Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-126/2022 28.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldiməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldiməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 8896,73 manat kredit borcu, 2294,59 manat faiz borcu və 4480,05 manat cərimə borcu olmaqla, cəmi 15671,37 manat, 027R********** saylı kredit razılaşması üzrə 22672,74 manat kredit borcu, 3036,79 manat faiz borcu və 11058,93 manat cərimə borcu olmaqla, cəmi 36768,46 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 52439,83 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 52439,83 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 , Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139 saylı evin 43 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nətiələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0.0334 ha torpaq sahəsi və üzərində yerləşən 154.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlkadan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçınin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 4261,73 manat kredit borcu, 2294,59 manat faiz borcu və 4480,05 manat cərimə borcu olmaqla, cəmi 11036,37 manat, 027R********** saylı kredit razılaşması üzrə 21122,74 manat kredit borcu, 3036,79 manat faiz borcu və 11058,93 manat cərimə borcu olmaqla, cəmi 35218,46 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 46254,83 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, Tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 139 saylı evin 43 saylıl mənzilinə və Abşeron rayonu Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldiməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 52439,83 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 oğlundan və Cavabdeh2 müştrək qaydada İddiaçı-nin xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139 evin 43 saylı mənzilinə tutma yönəldildikdən sonra və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,03334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evin tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 14.10.2013-cü il tarixli 27L000001140 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.Tərəflər arasında bağlanmış 12.03.2015-ci il tarixli 27L000001140S saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 300000 (üç yüz min) ABŞ dolları müəyyən edilmişdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 23.08.2017-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 (qırx beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.04.2019-cu il tarixli 027R**********S saylı, 29.10.2019- cu il tarixli 027R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25.03.2020-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 23.02.2018-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30.04.2019-cu il tarixli 027R**********S saylı, 29.10.2019-cu il tarixli 027R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı ilə bağladığı 18.03.2015-ci il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 139 saylı evin 43 saylı mənzilini İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 149 №-li reyestr kitabının 14684 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 139 saylı evin 43 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 05.10.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 13.10.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 139 saylı evin 43 saylı mənzili İddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşıX2 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı ilə bağladığı 18.08.2017-ci il tarixli 3M-1284 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu Hökməli qəsəbəsində 0.0334 ha torpaq sahəsini və üzərində yerləşən 154.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 103 №-li reyestr xitabının 55 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Hökməli qəsəbəsində 0.0334 ha torpaq sahəsi və üzərində yerləşən 154.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasının təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 05.10.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 13.10.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı ərazi idarəsində İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu Hökməli qəsəbəsində 0.0334 ha torpaq sahəsi və üzərində yerləşən 154.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X2 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mülki iş üzrə təqdim edilmiş ekspert rəyində əsas borc məbləğləri, iddia tələbindən artıq hesablanmışdır. Ancaq tələb edilən faizlər isə az hesablanmışdır. Faiz hissəsində iddia tələbi həcmində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin təqdim edilmiş ekspert tərəfindən hesablanmış faiz məbləğləri ilə razı deyildir. Əmlakın qiymətləndirilməsi hissəsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, digər cavabdeh onun əmisidir. Əvvəllər borc məbləğini hissə-hissə ödəmişdir. Həmin dövrdə Sədərək TM-də alğı-satqı ilə məşğul olmuşdur. Pandemiya ilə əlaqədar olaraq həmin yer bir il ərzində fəaliyyət göstərmədi. Borc məbləğini inkar etmir. Lakin faiz və cərimə borcları həddindən artıq hesablanmışdır. Hökməli qəsəbəsindəki evi 110000 manata almışdır. Lakin qiymətləndirmə nəticəsində ev həddindən az 46000 məbləğində qiymətləndirilib. Faiz və cərimə borcunu ödəmək iqtidarında deyil. Əsas borcunu isə qrafik üzrə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiya verilməsi haqqında müqavilə və akkredit açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək.Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Müqavilənin 1.2-ci bəndinə əsasən istənilən məbləğ 120 ay 14 oktyabr 2023-cü il tarixindən gec olmayaraq verilməlidir. Kredit alan isə hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun banka qaytarmağı öhdəsinə götümüşdür. İddiaçı ilə Cavabdeh1 arasında12 mart 2015-ci il tarixində 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndlərində aşağıdakı dəyişiklik və əlavə edilməsi barədə 27L000001140S saziş imzalanmışdır. Saziş nəticəsində kredit müqaviləsinin 1.1-ci bəndindədəyişiklik edilmiş və kredit alana 300000 ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsi açılmışdır. İ kredit razılaşması: İddiaçı ilə Cavabdeh1 arasında 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə bağlanan №027R********** saylı 23.08.2017-ci il tarixli kredit razılaşmasından və 1 saylı əlavədən görünür ki, bank məbləği 45000 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla, 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 25.09.2017-ci il, sonuncu ödəniş tarixi 25.02.2019-cu il olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən verilən 23.08.2017-ci il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 45000 manat məbləğində kredit verilmiş, 450 manat komissiya haqqı tutulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30.04.2019-cu il tarixli, № 027R**********S saylı sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə 23 avqust 2017-ci il tarixində bağlanmış 027R**********saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 aprel 2019cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 2 % olmaqla, aylıq ödəniş məbləği 593 manat, ilkin ödəniş tarixi 23.05.2019-cu il, sonuncu ödəniş tarixi isə 23.04.2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında № 027R**********SA saylı 29.10.2019-cu il tarixli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı “Uzunmüddətli Kredit Xətti Müqaviləsi” üzrə 23 avqust 2017-ci il tarixdə bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 oktyabr 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 29.10.2019-cı il tarixli ödəniş planından görünür ki, aylıq faiz dərəcəsi 2 %, aylıq ödəniş məbləği 593 manat olmaqla, ilkin ödəniş tarixi 25.11.2019-cu il sonuncu ödəniş tarixi 27.04.2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir. İİ kredit razılaşması: İddiaçı ilə Cavabdeh1 arasında 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə bağlanan №027R********** saylı 23.02.2018-ci il tarixli kredit razılaşmasından və 1 saylı əlavədən görünür ki, bank məbləği 40000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, aylıq ödəniş 2080 manat olmaqla, 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 23.03.2018-ci il, sonuncu ödəniş tarixi 25.02.2020-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir. İddiaçı tərəfindən verilən 23.02.2018-ci il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 40000 manat məbləğində kredit verilmiş, 400 manat komissiya haqqı tutulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30.04.2019-cu il tarixli, № 027R**********S saylı sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə 23 fevral 2018-ci il tarixində bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 aprel 2019cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, aylıq ödəniş məbləği 1506 manat, ilkin ödəniş tarixi 23.05.2019-cu il, sonuncu ödəniş tarixi isə 23.04.2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 29.10.2019-cu il tarixli, № 027R**********SA saylı sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı uzunmüddətli kredit xətti müqaviləsi üzrə 23 fevral 2018-ci il tarixində bağlanmış 027R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 oktyabr 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 1,25 % olmaqla, aylıq ödəniş məbləği 890 manat, ilkin ödəniş tarixi 25.11.2019-cu il, sonuncu ödəniş tarixi isə 25.10.2022-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən 29.11.2019-cu il tarixində imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir. İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanan 29.01.2014-cü il tarixli, 27S000002784 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçıQSC ilə zamin Cavabdeh2 arasında bağlanan zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 27S000002784SA saylı, 19.03.2015-ci il tarixli sazişdən görünür ki, uzunmüddətli kredit müqaviləsinin məbləği 300000 ABŞ dolları, uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 18 mart 2015-ci il tarixli, 02M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı “Kredit Xətti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünəməxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 139 nömrəli, 9 mərtəbəli binada, 64,73 kv.m ümumi, 46,73 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı, 43 nömrəli mənzili ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70000 ABŞ dolları (73416 manat ekvivalentində) təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 139 saylı evin, 43 saylı mənzili İddiaçı-nin Lökbatan filialının adına yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 14684 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 tərəfindən Bakı şəhəri 32 saylı notariat kontorunda yazılan 12.03.2015-ci il tarixli ərizədən görünür ki, O, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin, 43 saylı mənzilinin ipoteka (girov) qoyulmasına etiraz etmədiyini, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə ötürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və ya məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 027R********** saylı, 23.02.2018-ci il tarxli kredit razılaşması üzrə 05.11.2020ci il tarixinə əsas məbləğ üzrə borcu 22672,74 manat, faiz üzrə borcu 336,79 manat, cərimə borcu 11058,93 manat olmaqla ümumilikdə 36768,46 manat borcu vardır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 027R********** saylı, 23.08.2017-ci il tarxli kredit razılaşması üzrə 05.11.2020ci il tarixinə əsas məbləğ üzrə borcu 8896,73 manat, faiz üzrə borcu 2294,6 manat, cərimə borcu 4480 manat olmaqla ümumilikdə 15671 manat borcu vardır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan bildirişin surətindən görünür ki, borcluya ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 13.10.2020-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ünvanlanmış və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin, 43 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin ipotekaqoyanın ünvanına çatdırlmasını nəzərə alaraq, qeydə alınması xahiş edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi üçün 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 18 avqust 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı “Kredit Xətti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünəməxsus Abşeron rayonu, Hökməli qəsəbəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətdə olan 154.2 kv.m üumi sahədən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 32500 manat (19108 abş dolları ekvivalentində) təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi, FYE-154 kv.m İddiaçı-nin Lökbatan filialının adına yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 tərəfindən Bakı şəhəri 32 saylı notariat kontorunda yazılan 18.08.2017-ci il tarixli ərizədən görünür ki, O, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsinin, ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayş evinin ipoteka (girov) qoyulmasına etiraz etmədiyini, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə ötürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və ya məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan bildirişin surətindən görünür ki, borcluya ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 13.10.2020-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ünvanlanmış və ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0334 ha torpaq sahəsinə və ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayş evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin ipotekaqoyanın ünvanına çatdırlmasını nəzərə alaraq, qeydə alınması xahiş edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi üçün 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərdənn kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehlərə xəbardarlıq edilmişdir. 01 dekabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 09/4421 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan kreditin status vərəqəsi, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 23.02.2018-ci il tarixli 027R********** saylı razılaşmanın qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" QSC-yə maliyyə arayışının tarixinə yəni, 05.11.2020-ci il tarixə borcu 23.633,29 manat məbləğində müəyyən edilir. Həmin borcdan 23515,71 manat əsas borc, 117,58 manat faiz borcu olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən 09 avqust 2021-ci il tarixli, LP-133; LP-134/21 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinin real bazar dəyəri 95000, likvid dəyəri 90000 manat müəyyən edilmişdir. Həmçinin Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin real bazar dəyəri 49000 manat, likvid dəyəri isə 46000 manat müəyyən edilmişdir. Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 9/6988 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 23.08.2017-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15.12.2021-ci il tarixə banka olan əsas və faiz borcu ümumilikdə 6666,12 manatdır. Həmin borcdan 6284,84 manat əsas borc, 381,28 manat faiz borcu kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 23.02.2018-ci il tarixli, 027R********** saylı kredit razılaşmasının, əlavə sazişlərinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15.12.2021-ci il tarixə banka olan əsas və faiz borcu 26203,30 manat məbləğində müəyyən edilir. Həmin borcdan 24243,30 manat əsas borc, 1960 manat cərimə borcu olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 200 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış və bank borcalana 100000 ABŞ dolları həçmində 120 ay müddətiə kredit xətti açmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 12 mart 2015-ci il tarixində 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndlərində aşağıdakı dəyişiklik və əlavə edilməsi barədə 27L000001140S saziş imzalanmışdır. Saziş nəticəsində kredit müqaviləsinin 1.1-ci bəndindədəyişiklik edilmiş və kredit alana 300000 ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsi açılmışdır. Tərəflər arasında kredit xətti müqaviləsindən irəli gələn 2 fərqli tarixdə 23.08.2017-ci il tarixdə və 23.02.2018-ci il tarixində 2 kredit razılaşması imzalanmışdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə №027R********** saylı 23.08.2017-ci il tarixli kredit razılaşması bağlanmış və bank 45000 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla, 18 ay müddətinə kredit alana vermişdir. 30.04.2019-cu il tarixli, № 027R**********S saylı və 29.10.2019-cu il tarixli 027R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu dəfə kredit müqaviləsinin müddəti 27.04.2021-ci il tarixinədək uzadılmışdır. Daha sonra Bank ilə Cavabdeh1 arasında 27L000001140 saylı, 14 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə №027R********** saylı 23.02.2018-ci il tarixli kredit razılaşması bağlanmış və bank 40000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, 24 ay müddətinə kredit alana vermişdir. Tərəflər arasında bağlanan 30.04.2019-cu il tarixli, № 027R**********S saylı və 29.10.2019-cu il tarixli, № 027R**********SA saylı sazişlər əsasında razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu dəfə kredit müqaviləsinin müddəti 25.10.2022-ci il tarixinədək uzadılmışdır. 14 oktyabr 2013-cü il tarixli 27L000001140 saylı “Kredit Xətti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı ilə bağladığı ipoteka müqavilələri əsasında Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsini, ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evini və Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin, 43 saylı mənzili İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.Həmçinin Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Hazırda Bank Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi səbəbindən yaranmış borcun borclulardan müştərək qaydada tutulmasını və tutmanın ipoteka müqaviləsinə yönəldilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə tərəfindən borc məbləğinin dəqiq müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı nəticəsində hər iki kredit razılaşması üzrə bank tərəfindən tələb edilən borc məbləğinə münasibətdə ekspert tərəfindən hesablanmış əsas borc məbləği ilə faiz borc məbləği arasında ziddiyətin olduğu, nəticədə isə ekspert rəyi ilə cavabdehdən tələb edilən borc məbləğinin daha yüksək hesablandığı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 9/6988 saylı ekspert rəyi ilə Cavabdeh1 23.08.2017-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə rəy verilən günə yəni 15.12.2021-ci il tarixə banka olan əsas və faiz borcu ümumilikdə 6666,12 manat olmaqla, ondan 6284,84 manat əsas borc, 381,28 manat faiz borcu kimi müəyyən edilmişdir, halbuki iddiaçı borcalandan həmin kredit müqaviləsi üzrə əsas borca görə 4261.73 manat, faiz borcuna görə 2294.59 manat, ümumilikdə 6556.32 manat tələb edir. 23.02.2018-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə isə ekspert müəyyən etmişdir ki, borcalanın 15.12.2021-ci il tarixə banka olan əsas və faiz borcu cəmi 26203,30 manat olmaqla, ondan 24243,30 manat əsas borc, 1960 manat faiz borcudur. Halbuki iddiaçı həmin kredit müqaviləsi üzrə borcalandan əsas borca görə 21122.74 manat, faiz borcuna görə 3036.79 manat olmaqla, ümumilikdə 24159.53 manat tələb edir. Məhkəmə o qənaətə gəlir ki, ekspert rəyi ilə iddiaçının tələbi üzrə əsas və faiz borcu arasında bu cür fərqin yaranması hesablama metodikası ilə bağlı olmuşdur. Belə ki, işin hallarından görünür ki, kredit müqavilələri üzrə ödəniş planına bir neçə dəfə dəyişiklik edilmiş və plan üzrə ödənişlərdən faiz və əsas borcun tutulması ekspertin hesablamasından fərqli qaydada müəyyən edilmişdir. Misal üçün 23.08.2017-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə ilk dəfə tərtib edilən ödəniş qrafikində sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral aylarında aparılmalı olan ödənişlər yalnız faiz borcundan silinməli olduğu halda, ekspert tədqiqat apararkən həmin dövrdə aparılan ödənişləri fərqli qaydada hesablamışdır. Bundan sonra ödənilməli olan sonrakı məbləğlərin əsas hissəsi əsas borcdan, qalan hissəsi faiz borcundan silinməli olduğu halda ekspert tərəflərin razılaşmasından fərqli qaydada öz hesablama metodikası ilə tədqiqat aparmışdır. Nəticədə iddiaçının tələbi ilə ekspertin rəyi arasında uyğunsuzluq yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə ekspertin rəyi ilə razılaşmayaraq, kredit müqavilələri üzrə əsas və faiz borcunun məbləğinin iddia tələbi həcmində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, Cavabdeh1 №027R********** saylı, 23.08.2017-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 4261,73 manat, faiz borcuna görə 2294,59 manat, №027R********** saylı, 23.02.2018-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 21122,74 manat, faiz borcuna görə 3036,79 manat məbləğində pul vəsaiti bankın xeyrinə tutulmalıdır. Bundan başqa cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, №027R********** saylı 23.08.2017-ci il tarixli kredit razılaşması üzrə və №027R********** saylı 23.02.2018-ci il tarixli kredit razılaşması üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən №027R********** saylı 23.08.2017-ci il tarixli kredit razılaşması üzrə hesablanmış 4480,05 manat, №027R********** saylı. 23.02.2018-ci il tarixli kredit razılaşması üzrə hesablanmış 11058,93 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və əsas borc məbləği nəzərə alınmaqla №027R********** saylı, 23.08.2017-ci il tarixli kredit razılaşması üzrə 426,17 manat, №027R********** saylı, 23.02.2018-ci il tarixli kredit razılaşması üzrə 2112,27 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zamin Cavabdeh2 tutulması hissəsində iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; İş materiallarından göründüyü kimi, Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, bankla ipoteka verən Cavabdeh1 arasında bağlanmış 18 mart 2015-ci il tarixli, 027M**********01 saylı İpoteka müqaviləsinə əsasən 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üzrə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün özünəməxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı binanın, 43 saylı mənzili və 18.08.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən isə özünəməxsus Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi, ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh- Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Borcalana bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilən 09 avqust 2021-ci il tarixli, LP-133; LP-134/21 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinin real bazar dəyəri 95000, likvid dəyəri 90000 manat müəyyən edilmişdir. Həmçinin Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin real bazar dəyəri 49000 manat, likvid dəyəri isə 46000 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin mənzillər açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, yəni Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə müəyyən edilməlidir. Yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti isə 46000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi ilə razı olmasada, bu barədə təkrar qiymətləndirilmə ekspertizasının keçirilməsi ilə bağlı məkəməyə hər hansı vəsatət təqdim etməmişdir. Həmçinin iddia tələbi Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin mənzillərdən çıxarılması, mənzillərin boşadılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində də yuxarıda qeyd edilən normalara uyğun olaraq əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, №027R********** saylı 23.08.2017-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 4261,73 manat, faiz borcuna görə 2294,59 manat, cərimə borcuna görə 426,17 manat olmaqla, ümumilikdə 6982.49 manat məbləğində pul vəsaiti, №027R********** saylı, 23.02.2018-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 21122,74 manat, faiz borcuna görə 3036,79 manat, cərimə borcuna görə 2112,27 manat olmaqla, ümumilikdə 26271,8 manat məbləğində pul vəsaiti, hər iki razılaşma üzrə ümumilikdə 33254.29 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinin ilkin satış qiyməti 90000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 46000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1 1 ay ərzində mənzildən(ev, torpaq sahəsi) çıxarılmalı(boşaltma və tərk etmə),iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edilməsinə mütənasib olaraq kreditor və borclu arasında bölünməlidir. Odur ki, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, ümumilikdə 90 manat xərcin 50 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 140 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 60 manat hissəsi isə İddiaçı-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. №027R********** saylı 23.08.2017-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 4261,73 manat, faiz borcuna görə 2294,59 manat, cərimə borcuna görə 426,17 manat, №027R********** saylı 23.02.2018-ci il tarixli kredit razılaşması üzrə əsas borca görə 21122,74 manat, faiz borcuna görə 3036,79 manat, cərimə borcuna görə 2112,27 manat olmaqla, hər iki müqavilə üzrə cəmi 33254.29 (otuz üç min iki yüz əlli dörd manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinin ilkin satış qiyməti 90000 (doxsan min) manat, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 46000 (qırx altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülsün. Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1 1 ay ərzində mənzildən(ev, torpaq sahəsi) çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) manat xidmət haqqının, ümumilikdə 90 (altmış) manat xərcin 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 140 (yüz qırx) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 60 (altmış) manat hissəsi isə İddiaçı-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-126/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-126/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver