Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-107/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdehlər Cavabdeh3 və Çinar-Araz Firması MMC-yə qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh3 və Çinar- Araz Firması MMC-yə qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu Zaminbank ASC arasında 28.10.2015-ci il tarixli KB015-1779 nömrəli və 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqavilələri bağlanmışdır. Mərkəzi Bank tərəfindən Zaminbank ASC-yə 28.10.2015-ci il tarixli KB015- 1779 nömrəli kredit müqaviləsi üzrə 720 gün müddətinə, illik 3,5% ödəməklə ******* manat, 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqaviləsi üzrə isə 720 gün müddətinə, illik 3,5% ödəməklə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun müvafiq olaraq 17.10.2017-ci il və 06.11.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində 05.11.2015-ci il tarixli İBOl5- 1779/2 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/2 nömrəli, habelə ona mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində 05.11.2015-ci il tarixli İB015-1779/3 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/3 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Eyni zamanda, qeyd olunan kredit müqavilələrinin təminatı kimi Çinar-Araz Firması MMC mülkiyyətində olan ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 m2 ümumi sahədən ibarət əmlak kompleksi barəsində 05.11.2015-ci il tarixli İB015-1779/1 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/1 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 19.09.2016-cı il tarixli 2-1(81)-3620/16 nömrəli qərarı ilə Zaminbank ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri Bankın ləğvedicisinə 21.10.2016-cı il tarixli 05-00909-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Zaminbank ASC-nin Mərkəzi Banka 28.10.2015-ci il tarixli KB015-1779 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 83 119,99 manat faiz borcu olmaqla, ümumilikdə 5083119,99 manat, 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 73888,87 manat faiz borcu olmaqla, ümumilikdə 5073888,87 manat təşkil edir. Göstərilən kredit müqavilələri üzrə faiz borcları Banklar haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 19.09.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyan Cavabdeh3 24.10.2016-cı il tarixli 05-00917-2016 nömrəli məktubla, ipoteka qoyan Çinar-Araz Firması MMC-yə 24.10.2016-cı il tarixli 05-00913- 2016 nömrəli məktublarla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər İpoteka haqqında Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.11.2016-cı il tarixli və 05.11.2016-cı il tarixli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Ona görə də, ləğv prosesində olan Zaminbank ASC-nin 28.10.2015-ci il tarixli KB015-1779 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 83119,99 manat faiz borcu olmaqla, ümumilikdə 5083119,99 manat, 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 73888,87 manat faiz borcu olmaqla, ümumilikdə 5073888,87 manat, cəmi 10157008,86 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə və Çinar-Araz Firması MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 m2 ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsinə, ipoteka predmetlərinin ilkin satıs qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılmasına, satışdan əldə olunmuş pul vəsaitləri hesabına Zaminbank ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Çinar-Araz Firması MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu Zaminbank ASC arasında 28.10.2015-ci il tarixli KB015-1779 nömrəli və 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqavilələri bağlanmışdır. Mərkəzi Bank tərəfindən Zaminbank ASC-yə 28.10.2015-ci il tarixli KB015- 1779 nömrəli kredit müqaviləsi üzrə 720 gün müddətinə, illik 3,5% ödəməklə ******* manat, 17.11.2015-ci il tarixli, KB015-1783 nömrəli kredit müqaviləsi üzrə isə 720 gün müddətinə, illik 3,5% ödəməklə ******* manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun müvafiq olaraq 17.10.2017-ci il və 06.11.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində 05.11.2015-ci il tarixli İBOl5-1779/2 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/2 nömrəli, habelə ona mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0,01753 ha torpaq sahəsində yerləşən 430 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində 05.11.2015ci il tarixli İB015-1779/3 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/3 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Eyni zamanda, qeyd olunan kredit müqavilələrinin təminatı kimi Çinar-Araz Firması MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 m2 ümumi sahədən ibarət əmlak kompleksi barəsində 05.11.2015-ci il tarixli İB015-1779/1 nömrəli və 20.11.2015-ci il tarixli İB015- 1783/1 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Çinar-Araz Firması MMC Zamin Bank ASC-dən götürdüyü krediti tam olaraq ödəmişdir. Lakin ödənişlər aparıldığı halda Zamin Bank ASC tərəfindən ödənişlər Mərkəzi Banka verilməmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Zaminbank ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında 28.10.2015-ci il tarixli KB015-1779 nömrəli və 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqavilələri bağlanmışdır. Mərkəzi Bank tərəfindən Zaminbank ASC-yə 28.10.2015ci il tarixli KB015-1779 nömrəli kredit müqaviləsi üzrə 720 gün müddətinə, illik 3.5% ödəməklə ******* manat, 17.11.2015-ci il tarixli KB015-1783 nömrəli kredit müqaviləsi üzrə isə 720 gün müddətinə, illik 3.5% ödəməklə ******* manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 0,02044 ha torpaq sahəsində yerləşən 437,3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində 05.11.2015-ci il tarixli İBOl5-1779/2 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/2 nömrəli, habelə ona mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi barəsində 05.11.2015-ci il tarixli İB015-1779/3 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/3 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Eyni zamanda, qeyd olunan kredit müqavilələrinin təminatı kimi Çinar-Araz Firması MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4594,6 m2 ümumi sahədən ibarət əmlak kompleksi barəsində 05.11.2015-ci il tarixli İB015-1779/1 nömrəli və 20.11.2015-ci il tarixli İB015-1783/1 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 19.09.2016-cı il tarixli 2-1 (81)-3620/16 nömrəli qərarı ilə Zaminbank ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Ona görə də, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 12.01.2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh3, Çinar- Araz Firması MMC-nin nümayəndəsi, 3-cü şəxs ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin, cavabdehlər Cavabdeh3, Çinar-Araz Firması MMC-nin nümayəndəsinin, 3-cü şəxs ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddia tələblərinin məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankınin ləğv prosesində olan Zaminbank ASC-nin borcuna görə ipoteka premetlərinə tutma yönəldilərək, həmin əmlakların açıq hərracdan satılıb əldə olunan vəsaitdən ləğv olunan bankın borcunun ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13.06.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.3-cü maddəsinə əsasən tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1.qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. 81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh3 və Çinar-Araz Firması MMC-yə qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi bağlı 2(001)-107/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Cavabdehlər Cavabdeh3 və Çinar-Araz Firması MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-107/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-107/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver