Məhkəmə qərarları › İş №2(001)-1254/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1254/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1254/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Shosman markalı qazan dəsti, Gorenje markalı ütü, Grill Granchio markalı tava, bıçaq dəsti, Gorenje markalı ütü, 2 ədəd Hascevher Stoneco markalı qazan, Hascevher Steneco markalı tava, Hansa markalı aspirator, Hansa markalı plitə, 2 ədəd saxlama qabı, Hoffmann markalı termopot, İMEİ kodu **********17369 olan Samsung Galaxy J4 plus markalı telefon, Coppucino markalı mətbəx masası, Coppucino-Vilinze markalı mətbəx stulu, Perilla Adriana markalı ütü masası, Asos markalı komod, Asos markalı masa, Asos markalı TV stendi, Antuanetta mebel, Asos markalı mebel, İMEİ kodu **********10369 olan Samsung Galaxy A10 markalı telefon almış, öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçıya 6472 manat borcu yaranmışdır. Cavabdeh iddiaçıya aldığı əşyaların dəyərinə görə cəmi 2862 manat ödəniş etmişdir. Cavabdehə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat olan Shosman markalı qazan dəsti, Gorenje markalı ütü üçün ümumilikdə 93 manat olmaqla, 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 486 manat olan Grill Granchio markalı tava, bıçaq dəsti, Gorenje markalı ütü, 2 ədəd Hascevher Stoneco markalı qazan, Hascevher Steneco markalı tava üçün ümumilikdə 140 manat olmaqla, 108 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1126 manat olan Hansa markalı aspirator, Hansa markalı plitə, 2 ədəd saxlama qabı üçün ümumilikdə 470 manat olmaqla, 359 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 198 manat olan Hoffmann markalı termopot üçün ümumilikdə 85 manat olmaqla, 66 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 414 manat olan İMEİ kodu **********17369 olan Samsung Galaxy J4 plus markalı telefon üçün ümumilikdə 299 manat olmaqla, 230 manat ödənilməmiş hissə, 69 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 880 manat olan Coppucino markalı mətbəx masası, Coppucino-Vilinze markalı mətbəx stulu üçün ümumilikdə 792 manat olmaqla, 660 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 99 manat olan Perilla Adriana markalı ütü masası üçün ümumilikdə 46 manat olmaqla, 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4120 manat olan Asos markalı komod, Asos markalı masa, Asos markalı TV stendi, Antuanetta mebel, Asos markalı mebel üçün ümumilikdə 4211 manat olmaqla, 3470 manat ödənilməmiş hissə, 741 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 381 manat olan İMEİ kodu **********10369 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 336 manat olmaqla, 273 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu hesablanmışdır. Ona görə də xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Shosman markalı qazan dəsti, Gorenje markalı ütü üçün 72 manat ödənilməmiş hissə, 21 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Grill Granchio markalı tava, bıçaq dəsti, Gorenje markalı ütü, 2 ədəd Hascevher Stoneco markalı qazan, Hascevher Steneco markalı tava üçün 108 manat ödənilməmiş hissə, 32 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hansa markalı aspirator, Hansa markalı plitə, 2 ədəd saxlama qabı üçün 359 manat ödənilməmiş hissə, 111 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı termopot üçün 66 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********17369 olan Samsung Galaxy J4 plus markalı telefon üçün 230 manat ödənilməmiş hissə, 69 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Coppucino markalı mətbəx masası, Coppucino-Vilinze markalı mətbəx stulu üçün 660 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Perilla Adriana markalı ütü masası üçün 36 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Asos markalı komod, Asos markalı masa, Asos markalı TV stendi, Antuanetta mebel, Asos markalı mebel üçün 3470 manat ödənilməmiş hissə, 741 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10369 olan Samsung Galaxy A10 markalı telefon üçün 273 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla cəmi 6472 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00296349 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 432 manat olan Shosman markalı qazan dəstini, Gorenje markalı ütünü ilkin ödənişsiz, hər ay 24 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cəvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200 %) və 44 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2018-ci il tarixli 00296349 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 24 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh oğlu 1 ədəd Shosman markalı qazan dəstini və Gorenje markalı ütünü tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00298779 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 486 manat olan Grill Granchio markalı tava, bıçaq dəsti, Gorenje markalı ütü, 2 ədəd Hascevher Stoneco markalı qazan, Hascevher Steneco markalı tavanı ilkin ödənişsiz hər ay 27 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 49 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2018-ci il tarixli 00298779 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 27 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd Grill Granchio markalı tava, bıçaq dəsti, Gorenje markalı ütü, 2 ədəd Hascevher Stoneco markalı qazan, Hascevher Steneco markalı tavanı tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00341938 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1126 manat olan Hansa markalı aspirator, Hansa markalı plitə, 2 ədəd saxlama qabı, 2 ədəd 4 illik yeni qızıl zəmanəti ilkin ödəniş 10 manat olmaqla, hər ay 62 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 113 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2018-ci il tarixli 00341938 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 62 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 2 ədəd saxlama qabı, 2 ədəd 4 illik yeni qızıl zəmanəti tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00409932 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 198 manat olan Hoffmann markalı termopot ilkin ödənişsiz, hər ay 11 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 20 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2018-ci il tarixli 00409932 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 11 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd Hoffmann markalı termopotu tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00623285 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 414 manat olan İMEİ kodu **********17369 olan Samsung Galaxy J4 plus markalı telefonu ilkin ödənişsiz, hər ay 23 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 42 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00623285 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 23 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd İMEİ kodu **********17369 olan Samsung Galaxy J4 plus markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00660830 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 880 manat olan Coppucino markalı mətbəx masası, Coppucino-Vilinze markalı mətbəx stulunu ilkin ödənişsiz, hər ay 44 manat olmaqla 20 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMCdən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 88 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00660830 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 44 manat olmaqla hissə-hissə ödənilməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00660805 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 99 manat olan Aband Adriana markalı ütü masasını ilkin ödənişsiz, hər ay 9 manat olmaqla 11 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 10 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00660805 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 9 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd Aband Adriana markalı ütü masasını tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00703070 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 4120 manat olan Asos markalı komod, Asos markalı masa, Asos markalı TV stendi, Antuanetta mebel, Asos markalı mebeli ilkin ödənişsiz, hər ay 206 manat olmaqla 20 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 412 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00703070 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 206 manat olmaqla hissə-hissə ödənilməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00781634 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 381 manat olan İMEİ kodu **********10369 olan Samsung Galaxy A10 markalı telefonu ilkin ödəniş 3 manat olmaqla, hər ay 21 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə ABC Telecom MMCdən almışdır. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 2-ci bəndindən müəyyən olunur ki, müştəri bu müqavilənin şərtlərini pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. Alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlinin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə ABC-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200 %) və 39 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal mübahisəsiz yerinə yetirir. ABC Telecom MMC-nin xx.xx.2019-cu il tarixli 00781634 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 21 manat olmaqla hissə-hissə ödənilməlidir. ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd İMEİ kodu **********10369 olan Samsung Galaxy A10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 72 manat dəbbə puluna görə 21 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 108 manat dəbbə puluna görə 32 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 359 manat dəbbə puluna görə 111 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 66 manat dəbbə puluna görə 19 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 230 manat dəbbə puluna görə 69 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 660 manat dəbbə puluna görə 132 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 36 manat dəbbə puluna görə 10 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə əsas borca görə 3470 manat dəbbə puluna görə 741 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 273 manat dəbbə puluna görə 63 manat olmaqla, ümumilikdə əsas borca görə 5274 manat, dəbbə puluna görə 1198 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2018-ci il tarixli 00296349 saylı müqavilə üzrə 72 manat, xx.xx.2018-ci il tarixli 00298779 saylı müqavilə üzrə 108 manat, xx.xx.2018-ci il tarixli 00341938 saylı müqavilə üzrə 359 manat, xx.xx.2018-ci il tarixli 00409932 saylı müqavilə üzrə 66 manat, xx.xx.2019-cu il tarixli 00623285 müqavilə üzrə 230 manat, xx.xx.2019-cu il tarixli 00660830 saylı müqavilə üzrə 660 manat, xx.xx.2019-cu il tarixli 00660805 saylı müqavilə üzrə 36 manat, xx.xx.2019-cu il tarixli 00703070 saylı müqavilə üzrə 3470 manat, xx.xx.2019-cu il tarixli 00781634 saylı müqavilə üzrə 273 manat əsas borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının tərəflər arasında bağlanan müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2018-ci il tarixli 00296349 saylı müqavilə üzrə 5 manat, xx.xx.2018-ci il tarixli 00298779 saylı müqavilə üzrə 10 manat, xx.xx.2018-ci il tarixli 00341938 saylı müqavilə üzrə 15 manat, xx.xx.2018-ci il tarixli 00409932 saylı müqavilə üzrə 6 manat, xx.xx.2019-cu il tarixli 00623285 müqavilə üzrə 8 manat, xx.xx.2019-cu il tarixli 00660830 saylı müqavilə üzrə 7 manat, xx.xx.2019-cu il tarixli 00660805 saylı müqavilə üzrə 2 manat, xx.xx.2019-cu il tarixli 00703070 saylı müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli 00781634 saylı müqavilə üzrə 9 manat olmaqla cəmi 112 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 00296349 saylı müqaviləyə əsasən əsas borca görə 72 manat dəbbə puluna görə 5 manat, xx.xx.2018-ci il tarixli 00298779 müqaviləyə əsasən əsas borca görə 108 manat dəbbə puluna görə 10 manat, xx.xx.2018-ci il tarixli 00341938 saylı müqaviləyə əsasən əsas borca görə 359 manat dəbbə puluna görə 15 manat, xx.xx.2018-ci il tarixli 00409932 saylı müqaviləyə əsasən əsas borca görə 66 manat dəbbə puluna görə 6 manat, xx.xx.2019-cu il tarixli 00623285 müqaviləyə əsasən əsas borca görə 230 manat dəbbə puluna görə 8 manat, xx.xx.2019-cu il tarixli 00660830 saylı müqaviləyə əsasən əsas borca görə 660 manat dəbbə puluna görə 7 manat, xx.xx.2019cu il tarixli 00660805 saylı müqaviləyə əsasən əsas borca görə 36 manat dəbbə puluna görə 2 manat, xx.xx.2019-cu il tarixli 00703070 saylı müqaviləyə əsasən əsas borca görə 3470 manat dəbbə puluna görə 50 manat, xx.xx.2019-cu il tarixli 00781634 saylı müqaviləyə əsasən əsas borca görə 273 manat dəbbə puluna görə 9 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5416 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar