Məhkəmə qərarları › İş №2(001)-1242/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1242/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1242/2021 19.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxx 2017-ci il tarixli, 1279-xx.xx.2017-SM0153 saylı kredit müqaviləsi üzrə 1046,95 manat əsas, 59,03 manat faiz, 52,21 manat cərimə borcu olmaqla ümumilikdə 1158,19 manat məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə X5 arasında bağlanmış xx xxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 12 ay müddətinə illik 29 faiz hesablanmaqla 1500 manat kredit verilmişdir. A.Məmmədov kredit borcunu faizləri ilə birlikdə təqdim olunmuş qrafik əsasında banka qaytarmağı öhdəsinə götürsə də, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, Cavabdeh xx xxxx 2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Buna görə də, bank tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2 və 1306.1-ci maddələri rəhbər tutularaq Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Sonda R.N.Ramazanova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaya münasibətdə bildirdi ki, atası vəfat etdikdən sonra iddiaçı bankdan onlara bildirilmişdir ki, məlum kredit borcu silinmişdir. Sonradan mərhum atasının “həyat sığortası” növündə sığortalandığı “Paşa Sığorta” şirkətindən onlara bildirilmişdir ki, atasının banka olan borcu sığorta şitkəri tərəfindən qarşılanmamış, həmin borc 772 manat təşkil etməkdədir. İş materiallarında olan: - xx xxx 2017-ci il tarixli, 1279-xx.xx.2017-SM0153 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X4 illik 29 faiz hesablanmaqla 12 ay müddətində 1500 manat kredit verilmişdir. - 2x xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 həmin tarixə 1046,95 manat əsas,59,03 manat faiz, 52,21 manat cərimə borcu vardır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi qızı Cavabdeh müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə borgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, elcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 1046,95 manat məbləğində əsas borc, 59,03 manat məbləğində faiz borcu, 52,21 manat cərimə borcu olmaqla ümumilikdə 1158,19 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclasındakı izahatında banka olan borcun 772 manat təşkil etdiyini bildirsə də, bunu təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, “xxxx” ASC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti və 0,4 manat bank xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh xx xxx 2017-ci il tarixli, 1279-xx.xx.2017-SM0153 saylı kredit müqaviləsi üzrə 1046,95 manat əsas, 59,03 manat faiz, 52,21 manat cərimə borcu olmaqla ümumilikdə 1158,19 manat məbləğində pul vəsaiti, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqının tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar