Məhkəmə qərarları › İş №2(001)-1125/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1125/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1125/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.032 manat, xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.164 manat, hər iki müqavilə üzrə cəmi 2.196 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Electrolux” markalı televizor, peyk antenası, peyk antenasının aksesuarları və 6 ədəd stul dəstinə görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 86 manat, bağlanmış xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung G2” və “Samsung G4” markalı mobil telefonlara görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 97 manat, olmaqla hər iki müqavilə üzrə cəmi 2.196 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini kobud surətdə pozaraq, hər iki müqavilə üzrə heç bir ödəniş aparmamışdır. Beləliklə, xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.032 manat, xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.164 manat, hər iki müqavilə üzrə cəmi 2.196 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də, 2.196 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı oğli ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, ümumi dəyəri 1.032 manat olan “Electrolux” markalı televizor, peyk antenası, peyk antenasının aksesuarları və 6 ədəd stul dəsti Cavabdeh mülkiyyətinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh götürdüyü avadanlığın pulunu hissə-hissə göstərilən tarixdən gec olmayaraq ödəyəcəyinə söz vermişdir; xx xxxx 2018-ci il tarixli tehvil teslim aktından görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən məhsulları İddiaçı təhvil almışdır; İddiaçı oğli ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, ümumi dəyəri 1.164 manat olan “Samsung G2” və “Samsung G4” markalı məhsullar Cavabdeh mülkiyyətinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən cavabdeh götürdüyü avadanlığın pulunu hissə-hissə göstərilən tarixdən gec olmayaraq ödəyəcəyinə söz vermişdir; xx xxxx 2018-ci il tarixli tehvil teslim aktından görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən məhsulları İddiaçı Sərdar oğlundan təhvil almışdır; xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqavilələri” bağlanmış, cavabdeh müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi” üzrə 1.032 manat, xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi” üzrə 1.164 manat, ümumilikdə 2.196 manat borcun ödənilməsini tələb edir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi” üzrə 1.032 manat məbləğində borc, xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi” üzrə 1.164 manat məbləğində borc olmaqla, cəmi 2.196 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi” üzrə 1.032 (bir min otuz iki) manat məbləğində borc, xx xxxx 2018-ci il tarixli “Nisyə alqı-satqı müqaviləsi” üzrə 1.164 (bir min bir yüz altmış dörd) manat məbləğində borc olmaqla, cəmi 2.196 (iki min bir yüz doxsan altı) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar