Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1259/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 29.01.2020-ci il tarixli müqavilələrə əsasən, sonuncu İMEİ Kodu **********83978 X3 almışdır. Cavabdeh 29.01.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 441,60 manat (12 ay x 36.8 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********83978 X3 üçün ümumilikdə, 530,60 manat olmaqla, ondan 401,60 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu; 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, 36 manat (2 ay x 12 manat + 12 manat ilkin ödəniş) Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 24 manat olmaqla borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 52 manat təşkil edir. Həmçinin 29.01.2020-ci il tarixli İMEİ Kodu **********83978 Samsung Galaxy markalı Tablet üzrə müqaviləsinin təminatı olaraq 29.01.2020-ci il tarixli müqaviləyə əsasən, zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "‘ABC Telecom” MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.01.2020-ci il tarixli, 20066800 nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış, sonuncu həmin müqaviləyə əsasən 11.02.2021-ci il tarixədək hər ay 36,80 manat ödəmək şərtilə dəyəri 378 manat olan X5 A 8.0 markalı cihazı almışdır. İş materiallarında olan 29.01.2020-ci il tarixli, 20066800 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış və sonuncu "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 29.01.2020-ci il tarixli, 20066790 nömrəli Xidmətlər barədə razılaşmadan görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu 27.03.2020-ci il tarixədək hər ay 12 manat olmaqla, cəmi 24 manat məbləğində dəymiş zərərin əvəzini satıcıya ödəməli idi. İş materiallarında olan 17.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçınə iki müqavilə üzrə cəmi 425,60 manat əsas borc və 129 manat cərimə borcu olmaqla, cəmi 554,60 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia ərizəsinin 129 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 12,40 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 401,60 manat əsas borc və 12,40 manat cərimə borcu olmaqla, cəmi 414 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməli; Cavabdeh1 24 manat məbləğində borc tutularaq İddiaçınə ödənilməli; iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 401,60 manat əsas borc və 12,40 manat cərimə borcu olmaqla, cəmi 414 (dörd yüz on dörd) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. Cavabdeh1 24 (iyirmi dörd) manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 23,69 (iyirmi üç manat altmış doqquz qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,31 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1259/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1259/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver