Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1241/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği, 50 manat sabit pul məbləğində hissəsində artırılmalı, yəni 50 manat sabit pul məbləği aliment məbləğinin 250 manata artırılması, Cavabdeh onun xeyrinə oğlu xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat sabit pul məbləğində aliment maddi yardım tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 50 manat məbləğində alimentin dəyişdirilərək, 150 manat məbləğində müəyyən edilərək cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci ildə Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikah münasibətlərindən bir uşaqları – xx.xx.2013-cü il təvəlllüdlü X5 anadan olmuşdur. Cavabdeh ona və uşağına baxmadığından, qazancını ailəsindən gizlədərək, autizm xəstəsi olan övladının müalicə xərclərində iştirak etmədiyindən aralarında olan nikah ləğv olunmadan cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə onun Cavabdeh qarşı «aliment tələbinə dair» iddia tələbi qismən təmin edilmiş, yəni yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Bəhram oğlundan hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4, (dörddə bir) hissəsi miqdarında və 50 manat sabit pul məbləğində aliment tutularaq, onun xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3862/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsində icra hərəkətlərinə başlanılmışdır və aliment tutulur. Hal-hazırda alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Belə ki, xx.xx.2013-cü il təvəlllüdlü X5 autizm xəstəsidir, daim kənar şəxsin köməyinə möhtacdır, hər ay xəstəliyi ilə bağlı müalicə olunur, loqoped yardımından istifadə edir, dərman pereparatları qəbul edir. Bir aylıq müalicəsində, loqoped, psixoloq yardımı göstərilməsində 350-650 manat civarında vəsait xərclənir. Hal-hazırda loqoped yardımından istifadə edilməsinə 650 manat vəsait tələb olunur. O, autizm xəstəsi olan övladına baxdığından işləyə bilmir, xəstə övladının ehtiyaclarını aldığı aliment məbləği, valideynlərinin, qardaşının köməkliyi təmin edir. Bunlar isə uşağının ehtiyaclarını tam təmin etmir. Cavabdeh baxmayaraq ki, ayda yüksək məbləğdə əmək haqqı alır, uşağının əlavə zəruri xərclərində könüllü olaraq iştirak etmir, ümumiyyətlə onlarla, oğlunun hansı şəraitdə böyüməsi ilə maraqlanmır. O, cavabdehin rəsmi nikahlı arvadı olmağına baxmayaraq onu və uşağını Qarabağ əlili kimi alıb yaşadığı evə buraxmır. Yaşayış evi olmasına baxmayaraq o, autizm xəstəsi olan övladı ilə kirayələrdə yaşamağa məcburdur və əlavə olaraq kirayə xərcləri də ödəyir. Xüsusi ilə qeyd edir ki, cavabdehdən könüllü əlavə zəruri xərclərdə iştirak etməsini, alimentin artırılmasını xahiş etməyinə baxmayaraq bundan imtina etmişdir. Ona görə maddi imkanı olmadığından uşağa psixoloq yardımını dayandırmalı olmuşdur. Bu isə uşağın fiziki və psixoloji inkişafdan qalması deməkdir. Ona görə də çox çıxılmaz vəziyyətdədir və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Əlavə olaraq bildirir ki, ilkin mediasiya sessiyası tətbiq edilmişdir. Cavabdeh Bəhram oğlu ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı ona cavabdehin ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda maddi vəziyyəti ilə əlaqədar olaraq əmək haqqının ¼ hissəsindən əlavə olaraq, cəmi 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. O, bilir ki, uşaq xəstədir, daimi müalicəyə ehtiyacı var, pul lazımdır. Lakin, onun da hazırda banklara borcu var, daha yüksək aliment ödəyə bilməz. Ona görə də 50 manat məbləğində alimentin 150 manata artırılmasına razı deyildir. O, "Karbamid" zavodunun işçisidir, aylıq əmək haqqı 800 manatdır. Onun da dolanmağı üçün pul lazımdır. Göstərilənlərə əsasən əmək haqqının ¼ hissəsindən əlavə olaraq, cəmi 100 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 770317 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və 881 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Qurbanova” soyadı verilmişdir. AZ-İİİ seriyalı 124935 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3862/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında və 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il saylı kredit müqaviləsinin və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, bank tərəfindən birinciyə 60 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 6.000,31 manat məbləğində kredit verilmişdir. BL813701 saylı nisyə satış müqaviləsinə 1 saylı Əlavənin və zəmanət talonunun surətlərindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 1.399,99 manat məbləğinə məhsul almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3862/2020 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında və 50 (əlli) manat sabit pul məbləğində iddiaçının xeyrinə aliment tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında və 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, cavabdehin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3862/2020 saylı qətnaməsi ilə 50 manat məbləğində tutulan aliment məbləğinin 100 manata artırılmasına razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3862/2020 saylı qətnaməsi ilə tutulan 50 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 3862/2020 saylı qətnaməsi ilə tutulan 50 (əlli) manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1241/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1241/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver