Məhkəmə qərarları › İş №2(001)-1005/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1005/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1005/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “kredit üzrə borcun tutulması, borc tələbin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 22 may 2014cü il tarixli 6630 saylı kredit müqaviləsinə edilmiş 02 aprel 2021-ci il tarixli Restrukturizasiya müqaviləsinə əsasən 35.195,46 manat kredit borcunun, 26.209,93 manat hesablanmış faiz borcu olmaqla cəmi 61.405,39 manat və 274,22 (iki yüz yetmiş dörd manat, 22 qəpik) manat məbləğində dövlət rüsumunun “Aqrarkredit’’ QSC-nin xeyrinə tutulması, borc tələbinin kredit üzrə təminati olan Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74, “C” binası, 21 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən 144.17 kv.m ibarət 86 saylı mənzilə yönəldilməsı, borc tələbinin kredit üzrə təminati olan Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74, “C” binası, 21 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən 144.17 kv.m ibarət 86 saylı mənzilin satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan 61.405,39 manat kredit borcunun və 274,22 (iki yüz yetmiş dörd manat, 22 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20 fevral 2025-ci il tarixdə İddiaçı QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən qraflk üzrə müəyyən ödənişlər edilmişdir. Cavabdehlə iddiaçı arasında razılaşma olduğu üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı, eləcə də ödənilmiş 275 (iki yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu büdcədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş (Azərbaycan Respublikası Mərkəzi Bankı – X4) Azərbaycan Beynəlxalq Bankı ASC-nə məxsus mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə, ********** nömrəli mədaxil qəbzinə əsasən 275 (iki yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “kredit üzrə borcun tutulması, borc tələbin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı QSC (qeydiyyat kodu - **********, VÖEN - **********, büdcə təsnifat kodu – 142211, xidmət kodu – 14221104, transaksiya nömrəsi – İB**********) tərəfindən ödənilmiş 275 (iki yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi - **********, ödəniş tarixi – 07 oktyabr 2024-cü il) büdcədən İddiaçı QSC-nə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar