Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-117/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsi üzrə 1205,63 manat məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 3980 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 1205,63 (min iki yüz beş manat altmış üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair pretenziya (bildiriş) göndərilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 44 %-lə hesablanır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəmə müaciət edərək, iddianı qəbul etmədiyini, onun lombarddakı qızıllarının satıldığını və həmin qızılların borcun bağlanmasına kifayət etdiyi halda dəyər-dəyməzinə satıldığını, satışın onun iştirakı olmadan keçirildiyini, işsiz və göstərilən məbləği ödəmək niyyətində olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, kredit təşkilatına olan borcunu tam şəkildə ödəmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh şəxsi məqsədlə 24 ay müddətinə illik 44 % dərəcəsi ilə 3980 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, borc alandan ona verilmiş kredit məbləğinin 1 % faizi miqdarında kredit müqaviləsi ilə bağlı aparılmış sənədləşmə xidmətinə görə və 10 (on) manat Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə salınması üçün xidmət haqqı tutulur. 28 oktyabr 2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsi üzrə olan Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə olan borcunu 29 noyabr 2021-ci il tarixdən başlayaraq, 28 oktyabr 2023-cü il tarixə kimi ödəməlidir. "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış, 28 oktyabr 2021-ci il tarixli Girov müqaviləsindən görünür ki, 28 oktyabr 2021-ci il tarixli, 984/SM-21 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh özünə məxsus olan – 1 ədəd komplekt (9 əyar 583, qram 11, dəyəri 440 manat), 1 ədəd qolbağ (əyar 585, 5 qram, dəyəri 200 manat), 1 ədəd komplekt qırıq (əyar 750, qram 9, dəyəri 450 manat), 1 ədəd komplekt (əyar 750, qram 11, dəyəri 550 manat), 1 ədəd üzük (əyar 750, qram 4, dəyəri 200 manat), 1 ədəd sep (əyar 750, qram 6.1, dəyəri 305 manat), 1 ədəd kulon (əyar 585, qram 1,5, dəyəri 60 manat), 1 ədəd sep ( əyar 585, qram 1, dəyəri 40 manat), 1 ədəd qolbağ (əyar 585, qram 6,5, dəyəri 260 manat) olan qızıl-zinət əşyalarını girov qoymuşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 2505 (iki min beş yüz beş) manat məbləğində qiymətləndirilməsi razılaşdırılmışdır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə əsasında girov qoyulan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixində Bakı şəhərində bağlanmış 984/SM-21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin “Borc alan”a verdiyi 3980 manat məbləğində kreditin 28 oktyabr 2023-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda fazilərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. 18 iyul 2023-cü il tarixli Hərrac Şurası protokolundan görünür ki, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə girov qoyduğu qızıl-zinət əşyalarının X3 4000 (dörd min) manata satılması Hərrac Şurası tərəfindən qərara alınmışdır. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə kredit borcunun qalıq hissəsi 1205 (bir min iki yüz beş) manat 63 (altmış üç) qəpik əsas borc olmaqla, cəmi 1205,63 (bir min iki yüz beş manat 63 qəpik) "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti qarşısında borcu mövcuddur. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən borcalan Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli kredit borcunun ödənilməsi barədə bildirişin surətindən görünür ki, sonuncu banka olan 1205,63 (bir min iki yüz beş manat altmış üç qəpik) manat məbləğində borcunu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda məhkəmə qaydasında qanunvericiliyə uyğun tədbirlər görüləcəyi ilə bağlı xəbərdar olunmuşdur; xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1002 və xx.xx.2024-cü il tarixli 9/5564 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə 10 oktyabr 2023-cü il tarixə 1012,89 manat əsas borc, 101,51 manat faiz borcu olmaqla, ümumilikdə 1114,40 manat məbləğində borcu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8916 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə 10 oktyabr 2023-cü il tarixə 147,25 manat əsas borc və 14,76 manat faiz borcu olmaqla, ümumilikdə 162,01 manat məbləğində borcu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan bank tərəfindən təqdim olunmuş ödəniş qəbzləri, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsində qeyd olunan şərtlər əsas götürülməklə, Cavabdeh tərəfindən "xxxx" BOKT MMC-yə 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 saylı kredit müqaviləsi üzrə 6.720,73 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş 6720,73 manat məbləğində pul vəsaitinin 3.832,75 manat əsas borca, 2.887,98 manat faiz borcuna silinməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredti münasibətlərinin yarandığı dövrdə qüvvədə olan: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışlarına görə, borclunun 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə kredit borcunun qalıq hissəsinə görə 1205,63 manat olmaqla, cəmi 1205,63 manat məbləğində borcunun yarandığı göstərilmiş, məhkəmə araşdırması zamanı təyin olunmuş və tamamlayıcı xüsusiyyətə malik sonuncu – xx.xx.2025-ci il tarixli 9/8916 nömrəli ekspertizanın rəyi ilə Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-yə 10 oktyabr 2023-cü il tarixə 147,25 manat əsas borc və 14,76 manat faiz borcu olmaqla, ümumilikdə 162,01 manat məbləğində borcunun müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının “1205,63 manat əsas borcun tutulması” barədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 147,25 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə 147,25 manat əsas borc iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manatın 100 manatı cavabdehdən, 200 manatı isə iddiaçı "xxxx" BOKT MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 28 oktyabr 2021-ci il tarixli 984/SM-21 nömrəli kredit müqaviləsi üzrə 147,25 (bir yüz qırx yeddi manat, 25 qəpik) manat məbləğində əsas borc və 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manatın 100 (yüz) manatı Cavabdeh, 200 (iki yüz) manatı isə iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-117/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-117/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver