Məhkəmə qərarları › İş №2(001)-1038/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1038/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1038/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, X2, Cavabdeh və onun nümayəndəsi X7 iştirakı ilə, X1 Cavabdeh qarşı(cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15) “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlar üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşq üçün 170 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,cavabdeh Yunisov Fariz Famil oğlu ilə xx xxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X19 və xx xxxxxx 2011-ci il təvəllüdlü X21 doğulmuşdur. 01.010.2018-ci il tarixində Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmişdir. Həmin qətnamə ilə hər bir uşaq üçün tutulan alimentin miqdarı sabit pul məbləğində 250 manat məbləğində müəyyən edilmişdir. Halhazırda uşaqlar üçün 250 manat aliment alır. 2020-ci il tarixindən uşaqların saxlanması üçün alimentin miqdarı 170 manat müəyyən edilmişdir. Cavabdeh vaxtı ilə alimentin artırılması zamanı keçmiş həyat yoldaşı X8 hər ay 103 manat aliment ödədiyini əsas gətirmiş və alimentin miqdarının bu səbəbdən dəyişdirməyə nail olmuşdur. Hal-hazırda həmin qadınla barışıb və birlikdə yaşayır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin icraatında iş olarkən xəstə olmuşdur. Cavabdehin ona olan 1200 manat borcunu bağışlamışdır. Lakin həmin vaxt onunda ehtiyac olmuşdur. Məhkəmədə uşaqlar üçün alimentin keçmiş qaynanası tərəfindən ödənilməsi ilə bağlı razılıq əldə etmişdir. Qaynanası tərəfindən 4-5 ay aliment ödənildi. O, özü şirkətdə işləyir və aylıq əmək haqqı 500 manatdır. Özü isə onkoloji xəstədir. Cavabdeh heç uşaqları ilə maraqlanmır. Qızı göz xəstəsidir. Cavabdeh isə 4 aydan bir 250 manat aliment ödəyir. Uşaqların məktəbdə hazırlıq dərsləri vardır. Özü təkbaşına çatdıra bilmir. O azalmaya ona görə razılıq vermişdir ki, həmin ərəfədə xəstəlikdən əziyyət çəkmişdir. Hal-hazırda digər arvadına aliment ödəmir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsi ilə ondan tutulan aliment məbləği azaldılmışdır. Lakin bu azalma kifayət qədər olmamışdır. 2 uşağın hərəsinə 125 manat olmaqla, 250 manat məbləğində aliment ödəyir. Özü İ-Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda karantin şərtlərinə görə uşaqlarının yanına gedə bilmir. 3-cü uşağa da aliment ödəyir. O, fəhlə işləyir. Əmək haqqı 450-500 manat civarında olur. 1-ci uşağına 103 manat aliment ödəyir. Bu səbəbdən iddia tələbini qəbul etmir. Bundan başqa cavabdeh əvvəlki məhkəmə iclasında yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan övladları analarının himayəsinə verilmişdir. xx xxxxx 2018-ci il tarixindən xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və 25 yanvar 2011-ci il tarixdə doğulmuş X17 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 154 manat olmaqla cəmi 308 manat alimentin ondan tutularaq X13 ödənilməsi qət edilmişdir. O, X15 ilə faktiki nikahda olmuşdur. Həmin nikahdan xx xxxxxx 2003-cü il təvəllüdlü X22 adlı övladı vardır. Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2014-cü il tarixdən hər ay 103 mnaat sabit pul məbləğində alimentin ondan tutulub X8 verilməsi qət edilmişdir. Həmin vaxtdan o hər ay alimenti vaxtı vaxtında ödəyir.O, xx xxx 2019-cu il tarixdə Yardımlı Rayon Məhkəməsində xx xxxxxxx 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin azaldılaraq 2 uşağa görə gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsində X16 iddia tələbini qəbul etmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmənin qətnaməsi ilə alimenti məbləği azaldılaraq hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat müəyyən olunmuşdur. Həmin tarixdən onun ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, X18 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Oğlu hal-hazırda 3 uşağa aliment ödəyir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmiş və məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilən AZ-T seriyalı, 033367 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X20 xx xxxxxx 2008-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2009-cu il tarixində 1225 №-li qeyd edilmişdir. Atası Cavabdeh, anası X14r. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixində verilən AZ-T seriyalı, 033368 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X21 xx xxxxxx 2011-ci il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixində 4178 №-li qeyd edilmişdir. Atası Cavabdeh, anası X14r. Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-4788/2018 saylı qətnaməsi üzrə xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və 25 yanvar 2011-ci il tarixdə doğulmuş X17 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X10 xeyrinə sabit pul məbləğində tutulan hər uşağa görə hər ay 154 manat olmaqla cəmi 308 manat alimentin məbləği azaldılaraq hər uşaq üçün hər ay 125 manat olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin icra məmuru Səbuhi Əhmədzadə tərəfindən qəbul edilən xx xxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(62)-1996/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqinə əsasən xx xxxxxx 2003-cü il tarixində anadan olan Elgiz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutulub X11 verilməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” TASC tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh orta aylıq əmək haqqı 478,62 manatdır. İş materiallarında olan X15 tərəfindən yazılan ərizədən görünür ki, o, Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment ödədiyini təsdiq edir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X3 ilə Cavabdeh rəsmi nikahından xx xxxxxx 2008-ci il təvəllüdlü X19 və xx xxxxxx 2011-ci i təvəllüdlü X21 doğulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutulmuşdur. Yardımlı Rayon Məhkəməsinin (038)-198/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-4788/2018 saylı qətnaməsi üzrə xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X9 və 25 yanvar 2011-ci il tarixdə doğulmuş X17 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh X10 xeyrinə sabit pul məbləğində tutulan hər uşağa görə hər ay 154 manat olmaqla cəmi 308 manat alimentin məbləği azaldılaraq hər uşaq üçün hər ay 125 manat olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh üçüncü şəxs X5 olan uşağına görə 100(103) manat aliment ödəyir. Cavabdeh xxxxnda işləyir və onun orta aylıq əmək haqqı 478.62 manat təşkil edir. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X4 X12 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi aliment məbləği müəyyən edildikdən sonra məhkəmə alimentin artırılması məsələsinə baxarkən ilk olaraq tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanunvericilikdə nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Həmçinin cavabdeh faktiki nikahından olan birinci uşağına aliment ödəmir. Məhkəmə əvvəla qeyd edir ki, tərəflərin razılığı əsasında Yardımlı Rayon Məhkəməsinin 2(038)-198/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği azaldılaraq hər ay hər uşaq üçün 125 manat olmaqla, ümumilikdə 250 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə həmin tarixdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu baxımdan məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib o qənaətə gəlir ki, Yardımlı Rayon Məhkəməsinin mübahisə ilə bağlı qətnamə qəbul etdiyi vaxtdan keçən müddət ərzində tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər-hansı dəyişikliyin olduğu və cavabdehin digər şəxsə formal olaraq aliment ödəməsi barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiq baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Mübahisəyə bu aspektdən yanaşıldıqda müəyyən edilir ki, cavabdehin orta aylıq gəliri təqribən 480 manatdır, o, faktiki olaraq 3 uşaq üçün ümumilikdə 353(250+103) manat aliment ödəyir. Yəni cavabdeh əmək haqqının təqribən 74 faizini aliment kimi ödəyir. Aliment məbləği artırıldıqda isə digər uşağa görə ödənilən aliment məbləği ilə birlikdə ümumi ödənilən aliment məbləği əmək haqqının 91 faizini təşkil edəcəkdir. Bu isə aliment ödəyən şəxsin maddi vəziyyətinə köklü şəkildə təsir edəcəkdir. Eyni zamanda iddiaçı onsuz da cavabdehin alimentə görə borcu olduğunu bildirir. Yəni cavabdehin borcu olduğu halda ödəməli olduğu alimentin məbləğinin artırılması onun maddi vəziyyətinin pisləşməsinə gətirib çıxarmaqla icra qaydasında digər sanksiyalar tətbiq olunmasına gətirib çıxaracqdır. Bu isə mövcud olan öhdəliklərinin yerinə yetirilməsinə, aliment borcunu və faktiki aliment öhdəliklərinin vaxtı-vaxtında icra eedilməsinə mane olacaqdır. Məhz bu baxımdan da alimentin artırılması uşağın təminat səviyyəsinin artmasına yardım etməyəcəkdir. Bundan başqa məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı xəstə olduğunu bildirsə də bununla bağlı hər-hansı sübut məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılması barədə tələb hazırki halda əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, X6 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar