Məhkəmə qərarları › İş №2(001)-1007/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1007/2021

01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1007/2021 01.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, iddia ərizəsi məhkəməyə verildiyi tarixdən Cavabdeh aylıq əmək haqqısının 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı adına olan “xxxx” ASC-nın Yasamal filialında açılmış CİF - 1287724, KOD - 200037, VÖEN – **********, Müxbir Hesab- AZ37NABZ********************, SWİFT-AİİBAZ2X, Hesablaşma hesabı- AZ80AİİB********************; ********************-li Kart hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-294/2019 saylı qətnaməsi ilə Cavabdehlə onun arasında xx xxxx 2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nikahın pozulması barədə iddia Yasamal rayon Məhkəməsinə bu iş üzrə Cavabdeh tərəfindən verilmiş və işə məhkəmədə baxılan zaman o, aliment məsələsində alimentin daimi əmək haqqısı (qazancı) olan valideynin 1 uşağa görə qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulmasını bilmədiyindən, keçmiş həyat yoldaşı, Daxili işlər orqanlarında zabit kimi xidmət edən Cavabdeh DİO-da işləməsi və əmək haqqı alması barədə məhkəməyə bildirmiş, lakin Cavabdeh iddiasına baxan Yasamal rayon Məhkəməsi Cavabdeh DİO-da işləməsi barədə Daxili İşlər Nazirliyinə sorğu etməmiş və sonuncunun əmək haqqısı barədə arayış alaraq, onun əmək haqqısının 1/4 hissəsi miqdarında alimentin tutulması əvəzinə, alimenti sabit pul məbləğində 160 manat müəyyən etmişdir. Alimentin miqdarının artırılması barədə hazırki iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək bildirir ki, Cavabdeh hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi aparatında “polkovnik” rütbəsində işləyir, hələ boşanmadan əvvəl bir ailədə yaşadıqları vaxt bilmişdir ki, cavabdeh “polkovnik” xüsusi rütbəsinə görə hər ay 1200 (bir min iki yüz) manat əmək haqqı almışdır, hazırki vaxtda cavabdehin əmək haqqısı daha yüksək olar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Cavabdeh vəzifəsi və əmək haqqısı barədə məlumat əldə edə bilmədiyindən, iddia ərizəsinə vəsatət əlavə edərək, məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə sorğusu göndərilməsini, DİN-nin mərkəzi aparatında işləyən polkovnik rütbəsində olan iddiaçı Cavabdeh bütün əlavə ödəmələri daxil olmaqla aylıq əmək haqqısı barədə məlumat əldə edilməsini məhkəmədən xahiş etmişdir. 9 yaşlı qızı Hacıyeva Züleyxa orta məktəbdə oxuyur, uşağın sanatoriya-kurort müalicəsi üçün əlavə xərc tələb olunur. Uşağın məsrəfləri yetərincə artmışdır, vaxtaşırı uşağın həkim müayinəsindən keçməsi, ona zəruri vitamin preparatların alınmasında çətinlik çəkir, cavabdeh Tımur Zapletin hər ay 160 manat aliment ödəməkdən başqa heç bir maddi köməklik göstərmir, uşağın bütün qayğı və ehtiyaclarını o çəkir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun birinci nikahdan bir övladı da var, yetkinlik yaşına çatmışdır, universitetdə oxuyur. Onun da maddi ehtiyaclarını ödədiyindən maksimum 200 manat məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-294/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2010-cu il tarixdə 656 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx xxx 2011-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, yetkinlik yaşına çatmayan xx xxx 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Nəqliyyatda Baş Polis İdarəsinin NMŞ-nin Baş əməliyyat müvəkkili Cavabdeh aylıq əmək haqqı 1050,09 (bir min əlli manat 9 qəpik) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi... Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin müəyyən edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, Cavabdeh bir uşağın saxlanması üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği (160 manat), onun qazancının (1059,09 manat) dörddə bir hissəsinin miqdarı (264,7 manat) nəzərə alındıqda əhəmiyyətli dərəcədə azdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilməsini tələb etməkdə haqlıdır və onun iddiası həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarının tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında qanunun 8.1.1-ci maddəsinə görə məhkəməyə verilən iddia ərizələri üzrə iddianın qiyməti 500 (beş yüz) manatadək olduqda, dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 160 manat miqdarda alimentin məbləği dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ədalətli hesab olunmalıdır. İddianın tutulacaq aliment məbləğinin İddiaçı adına olan bank hesabına köçürülməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bunun üçün qətnamə qəbul edilməsi tələb edilmir, bununla bağlı İddiaçı qətnamənin icrası zamanı müvafiq icra şöbəsinə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği və tutulma qaydası dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar