Məhkəmə qərarları › İş №e-2(3-10)-637/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-637/2026

09.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-637/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Aliment məbləğinin artırılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndi ilə müəyyən edilmiş ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh Əsgər oğlundan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə ## #### 2014cü il tarixdə Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh Əsgər oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilmişdir. 2.3-cü bəndinə əsasən isə İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları – ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli ## ####### 2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beşinci günləri arasında İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürmüş və buna hər iki tərəfin razı olduğu qeyd edilmişdir. Hər uşağa görə 150 manat aliment məbləğinin indiki zamana görə çox az olduğu, uşaqlara baxmaq üçün kifayət etmədiyi qeyd edilmişdir. Günü gündən uşaqların tələbatlarının artdığı bildirilmişdir. Uşaqlar normal qaydada yeməli, müalicə olunmalı, paltarla təmin olunmalı, təhsili və uşaqların dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Belə bir vəziyyətdə uşaqların qayğısına qalmağın onun üçün maddi cəhətdən çox çətin olduğu qeyd edilmişdir. Göründüyü kimi birgə nikahdan olan uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin miqdarı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə deyil, ##.##.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən edildiyi üçün, ödənilməli olan alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehdən yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması haqqında ##.##.2022ci il tarixli barışıq sazişi bağlanıldığı tarixdən 3 il müddət keçdiyindən ödənilməli miqdarı müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığı qeyd edilmişdir. Şəki * saylı Mediasiya Təşkilatında ilkin mediasiya prosesi təyin edilmiş, cavabdeh iclasa gəlmədiyi üçün ##.##.2025-ci il tarixli MŞŞ/*/***/****- ***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq cavabdehin bəzi vaxtlarda uşaqlara əlavə xərc çəkdiyini, lakin aliment məbləğinin az olması səbəbindən uşaqlara baxmaqda çətinlik çəkdiyini bildirmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, aylıq maaşı 450 manatdır, öhdəliyi üzrə alimenti gecikdirmədən ödəyir, imkanı olduqca alimentdən əlavə uşaqlarına pul xərcləyir. Cavabdeh məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Cəfərova) iddiaçı İddiaçı Əskər qızının cavabdeh Cavabdeh qarşı ##.##.2022-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndi ilə müəyyən edilmiş ## ###### 2015- ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün sonrakı artımlar da nəzərə alımaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh Əsgər oğlundan tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh Əsgər oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilmişdir. Həmin sazişin 2.3-cü bəndində İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları – ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli ## ####### 2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beşinci günləri arasında İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürmüş və buna hər iki tərəfin razı olduğu qeyd edilmişdir. İddiaçı alimentlə bağlı saziş təsdiq edildikdən sonra tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik baş verməsini təsdiq edilməsini əks etdirən sübutu məhkəməyə təqdim etməmişdir, bununla yanaşı məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatdan da görünür ki, saziş bağlanan zaman, ondan sonrakı dövrlərdə də cavabdehin vəzifəsi usta və fəhlə olmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Qanunvericilikdə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutulsa da, bunun üçün əsas şərt mövcuddur, həmin şərt məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(075)- ****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh Əsgər oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilmişdir. Həmin sazişin 2.3-cü bəndində İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları – ## ###### 2015ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli ## ####### 2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beşinci günləri arasında İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürmüş və buna hər iki tərəfin razı olduğu qeyd edilmişdir. İddiaçı alimentlə bağlı saziş təsdiq edildikdən sonra tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik baş verməsini təsdiq edilməsini əks etdirən sübutu məhkəməyə təqdim etməmişdir, bununla yanaşı məhkəmə sorğusu əsasında əldə edilmiş məlumatdan da görünür ki, saziş bağlanan zaman, ondan sonrakı dövrlərdə də cavabdehin vəzifəsi usta və fəhlə olmuşdur. 8.Məhkəmə iddiaçının “alimentin miqdarının artırılması” tələbinə dair iddiasını “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumu ilə əsaslandırmasına hüquqi münasibət bildirərək qeyd etmişdir ki, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması alimentin miqdarının dəyişdirilməsi üçün əsas olsa da, həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi zamanı tərəflərin maddi vəziyyəti də nəzərə alınmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı Əskər qızının cavabdeh Cavabdeh qarşı ##.##.2022-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndi ilə müəyyən edilmiş ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat alimentin miqdarının artırılaraq hər ay hər bir uşaq üçün sonrakı artımlar da nəzərə alımaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh Əsgər oğlundan tutulması tələbinə dair iddiası təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II və VI bəndləri, 25-ci maddəsinin İ və II bəndlərinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2, 56.1, 58.1, 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə, Uşaq Hüquqları haqqında Qanuna, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, 8- */**** saylı qərarının 8.3-cü bəndinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, dəlilləri məhkəmə tərəfindən qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri qətnamədə göstərilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşdırılmamış, qanunu səhv təfsir etmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə çıxarmışdır.

13. Belə ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh Əsgər oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilmişdir.

14. Cavabdehdən yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması haqqında ##.##.2022ci il tarixli barışıq sazişi bağlanıldığı tarixdən 3 il müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

15. Birinci instansiya məhkəməsi himayəsində olan azyaşlı övladlarının ildən-ilə böyümələrini, böyüdükcə də onların tələbatlarının artmasını, digər yerdən də heç bir gəlirinin olmadığını və eyni zamanda da saziş bağlandığı tarixdən, yəni 2022-ci ildən bu günədək uşaqlar üçün yaşayış minimumunun kifayət qədər artdığını nəzərə almamışdır.

16. Odur ki, apellyasiya şikayətinin təmin edilərək Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2 (***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2 (***)-****/**** saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

22. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

23. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanunu: “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. 24.“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı: Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.

25. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 29.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

31. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Apellyator Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamağı zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə ## #### 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahlarından ## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin ## ######## 2023cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər arasında ##.##.2023-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanmış və Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilmişdir. Həmin barışıq sazişinin 2.3-cü bəndinə əsasən isə İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları–## ###### 2015-ci il təvəllüdlü X3 və ## ###### 2017ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli ## ####### 2022ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beşinci günləri arasında İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürmüş və buna hər iki tərəfin razı olduğu qeyd edilmişdir. İddiaçı alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmamasını əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

37. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması, sübutların əlaqəli şəkildə qiymətləndirilməməsi, ziddiyyətli məqamların aydınlaşdırılmaması, qanunu səhv təfsir etməsi, tətbiq edilməli qanunu tətbiq etməməsi, nəticədə düzgün olmayan qətnamə çıxarılmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul etmişdir. 39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmaması, birinci instansiya məhkəməsi tərəfindən himayəsində olan azyaşlı övladlarının ildən-ilə böyümələrini, böyüdükcə də onların tələbatlarının artmasını, digər yerdən də heç bir gəlirinin olmamasını, sazişin bağlandığı tarixdən, yəni 2022-ci ildən bu günədək uşaqlar üçün yaşayış minimumunun kifayət qədər artmasının nəzərə alınmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Hansı ki, iddiaçının daha yüksək məbləğdə alimentin tutulmasına imkan verəcək bir qazanca malik olması ilə bağlı iş materialında hər hansı bir sənəd mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

40. Kollegiya qeyd edir ki, 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilməsinə baxmayaraq, Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi baxımından valideynlərin öz uşaqları barəsində bərabər vəzifə daşımaları nəzərə alınaraq, uşaqların zəruri tələbatları, minimum ehtiyacları hər iki valideyn tərəfindən qarşılanmalıdır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbi baxımından sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması ilə yanaşı tərəflərin maddi və ailə vəziyyətləri də nəzərə alınmalıdır.

42. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar