Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1173/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun Cavabdeh ilə bağladığı 01.03.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ondan aldığı Electrolux markalı televizora görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay hissə-hissə ödəməklə 35 manat, 03.09.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı Kristina qonaq və yataq mebel dəstinə görə 24 ay ərzində ödəniş cədvəli üzrə hər ay 200 manat, yemək dəstinə görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 22 manat, ətçəkən maşın, tozsoran və 3 ədəd çil-çıraq əşyalarına görə 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 31,60 manat, olmaqla hər iki müqavilə üzrə cəmi 5864 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq 01.03.2015-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 04.10.2015-ci il tarixdə 35 manat, 03.09.2015-ci il tarixli müqavilə üzrə isə heç bir ödəniş aparmamışdır. Beləliklə cavabdehin 01.03.2015-ci il tarixli müqavilə üzrə 210 manat, 03.09.2015-ci il tarixli müqavilə üzrə 5444 manat olmaqla hər iki müqavilə üzrə ona 5654 manat borcu qalmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də 01.03.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 210 manat, 03.09.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 5444 manat olmaqla cəmi 5654 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ünvanladığı izahatından müəyyən olunur ki, o, 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 182 saylı məktəbin yaxınlığında yerləşən və mebel mağazasında işləyən İddiaçı məişətdə işlədilən mebel almışdır. Hazırda həmin mebel onun qızının evindədir. O, mebelin pulunu nağd şəkildə satıcı İddiaçı vermiş və aralarında heç bir borc məsələsi olmamışdır və yoxdur. Qeyd olunan mebeli satıcı özü maşınla göndərmiş, müəyyən qədər mebellər yolda zədələnmişdir. Müqavilə bağladıqlarından 6 ildən artıq vaxt keçmiş, onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 03.09.2015-ci il tarixli nisyə alqısatqı müqaviləsindən müəyyən olunur ki, alıcı dəyəri 4800 manat olan Kristina yataq və qonaq mebel dəstini 24 ay müddətinə hər ay 200 manat, dəyəri 264 manat olan yemək servis dəstini 12 ay müddətinə hər ay 22 manat olmaqla, dəyəri 380 manat olan ətçəkən maşın, tozsoran və 3 ədəd çil-çırağı satıcıdan nisyə almışdır. Alqı-satqı müqaviləsinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri ödəyəcəyi məbləği (pulu) müəyyən edilmiş tarixdən gec ödəyəcəyi halda borcu üçün hər günə 1% əlavə pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında tərtib olunmuş 03.09.2015-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd Kristina yataq və qonaq mebel dəstini, 1 ədəd yemək servis dəstini, 1 ədəd ətçəkən maşını, 1 ədəd tozsoranı və 2 ədəd çil-çırağı təhvil almışdır. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 01.03.2015-ci il tarixli nisyə alqısatqı müqaviləsindən müəyyən olunur ki, alıcı dəyəri 420 manat olan Led Ele 60 ekran televizoru 12 ay müddətinə hər ay 35 manat olmaqla hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Alqı-satqı müqaviləsinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri ödəyəcəyi məbləği (pulu) müəyyən edilmiş tarixdən gec ödəyəcəyi halda borcu üçün hər günə 1% əlavə pul ödəməyi öhdəsinə götürmüşdür. 01.03.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ödəmə cədvəlindən müəyyən olunur ki, alıcının sonuncu ödənişi 04.10.2015-ci il tarixdə 35 manat təşkil etmiş, müqavilə üzrə cəmi 210 manat ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında tərtib olunmuş 01.03.2015-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd Led Ele 60 ekran televizoru təhvil almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh ilə bağladığı 01.03.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu ödənişin 04.10.2015-ci il tarixdə, 03.09.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə isə heç bir ödənişin aparılmadığını bildirmişdir. Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; Həmin Məcəllənin 552.1.-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1.-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2.-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, malların satışı ilə bağlı 03.09.2015-ci il tarixdən və 04.10.2015-ci il tarixdən öz öhdəliklərini icra etmədiyini iddia edən cavabdehinə qarşı iddiaçı 13.11.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin müqavilələr üzrə tələb hüququnu itirmişdir. Belə ki, 03.09.2015-ci il tarixli və 01.03.2015-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə alıcının öhdəliklərinə müddətin keçməsinə görə xitam verildiyindən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı 01.03.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 210 manat, 03.09.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 5444 manat olmaqla cəmi 5654 manat borcun və dövlət rüsumuna görə 30 manatın tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1173/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1173/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver