Məhkəmə qərarları › İş №e-2(3-9)-844/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-844/2026

14.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-844/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X6 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment məbləğinin artırılaraq, hər ay hər uşağa 260 manat sabit pul məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Lakin, övladlarının saxlanılması üçün 2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş hər uşaq üçün 100 manat sabit pul məbləği hazırki gündə övladlarının saxlanılması üçün kifayət etmir. Çünki, özü təkdir və bütün həyatını yalnız övladlarına yaxşı tərbiyə və təhsil verməyə adamışdır. Hazırda övladları ilə birlikdə Bakı şəhərində yaşayır. X13 Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, X7 məktəb lisesiyində təhsil alırlar. Əlavə olaraq bildirir ki, Cavabdeh bərbərlik fəaliyyəti ilə məşğul olur (VÖEN **********) və aylıq qazancı normaldır. Belə ki, “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən olunduğunu nəzərə aldıqda, açıq-aydın görünür ki, hər uşağa 100 manat sabit pul məbləğində aliment nəinki müalicə xərclərinə heç uşağın saxlanılması üçün zəruri olan xərclərin heç birinin normal səviyyədə ödənilməsinə imkan vermir. Ən əsası məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər uşağa 100 manat aliment məbləği cavabdeh tərəfindən hər ay ona ödənilmişdir. Yəni, hazırda da həmin məbləğin ödənilməsinə cavabdehin maddi imkanı çatır. Belə ki, cavabdeh bərbərlik fəaliyyəti ilə məşğul olur və onun aylıq gəliri normaldır. Qeyd etdiyi kimi tək ana olaraq birgə nikahdan olan övladlarının ehtiyaclarını, maddi tələbatını tam təmin edə bilmir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment məbləğinin artırılaraq, hər ay hər uşağa 260 manat sabit pul məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Sonradan bu məbləğ həmin Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə indeksasiya edilmiş və bir uşaq üçün 132 manat olmaqla, iki uşağa görə 264 manat məbləğində (minumum əmək haqqının 0,66 misli həddində) müəyyənləşdirilmişdir. Hazırda uşaqlar böyüdüyündən, dolayısıyla onların gündəlik xərcləri, tələbatları və təhsil xərcləri artdığından aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Odur ki, alimentin məbləğinin artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aliment məbləğinin bir uşaq üçün 150 manat olmaqla, iki uşağa görə 300 manat məbləğində müəyyən edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, yetkinlik yaşına çatmayan övladlarının - ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 alimetin artırılmasına, bir uşaq üçün 150 manat olmaqla, iki uşağa görə 300 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. O, əlavə olaraq qeyd etmişdir ki, xəstəliyi ilə bağlı işləməkdə əziyyət çəkir ona görə də əlavə ödəniş etmək imkanı xaricindədir. Göstərilənlərlə yanaşı ikinci dəfə ailə həyatı qurmuş, ikinci nikahdan da bir övladı vardır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Günel Əkbərli), iddianın qismən təmin edilməsi, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təyin edilmiş və həmin Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarının artırılması, yetkinlik yaşına çatmayan ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində (iki uşağa görə ümumilikdə minimum əmək haqqının 0,74 misli həddində) sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (##.##.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən (Hakim Vahid Hacıyev) müəyyən edilir ki, iddia qismən təmin edilmiş, X5 və Cavabdeh arasında Şirvan şəhəri Qeydiyyat şöbəsində ##.##.2017-ci ildə *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladları - ##.##.2013- cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 anaları X5 yanında qalması, Şirvan şəhər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay, hər uşağa 80 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 8(5- ***)- **/**** saylı qərardadından (Hakim Orxan Bayramov) müəyyən edilir ki, tələbkar İddiaçı Hacıqabul Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə aliment məbləğinin indeksasiya olunması barədə ərizəsi təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(071)- ***/**** nömrəli qətnaməsi ilə ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya edilmişdir. Iş materiallarında olan Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli Ambulator kitabçadan çıxarışa əsasən müəyyən edilmişdir ki, ##.##.1987-ci il təvəllüdlü pasiyent Cavabdeh “Aşağı ətrafların varikoz xəstəliyi” (XBT-10 kodu: 183) diaqnozu qoyulmuşdur. Sənəddə xəstənin aşağı ətraflarında ağrı və şişkinliklərin olduğu, yürüş zamanı ağrıların artması qeyd edilmiş və o, növbəti müayinə/müalicə üçün Bakı şəhərində yerləşən M.A. Topçubaşov adına X10 göndərilmişdir. Iş materiallarında olan AZE-II ****** nömrəli nikah şəhadətnaməsindən müəyyən edilir ki, Cavabdeh Mirsəmədli (Qocayeva) Seyidnisə Feyzi qızı ilə ##.##.2025-ci il tarixdə Salyan Regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə nikah bağlamışlar. Şirvan şəhər Qeydiyyat şöbəsindən verilmiş AZE-V ****** nömrəli şəhadətnamədən isə müəyyən edilir ki, onların nikahından ##.##.2026-cı il təvəllüdlü övladı X4 doğulmuşdur. Iş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə ##.##.2013-cü il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Sonradan bu məbləğ Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə indeksasiya edilmiş və bir uşaq üçün 132 manat olmaqla, iki uşağa görə 264 manat məbləğində (minumum əmək haqqının 0,66 misli həddində) müəyyənləşdirilmişdir. Hazırda iddiaçı uşaqların böyüdüyünü, dolayısıyla onların gündəlik xərcləri, tələbatları və təhsil xərcləri artmasını əsas gətirərək aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi indeksasiya olunmuş alimentin miqdarının artırılması, yəni minimum əmək haqqının 0.37 misli həddində artırılması qənaətinə gələrkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin “Hacıqabul Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə təyin edilmiş və həmin Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı artırılsın, cavabdehdən hər ay, hər uşağa görə ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində (iki uşağa görə ümumilikdə minimum əmək haqqının 0,74 misli həddində) sabit pul məbləğində aliment tutulsun” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Iş materiallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə alimentin miqdarı artırılaraq 132 manatdan 148 manat müəyyən edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını, yəni hər uşağa görə 260 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Belə olan halda iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 2688 (224x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: Iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar