Məhkəmə qərarları › İş №2(001)-1070/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(001)-1070/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1070/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiacı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiacı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(001)-1070/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2613,50 əsas borc, 353,88 manat faiz borcu və 54,62 manat dəbbə borcu olmaqla, cəmi 3022 manat borc və 25,80 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 19.04.2021-ci il tarixdə iddiacı «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə əlavə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının müqavilənin ləğvi barədə tələbinə qətnamənin nə təsviri, nə də ki, nəticə hissəsində heç bir münasibət bildirilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsinə əsasən, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 2 №-li qərarında göstərilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblərdən hər hansı biri, cavabdehin qarşılıqlı tələbi, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi baxılmamış saxlanıldıqda, həmin tələblər üzrə əlavə qətnamənin çıxarılmasına o şərtlə yol verilir ki, bu tələblər üzrə işdə iştirak edən şəxslər sübutlar təqdim etmiş və izahatlar vermiş olsunlar. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydasında həyata keçirilir”. İş materiallarında olan 02.03.2020-ci il tarixli Kredit müqaviləsindən və Razılaşmadan görünür ki, müqavilə «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 26% ödəmək şərtilə 2700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxx» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 06.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilələcəyi barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 421-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxx Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.03.2020-ci il tarixli, AZAD-266-242 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 02.03.2020-ci il tarixli, AZAD-266-242 saylı Razılaşma ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.03.2020-ci il tarixli, AZAD-266-242 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 02.03.2020-ci il tarixli, AZAD-266-242 saylı Razılaşma ləğv edilsin. Əlavə qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar