Məhkəmə qərarları › İş №e-2(3-6)-3588/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3588/2026

21.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3588/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Qasımov İbrahim Musa oğlunun iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ## ###### 2007-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin № *(***)-****/**** saylı, ##.##.2017-ci il traixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ## ###### 2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3905 nömrə ilə qeydə alınmış nikahın pozulması, yetkinlik yaşına çatmayan ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, ## ###### 2016-cı il tarixdən başlayaraq ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 117 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı aliment məbləğinin dəyişdirilməsini və əlavə xərclərin ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 üçün tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh Cavabdeh hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi, ## ####### 2014-cü il təvəllüdlü X4 təhsil xərci qismində iddiaçı tərəfindən ödənilmiş 13.250 (on üç min iki yüz əlli) AZN məbləğin cavadehdən tutularaq iddiaçıya ödənilməsi, ## ####### 2014 cü il təvəllüdlü X4 ümumi orta təhsilini bitirənədək təhsil xərclərinin ödənilməsinə cavabdehin cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ilə ## ###### 2007-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahlarından ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan bir müddət sonra cavabdehlə aralarındakı münasibətlər pisləşmiş və nəticədə iddiaçı Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin № *(***)- ****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında ## ###### 2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3905 nömrə ilə qeydə alınmış nikahın pozulması, yetkinlik yaşına çatmayan ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, ## ###### 2016-cı il tarixdən başlayaraq ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 117 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin № *(***)-****/**** saylı, ##.##.2017-ci il traixli qətnaməsi icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Həmçinin cavabdeh Cavabdeh adına ##.##.2016-cı il tarixində Bakı Şəhəri ** saylı notariat konturunda reyestrdə № *E-15015 nömrə ilə qeydə alınmış ərizə rəsmiləşdirilmişdir (notarius X2). Sözügedən ərizə hazırda qüvvədədir. Ərizəyə əsasən cavabeh birgə nikahlarından dünyaya gəlmiş övladları ## ####### 2008-ci il təvəllüdlü X3 və ## ####### 2014-cü il təvəllüdlü X4 bütün xərclərinin qarşılanaraq ödənilməsi, eləcə də onların yetkinlik yaşına çatanadək saxlanılması üçün vəsaitin ödənilməsini, məktəb ödənişlərini, dayə xərclərini, övladlarının nəqliyyat vasitəsilə təmin olunması xərclərini və bütün xərclərini tələbatlarını ödəməyi öhdəsinə götürmüşdür. Lakin sözügedən ərizə 2017-ci il tarixində məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınmamışdır. Həmçinin Bakı Şəhəri Səbail rayon Məhkəməsinin № *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladları ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, iddiaçı Cavabdeh (17 avqust) doğum günündə, övladı X3 (12 oktyabr) doğum günündə və övladı X4 (06 oktyabr) doğum günündə saat 11:00-dan saat 15:00-dək, yeni il və novruz bayramlarında (dövlət tərəfindən təyin olunmuş qeyri iş-bayram günlərində) bayramın ikinci günü saat 11:00-dan saat 18:00-dək uşaqların anası İddiaçı iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmişdir. Hazırda cavabdeh X3 təhsil xərclərini qarşılayır, lakin ## ####### 2014-cü il təvəllüdlü X4 hazırki vaxtadək heç bir maddi təminatını qarşılamır. Həmçinin cavabdeh 2017-ci ildən məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləğini də hazırki vaxtadək ödəməmişdir. Cavabdeh ## ####### 2014-cü il təvəllüdlü X4 nəinki aliment və digər tələbatlarını qarşılamır, həmçinin ona ata olaraq qayğı göstərmir, onunla mütəmadi olaraq ünsiyyətdə olmur. Nəticədə cavabdehin hazırki hərəkətləri uşaqların hüquqlarının bərabərliyinin pozulmasına onlar arasında ayrı-seçkilik yaranmasına gətirib çıxarmışdır. Cavabdeh ## ####### 2008-ci il təvəllüdlü X3 əlavə xərclərini (təhsil) xərclərini könüllü olaraq qarşıladığı üçün hazırda ## ####### 2014-cü il təvəllüdlü X4 mənafeyinin təmin edilməsi məqsədilə məhkəməyə hazırki iddia tələbi ilə müraciət edilməsi zərurəti yaranmışdır. Avropa Azərbaycan Məktəbi Təhsil Kompleksi MMC-nin verdiyi ## ###### 2026cı il tarixli məktubuna əsasən X4 təhsili üçün 13.250 AZN məbləğ tam şəkildə Avropa Azərbaycan Məktəbinin hesabına köçürülmüşdür (məktub qoşmaya əlavə edilir). Sözügedən məbləğ iddiaçı tərəfindən qarşılanmışdır. X5 Ümumi Təhsil Müəssisəsi MMC-nin ## ###### 2026-cı il tarixli arayışı ilə əsasən X4 2024-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayına qədər Oxbridge Akademiyasında 5-ci sinifdə təhsil aldığı təsdiqlənir. Həmçinin Dövlət Vergi Xidmətinəvə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə rəsmi sorğular ünvanlanmışdır (sorğular və sorğuya cavab məktubları qoşmaya əlavə edilir). Hesab edir ki, uşaqların xeyrinə tutulan sabit pul məbləğində aliment Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməli, həmçinin ## ####### 2014-cü il təvəllüdlü X4 əlavə xərclərinin (illik təhsil haqqı) ödənilməsinə cavabdeh Cavabdeh cəlb edilməsi zəruridir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, iddiasının əsası kimi yaşayış minimumunun və uşaqların xərclərinin artmasını göstərmişdir. Lakin işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məktubundan da görünür ki, cavabdeh məhkəmə qaydasında ondan aliment tutularkən də hazırki (Nazirliyin Katibliyinin köməkçisi) vəzifəsində işləmişdir. Məhkəmə iddia tələbinin “## ####### 2014-cü il təvəllüdlü X4 təhsil xərci qismində iddiaçı tərəfindən ödənilmiş 13.250 (on üç min iki yüz əlli) AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ## ####### 2014-cü il təvəllüdlü X4 ümumi orta təhsilini bitirənədək təhsil xərclərinin ödənilməsinə cavabdehin cəlb edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İddiaçı uşaqların ödənişli təhsil müəssisələrində təhsil aldıqlarına istinad edərək, cavabdehin əlavə xərclərə cəlb edilməsini xahiş edir. Məhkəmə işdə olan sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirərək qeyd etmişdir ki, hazırda cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə zərurət yoxdur. Belə ki, bunun üçün qanunvericilikdə müəyyən olunmuş əsaslar mövcud deyildir. İşdə uşağın ağır xəstəlikdən əziyyət çəkdiyini, yaxud ona kənar xidmətin göstərildiyini təsdiq edə biləcək sübutlara rast gəlinməmişdir. Uşaqların ödənişli əsaslarla təhsil müəssisələrində təhsil almaqları isə cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün hüquqi əsas yaratmır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddia tələbi “alimentin məbləğinin dəyişdirilməsi, uşağın təhsil xərclərinin cavabdehdən tutulması və gələcək təhsil xərclərinin ödənilməsinə cavabdehin cəlb edilməsi” olmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan iki uşağın yaşayış yeri ananın yanında müəyyən edilmiş, cavabdehdən hər bir uşaq üçün aylıq 117 manat məbləğində aliment tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Hazırda həmin qətnamənin qəbul edilməsindən uzun müddət keçmiş, cavabdehin maddi vəziyyəti də əhəmiyyətli dərəcədə dəyişmişdir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh ## ####### 2014-cü il təvəlüdlü Cahan Ələkbərovanın təhsil və inkişafı ilə bağlı heç bir maliyyə öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Cahan Ələkbərovanın təhsili ilə bağlı xərclər iddiaçı tərəfindən ödənilmiş, cavabdeh isə həmin xərclərin qarşılanmasında iştirak etməmişdir. Bundan əlavə, iş materiallarında cavabdehin daimi əmək münasibətlərində olması, aylıq pul təminatı alması, habelə onun bir neçə hüquqi şəxslərdə təsisçi olması ilə bağlı məlumatlar mövcud olsa da, birinci instansiya məhkəməsi həmin sübutları tam və hərtərəfli araşdırmadan iddianı tamamilə rədd etmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü bütün arqumentləri ayrı-ayrılıqda qiymətləndirməmiş, təqdim olunmuş sübutların qarşılıqlı əlaqəsini araşdırmamış və nəticədə iş üzrə faktiki halları tam müəyyən etmədən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcələsinin 112.1-ci maddəsini formal olaraq tətbiq etmiş, iddiaçının irəli sürdüyü faktiki halları tam araşdırmadan iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Həmin norma yalnız aliment ödəyən şəxsin iş yerinin dəyişməsini və ya vəzifəsinin fərqli olmasını deyil, onun ümumi maddi imkanlarında, ailə vəziyyətində, gəlirlərində, habelə aliment alan uşaqların obyektiv ehtiyaclarında baş vermiş dəyişikliklərin məcmu qiymətləndirilməsini tələb edir. Hazırkı işdə məhkəmə iddiaçının mövqeyini düzgün müəyyən etməmişdir. İddia inflyasiya və yaşayış minimumunun artması ilə əsaslandırılmamışdır. İddiada göstərilmişdir ki, aliment müəyyən edilərkən azyaşlı olan uşaqlar hazırda fərqli yaş mərhələsindədirlər və onların gündəlik təminat, təhsil, inkişaf, sağlamlıq və sosial ehtiyacları əhəmiyyətli dərəcədə artmışdır, cavabdehin daimi əmək münasibətində olması və aylıq pul təminatı alması təsdiq edilmişdir, cavabdehin maddi imkanlarının müəyyən edilməsi məqsədilə dövlət orqanlarından məlumatlar əldə edilmişdir, cavabdeh övladı Cahan Ələkbərovanın təhsil xərclərinin ödənilməsində iştirak etməmişdir. Birinci instansiya məhkəməsi isə bu halların hər birinə ayrıca hüquqi qiymət verməmiş, yalnız cavabdehin 2017-ci ildə də eyni vəzifədə işlədiyini göstərməklə iddianın əsassız olması nəticəsinə gəlmişdir. Lakin vəzifənin dəyişməməsi şəxsin maddi vəziyyətinin dəyişməməsi demək deyildir. Məhkəmə cavabdehin 2017-ci ildə aldığı aylıq pul təminatını hazırkı təminatla müqayisə etməmiş, əməkhaqqının və digər gəlirlərinin artıb artmadığını araşdırmamış, bu məsələlər üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. İş materiallarında cavabdehin aylıq pul təminatının 1954,20 manat olduğu müəyyən edilmişdir. Bununla belə, məhkəmə həmin gəlirin aliment müəyyən edilən dövrlə müqayisəli təhlilini aparmamış, aliment öhdəliyinin müəyyən edilməsindən sonrakı dövrdə cavabdehin maddi vəziyyətində baş vermiş dəyişiklikləri araşdırmamışdır. Halbuki cavabdehin hüquqi şəxslərdə təsisçi olması faktı iş materialları ilə sübuta yetirilib. İddiaçı cavabdehin təsisçisi olduğu hüquqi şəxslərlə bağlı müvafiq dövlət orqanlarından əldə edilmiş məlumatları məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin sübutların mövcudluğunu nəzərə almamış, onların hüquqi əhəmiyyətinə dair qətnamədə heç bir qiymətləndirmə aparmamışdır. Nəticədə məhkəmə alimentin dəyişdirilməsi üçün əhəmiyyət kəsb edən bütün haları tam və obyektiv araşdırmadan qətnamə qəbul etmiş, bununla da Ailə Məcələsinin 112.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Bundan başqa, aliment münasibətlərinə dair mübahisələrə baxılarkən, həmçinin əsas meyar uşağın üstün mənafeyinin təmin edilməsidir. Bu prinsip valideynlərin maddi imkanları ilə uşağın real ehtiyacları arasında ədalətli tarazlığın yaradılmasını tələb edir. Qeyd edilməlidir ki, valideynlər uşaqların saxlanması üçün öz maddi imkanlarına uyğun aliment ödəməlidirlər. Hazırda yüksək maddi imkanları olan və vaxtilə hər uşaq üçün 117 manat məbləğində aliment ödəməli olması müəyyən edilmiş cavabdehin ödəməli olduğu aliment miqdarının məhkəmə tərəfindən dəyişdirilməməsi hazırkı vaxtda onun real gəlir və imkanları ilə adekvat deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddia tələbinin alimentin miqdarının dəyişdirilməsi hissəsinə münasibətdə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli olan maddi hüquq normalarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının yetkinlik yaşına çatmayan Cahan Ələkbərovanın təhsil xərcləri qismində ödədiyi 13.250 manatın cavabdehdən tutulması və gələcək təhsil xərclərinə cavabdehin cəlb edilməsi hissəsinə münasibətdə Azərbaycan Respublikası Ailə Məcələsinin 81-ci maddəsini formal və məhdud şərh etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əlavə xərclərin tutulması yalnız uşağın ağır xəstəliyi və ya xüsusi hallarla bağlı mümkündür və təhsil xərcləri bu kateqoriyaya aid edilmir. Lakin bu yanaşma qanunun məqsədinə uyğun deyildir. Ailə Məcələsinin 81-ci maddəsi valideynlərin uşaqların saxlanılması ilə bağlı yalnız əsas aliment öhdəliyini deyil, həm də zəruri halarda yaranan əlavə xərclərin bölüşdürülməsini nəzərdə tutur. Qanunverici “digər hallarda” ifadəsindən istifadə etməklə əlavə xərclərin dar çərçivədə siyahısını müəyyən etməmiş, məhkəməyə konkret işin hallarına uyğun olaraq həmin xərclərin zəruriliyini qiymətləndirmək səlahiyyəti vermişdir. Hazırkı işdə iş materialları ilə müəyyən olunur ki, Cahan Ələkbərova ödənişli əsaslarla təhsil müəssisəsində təhsil alır,həmin təhsil üzrə 13.250 manat məbləğində xərc iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir, cavabdeh həmin təhsil prosesində və onun maliyyələşdirilməsində iştirak etməmişdir. Bu faktlar göstərir ki, sözügedən xərc uşağın inkişafı və təhsil hüququnun təmin olunması məqsədilə çəkilmiş real və zəruri xərclərdir. Sübut etməyə ehtiyac yoxdur ki, təhsil xərcləri uşağın sosial və intellektual inkişafının ayrılmaz tərkib hissəsidir. Birinci instansiya məhkəməsi isə bu xərclərin zəruriliyini, onların uşağın mənafeyi baxımından əsaslandırılmasını və valideynlər arasında bölüşdürülübbölüşdürülməməsi məsələsini araşdırmamışdır. Məhkəmə yalnız ümumi şəkildə “ağır xəstəlik və ya kənar xidmət olmadığı üçün əsas yoxdur” nəticəsinə gəlmişdir ki, bu da normanın dar çərçivədə və formal tətbiqidir. Eyni zamanda,məhkəmə iddia tələbinin cavabdehin gələcək təhsil xərclərinin ödənilməsinə cəlb edilməsi hissəsinə də qiymət verməmiş, həmin tələbi yalnız əlavə xərclər kateqoriyasına aid edərək rədd etmişdir. Uşağın davamlı təhsil alması və onun təhsil ehtiyaclarının gələcəkdə də təmin olunması valideynlərin qanuni vəzifəsidir və bu vəzifə yalnız mövcud deyil, gələcək xərcləri də əhatə edə bilər. Bundan əlavə, məhkəmə işin hallarını nəzərə alaraq, həmçinin övladlarının təhsil və digər bütün xərclərinin, tələbatlarının ödənilməsi barədə öhdəlik götürməsinə dair cavabdeh tərəfindən notariat qaydada rəsmiləşdirilməklə verilmiş və hazırkı iş üzrə iddia verildikdən sonra xitam verilmiş ərizəyə qiymət verməmişdir. Bu fakt cavabdehin təhsil xərclərini ödəmək imkanına malik olduğunu təsdiq edən mühüm sübutdur və eyni zamanda valideynlik vəzifələrinin icrası baxımından əhəmiyyət daşıyır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 81-ci maddəsini yalnız formal şəkildə tətbiq etmiş, normanın məqsədini və uşağın üstün mənafeyi prinsipini nəzərə almadan iddia tələbini bu hissədə də təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin aylıq pul təminatı ilə bağlı rəsmi məlumat iş materialarına əlavə olunsa da, həmin pul təminatının alimentin müəyyən edildiyi 2017-ci il ilə müqayisəli təhlili aparılmamışdır, cavabdehin təsisçisi olduğu hüquqi şəxslərlə bağlı dövlət orqanlarından alınmış məlumatların mübahisə üzrə əhəmiyyəti araşdırılmamışdır, iddiaçı tərəfindən təqdim edilmiş 13.250 manat məbləğində təhsil xərclərinin ödənilməsinə dair sübutlara hüquqi qiymət verilməmişdir, notariat qaydasında rəsmiləşdirilmiş ##.##.2016-cı il tarixli ərizənin hüquqi mahiyyəti və onun mübahisə üzrə əhəmiyyəti barədə məhkəmə tərəfindən əsaslandırılmış mövqe ifadə olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, iş üzrə müəyyən edilmişdir ki, cavabdeh 5 hüquqi şəxsdə təsisçidir. 1."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-VÖEN: **********; 2."ALL4İT SOLUTİONS" Məhdud Məsuliyyətli Cəmiyyəti-VÖEN: **********; 3."xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-VÖEN: ********** və 5."İTONUS" Məhdud Məsuliyyətli Cəmiyyəti -VÖEN: **********. İş materia larında Təsis payının bağışlanması barədə ##.##.2026-cı il tarixli müqavilələrin skan surətindən görünür ki, cavabdeh tərəfindən 2 hüquqi şəxsə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-VÖEN: ********** və "ALL4İT SOLUTİONS" Məhdud Məsuliyyətli Cəmiyyəti- VÖEN: **********) münasibətdə sonradan - hazırkı iş üzrə məhkəməyə iddia verildikdən sonra təsis payları bağışlanmışdır. Halbuki, hüquqi şəxslərdə təsisçi olan cavabdehin əldə etmiş olduğu gəlirlər (dividendlər) müəyyən edilməli, təsis payı sonradan bağışlanmış 2 hüquqi şəxsə münasibətdə isə təsis payı bağışlananadək əldə edilmiş gəlirlər müəyyən edilməli idi. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi pəncərəsindən əldə edilmiş məlumatlardan görünür ki, digər 3 hüquqi şəxsdən "xxxx"xxxx"xxxx" MMC və "İTONUS" MMC isə passiv vergi ödəyicisidir. Qeyd edilən hallar birinci instansiya məhkəməsində ümumiyyətlə araşdırma predmeti olmamışdır. Halbuki, bu halın araşdırılması nəticəsində cavabdehin əlavə gəlirləri müəyyən edilə bilər və aliment miqdarının dəyişdirilməsi və cavabdehin Cahan Ələkbərovanın təhsil xərclərində iştirak etməli olması qənaətinə gəlinərdi. Məhkəmənin gəldiyi hüquqi nəticələr faktiki hallarla əlaqələndirilməmiş, faktiki olaraq cavabdehin etirazlarının təkrarı formasında ifadə olunmuşdur. Məhkəmə, həmçinin, iş üzrə uşağın üstün mənafeyi prinsipini nəzərə almamışdır. Bu prinsipin tətbiqi yalnız formal istinadla məhdudlaşmamalı, konkret halda uşağın real ehtiyacları, inkişaf səviyyəsi və onların təminatında mövcud olan fərqlər nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Lakin qətnamədə bu istiqamətdə heç bir yanaşma mövcud deyildir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmadan, sübutların məcmusunu qiymətləndirmədən və qəbul etdiyi nəticələri kifayət qədər əsaslandırmadan qətnamə qəbul etmişdir ki, bu da Mülki Prosessual Məcələnin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbini rədd edərkən cavabdeh tərəfindən ödənilməli olan aliment məbləğinin hazırda cavabdehin real gəlir və faktiki imkanları, həmçinin həyat səviyyəsi ilə proporsional, olmadığı və bununla da həmin aliment məbləğinin cavabdehin imkanları ilə uzlaşmaması hallarını aydınlaşdırmamışdır. Həmçinin iş materialları ilə müəyyən olunan cavabdehin övladı Cahan Ələkbərovanın təhsil xərclərində iştirak etməməsi və gələcək xərclərinin ödənilməsinə cəlb edilməli olması hallarını araşdırmamışdır. Cavabdehin bir neçə hüquqi şəxslərdə təsisçi olması, davamlı aylıq pul təminatının olması iş üzrə sübut edilsə də, məhkəmə tərəfindən cavabdehin real əmlak vəziyyətinə uyğun olan miqdarda hissəvi aliment müəyyən edilməmiş, uşağın təhsil xərclərinə cavabdeh cəlb edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (II). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (IV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməklə alimetin dəyişdirilməsi hissəsində iddia tələbi təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan X3 və X4 üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla aliment tutulması müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı həmin aliment məbləğinin dəyişdirilərək iki uşağın saxlanılması üçün cavabdehin qazancının və digər gəlirlərinin üçdə biri miqdarında aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri baxımından Məhkəmə Kollegiyası qeyd edir ki, qanunverici əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsini həmin məbləğin müəyyən edilməsindən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi ilə şərtləndirmişdir. Bu baxımdan, hazırkı mübahisənin həlli zamanı yalnız cavabdehin hazırkı gəlirinin müəyyən edilməsi deyil, həmçinin həmin gəlirin əvvəlki aliment məbləğinin müəyyən edildiyi dövrdəki maddi vəziyyətlə müqayisəli şəkildə qiymətləndirilməsi, uşaqların həmin vaxtkı və hazırkı ehtiyaclarının, habelə tərəflərin digər əhəmiyyətli maliyyə göstəricilərinin nəzərə alınması zəruridir. İş materiallarından müəyyən olunur ki, əvvəlki aliment məbləği müəyyən edilərkən uşaqların biri 8, digəri isə 2 yaşında olmuş, hazırda isə həmin uşaqlar müvafiq olaraq müəyyən yaşlara çatmaqla artıq böyümüşlər. Bu müddət ərzində uşaqların yaş və inkişaf səviyyələrinin dəyişməsi ilə əlaqədar onların gündəlik yaşayış, qidalanma, geyim, təhsil, nəqliyyat, sağlamlıq və digər zəruri ehtiyaclarının əvvəlki dövrlə müqayisədə artması obyektiv haldır. Eyni zamanda, iş üzrə cavabdehin işə birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Katibliyinin köməkçisi vəzifəsində xidmətdə olduğu və aylıq pul təminatının 1.954,20 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən təqdim edilmiş sənədlərdən məlum olur ki, hazırda cavabdeh ehtiyata buraxılmışdır. Buna baxmayaraq müəyyən edilmişdir ki, cavabdeh ehtiyata buraxılsa da, hazırda şirkətlərin təsisçisi olaraq qalmaqda davam edir. Beləliklə, cavabdehin gəlir mənbəyinin mövcudluğu və həmin gəlirin mənbələri iş materialları ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi cavabdehin 2017-ci ildə də eyni vəzifədə işləməsini əsas götürərək onun maddi vəziyyətində dəyişiklik olmadığı nəticəsinə gəlməsi ilə bağlı yanaşmasını Məhkəmə Kollegiyası əsaslı hesab etmir. Belə ki, şəxsin eyni vəzifədə işləməsinin özü onun maddi vəziyyətinin dəyişmədiyini təsdiq edən hal kimi qəbul edilə bilməz. Alimentin müəyyən edildiyi tarixdəki gəlirin məbləği ilə hazırkı gəlirin məbləği, habelə digər gəlir mənbələri və əmlak vəziyyəti ayrıca araşdırılmalıdır. Bundan başqa, iş materiallarında cavabdehin bir sıra hüquqi şəxslərdə təsisçi olması barədə məlumatların mövcudluğu baxımından həmin halın özü də cavabdehin qeyd edilən hüquqi şəxslərdən gəlir əldə etdiyini birbaşa sübut etməsə də, onun faktiki maddi vəziyyətinin müəyyən edilməsi baxımından əhəmiyyətli haldır. Lakin həmin hüquqi şəxslərdəki təsis paylarından faktiki olaraq gəlir, o cümlədən dividend əldə edib-etməməsinin, təsis paylarının özgəninkiləşdirilməsindən əvvəl həmin hüquqi şəxslərdən hər hansı gəlir əldə edib-etməməsi icra mərhələsində araşdırılan hallara aid olmaqla hazırki vəziyyətdə araşdırma predmeti deyildir. Həmçinin iş materiallarından görünür ki, cavabdehin iki hüquqi şəxsdəki təsis payları hazırkı iddianın məhkəməyə verilməsindən sonra bağışlanmışdır. Bu hal da cavabdehin maddi vəziyyətinin müəyyən edilməsi baxımından əhəmiyyətli hallardan biri olmaqla qeyd edildiyi kimi icra mərhələsində araşdırılmaqla qiymət verilməli olan hallara aiddir. Lakin birinci instansiya məhkəməsi işə baxılarkən cavabdehin gəlirləri barədə həmin sübutlara lazımi hüquqi qiymət verməmiş, cavabdehin həmin dövrdə faktiki gəlir və əmlak vəziyyətinin müəyyən edilməsi istiqamətində tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə Kollegiyası, həmçinin qeyd edir ki, aliment öhdəliyinin məqsədi uşağın yalnız minimum səviyyədə saxlanılmasını təmin etmək deyil, valideynlərin maddi imkanları nəzərə alınmaqla onun zəruri ehtiyaclarının mümkün qədər adekvat təmin edilməsidir. Valideynlərin uşağın saxlanılmasında iştirakı onların maddi vəziyyətinə uyğun olmalı, uşağın real ehtiyacları ilə valideynin maliyyə imkanları arasında ədalətli tarazlıq yaradılmalıdır. Hazırkı halda 2017-ci ildə hər bir uşaq üçün 117 manat olmaqla ümumilikdə 234 manat müəyyən edilmiş aliment məbləğinin uzun müddət ərzində dəyişdirilməməsi, uşaqların yaşlarının və ehtiyaclarının əhəmiyyətli dərəcədə dəyişməsi, cavabdehin hazırda maliyyə imkanlarının olması nəzərə alındıqda, əvvəlki aliment məbləğinin hazırkı vəziyyətə adekvat olub-olmaması məsələsinin yenidən qiymətləndirilməsi zəruridir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, alimentin əvvəlki məbləğinin müəyyən edildiyi vaxtdan sonra həm uşaqların ehtiyaclarında, həm də tərəflərin maddi vəziyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən hallarda dəyişiklik baş vermişdir. Bu dəyişikliklər Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiqi üçün hüquqi əsas yaradır. İddiaçı alimentin iki uşaq üçün cavabdehin qazancının və digər gəlirlərinin üçdə biri miqdarında tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, iki uşağa görə aliment valideynlərin qazancının və başqa gəlirlərinin üçdə biri miqdarında tutulur. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin iki uşağın saxlanılmasında iştirak etməli olması, onun maliyyə imkanları, uşaqların yaş və ehtiyaclarının əvvəlki dövrlə müqayisədə artması və alimentin əvvəlki məbləğinin uzun müddət ərzində dəyişdirilməməsi nəzərə alınmaqla, alimentin əvvəlki sabit məbləğdə saxlanılması uşaqların hazırkı təminat ehtiyacları ilə cavabdehin maddi imkanları arasında lazımi tarazlığı təmin etmir. Bu səbəbdən, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin alimentin məbləğinin dəyişdirilməsi tələbinin rədd edilməsi barədə nəticəsini əsaslı hesab etmir, həmin hissədə qətnamənin ləğv edilməsini və iddianın da bu hissədə təmin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarın ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli 15 №li qərarında 8.11-ci bəndə aşağıdakı məzmunda əlavə edilmiş 8.11-1-ci yarımbəndə göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Odur ki, alimentin yeni məbləğdə tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən deyil, müraciət edildiyi tarixindən yəni, iddia ərizəsi verildiyi ##.##.2026-cı il tarixdən etibarən həyata keçirilməsi göstərilməlidir. Bundan başqa, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “## ####### 2014-cü il təvəllüdlü X4 təhsil xərci qismində iddiaçı tərəfindən ödənilmiş 13.250 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və həmin uşağın ümumi orta təhsilini bitirənədək təhsil xərclərinin ödənilməsinə cavabdehin cəlb edilməsi” hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 81.1-ci maddələrinin məzmununa görə qanunverici valideynlərin uşaqların saxlanılması üzrə ümumi aliment öhdəliyi ilə yanaşı, müəyyən müstəsna hallarda yaranan əlavə xərclərin bölüşdürülməsini də nəzərdə tutmuşdur. Lakin Ailə Məcəlləsinin 81-ci maddəsi valideynlərdən hər hansı birinin uşağın bütün əlavə xarakterli xərclərinin, o cümlədən seçilmiş ödənişli təhsil müəssisəsində təhsil haqqının ödənilməsinə avtomatik olaraq cəlb edilməsini nəzərdə tutmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli Qərarında Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş “və digər hallarda” ifadəsinin məzmununa hüquqi qiymət verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsinin məqsədi əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladların müəyyən xüsusi ehtiyacları ilə əlaqədar yaranan əlavə xərclərin valideynlər arasında bölüşdürülməsini təmin etməkdir. Konstitusiya Məhkəməsinin qərarının hüquqi mövqeyində aydın olur ki, “və digər hallarda” ifadəsinin həmin kateqoriyaya aid şəxslərə göstərilən tibbi və müalicə ilə əlaqədar birbaşa xidmətləri, “göstərilən kənar xidmət” ifadəsinin isə həmin şəxslərə göstərilən əlavə xidmətləri ehtiva etdiyini müəyyən etmişdir. Beləliklə, qərarın məzmunundan da göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulan əlavə xərclərin tutulması ümumi xarakter daşımır və istənilən təhsil, məişət və ya digər xərclərin bu maddənin tətbiq dairəsinə daxil edilməsi üçün hüquqi əsas yaratmır. Eyni zamanda, Konstitusiya Məhkəməsi həmin Qərarında uşaqların təhsil hüququ ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının əsas ümumi təhsil almasını təmin etməlidirlər. Həmin Məcəllənin 58.5-ci maddəsinə əsasən isə valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin həmçinin məzmunundan görünür ki, ümumi orta təhsil icbari xarakter daşıyır və dövlət tərəfindən təmin edilir. Belə ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, ümumi orta təhsildən sonrakı əlavə, peşə və ali təhsil isə uşağın və valideynlərin seçimindən, habelə valideynlərin maddi imkanlarından asılıdır. Bu baxımdan, həmin təhsil xərclərinin Ailə Məcəlləsinin 81-ci maddəsi əsasında əlavə xərc kimi digər valideyndən məcburi qaydada tutulması üçün əsas yoxdur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, X4 ödənişli əsaslarla təhsil müəssisəsində təhsil almış, iddiaçı tərəfindən onun təhsilinə görə 13.250 manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin iş materiallarında həmin uşağın Ailə Məcəlləsinin 81-ci maddəsinin tətbiqini şərtləndirən müstəsna halın mövcudluğunu, o cümlədən ağır xəstəlik, əlillik və ya digər xüsusi vəziyyət səbəbindən əlavə xərclərin yaranmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının təhsil haqqını faktiki olaraq özü ödəməsi və həmin xərcin real xərc olması da özlüyündə həmin məbləğin Ailə Məcəlləsinin 81-ci maddəsi əsasında cavabdehdən tutulması üçün kifayət etmir. Çünki sözügedən maddənin tətbiqi üçün yalnız xərcin çəkilməsi deyil, həmin xərcin qanunla nəzərdə tutulmuş müstəsna hal ilə bağlı yaranması da zəruridir. Apellyasiya şikayətində təhsil xərclərinin uşağın inkişafı və təhsil hüququnun təmin edilməsi üçün zəruri olduğu, bu səbəbdən cavabdehin həmin xərclərin ödənilməsinə cəlb edilməli olduğu göstərilsə də, Məhkəmə Kollegiyası bu dəlili əsaslı hesab etmir. Belə ki, uşağın təhsil almaq hüququ və valideynlərin uşağın təhsil almasını təmin etmək vəzifəsi şübhəsiz olmaqla, həmin vəzifənin mövcudluğu ödənişli təhsil müəssisəsinin seçilməsi nəticəsində yaranmış xərclərin Ailə Məcəlləsinin 81-ci maddəsi qaydasında əlavə xərc kimi digər valideyndən tutulması anlamına gəlmir. Eyni zamanda, iddiaçının gələcəkdə uşağın ümumi orta təhsilini bitirənədək yaranacaq təhsil xərclərinin cavabdehdən tutulması barədə tələbi də Ailə Məcəlləsinin 81-ci maddəsi baxımından təmin edilə bilməz. Belə ki, gələcəkdə yaranacaq xərclərin tutulmasına dair tələb, ilk növbədə, həmin xərclərin qanunla nəzərdə tutulmuş əlavə xərclər kateqoriyasına aid olmasını şərtləndirir. Hazırkı işdə isə belə hüquqi əsas müəyyən edilmədiyindən, gələcək təhsil xərclərinin cavabdehin üzərinə qoyulması üçün də əsas yoxdur. İddiaçı tərəfindən, həmçinin cavabdehin ## ###### 2016-cı il tarixli notariat qaydasında rəsmiləşdirilmiş ərizəsində uşaqların, o cümlədən məktəb ödənişlərinin, dayə, nəqliyyat və digər xərclərinin ödənilməsini öz üzərinə götürdüyü göstərilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin ərizənin mövcudluğu cavabdehin uşaqların saxlanılması ilə bağlı müəyyən iradə ifadəsini təsdiq etsə də, bu sənəd öz-özlüyündə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş əlavə xərclərin yaranması üçün qanuni əsas yaratmır. Həmin sənədin ayrıca hüquqi öhdəlik yaradıb-yaratmaması və onun icrası ilə bağlı mümkün tələblərin hansı hüquqi əsasdan irəli gəlməsi isə hazırkı iddianın predmeti və Ailə Məcəlləsinin 81-ci maddəsinin tətbiqi çərçivəsindən fərqli məsələdir. Bu baxımdan, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki halları Ailə Məcəlləsinin 81-ci maddəsinin tələbləri ilə düzgün əlaqələndirmiş, uşağın ödənişli təhsil müəssisəsində təhsil almasını həmin maddənin mənasında əlavə xərclərin tutulması üçün kifayət edən hüquqi əsas hesab etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Ailə Məcəlləsinin 81-ci maddəsini dar və formal şəkildə tətbiq etməsi, habelə uşağın üstün mənafeyini nəzərə almaması barədə dəlilləri əsaslı deyildir. Uşağın üstün mənafeyinin qorunması mühüm hüquqi prinsip olmaqla, həmin prinsip konkret qanun normasının tətbiqi üçün qanunda nəzərdə tutulmuş şərtlərin aradan qaldırılmasına və ya Ailə Məcəlləsinin 81-ci maddəsinin Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyinə zidd genişləndirici qaydada tətbiq edilməsinə əsas vermir. Odur ki, Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tərəfindən artıq ödənilmiş 13.250 manat təhsil xərcinin cavabdehdən tutulması və gələcək təhsil xərclərinin cavabdehin üzərinə qoyulması barədə iddia tələblərini rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Kollegiyası vurğulayır ki, kollegiyanın iclasında müəyyən olundu ki, uşaq ilk olaraq ödənişli olmayan * saylı tam orta məktəbə daxil olaraq bir neçə il təhsil aldıqdan sonra ananın təşəbbüsü ilə, lakin atanın razılığı və məlumatı olmadan onu ödənişli təhsil müəssisəsinə keçirmişdir. Təhsil müəsisəsinin ödənişli olması baxımından ödənilməli olan təhsil haqqının məbləği cavabdehlə razılaşdırılmadan həmin müəssisə ilə razılaşdırılmış, nəticə olaraq iddiaçı tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılmışdır. İddiaçının hazırki tələblərinin biri də məhz onun cavabdehlə razılaşdırmayaraq həyata keçirdiyi hazırki təhsil ödənişinin və sonrakı ödənişlərin də tutulmasından ibarətdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının cavabdehin buna razılığı olmadan özünün istəyi və təşəbbüsü ilə öz mülahizəsi əsasında seçdiyi təhsil müəssisəsinə ödədiyi pulu və ödəniləcək təhsil pulların cavabdehdən tələb edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə Kollegiyası nəzərə alaraq qəbul edir ki, uşağın keyfiyyətli təhsil almaq hüququ vardır və o valideynlər tərəfindən təmin edilməlidir. Lakin bu təhsil ödənişli əsaslarla olduğu halda onun ödəniş məsələsi də məhz valideynlərinin qarşılıqlı anlaşması və razılığı əsasında həyata keçirilməlidir. Belə ki, bir valideynin digər valideynlə razılışdırmadığı, qarşı tərəfin maddi imkanlarının buna yol verib-verməməsini dəqiqləşdirmədən özünün bu işi həll edərək sonradan bu ödənişin qarşı tərəfin üzərinə qoyması hüquqdan sui-istifadə və həmin şəxsin maddi vəziyyətinin ağırlaşdırmasına yönəlmiş addım kimi qiymətləndirilir. Kollegiyanın bu qənaəti cavabdehin uşağın təhsil haqqı məsələsindən yayınması kimi qiymətləndərməsinə hesablanmayıb. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, məhz cavabdeh heç bir tələb olmadan öz təşəbbüsü ilə böyük övladının bütün xərclərini, o cümlədən təhsil xərcini qarşılayır və qarşılamaqda davam edir. Eyni hal kiçik övladına da aid olsa da, buradan onun təhsil xərcləri istisna təşkil edir ki, bu da məhz iddiaçının onun razılığı və xəbəri olmadan uşağın hazırda təhsil aldığı müəsisəyə yerləşdirilməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, qeyd edilən halların mövcudluğu baxımından uşağın hazırda ananın təşəbbüsü ilə təhsil aldığı müəssisəyə ödənilmiş təhsil pulunu və ödəniləcək xərclərin cavabdehdən tutulması tələbi əsaslı sayıla bilməz. Belə ki, kollegiya cavabdehin böyük övladının, eləcə də kiçik övladının da saxlanması üçün bütün xərcləri qarşılamasını və qarşılamaqda da davam etməsini nəzərə alaraq hesab edir ki, sonuncuya münasibətdə iddiaçı cavabdehin uşağı ödənişli təhsil müəssiəsinə yerləşdirərkən onun razılığını almadan, yəni hüququnu pozduğu üçün həmin təhsil xərclərə də iddiaçıya aid edilməlidir. Cavabdehin izahatından göründüyü kimi, gələcəkdə həmin uşağın təhsil xərclərində iştirak etmək məsələsi ona iddiaçı tərəfindən edilən müraciət zamanı müzakirə edilməsi istisna olunmur. Lakin hazırki vəziyyətdə əsassız iddia formatında, hüququ pozulduğu halda bu xərcin tələb edilməsini qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası, həmçinin hesab edir ki, ödənilən mediasiya xərci, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi aliment dəyişdirilməsi hissəsində təmin edilsin. Cavabdeh Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsinə əsasən ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, cavabdeh Cavabdeh hər ay qazancı və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Alimentin yeni məbləğdə tutulması ##.##.2026-cı il tarixdən hesablansın. Ödənilən mediasiya xərci, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar