Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1166/2020 30.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC X1 Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu, 2840,89 (iki min səkkiz yüz qırx ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 770.40 (yeddi yüz yetmiş ABŞ dolları 40 sent) ABŞ dolları, cəmi 16689.08 (on altı min altı yüz səksən doqquz ABŞ dolları 08 sent) ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 140 saylı 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz, 1626.17 (bir min altı yüz iyirmi altı ABŞ dolları 17 sent) dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 442.98 (dörd yüz qırx iki ABŞ dolları 98 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 9352.28 (doqquz min üç yüz əlli iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Volkswagen Passat” markalı, qara rəngli, buraxılış ili 2012-ci il olan, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci iltarixli, 140 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5000 ABŞ dolları kredit verilmişdir. Bundan başqa həmin müqavilə üzrə öhdəliyin təmini üsulu kimi Cavabdeh1 məxsus “Volkswagen Passat” markalı, qara rəngli, buraxılış ili 2012-ci il olan, ** FF *** dövlət nömrə nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2015-ci iltarixli, 140 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında xx.xx.2015-ci il tarixli 141 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 22 % (iyirmi iki) faiz ödənilmək şərti ilə 9900 (doqquz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə 141 və 141/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər Cavabdeh2 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun xx.xx.2015-ci il tarixli, 141 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc, 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu, 2840,89 (iki min səkkiz yüz qırx ABŞ dolları 89 sent) ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 770.40 (yeddi yüz yetmiş ABŞ dolları 40 sent) ABŞ dolları, cəmi 16689.08 (on altı min altı yüz səksən doqquz ABŞ dolları 08 sent) ABŞ dolları kredit borcu, Cavabdeh1 xx.xx.2015ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz, 1626.17 (bir min altı yüz iyirmi altı ABŞ dolları 17 sent) dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 442.98 (dörd yüz qırx iki ABŞ dolları 98 sent) ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 9352.28 (doqquz min üç yüz əlli iki ABŞ dolları 28 sent) ABŞ dolları məbləğində kredit borcu vardır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, 2015-ci ilin fevral ayının 20-də xalası oğlunun adına kredit götürmüşlər, o, kredit müqaviləsi üzrə zamin durmuşdur. Dolların məzənnəsi qalxdığından ödənişləri edə bilməmişlər. Hesab edir ki, borc məbləği şişirdilmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək mülki iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh1 məhkəmə iclasında iştirak etməməsini üzrsüz hesab edərək Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci iltarixli, 140 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5000 ABŞ dolları kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, xx xxxxxx 2015-ci iltarixli, 140 saylı kredit müqaviləsi əsasında götürülmüş 5000 Abş dolları kreditin aylıq məbləği 190,95 ABŞ dolları olmaqla xx xxxxxx 2018-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2015-ci iltarixli, 140 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə bağlamış olduğu 5000 ABŞ dolları verilməsi ilə bağlı kredit müqaviləsinin təminatı kimi özünə məxsus “Volkswagen Passat” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobili (ipoteka predmetini) banka girov qoymuş, bununla bağlı girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 130191 saylı, xx xxxxxx 2015-ci il tarixli çıxarış verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci iltarixli, 140 saylı, 5000 ABŞ dolları verilməsi ilə bağlıkredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə 4937,11 ABŞ dolları əsas borcu, 2346,02 ABŞ dolları müqavilə müddətinədək hesablanmış faiz borcu, 442,98 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 1626,17 ABŞ dolları cərimə borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişin surətindən və onun ünvan sahibi tərəfindən qəbul edilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə xx xxxxxx 2015-ci iltarixli, 140 saylıkredit müqaviləsinə əsasən borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci iltarixli, 141 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9900 ABŞ dolları kredit verilmişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, xx xxxxxx 2015-ci iltarixli, 141 saylı kredit müqaviləsi əsasında götürülmüş 9900 Abş dolları kreditin aylıq məbləği 378,09 ABŞ dolları olmaqla xx xxxxxx 2018-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 141 saylı və xx.xx.2015-ci il tarixli, 141/1 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 141 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında borc alana verilmiş 9900 Abş dolları kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İşdə olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci iltarixli, 141 saylıkredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə 8624,87 ABŞ dolları əsas borcu, 4452,92 ABŞ dolları müqavilə müddətinədək hesablanmış faiz borcu, 770,40 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 2840,89 ABŞ dolları cərimə borcu vardır. İşdə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3620/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilərək, X2 xx.xx.2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1226 saylı rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 140 saylı, 5000 ABŞ dolları kredit götürməsi ilə bağlı kredit müqaviləsi üzrə müqavilənin müddətinə yəni xx.xx.2018-ci il tarixə 4947,11 ABŞ dolları əsas borcu, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra illik 5%-lə xx.xx.2019-cu il tarixinə 4947,11 ABŞ dolları əsas borcu, 2526,04 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli, 141 saylı, 9900 ABŞ dolları kredit götürməsi ilə bağlı kredit müqaviləsi üzrə müqavilənin müddətinə yəni xx.xx.2018-ci il tarixə 9234,87 ABŞ dolları əsas borcu, 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonra illik 5%-lə xx.xx.2019-cu il tarixinə 9234,87 ABŞ dolları əsas borcu, 5002,85 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan maddi hüquq normasından göründüyü kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, özgəsinin pul vəsaiti qanunsuz saxlanıldıqda və onu qaytarmaqdan boyun qaçırıldıqda pulun sahibi ona dəymiş zərərin əvəzini ödəməyi tələb etmək hüququna malik olur. Konkret bu halda iddianın predmetini pul məbləği təşkil etdiyi üçün iddiaçı cavabdehdən həm pul məbləğini, həm də pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla puldan faydalanmağa görə həmin vəsaitin məbləğindən hesablanan faizlərin ödənilməsini tələb edə bilər. Digər tərəfdən, iddiaçı cavabdehdən xx.xx.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə 1626,17 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 141 saylı kredit müqaviləsi üzrə 2840,89 ABŞ dolları məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu əsasla məhkəmə, xx.xx.2015-ci il tarixli, 140 saylı 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə 1626,17 ABŞ dolları məbləğində hesablanmış cərimənin 200 (iki yüz) ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə 2840,89 ABŞ dolları məbləğində hesablanmış cərimənin 300 (üç yüz) ABŞ dolları həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı cavabdehlərdən xx.xx.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulu götürülməsi barədə kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 8624.87 (səkkiz min altı yüz iyirmi dörd ABŞ dolları 87 sent) ABŞ dolları əsas borc və 4452.92 (dörd min dörd yüz əlli iki ABŞ dolları 92 sent) ABŞ dolları faiz borcu tələb etsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1226 saylı rəyindən görünür ki, həmin kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2018-ci il tarixə 9234,87 ABŞ dolları əsas borcu, 4179,40 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 4937.11 (dörd min doqquz yüz otuz yeddi ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 2346.02 (iki min üç yüz qırx altı ABŞ dolları 2 sent) ABŞ dolları faiz borcu tələb etsə də, sözügedən ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə müqavilənin müddətinə yəni xx.xx.2018-ci il tarixə 4947,11 ABŞ dolları əsas borcu, 2084,93 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda, yəni iddiaçının hər iki kredit müqaviləsi üzrə tələb etdiyi əsas kredit borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən az olmasını əsas götürərək məhkəmə hesab edir ki, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə tutulacaq əsas kredit borcu iddiaçının tələbinə uyğun tutulmalıdır. Bunun əksinə cavabdehin hər iki müqavilə üzrə faiz borcu ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən (müqavilələrin müddətinə) çox olduğundan ekspert rəyi əsas götürülərək rəyə uyğun tutulmalıdır. Kreditlər üzrə müddət bitəndən sonrakı dövr üçün faiz tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1226 saylı rəyinə əsasən xx.xx.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə faiz (əlavə) borcu 823,45 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 140 saylı kredit müqaviləsi üzrə 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı isə 441,11 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 141 saylı 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə faiz borcu iddiaçının tələbinə uyğun 770,40 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 140 saylı, 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsi üzrə isə rəyə əsasən 441,11 ABŞ dolları olaraq tutulmalıdır. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, cavabdeh Adıgöəlov Samir Sabir oğlu 140 saylı, xx.xx.2015-ci il tarixli 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan avtomobilə tutma yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan 4937,11 ABŞ dolları əsas borc, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 441,11 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 7663,15 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalı, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh Adıgöəlov Samir Sabir oğluna qaytarılmalı, həmçinin cavabdehlərdən müştərək qaydada 141 saylı, xx.xx.2015-ci il tarixli, 9900 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsinə əsasən 8624,87 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi günə 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 770,40 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13.874,67 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın təmin edilməsi əsas götürülməklə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, həmçinin 120 (bir yüz iyirmi) manat ekspertiza xərci də cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 140 saylı, xx.xx.2015-ci il tarixli 5000 ABŞ dolları pulun götürülməsi ilə bağlı kredit müqaviləsinə əsasən 4937,11 ABŞ dolları əsas borc, 2084,93 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 441,11 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, cəmi 7663,15 (yeddi min altı yüz altmış üç dollar, 15 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutulacaq məbləğ Cavabdeh1 məxsus “Volkswagen Passat” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1qaytarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 141 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 8624,87 ABŞ dolları əsas borc, 4179,40 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün 770,40 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 13.874,67 (on üç min səkkiz yüz yetmiş dörd dollar 67 sent) ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla müştərək qaydada alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1166/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1166/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver