Məhkəmə qərarları › İş №2(001)-1103/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1103/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1103/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 044-EMB-0605-19 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 2867 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixli 418-TGS-0163-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 BOKT "xxxx" QSC qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə cavabdehin 711,56 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etdi və xx.xx.2019-cu il tarixli 044-EMB-0605-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə yaranmış 611,56 manat borcun BOKT "xxxx" QSC-nin xeyrinə cavabdehlərdən tutulması barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 044-EMB-0605-19 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 2867 manat məbləğində kredit verilmiş və Cavabdeh2 həmin müqavilə üzrə zamin olaraq müqavilədə qeyd olunmuş öhdəlikləri üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 QSC «xxxx» BOKT-a xx.xx.2021-ci il tarixə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 611.56 manat əsas borc, 0,00 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla, cəmi borcu 611.56 manat miqdarında təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borcun mövcud olması və borc ödənilmədiyi təqdirdə kreditor tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə görə, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 044-EMB-0605-19 saylı müqaviləyə əsasən 611,56 manat məbləğində borc tutularaq iddiaçı QSC «xxxx» BOKT-a ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 611,56 (altı yüz on bir manat əlli altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar