Məhkəmə qərarları › İş №2(001)-1178/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1178/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1178/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 21 fevral 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə 199 manat əsas, 19 manat cərimə, 29 aprel 2021-ci il tarixli müqavilə üzrə 99,6 manat əsas, 9,4 manat cərimə, 10 may 2021-ci il tarixli müqavilə üzrə 201,5 manat əsas, 20,5 manat cərimə, 02 iyun 2021-ci il tarixli müqavilə üzrə 56,5 manat əsas, 5,5 manat cərimə borcu olmaqla hər dörd müqavilə üzrə ümumilikdə 611 manat borc məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 511,2 manat olan Kompressor Total üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 28,4 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 199 manat əsas, 19 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 311,3 manat olan Xiaomi Resmi 9A markalı telefon üçün 12,5 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 24,9 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 99,6 manat əsas, 9,4 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 may 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 378 manat olan Bike Vesta üçün ilkin ödəniş etmədən məbləği 15 ay ərzində aylıq 25,2 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 201,5 manat əsas, 20,5 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 255,6 manat olan Perforator Total üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 21,3 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 56,5 manat əsas, 5,5 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 899,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 29 yanvar 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 511,2 manat olan Kompressor Total üçün ilkin ödəniş etmədən, məbləği 18 ay ərzində aylıq 28,4 manat ödəmək şərti ilə kreditlə almışdır. - 29 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 311,3 manat olan Xiaomi Resmi 9A markalı telefon üçün 12,5 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay ərzində aylıq 24,9 manat ödəmək şərti ilə kreditlə almışdır. - 10 may 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 378 manat olan Bike Vesta üçün ilkin ödəniş etmədən məbləği 15 ay ərzində aylıq 25,2 manat ödəmək şərti ilə kreditlə almışdır. - 02 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 255,6 manat olan Perforator Total üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 21,3 manat ödəmək şərti ilə kreditlə almışdır. - 08 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə 199 manat əsas, 19 manat cərimə, 29 aprel 2021-ci il tarixli müqavilə üzrə 99,6 manat əsas, 9,4 manat cərimə, 10 may 2021-ci il tarixli müqavilə üzrə 201,5 manat əsas, 20,5 manat cərimə, 02 iyun 2021-ci il tarixli müqavilə üzrə 56,5 manat əsas, 5,5 manat cərimə borcu olmaqla hər dörd müqavilə üzrə ümumilikdə 611 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış hər beş müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh 29 yanvar 2021-ci il tarixli müqavilə üzrə 199 manat əsas, 19 manat cərimə; 29 aprel 2021-ci il tarixli müqavilə üzrə 99,6 manat əsas, 9,4 manat cərimə; 10 may 2021-ci il tarixli müqavilə üzrə 201,5 manat əsas, 20,5 manat cərimə; 02 iyun 2021-ci il tarixli müqavilə üzrə 56,5 manat əsas, 5,5 manat cərimə borcu olmaqla hər dörd müqavilə üzrə ümumilikdə 611 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar