Məhkəmə qərarları › İş №2(001)-1138/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1138/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1138/2022 07.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 6609,03 manat əsas və 13,61 manat faiz borcu olmaqla, cəmi 6622,64 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 86,23 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 7013,75 manat məbləğində kredit vermişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə borc verən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun "xxxx" KB ASC-yə həmin kredit müqaviləsi üzrə 20.12.2021-ci il tarixə 6609,03 manat əsas borcu və 13,61 manat faiz borcu olmaqla, cəmi 6622,64 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, o, bankdan kredit götürmüş və işləmədiyi üçün vaxtı-vaxtında ödəniş edə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2019-cu il tarixli, 267rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, 12.05.2014-cü il tarixli, 1141tkSTB/14 saylı və 05.11.2014-cü il tarixli, 7404nkSTB2/14 saylı kredit müqavilələri üzrə 7013,75 manat qalıq borc 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə restrukturizasiya edilmişdir. İş materiallarında olan 02.07.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq ödənişləri 5,85 manat və 150 manat olmaqla, 02.07.2024-cü il tarixədək qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" KB ASC-dən təqdim edilmiş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.07.2019-cu il tarixli, 267rstBANK/19 saylı kredit müqaviləsinə əsasən 20 dekabr 2021-ci il tarixə 6609,03 manat əsas borcu və 13,61 manat faiz borcu olmaqla, cəmi 6622,64 manat məbləğində borcu vardır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 13.10.2021-ci il tarixli bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 02.07.2019-cu il tarixli, 267rstBANK/19 saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, təsvir olunanlardan mübahisəsiz qaydada görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında cavabdehə illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 7013,75 manat qalıq borcun restrukturizasiya olunmasına dair güzəştli kredit müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 12.05.2014-cü il tarixli, 1141tkSTB/14 saylı və 05.11.2014-cü il tarixli, 7404nkSTB2/14 saylı kredit müqavilələri üzrə yaranmış 7013,75 manat məbləğində qalıq borc məbləği kredit verməyi, Cavabdeh isə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu, hesablanmış faizləri qaytarmağı ödəməyi üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" KB ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 6609,03 manat əsas borc və 13,61 manat faiz borcu olmaqla, cəmi 6622,64 manat borc tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 86,23 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6609,03 (altı min altı yüz doqquz manat, 03 qəpik) manat məbləğində əsas borc , 13,61 (on üç manat 61 qəpik) manat məbləğində faiz borcu və 86,23 (səksən altı manat, 23 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6708,87 (altı min yeddi yüz səkkiz manat 87 qəpik) manat məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar