Məhkəmə qərarları › İş №2(001)-112/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-112/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-112/2021 24.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı əvvəlki adı ilə İddiaçı İKB ASC, indiki adı ilə “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, kredit borcunun geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 29376,02 ABŞ dolları əsas borc, 28165,31 ABŞ dolları faiz borcu, 860,31 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 58401,64 ABŞ dolları borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat rüsum, 20 manat xidmət haqqının tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən, 3 otaqlı, 67.8 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət 52b nömrəli fərdi yaşayış evi və 0.03042 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı İKB ASC-yə yönəldilməsi, əmlakın satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması, satıldıqdan ən geci 1 ay sonra cavabdeh X2 və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yerləşən, 3 otaqlı, 67.8 kv.m yaşayış, 28 kv.m yardımçı sahədən ibarət 52b nömrəli fərdi yaşayış evi və 0.03042 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılıb, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verildiyindən, cavabdeh də öz növbəsində məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Bundan başqa Mülki-Prosessual Məcəllənin 260.3-cü maddəsində qeyd edilmişdir ki, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Odur ki, mülki iş materiallarından məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi, tədqiqat aparılaraq rəyin tərtib edildiyi və ekspertiza xərcinin 100 manat olduğu müəyyən edilir. İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və məhkəmə tərəfindən iddia ərizəsi baxılmamış saxlanıldığından ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq dövlət büdcəsinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı İKB(“xxxx”) ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, kredit borcunun geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat pul vəsaiti iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət nəfinə (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN:**********) alınsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar