Məhkəmə qərarları › İş №2(001)-1154/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1154/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1154/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2035/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının Bıçaqçı kənd inzibatı ərazi İdarəsi üzrə nümayəndəliyində xx.xx.2013-cü il tarixdə 15 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdehin maddi durumu normaldır. Tərəflərin birgə nikahlarından olan övladlarının həm yaş həddi, həm də maddi təlbatı artmış, iddiaçı onun tələbatlarını tək ödəyə bilmir, maddi cəhətdən çətinlik çəkir. İddiaçı tək yaşamaqla əlavə gəlir yeri yoxdur. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2035/2017 saylı qətnaməsi ilə tutulan 120 manat alimentin miqdarının artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin maddi vəziyyətinin yaxşı olması ilə bağlı qeydlər etsə də, bunu təsdiq edə biləcək hər hansı sənədi iddiasına əlavə edə bilməmişdir. İddiaçı özünün heç bir yerdə işləməməsinə dair arayışı da iddiasına əlavə etməmişdir. Halbuki iddiaçı rəsmi olaraq çalışır və yüksək əmək haqqı alır. İddiaçı hazırda valideynlərinin himayəsində yaşayır və maddi vəziyyəti yaxşıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iddiası formal xarakterlidir, düzgün olmayan qeydlər üzərində qurulmuşdur. Cavabdeh ümumiyyətlə heç vaxt rəsmi və qeyri-rəsmi şəkildə heç bir yerdə işləməmiş, 2020-ci ildən etibarən rəsmi olaraq işsiz statusu əldə etmiş, bu barədə arayışı ərizəsinə əlavə edir. Cavabdehin iddiaçı ilə nikahına xitam verdikdən sonra xx.xx.2023-cü il tarixdə cavabdeh yenidən nikaha daxil olmuş, birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh 44 günlük Vətən müharibəsində iştirak edərək müxtəlif medallarla təltif olunmuş, müharibədə iştirak etdikdən sonra səhhətində və psixologiyasında ciddi problemlər əmələ gəlmişdir. Ona görə də mütəmadi olaraq həkim müayinəsi və müaciləsinə ehtiyacı vardır. Bu isə onun maddi vəziyyətinin dahada çətinləşməsinə səbəb olur. Cavabdeh iddiaçı ilə birgə nikahından olan övladına mütəmadi olaraq təyin olunmuş alimentdən əlavə maddi yardım edir. Lakin bunun aylıq qətnamə əsasında təyin olunması cavabdehin maddi vəziyyətinin pisləşməsinə, eyni zamanda gələcəkdə aliment öhdəliyini icra edə bilməyəcəyinə səbəb olacaqdır. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Zərdab RİHB-nın Bıçaqçı kənd İ.Ə.D.-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 318080 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2035/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə Abdulhəlimova (Qurbanova) Aygün İlqar qızı arasında Zərdab rayon İcra Hakimiyyəti başçısının Bıçaqçı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində xx.xx.2013-cü il tarixdə 15 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il tarixdən hesablanmaqla hər ay 120 manat aliment tutulması qət edilmişdir. Ağcabədi ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 541679 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X8 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 494 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Qurbanova soyadı verilmişdir. Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV № 099349 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 183 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X5r. Ağcabədi ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İV № 850996 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 525 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X5r. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı adına qüvvədə olan əmək müqaviləsi yoxdur. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh adına qüvvədə olan əmək müqaviləsi yoxdur. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, cavabdehin aliment təyin edildikdən sonra təkrar nikaha daxil olmasını, həmin nikahdan iki övladının olmasını, valideynlərin bütün uşaqlarına eyni qaydada qayğı ilə yanaşmalı olmalarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 170 manat müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2035/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar