Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1136/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Nikoyl İKB ilə Cavabdeh arasında bağlanmış 06.05.2014-cü il tarixli kredit müqaviləsənə əsasən bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 12450 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2014-cü il buraxılışlı, Daewoo Gentra markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557882 ban, 0483 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 25000 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2014-cü il buraxılışlı, Daewoo Gentra markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557882 ban, 0483 mühərrik nömrəli, ağ rəngli avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 310 manat, ümumilikdə isə 18540 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Cavabdeh tərəfindən banka sonuncu ödəniş 31.01.2019-cu il tarixdə, 310 manat məbləğində olmuşdur. Borcun ödənilməsi üçün bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş predmetə yönəltməni tam qanuna uyğun hesab edir. Həmçinin zamin tərəfindən ödənişlər aparıldığı üçün gecikmə günlərinin sayı 360 gündən az olduğundan cavabdehin kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməmişdir. Ona görə də Cavabdeh əsas borca görə 2778,59 manatın, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 06.05.2019-cu il tarixə ödənilməmiş 1810,88 manat faiz borcunun, həmin günə hesablanmış 2798,86 manat dəbbə pulunun, ümumilikdə 7388,33 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, Daewoo Gentra markalı, **- HG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557882 ban, 0483 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsinə, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Nikoyl İKB ilə bağladığı 06.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank ona 60 ay müddətinə qaytarmaq, illik 17 % ödəmək şərti ilə 12450 manat məbləğində kredit vermişdir. Kreditin təyinatı 2014-cü il buraxılışlı, Daewoo Gentra markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA557882 ban, 0483 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı ipoteka müqaviləsi nəzərdə tutulmuşdur. Onun maddi imkanı olmadığından borcunu vaxtında qaytara bilməmişdir. O, banka dəfələrlə müraciət etsə də, banak ona kömək edilməmişdir. Onun gecikmə günlərinin sayı 360 gündən artıq olub, buna baxmayaraq X2 Palatasına ünvanladığı məktuba cavab olaraq gecikdirilmiş günlərin sayının 360 gündən az olması bildirilmişdir. Hal-hazırda bankın faiz və cərimə borcu, tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə razı deyildir. Banka olan əsas borcunu hissə-hissə qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc verən Nikoyl İKB ASC, borc alan Cavabdeh arasında bağlanmış 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borc alana avtomobil almaq məqsədilə 60 ay müddətinə, yəni 06.05.2019-cu il tarixədək qaytarmaq, illik 17 % ödəmək şərti ilə 12450 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən kreditin təminatı 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı ipoteka müqaviləsinə əsasən Daewoo Gentra markalı avtomobildir. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,15 % miqdarında banka dəbbə pulu ödəməlidir. 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borc alan Cavabdeh 06.06.2014-cü il tarixdən 06.05.2019-cu il tarixədək əsas borca görə 12450 manat, faiz borcuna görə 6090 manat olmaqla cəmi 18540 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan Nikoyl İKB ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış 06.05.2014-cü il tarixli 17-A-2-0- 563-14 saylı kredit müqaviləsinə əsasən 12450 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər Daewoo Gentra markalı 557882 ban nömrəli 0483 mühərrik nömrəli avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 25000 manat dəyərində qiymətləndirilmişdir. Borcverən Nikoyl İKB ASC, borc alan Cavabdeh, zamin Azevrocar MMC arasında bağlanmış 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın borcverən qarşısında 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi QİŞ tərəfindən 06.05.2014-cü il tarixdə verilmiş AC № 231929 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Daewoo Gentra minik markalı 2014-cü il buraxılışlı ağ rəngli 0483 mühərrik nömrəli **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin AA № 120935 seriyalı 06.05.2014-cü il tarixli çıxarışından müəyyən olunur ki, ipoteka qoyan Cavabdeh ilə ipoteka saxlayan Nikoyl İKB ASC arasında Daewoo Gentra markalı **-HG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsinə dair bağlanmış 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı ipoteka müqaviləsi qeydə alınmışdır. İddiaçı ASC-nin 19.02.2021-ci il tarixli 02-168 saylı maliyyə arayışından müəyyən olunur ki, borc alan Cavabdeh 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2778,59 manat, kredit müqaviləsinin bitmə tarixinə yəni 06.05.2019-cu il tarixə faiz borcuna görə 1810,88 manat, dəbbə puluna görə 2798,86 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 08.10.2020-ci il tarixli 10-026 saylı bildirişdən müəyyən olunur ki, bank borc alana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kreditin tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Maliyyə X1 29.10.2019-cu il tarixli ********** saylı məktubundan müəyyən olunur ki, Cavabdeh onun 01.03.2019-cu il tarixinə banklara və digər kredit təşkilatlarına olan əsas borcunun məbləği milli valyutada 17000 manatdan (və ya xarici valyutada 10000 ABŞ dollarından) çox olmasa da, həmin kreditlərə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2021-ci il tarixli 09/1307 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 06.05.2019-cu il tarixə əsas borc üzrə 3331,73 manat, faiz borcu üzrə 151,04 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borc alanın 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi əsas borca görə 2778,59 manat, kredit müqaviləsinin qüvvədə olduğu tarixə faiz borcuna görə 151,04 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu məbləğdə borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun borc alanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 11.11.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə borc alandan 10 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 06.05.2014-cü il tarixli 17-A-2-0-563-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2778,59 manat, faiz borcuna görə 151,04 manat, dəbbə puluna görə 10 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2969,63 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh mülkiyyətində olan 2014-cü il buraxılışlı Daewoo Gentra markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 2969,63 manat İddiaçı ASC-nin hesabına, 50 manat dövlət nəfinə keçirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1136/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1136/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver