 aprel 2024-cü ildə onun adına keçirilmişdir və cavabdeh hal-hazırda onun şəxsi mülkiyyətində olan evdə qanunsuz olaraq qalmaqdadır.
5. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində cavabdehlərdən 12300 (on iki min üç yüz) manat məbləğində maddi ziyanın ödənilməsi və ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmaları tələb edilmişdir. Lakin, hazırkı vəziyyətə görə onlara dəymiş ümumi ziyanın məbləği 18400 (on səkkiz min dörd yüz) manat təşkil edir. İddia ərizəsində qeyd olunduğu kimi, onlar ünvan 3 ünvanında yerləşən mənzili ayda 400 (dörd yüz) manat olmaqla 8 səkkiz) ay müddətinə kirayə müqaviləsi əsasında icarəyə götürmüşlər. Müqavilənin müddəti bitdikdən və cavabdehlər mənzili tərk etmədikləri üçün, həmin ünvanda yerləşən mənzilin sahibi ilə ayda 600 (altı yüz) manat olmaqla 3 (üç) aylıq yeni kirayə müqaviləsi bağlamağa məcbur olmuşlar. Kirayə haqqı olaraq indiyədək ödədikləri məbləğ 5600 (beş min altı yüz) manat təşkil edir ki, bu da cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində onlara dəymiş birbaşa zərəri əks etdirir. Cavabdeh2 tərəfindən kirayə haqqının ödəniləcəyi vəd edilsə də, bu öhdəlik icra edilməmişdir. Cavabdeh1 tərəfindən Badamdar qəsəbəsində yerləşən mənzillərinin kirayəyə verilə bilməməsi nəticəsində də onlara ziyan dəymişdir. İddia ərizəsində qeyd olunduğu kimi, 8 ay müddətində hər ay üçün 1200 manat məbləğində, ümumi 9600 manat zərər dəymişdir. Hazırda Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə yaşadığı üçün, ev onun adına keçəndən hər ay üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının ödənilməsini tələb edir. Əgər şəxs söz verdiyi kimi avqust ayında çıxacaqsa, 4 ay müddəntində hər ay üçün 800 manat, ümumi 3200 manat ödənilməsini məhkəmə tərəfindən cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Yenədə cavabdeh söz verdiyi vaxtda evdən çıxmasa, dəymiş ziyanın məhkəmə tərəfindən hesablanmasını xahiş edir. Hal-hazırda həmin ünvanda dəqiq kimlərin yaşadığı barədə dəqiq məlumatları olmadığından, yaşayış sahəsinin boşaldılması (evdən çıxarılma) tələbinin cavabdehlərlə yanaşı, onların ailə üzvlərinə və digər birlikdə yaşayan şəxslərə də şamil olunmasını xahiş edir.
6. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində cavabdehlərdən 12300 (on iki min üç yüz) manat məbləğində maddi ziyanın ödənilməsi və ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaları tələb edilmişdir. Lakin, hazırkı vəziyyətə görə onlara dəymiş ümumi ziyanın məbləği 18320 (on səkkiz min dörd yüz) manat təşkil edir. İddia ərizəsində qeyd olunduğu kimi, onlar ünvan 4 ünvanında yerləşən mənzili ayda 400 (dörd yüz) manat 8 (səkkiz) ay müddətinə kirayə müqaviləsi əsasında icarəyə götürmüşdülər. Müqavilənin müddəti bitdikdən və cavabdehlər mənzili tərk etmədikləri üçün, həmin ünvanda yerləşən mənzilin sahibi ilə ayda 600 (altı yüz) manat olmaqla 3 (üç) aylıq yeni kirayə müqaviləsi bağlamağa məcbur olmuşlar. Kirayə haqqı olaraq indiyədək ödədikləri məbləğ 5000 (beş min altı yüz) manat təşkil edir ki, bu da cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində onlara dəymiş birbaşa zərəri əks etdirir. Cavabdeh2 tərəfindən kirayə haqqının ödəniləcəyi vəd edilsə də, bu öhdəlik icra edilməmişdir. Cavabdeh1 tərəfindən Badamdar qəsəbəsində yerləşən mənzillərinin kirayəyə verilə bilməməsi nəticəsində də onlara ziyan dəymişdir. İddia ərizəsində qeyd olunduğu kimi 8 ay müddətində hər ay üçün 1200 manat məbləğində, ümumi 9600 manat zərər dəymişdir. Hazırda Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə yaşadığı üçün, ev onun adına keçəndən hər ay üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının ödənilməsini tələb edir. Əgər şəxs söz verdiyi kimi avqust ayında çıxacaqsa, 4 ay müddəntində hər ay üçün 800 manat, ümumi 3200 manat ödənilməsini məhkəmə tərəfindən cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Yenədə cavabdeh söz verdiyi vaxtda evdən çıxmasa dəymiş ziyanın məhkəmə tərəfindən hesablanmasını xahiş edir. Hal-hazırda həmin ünvanda dəqiq kimlərin yaşadığı barədə dəqiq məlumatı olmadığından, yaşayış sahəsinin boşaldılması (evdən çıxarılma) tələbinin cavabdehlərlə yanaşı, onların ailə üzvlərinə və digər birlikdə yaşayan şəxslərə də şamil olunmasını xahiş edir. Əlavə olaraq məhkəməyə təqdim etdiyi “Bahəddi tapşırıqlar” adlı sənəddə, evin alqı- satı prosessi zamanı, Cavabdeh1 ona tapşırdığı tapşırılaqlara görə kompensassiya istəyir. Hər tapşırığı yerinə yetirəndə o, benzin pulu və çıxan digər xərcləri özü qarşılayırdı. Sənəddə 26 tapşırıq qeyd olunub, hər tapşırıq üçün 20 manat dəyərində, ümumi olaraq 520 manat kompensasiya istəyir.
İş materialları :
7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı 14 avqust 2024-cü il tarixdə (borc müqaviləsi əsasında) verdiyi 12000(on iki min) ABŞ dollar məbləğində behi və 12 dekabr 2024-cü il tarixdə verdiyi 2600 (iki min) aldı yüz manat məbləğində behi Cavabdeh1 ünvan 5 ünvanda yerləşən mənzili almaq üçün verməsi, Cavabdeh1 (beh alan və yaxud borclanan) 31 dekabr 2024-cü il tarixə qədər ünvan 6 ünvanda mənzili sənədləşməsini öhdəsinə götürməsi, 31 dekabr 2024-cü il tarixə qədər ünvan 6 ünvanda yerləşən mənzil (beh alan) Cavabdeh1 tərəfindən (beh verən) İddiaçı adına sənədləşdirilmədiyi təqdirdə, behin iki qat məbləğini 24000 (iyirmi dörd min) ABŞ dollar və 5200 (beş min iki yüz) manat məbləği geri ödəməli olması barədə razılığa gəlmişlər.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, xx.xx.2013-cü il tarixli ********** nömrəli qeydiyyat nömrəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, mənzil 18 xüsusi mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur.
9. İddiaçı ilə X8, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Bəhruz Nuriyev, bina 54, mənzil 18 yerləşən mənzili almaq məqsədi ilə üç qardaşa beh yaxud borc məqsədi ilə ev üçün verir ki, xx.xx.2024-cü il tarixində evi ona satmasalar, beh 2 qat qaytaralacaqdır. X8, Cavabdeh1 və Cavabdeh2 12000 dollar vermişdir, manat olaraq 20400-ə bərabər olur. xx.xx.2024-cü il tarixi ərəfəsində evi alqı-satqı edə bilməsələr, borcu 2 qat qaytaracaqlar.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, mənzil 18 (Yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, giriş 428, M9, m2) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
11. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”ndən görünür ki, X4 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 88.8 kv.m olan 4 otaqlı mənzili 91600 manat məbləğində İddiaçı satmışdır.
12. İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanılmış xx.xx.2025-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh1 20000 manat məbləğində pulu faizsiz şəkildə borc verməyi, borcalan isə xx.xx.2025-ci il tarixinədək həmin borc vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşdür.
13. xx.xx.2025-ci il tarixli, **********4 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. X11 ilə X15 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli ilkin müqavilənin surətindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 350 kv.m torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 200 kv.m olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Bu müqavilənin predmeti olan torpaq və fərdi yaşayış evinin satış qiyməti 100000 manat məbləğində müəyyən olunmuşdur.
15. İddiaçı ilə Uddin Shaheem (pakistan vətəndaşı) arasında bağlanılmış xx.xx.2024cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ev sahibi İddiaçı ona məxsus olan mənzili 8 ay müddətinə hər ay 1200 manat ödənilməsi şərti ilə kirayəçi Uddin Shaheem-ə kirayəyə vermişdir.
16. İddiaçı ilə Tanzil Mohammad arasında bağlanılmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 Yaşayış massivi ünvanında mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən 200 kv.m torpaq sahəsində yerləşən 200 kv.m natamam fərdi yaşayış evi tam təmirli 2025-ci ildən 25.04 2026-cı ilin 30.05-dək aylıq 1200 manat məbləğində kirayəyə verilir.
17. Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan/borcalan X9 və satıcı İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 65AS/24 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 127 Yeni qaydalarla: AZ1142, ünvan 10 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən 09 iyul 2024-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********65-05101-093051 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı/ipoteka qoyanın mülkiyyətinə verməyi, daşınmaz əmlakın satış qiymətinin 100000 manatdır, daşınmaz əmlakın dəyərinin 30000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 70000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan/borcalan arasında Bakı şəhərində bağlanılmış xx.xx.2024-cü il tarixli 65AS/24 nömrəli kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
18. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı arasında imzalanmış xx.xx.2025-ci il tarixli razılaşdırma aktından görünür ki, Cavabdeh1 ona məxsus olan evi İddiaçı satmış və İddiaçı 30000 manat borcu qalmış, həmin borcu xx.xx.2025-ci il tarixinə qədər ödəcəyəni, həmin tarixdə də mənzili boşaldacağı barədə razılığa gəlmişlər. Həmçinin aktdan görünür ki, İddiaçı Cavabdeh1 40000 manat məbləğində borc verməyi, cavabdeh isə əvəzində 60000 manat məbləğində pul vəsaitini geri qaytarmağı öhdəsinə götürmüşdür.
19. Bağırov Şahvələd ilə İddiaçı arasında bağlanılmış xx.xx.2025-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X13 Nuriyev, bina 46, mənzil 127 ünvanında yerləşən mənzili 3 ay avqust daxil, hər ay 600 manat olmaqla İddiaçı kirayəyə vermişdir.
20. Bağırov Şahvələd ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsindən görünür ki, X13 Nuriyev, bina 46, mənzil 127 ünvanında yerləşən mənzili 8 ay avqust, hər ay 400 manat olmaqla İddiaçı kirayəyə vermişdir.
21. İddiaçı tərəfindən LPO "xxxx" ləğvedici Əmanətlərin Sığortalanmasına Fonduna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixli məktubun tələbinə uyğun olaraq iş üzrə girov predmeti olan ünvan 11 ünvan onunla alqı-satqı həmin mənzilin yüklülükdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
22. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC adından Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan 18 nömrəli mənzilə dair ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi səlahiyyəti verilmişdir.
23. Bakı şəhəri 15 sylı Notariat Ofisi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki. İddiaçı notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 91600 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra 90000 manat "xxxx"ASC-nin hesabına köçürülməsi və qanunvericiliklə nəzərdə tutulmuş 1587.4 manat vergi məbləği çıxdıqdan sonra qalan 12 manat 40 qəpik X3 ödənilməsi üçün bankda olan depozit hesabına ödənilməsi xahiş edilmişdir.
24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2(004)-3783/2014 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə cəmi 262501 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, cavabdehin borcunun Cavabdeh1 məxsus X23-avtobus markalı avtomaşına, X3 məxsus ünvan 13 ünvanında yerləşən 18 nömrəli mənzilə və X5 məxsus İsmayıllı rayonu, Basqal qəsəbəsində olan 0.28 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 54 yaşayı., 40.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən əmlakların hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin "xxxx" ASC-yə olan borcun ödənilməsi və mənzillərin 1 ay ərzində boşaldılması qət edilmişdir.
25. Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icraatın dayandırılması haqqında” qərardan görünür ki, tələbkar "xxxx" ASC-nin ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3783/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır.
Tərəflərin izahatları :
26. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ilkin razılaşmaya əsasən 12000 dollar məbləğində pul vəsaiti ondan alınmış və ev sentyabrda ona təhvil verilməli idi. Həmin vaxt o, işin icrada olduğundan məlumatlı olmuş, lakin evin həbsdə olmasını bilməmişdir. Ona icra şöbəsi ilə danışdıqlarını və sənədlər hazır olan kimi evi onun adına rəsmiləşdirəcəklərini bildirmişlər. Cavabdehlər ona icra məmurunun işi Fonda göndərdiyini bildirmişlər. O da verdiyi pulu geri istəmişdir. Bundan sonra cavabdehlər hər şeyin 1 həftəyə hazır olacağını demişlər. Bu şəkildə prosesi uzatmışlar. COP29-a görə proses daha 2 ay uzanmışdır. Dekabrda yenidən müqavilə bağlamış, bu dəfə isə mənzili yanvar ayında onun adına rəsmiləşdirəcəklərini bildirmişlər. Bahəddinin tapşırıqları ona aiddir ki, Bahəddin ona 26 dəfə tapşırıq vermişdir. Ona görə 26 dəfə işdən icazə almışdır. Bütün bunları Bahəddin etməli olduğu halda onun yerinə getmişdir. Xəstə olduğunu bəhanə edib və o da məcbur qalıb getmişdir. xx.xx.2025-ci il tarixli akt onunla bağlıdır ki, 20 min manat borc pul vermişdir, verilən pulun evin puluna aidiyyəti yoxdur. O, humanitar məqsədlə pul vermişdir ki, cavabdeh evi tikib onun evindən çıxsın. May ayında pul verəndə cavabdeh 2 aya evi tikib çıxacağını və mənzili boşaldacağını bildirmişdir. Borc müqaviləsi 13 mayda bağlanmış və tərəflər avqust ayının 15-də evin boşaldılması ilə bağlı razılığa gəlmişlər. O, cavabdehlərə fevralın ayının 15-dən o tərəfə gözləməyəcəyini, 35000 manat pulu geri qaytarmalarını, həmin pula başqa ev alacağını bildirmişdir. Cavabdehlər ona evin onların adına olmasını, ev ipotekada olsa da, satıla biləcəyini, evin girovda olduğunu və 140000 manat pul ödəsələr borcun bağlanacağını, qalan 40000 manatı da onlara verəcəyini bildirmişlər. Hərrac zamanı 93000 nə qədərsə pul ödəmişdir. Geri qalan 30000 manatı kredit götürüb vermək istəmiş, lakin cavabdehlər bildirmişlər ki, kredit vermə yığ biz evdən avqust ayında çıxanda verərəsən. O pulun cavabdehlər tərəfindən qaytarılması ona qaranlıq gəldiyi üçün, məsələnin öz aralarında həll olunmasını istəmişdir. O, cavabdehlərin hamısına evi kirayəyə verdiyini bildirmişdir.
27. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş edərək izahatında bildirmişdir ki, may-iyun ayına kimi bu məsələlər olmamış, əksinə iddiaçı ilə dost kimi olmuşlar. O da iddiaçıdan nə üçün məhkəməyə müraciət etdiyini soruşanda iddiaçı cavab olaraq demişdir ki, “qızım məhkəmədə işləyir, o qədər məhkəmələr udmuşam”. Ev hərracda ilk dəfə 170000 manat məbləğində qiymətləndirilmiş, sonra isə qiymət aşağı düşmüşdür. Danışıq zamanı Nurəddin iddiaçıya avqust ayında anasını evdən çıxaracağını və qalıq 30000 manatı evdən çıxdıqları gün ödəməsini demiş və razılaşmışlar.
28. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin rədd edilməsini xahiş edərək izahatında bildirmişdir ki, iddia tələbi çox əsassızdır. İddiaçı yanvar ayına qədər evdə pulsuz qalacağını, sonra isə Yaşar müəllimin ondan 300 manat kirayə haqqı istədiyini bildirmişdir. O da iddiaçıya kirayə haqqının 150 manatını onun verəcəyini bildirmişdir. 1 saat sonra iddiaçı onlara 30000 manat borcu qaytarmaq üçün bankdan kredit götürəcəyini bildirmişdir. Onlar da iddiaçıya bankda faizə girməməsini, kirayə haqqını özünün tam verməsini, bankdakı faizin əvəzinə kirayəyə qaldığı 300 manatı özünün ödəməsini bildirmiş və belə də razılaşmışlar. Həmçinin bildirmişdir ki, əgər iddiaçı pulu tez verərsə, tikintini tez tamamlayıb evdən də tez çıxarlar. İddiaçı pullarını versə, ayın sonua qədər evdən çıxa bilərlər. Avqust ayının 15-nə qədər o evə köçə bilməzlər. Ancaq məcbur edilsə kirayəyə köçə bilərlər.
Şahid ifadələri:
29. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, iddiaçı bacısının yoldaşıdır. Razılaşma olanda o da orda olmuşdur. İlk görüşdə iştirak etmişdir. İlk görüş 2024-cü ilin avqust ayında olmuşdur. 1 ay ərzində evi iddiaçının adına keçirmələri barədə razılaşmışlar. Ödəniş şərti olaraq iddiaçı ilkin beh verməli, daha sonra müəyyən miqdarda ödəniş edilməli idi. Sonra da evdən çıxanda qalan pul verilməli idi. Cavabdehlərin xəstə anası olduqları üçün 1 aya qədər evi adına keçirəcəkləri, mart ayına qədər də evi boşaldıb təhvil verəcəklərinə dair söz vermişdilər. İlk danışıqda razılıq olmuşdur ki, iddiaçının kirayədə qalma pulunu da cavabdehlər verəcəkdilər. O, iddiaçıya cavabdehlərə pul verməməsini bildirsə də, iddiaçı cavabdehlərə borc kimi 20000 manat məbləğində pul vermişdir. Bahəddin 1 aya evi tikib evdən çıxacağını demişdir.
30. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Cavabdeh1 onun sinif yoldaşıdır. Həmin gün (xx.xx.2025) cavabdehlərlə birlikdə 4 nəfər oturarkən iddiaçı Fuad gələrək alacaq-verəcəklərini siyahı etmiş və nəticədə cavabdehlərə 30600 manat məbləğində borcu qalması, 600 manat məbləğində pulu sabah verəcəyini, ümumilikdə 30000 manat məbləğində borcu qalmasını bildirmişdir. Bahəddin ona 30000 manatı verərsə, evi tamamlayacaqlarını və tez bir zamanda evdən çıxacaqlarını bildirmişdir. Bu zaman Fuad ona 40000 manat məbləğində pulu borc verə biləcəyini təklf etmişdir. Belə ki, Fuad 40000 manat borcu, cavabdehlərin həmin borcun əvəzində 60000 manat, yəni əlavə 20000 manat daha çox qaytarması şərti ilə verirdi. Fuad 20000 manatı adi qaydada, 20000 manatı isə 3 gün sonra notariusda müqavilə bağlayaraq verəcəyini dedikdə Bahəddin 20000 manat pulu geri qaytarıb hamısını bir yerdə verməsini demişdir.
İşin faktiki halı :
31. İddiaçı Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 46, 127 saylı mənzili xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında X1.
32. İddiaçı 2024-cü ilin avqust ayında cavabdehlər ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin satış qiyməti 180000 manat olmaqla, alqısatqısı barədə razılaşmışlar.
33. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil xx.xx.2013-cü il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış və Cavabdeh1 "xxxx" ASC qarşısında olan öhdəliyinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2(004)-3783/2014 saylı icra vərəqəsinə əsasən tutma yönəldilmişdir.
34. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 3783/2014 saylı icra sənədi üzrə icraat tələbkar "xxxx" ASC-nin ərizəsi əsasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dayandırılmışdır.
35. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilə dair iddiaçı ilə X4 arasında xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və xx.xx.2025-ci il tarixində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparılmışdır. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən 91600 manat məbləğində vəsait ödənilmişdir.
36. İlkin razılaşma zamanı iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin satın alınması üçün beh olaraq 12000 ABŞ dolları ödənilmişdir. Həmin razılaşmaya əsasən 15 sentyabr tarixində mənzilin alqı-satqısı həyata keçirilməli olmuşdur. Daha sonra 12 dekabrda 31 dekabradək sənədləşmə işlərinin yekunlaşması barədə razılıq əldə edilmişdir. xx.xx.2025-ci ilin tarixində isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində mənzilin dəyərinin ödənilməmiş hissəsi olan 30000 manatın ödənilməsi və cavabdehlərin həmin tarixdə mənzili boşaltmaları barədə razılaşmışlar.
Məhkəmə baxışının hədləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Məhkəmənin mövqeyi :
40. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:
1. Cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanından çıxarılmaları;
2. Cavabdeh3 olan ünvan 1 ünvanında yaşamasına görə kirayə haqqı olaraq 3200 manat məbləğində vəsaitin tutulması;
3. ünvan 14 ünvanında kirayədə yaşaması ilə əlaqədar Cavabdeh2 5000 manat məbləğində vəsaitin tutulması;
4. Ona məxsus olan Badamdar qəsəbəsində yerləşən mənzili kirayəyə verə bilməməsi ilə əlaqədar 9600 manat məbləğində vəsaitin Cavabdeh1 tutulması;
5. Cavabdeh1 tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar 520 manat məbləğində vəsaitin Cavabdeh1 tutulması.
İddia tələbinin “cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanından çıxarılmaları” hissəsi ilə bağlı:
41. İddiaçı iddia tələbinin hazırki hissəsini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin ona məxsus olması, cavabdehlər tərəfindən həmin mənzilin ona satılmasına baxmayaraq mənzili tərk etməmələri, qanuni əsas olmadan həmin mənzildə yaşamaları ilə əsaslandırmışdır.
42. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
45. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
46. Belə ki, iddia tələbinin faktiki hallarına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil xx.xx.2025-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsasən iddiaçının xüsusi mülkiyyətindədir və hazırda həmin mənzildə cavabdehlər yaşayırlar.
47. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
48. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
49. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
50. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.
52. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
a) Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:
53. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır.
54. Belə ki, ünvan 1 alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən satın alınmış və xx.xx.2025-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyat aparılmaqla çıxarış verilmişdir.
b) Əmlakın cavabdehin sahibliyində olması:
70. İşin mübahisəsiz halı odur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil cavabdehlərin sahiblik və istifadəsindədir.
71. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən mənzil cavabdehlərə məxsus olmuş və həmin mənzil cavabdehlər tərəfindən iddiaçıya satılmış, hazırda isə həmin mənzildə onlar yaşayırlar.
c) Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:
55. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil Cavabdeh1 "xxxx" ASC qarşısında olan kredit öhdəliyinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və həmin mənzilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3783/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutma yönəldilmişdir.
56. İcra sənədi Bakı şəhəri Nizami rayon icra şöbəsinin icraatında olduğu zaman, 2024-cü ilin avqust ayında iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 evin alqısatqısı barədə razılığa gəlmişlər.
57. Müəyyən edilmişdir ki, tərəflər arasında evin alqı-satqısı ilə bağlı danışıqlar aparılan zaman iddiaçı mənzilə dair mübahisə olduğunu, mənzilə dair icra şöbəsinin icraatında iş olduğunu bilmişdir.
58. Tərəflər arasında razılıq ondan ibarət olmuşdur ki, tərəflər mənzilin alqı-satqı qiyməti olan 180000 manat məbləğində vəsaitin müəyyən hissəsinin evin alqı-satqısı zamanı ipoteka saxalayan "xxxx" ASC qarşısında olan öhdəliyin icrası üzrə ödənilməsi, qalan hissəsinin isə nağd şəkildə cavabdehlərə ödənilməsi barədə razılaşmışlar.
59. İddiaçı tərəfindən evin alqı-satqısı zaman 91600 manat məbləğində pul vəsaiti Bakı şəhəri 15 saylı Notariat ofisinin hesabına ödənilmiş, alqı-satqı qiymətinin müəyyən hissəsi hissə-hissə nağd şəkildə cavabdehlərə ödənilmiş və iddiaçının cavabdehlər qarşısında icra edilməmiş 30000 manat öhdəliyi qalmışdır.
60. Evin iddiaçının adına rəsmiləşdirilməsi prosesi uzanmış və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil xx.xx.2025-ci il tarixində iddiaçının adına rəsmiləşdirilmişdir.
61. Yəni hazırda məhkəmə tərəfindən qiymət verilməli olan məsələ Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin iddiaçının adına rəsmiləşdirildiyi vaxtdan sonra cavabdehlərin həmin mənzildə yaşamasının qanuni əsası mövcud olubolmaması ilə bağlıdır.
73. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə razılaşma aktı tərtib edilmiş və həmin akta əsasən tərəflər 30000 manat məbləğində vəsaitin 15 avqust 2025-ci il tarixində iddiaçı tərəfindən ödənilməsi və həmin tarixdə isə cavabdehlər tərəfindən mənzilin boşaldılması barədə razılaşmışlar.
74. Məhkəmə iclasında qeyd edilən akta dair iddiaçı ilə dəqiqləşdirmə aparılan zaman tərəflər arasında belə bir razılaşma olduğunu təsdiqləmişdir.
75. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil iddiaçının adına rəsmiləşdikdən sonra iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixədək mənzildə yaşamalarına icazə, yəni möhlət verilmişdir.
76. Bununla belə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin xx.xx.2025-ci il tarixində, yəni iddiaçı tərəfindən verilən möhlət bitdikdən sonra mənzildən çıxmayacaqlarına dair ehtimal vardır.
77. Belə ki, Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə xx.xx.2025-ci il tarixində çıxacaqlarına dair razılığa gəlmiş olsalar da, ola bilər ki, ayın sonu çıxsınlar. Belə ki, iddiaçı tərəfindən mənzilin dəyərinin qalan hissəsi tez ödənilsə onlar tikintini tamamlayıb evdən çıxarlar. Lakin hazırki halda evin ayın 15-dək tamamlanması mümkün deyildir.
78. Cavabdehlərin iddiaçı tərəfindən verilən möhlət bitdikdən sonra mənzildən çıxmayacaqlarına, yəni mənzilin onların qanunsuz sahibliyində qalmasına dair ehtimalın olması, hazırki iş üzrə qəbul edilmiş qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldilmə müddəti, prosessual qənaət prinsipi, iddiaçının mənzilə olan mülkiyyət hüququ nəzərə alınaraq məhkəmə cavabdehlərin mənzildən çıxarılmasına dair qərar qəbul edilməsini zəruri hesab etmişdir.
79. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qərar qəbul edilən zaman həmin mənzildə yaşaması müəyyən edildiyindən məhkəmə tərəfindən cavabdehlərin hər birinə münasibətdə iddia tələbi əsaslı hesab edilmişdir.
İddia tələbinin “Cavabdeh3 ünvan 1 ünvanında yaşamasına görə kirayə haqqı olaraq 3200 manat məbləğində vəsait tutulması” hissəsi ilə bağlı:
80. İddiaçı iddia tələbinin hazırki hissəsini Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil onun mülkiyyətinə keçdiyi vaxtdan sonra ona məxsus olan mənzildə yaşadığı müddət - may, iyun, iyul, avqust ayları üçün kirayə haqqı ödəməli olması ilə əsaslandırmışdır.
81. Məhkəmə tərəfindən iddiaçı ilə iddia tələbinin hazırki hissəsinin Cavabdeh3 yönəldilməsi məsələsi aydınlaşdırılmış və iddiaçı bildirmişdir ki, həmin mənzildə Cavabdeh3 yaşadığından kirayə haqqını ondan tələb edir.
82. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzil onun mülkiyyətinə keçdiyi vaxtdan sonra cavabdehdən həmin mənzildə yaşamasına görə kirayə haqqı tutulması tələbi əssassız olduğundan təmin edilə bilməz.
83. Belə ki, qeyd etdiyimiz kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixində (kirayə haqqı tutulması tələb etdiyi vaxtdan) razılaşma əldə edilmiş və həmin razılaşmaya əsasən iddiaçı tərəfindən evin dəyərinin qalan hissəsi olan 30000 manat məbləğində vəsaitin xx.xx.2025-ci il tarixində ödənilməsi və həmin tarixdə cavabdehlərin mənzili boşaltmaları razılaşdırılmışdır.
84. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə həmin tarixədək mənzildə yaşamaları üçün icazə verilmişdir. Həmçinin məhkəmə icraatı zamanı iddiaçı tərəfindən Cavabdeh3 ilə həmin mənzildə yaşaması üçün kirayə haqqı ödəməsi barədə razılıq əldə edilməsi müəyyən edilməmişdir.
85. Əksinə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən evin dəyəri tam şəkildə ödənilməmiş, xx.xx.2025-ci il tarixində evin boşaldılması şərtilə evin dəyərinin qalan hissəsinin (30000 manat) ödənilməsi barədə razılıq əldə edilmişdir.
86. Hazırki işin faktiki halları nəzərə alınaraq iddiaçı tərəfindən cavabdehə qarşı kirayə haqqı tələbi irəli sürülməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə olaraq qiymətləndirilmişdir, halbuki bu, qanunla qadağandır.
87. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2025-ci ilin may ayında razılaşma əldə edilən zaman iddiaçı tərəfindən cavabdehlərə üzərində əlavə ödəniş edilməsi şərtilə 40000 manat məbləğində borc verilməsi barədə razılaşma əldə edilmişdir. Daha sonra həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 20000 manat məbləğində pul vəsaiti verilmişdir.
88. Qeyd edilən halda məhkəmə tərəfindən cavabdehlərdən nə üçün iddiaçıdan borc aldıqları aydınlaşdırılan zaman onlara məxsus olan torpaq sahəsində aparılan tikinti işlərini tamamlayaraq mənzildən çıxmaları üçün pul lazım olduğundan borc aldıqlarını bildirmişlər. Belə olan halda nə üçün iddiaçının evin dəyərindən qalan 30000 manat məbləğində pul vəsaitini tələb etmədiklərini aydınlaşdırdıqda isə avqusta ayında verəcəyini bildirdiyindən onlar borc almışlar.
89. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
İddia tələbinin “ünvan 14 ünvanında kirayədə yaşaması ilə əlaqədar Cavabdeh2 5000 manat məbləğində vəsaitin tutulması” hissəsi ilə bağlı:
90. İddiaçı iddia tələbinin hazırki hissəsini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin onun adına rəsmiləşdirilməsi prosesinin uzanması ilə əlaqədar kirayədə qalması və Cavabdeh2 tərəfindən onun kirayə xərcini ödəmək ilə bağlı üzərinə öhdəlik götürməsi ilə əsaslandırmışdır.
91. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən mənzilin onun adına rəsmiləşdirilməsi prosesi uzandığı üçün o, özünə məxsus olan mənzili satdığı şəxs ilə kirayə müqaviləsi bağlayaraq həmin mənzildə kirayədə qalmışdır.
92. İlk növbədə qeyd edək ki, işin tədqiq edilən halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən ona məxsus olmuş Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 46, 127 saylı mənzil cavabdehlər ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin alqı-satqısına dair razılaşma əldə edilməmişdən əvvəl satılmışdır.
93. Yəni iddiaçı cavabdehlərlə əldə edilmiş razılaşmaya inananaraq özünə məxsus olan mənzili satmamışdır.
94. Digər tərəfdən iddiaçı bildirmişdir ki, mənzili satdığı şəxs ilə arasında razışalma əldə edərək həmin mənzildə kirayədə qalmış və onunla kirayə müqaviləsi bağlamışdır. Qeyd edilən halı təsdiq etmək üçün isə məhkəməyə kirayə müqavilələri təqdim edilmişdir.
95. İddiaçı tərəfindən təqdim edilən kirayə müqaviləsinə münasibətə məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, həmin müqavilələr məhkəmə tərəfindən iddiaçının ünvan 14 ünvanında kirayədə qalmasını təsdiq edən mötəbər sübut olaraq qiymətləndirilməmişdir.
96. İddiaçı tərəfindən mənzilin sahibi olaraq bildirilən və müqavilənin bağlanılmasında adı vasitəçi olaraq qeyd edilmiş Yaşar radlı şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsi ilə bağlı vəsatət verilsə də, həmin şəxsin məhkəmə iclasında iştirakı təmin edilməmiş, baxış iclasında iddiaçı onun iştirak edə bilməyəcəyini bildirmişdir.
97. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin hazırki hissəsinə iki əsasla yoxlayaraq hüquqi qiymət verilməsini zəruri hesab edir: 1) İşin faktiki hallarının ziyan dəymədən irəli gələn hüquq münasibətlərini tənzimləyən hüquq normalarının dispozisiya şərtləri ilə üst-üstə düşüb-düşməməsi; 2) Cavabdeh2 tərəfindən üzərinə iddiaçının kirayə haqqını ödəmək öhdəliyi götürülməsi.
98. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
99. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi, iddiaçıya zərər vurulması müəyyən edilməmişdir. Hesab etsək belə ki, iddiaçı qeyd etdiyi kimi kirayədə qalmış və onun tərəfindən Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, ev 46, 127 saylı mənzildə yaşamaq üçün kirayə haqqı ödənilmişdir, belə olan halda belə bu cavabdehlərin təqsirli hərəkətləri nəticəsində dəymiş ziyan olaraq qiymətləndirilə bilməz.
100. Belə ki, işin qeyd etdiyimiz kimi faktiki halı odur ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin alqı-satqısı barədə razılaşmışlar və razışlaşma prosesi zamanı iddiaçı sözügədən mənzilə dair icra şöbəsinin icraatında iş olması barədə məlumatlı olmuşdur.
101. Həmçinin qeyd edək ki, iddiaçı mənzilə dair icra şöbəsinin icraatında iş olması ilə bağlı ziddiyyətli izahat vermişdir. Belə ki, əvvəlki -xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahatında mənzilə dair icrada iş olması və üzərində həbs olması barədə məlumatlı olduğunu, lakin evin başqasının adına olması barədə məlumatlı olmadığını, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə izahatında cavabdehlər ilə razılaşma zamanı mənzil ilə bağlı icra şöbəsinin icraatında iş olduğunu bilsə də, mənzil üzərinə həbs olması barədə məlumatlı olmadığını bildirmişdir. Bu məhkəmə tərəfindən ağlabatan qəbul edilməmişdir.
102. İddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər ilə razılaşma əldə etdikdən sonra sentyabr ayında İcra şöbəsində olmuş və icra məmuru ilə danışıq aparmış, icra məmurundan işin icraatı barədə məlumat əldə etmişdir.
103. İddiaçı izahatında bildirmişdir ki, icra məmuru tərəfindən ona bir aya qədər sənədlərin hazır olacağı barədə məlumat verilmiş, daha sonra isə bildirilmişdir ki, hərracın keçirilməsi dayandırılıb, iş Əmanətlərin Sığortalanması Fonduna keçmişdir.
104. Məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “icraatın dayandılması haqqında” qərara əsasən müəyyən edilmişdir ki, tələbkar "xxxx" ASC-in ərizəsi əsasında iş üzrə icraat dayandırılmışdır.
105. Göründüyü kimi, artıq sentyabr ayında iddiaçı mübahisə obyekti olan mənzilə dair icra işinin icra vəziyyəti barədə tam məlumatlı olmuş, lakin müqavilədən imtina etməmiş və beh olaraq ödədiyi pulu geri tələb etməmişdir.
106. İddiaçı müqavilədən imtina etməməsi və həmin pulu geri tələb etməməsini onunla izah etmişdir ki, cavabdehlərin həmin pulu geri qaytaracaqlarına etibar etmədiyi üçün o, məsələnin aralarında həll edilməsini gözləmişdir.
107. Halbuki, işin faktiki hallarından aydın olur ki, qeyd edilən vəziyyətdə iddiaçı tərəfindən verilən behin geri tələb edilməsi onun xeyrinə olmuşdur.
108. Belə ki, iddiaçı ilə cavabdehlər arasında əldə edilmiş xx.xx.2024-cü il tarixli razılaşmadan görünür ki, cavabdehlər iddiaçı ilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin alqı-satqısını həyata keçirə bilmədikləri halda beh olaraq verilmiş vəsaiti iki qat olaraq iddiaçıya geri qaytaracaqlarına razılamışlar.
109. İşin tədqiq edilən halları onu deməyə əsas verir ki, iddiaçı evin adına satın alınmasında maraqlı olmuş və işin vəziyyəti barədə məlumatlı olsa da, o müqavilədən imtina etməmiş, evin adına rəsmiləşdirilməsi ilə bağlı prosesdə iştirak etmişdir.
110. Cavabdeh1 isə bildirmişdir ki, iddiaçı evin bankda olmasından məlumatlı olmuşdur. Hətta o iddiaçıya təklif etmişdir ki, əgər narazıdırsa beh olaraq verilmiş vəsaiti geri qaytarsınlar, lakin iddiaçı razı olmamışdır. Cavabdehlər bildirmişlər ki, evi bazar dəyərindən aşağı qiymətə satdıqları üçün iddiaçı evin satın alınmasında maraqlı olmuşdur.
111. Qeyd edilənlər onu deməyə əsas verir ki, evin iddiaçının adına rəsmiləşdirilməsi prosesinin uzanması cavabdehlərin təqsirli hərəkətlərinin nəticəsi olmamış, yəni iddiaçı qeyd etdiyi kimi kirayədə qalmışdırsa, bu cavabdehlərin təqsirli hərəkətlərinin nəticəsində olmamışdır.
112. İddiaçı iddia tələbinin hazırki hissəsinin Cavabdeh2 qarşı yönəldilməsini cavabdeh tərəfindən onun kirayə haqqını ödəyəcəyinə dair öhdəlik götürməsi ilə əsaslandırmışdır.
113. Məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları ilə tərəflər arasında öhdəlik hüququ münasibətinin yaranması, cavabdehin iddiaçı qarşısında ona 5000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair öhdəliyinin yaranması müəyyən edilməmişdir.
114. Qeyd edilir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
115. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər.
116. İddiaçı ilə cavabdeh arasında ünvan 14 mənzildə kirayədə qalması ilə bağlı kirayə haqqının ödənilməsinə dair öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır.
117. Cavabdeh2 izahatında (xx.xx.2025-ci il tarixli məhkəmə iclası) bildirmişdir ki, iddiaçı ev sahibinin ondan 300 manat kirayə haqqı tələb etdiyini bildirdiyindən o, həmin kirayə haqqının yarısına kömək edə biləcəyini bildirmiş, lakin daha sonra iddiaçı evin qalan 30000 manat pulunu bankdan kredit götürüb verəcəyini bildirdiyindən o, iddiaçıya bildirmişdir ki, kredit götürmə, bank faizinin əvəzinə evin kirayə haqqını özün tam ver, evdən çıxanda avqut ayında 30000 manatı verərərsən. Yəni iddiaçı tərəfindən cavabdehin üzərinə kirayə haqqını ödəyəcəyinə dair öhdəlik götürməsi sübuta yetirilməmişdir.
118. Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən “cavabdeh tərəfindən sənin kirayə haqqını mən ödəyəcəm” deyə söz verməsi əsası ilə irəli sürülmüş iddia tələbinin hüquqi əsası yoxdur. İddia tələbinin “ona məxsus olan Badamdar qəsəbəsində yerləşən mənzili kirayəyə verə bilməməsi ilə əlaqədar 9600 manat məbləğində vəsaitin Cavabdeh1 tutulması” hissəsi ilə bağlı:
119. İddiaçı iddia tələbinin hazırki hissəsini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin onun adına rəsmiləşdirilməsi prosesinin uzanması ilə əlaqədar ona məxsus olan olan Badamdar qəsəbəsində yerləşən mənzili kirayəyə verə bilməməsi ilə əlaqədar ona 9600 manat məbləğində ziyan dəyməsi ilə əsaslandırmışdır.
120. İddiaçı iddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəməyə bildirmişdir ki, ona məxsus olan Badamdar qəsəbəsində yerləşən mənzili xarici vətəndaşlara kirayəyə verə bilməsi üçün qanunvericiliyin tələbinə əsasən onun adına çıxarış olmalıdır. Lakin cavabdehlər tərəfindən mənzilin onun adına rəsmiləşdirilməsi prosesi uzandığı üçün o, mənzili kirayəyə verə bilməmiş və ona ziyan dəymişdir.
121. Belə olan halda məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
122. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır
123. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
124. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır
125. Belə ki, işin tədqiq edilən hallarına əsasən belə aydın olmuşdur ki, onun tərəfindən mənzil kirayəyə verilən zaman əcnəbilər ona məxsus olmuş ünvan 14 ünvanına müvəqqəti qeydiyyata salınmışdır. Yəni ona məxsus olan çıxarışlı mənzilə qeydiyyata salmaqla, digər mənzili xarici vətəndaşlara kirayəyə vermişdir.
126. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin iddiaçının adına rəsmiləşdirilməsi prosesinin uzanmasının cavabdehin təqsirli hərəkətləri nəticəsi olması müəyyən edilmədiyindən və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, o cümlədən ona məxsus olan mənzili cavabdehlərin təqsirli hərəkətləri nəticəsində kirayəyə verə bilməməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən iddia tələbinin hazırki hissəsi əsassız olduğundan təmin edilə bilməz.
İddia tələbinin “Cavabdeh1 tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar 520 manat məbləğində vəsaitin Cavabdeh1 tutulması” hissəsi ilə bağlı:
127. İddiaçı iddia tələbinin hazırki hissəsini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzilin onun adına rəsmiləşdirilməsi prosesi zamanı çəkilən xərclərin Cavabdeh1 tərəfindən ödənilməli olması ilə əsaslandırmışdır.
128. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən xərclərə dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, Cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində həqiqətən ona həmin məbləğdə ziyan dəyməsi və ya aralarında həmin hərəkətlərin iddiaçı tərəfindən icra edilməsi və cavabdeh tərəfindən sonra ona ödəniləcəyinə dair razılaşma olması məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən təmin edilə biməz.
Məhkəmə Xərcləri:
129. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir.
Nəticə :
130. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməldir.
131. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 54, 18 saylı mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində vəsait cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva