Məhkəmə qərarları › İş №2(001)-117/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-117/2020

07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-117/2020 07.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bağırlı Günay Suliddin qızının iclas katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “borcun vaxtında ödənilməməsi nəticəsində dəymiş zərərin cavabdehdən tutulması tələbinə dair” ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «əqdin etibarsızlığı barədə» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “borcun vaxtında ödənilməməsi nəticəsində dəymiş zərərin cavabdehdən tutulması tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «əqdin etibarsızlığı barədə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə növbəti məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə saat 11:40-a təyin edilməsinə və məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə qabaqcadan iddiaçı və cavabdeh lazımi qaydada məlumatlandlırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmədə iştirak etməmişlər, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 260-cı maddələrinə müvafiq olaraq ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Ərizənin icraata qəbul edilməsi və işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, buna görə də, işə mahiyyət üzrə baxılması mümkün olmadığından iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “borcun vaxtında ödənilməməsi nəticəsində dəymiş zərərin cavabdehdən tutulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «əqdin etibarsızlığı barədə» qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar