Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1133/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 134 manat, xx xxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 606 manat, xx xxxx 2016-cı il tarixli müqavilə üzrə 700 manat olmaqla, ümumilikdə 1440 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsin əsasən aldığı “Led electrolucs” və televizor altına görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 62 manat , 2 ədəd “Galaxy Prime” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 60 manat, xx xxxx 2016-cı il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Broysa” markalı soyuducuya görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla, hər üç müqavilə üzrə cəmi 2384 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozmuş, xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx xxxx 2016-cı il tarixində 100 manat, xx xxxxx 2015-ci il tarixli müqavilə üzrə xx xxxx 2015ci il tarixində 38 manat, xx xxxx 2016-cı il tarixli müqavilə üzrə isə ödəniş etməmişdir. Beləliklə, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 134 manat, xx xxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 606 manat, xx xxxx 2016-cı il tarixli müqaviləsi üzrə 700 manat, hər üç müqavilə üzrə 1440 manat borcunu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunun ödəməkdən yayınır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli nisyə alğısatqı müqaviləsindən görünür ki, Cavabdehin dükanından 744 manat dəyərində “Led electrolucs” və televizor altı almış, dəyərini 12 ay müddətinə aylıq 62 manat ödəyəcəyi, narazılıq yarandığı təqdirdə mübahisəyə məhkəmə baxılmasına razı olması barəsində üzərinə öhdəlik götürmüşdür. Borclu müqavilə üzrə sonuncu dəfə xx xxxx 2016-cı il tarixində 100 manat məbləğində ödəniş etmişdir. xx xxxxxx 2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Led electrolucs” və televizor altı təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanan xx xxxxx 2015-ci il tarixli nisyə alğısatqı müqaviləsindən görünür ki, Cavabdehin dükanından 720 manat dəyərində “Galaxy prime” markalı 2 ədəd telefon almış, dəyərini 12 ay ərzində aylıq 60 manat ödəyəcəyi, narazılıq yarandığı təqdirdə mübahisəyə məhkəmə baxılmasına razı olması barəsində üzərinə öhdəlik götürmüşdür. Borclu müqavilə üzrə sonuncu dəfə xx xxxx 2015-ci il tarixində 38 manat məbləğində ödəniş etmişdir. xx xxxxx 2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Galaxy prime” markalı 2 ədəd telefon təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanan xx xxxx 2016-cı il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdehin dükanından 700 manat dəyərində “Broysa” markalı soyuducu almış, dəyərini 12 ay müddətinə aylıq 60 manat ödəyəcəyi, narazılıq yarandığı təqdirdə mübahisəyə məhkəmə baxılmasına razı olması barəsində üzərinə öhdəlik götürmüşdür. xx xxxx 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Broysa” markalı soyuducu təhvil verilmişdir. xx xxxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 3 müxtəlif tarixdə nisyə alğı-satqı müqavilələri bağlanmışdır. xx xxxxxx 2015-ci il tarixli taixli nisyə alğı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 744 manat olan məişət əşyasını 12 ay müddətinə ayda 62 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmış, Cavabdeh isə qeyd edilən məişət əşyalarını nisyə almış və müqavilə ilə müəyyən edilmiş şərtlərlə onun dəyərini ödəməyi barədə öhdəlik götürmüşdür. xx xxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 720 manat olan əşyaları Cavabdeh nisyə satmış, Cavabdeh isə qeyd edilən əşyaları nisyə almış və müqavilə ilə müəyyən edilmiş şərtlərlə onun dəyərini ödəməyi barədə öhdəlik götürmüşdür. xx xxxx 2016-cı il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən İddiaçı ümumi dəyəri 700 manat dəyərində olan məişət əşyasını Cavabdeh nisyə satmış, Cavabdeh isə qeyd edilən məişət əşyasını nisyə almış və müqavilə ilə müəyyən edilmiş şərtlərlə onun dəyərini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırda da iddiaçı cavabdehin müqavilələr üzrə borcunun yarandığını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh xx xxxxxx 2015-ci il, xx xxxxx 2015-ci il və xx xxxx 2016-cı il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 134 manat, xx xxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 606 manat, xx xxxx 2016-cı il tarixli müqavilə üzrə 700 manat olmaqla, ümumilikdə 1440 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 134 (bir yüz otuz dörd) manat, xx xxxxx 2015-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 606 (altı yüz altı) manat, xx xxxx 2016-cı il tarixli müqavilə üzrə 700 (yeddi yüz) manat olmaqla, ümumilikdə 1440 (bir min dörd yüz qırx) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1133/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1133/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver