Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1050/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018 -ci il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 1.377 manat məbləğində əsas, 413 manat məbləğində dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********52346 olan Samsung Galaxy markalı tablet üçün 444 manat məbləğində əsas, 132 manat məbləğində dəbbə, ümumilikdə 2.366 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əşyaların nisyə alqısatqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçıdan müvafiq olaraq alğı-satqı qiyməti 1.458 manat olan Samsung markalı soyuducu və alğı-satqı qiyməti 528 manat olan Samsung Galaxy markalı tablet almış, həmin əşyaların dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində penya ödəməyi (müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin 2ci bəndi) barədə öhdəlik görütmüşdür. Müqavilənin predmeti olan həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində qeyd edilən müqavilə üzrə ümumilikdə yalnız 165 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun müqavilə üzrə borcu yaranmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləğinin qısa zaman ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə məhkəmədə iddia qaldırmış və hazırda cavabdeh tərəfindən cəmi 165 manat ödənişin edildiyini, qalan borc məbləğinin ödənilmədiyini, cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1.377 manat məbləğində əsas, 413 manat məbləğində dəbbə, Samsung Galaxy markalı tablet üçün 444 manat məbləğində əsas, 132 manat məbləğində dəbbə borcunun yarandığını iddia edir və bu məbləğlərin, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018 -ci il tarixli müqaviləyə əsasən iddiaçı bu müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi “əsas borcun tutulması” hissəsində əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1.377 manat məbləğində əsas və Samsung Galaxy markalı tablet üçün 444 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğlərinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində müqavilə üzrə Samsung markalı soyuducu üçün hesablanmış 413 manat və Samsung Galaxy markalı tablet üçün hesablanmış 132 manat məbləğində dəbbə borcunun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, cavabdeh tərəfindən aparılan ödənişləri və hazırda mövcud olan əsas borc məbləğini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək məbləğdə dəbbə borcu hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “dəbbə borcunun tutulması” hissəsində qismən təmin edilməli, müqavilə üzrə hər bir əşya üçün hesablanmış dəbbə məbləği azaldılmalı və Samsung markalı soyuducu üçün 100 manat, Samsung Galaxy markalı tablet üçün 40 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə dəbbə borcu müqaviləyə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1.377 manat məbləğində əsas, 100 manat məbləğində dəbbə, cəmi 1.477 manat məbləğində borc, Samsung Galaxy markalı tablet üçün 444 manat məbləğində əsas, 40 manat məbləğində dəbbə, cəmi 484 manat məbləğində borc, habelə 30 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1.377 (bir min üç yüz yetmiş yeddi) manat məbləğində əsas, 100 (bir yüz) manat məbləğində dəbbə, cəmi 1.477 (bir min dörd yüz yetmiş yeddi) manat məbləğində borc, Samsung Galaxy markalı tablet üçün 444 (dörd yüz qırx dörd) manat məbləğində əsas, 40 (qırx) manat məbləğində dəbbə, cəmi 484 (dörd yüz səksən dörd) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1050/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1050/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver