Məhkəmə qərarları › İş №2(001)-1275/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1275/2021

04.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1275/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 170 manat sabit pul məbləğində, həmçinin cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X7 anasın himayəsində qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatlarını ödəmək üçün həddən artıq az olduğundan və iddiaçı öz gəliri hesabına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Y.Əliyev məhkəməyə ərizə təqdim edərək, iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsasında tərəflərin nikahı pozulmuş, birgə nikah olan uşaq ananın himayəsinə verilməklə, yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 (doxsan) manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh vaxtaşırı aliment pulunu ödəmişdir. xx.xx.2013-cü ildə cavabdeh yenidən ailə həyatı qurmuş və 2014-cü ildə bunu bilən iddiaçı alimentdən imtina edərək pulu geri qaytarmışdır. Lakin 2020-ci ilin noyabr ayında cavabdeh icra şöbəsinə dəvət edilərək, ona yığılmış aliment borcunun ödənilməsi bildirilmiş və o, valideynlərinin-qohumlarının köməkliyi ilə 80 (səksən) ay üzrə yığılmış 7200 (yeddi min iki yüz) manat məbləğində aliment borcunu tam ödəmişdir. Bundan sonra iddiaçı yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh yenidən ailə qurduğunu və bu nikahdan 3 (üç) uşağının olmasını, gəlirlərində heç bir artım olmadığını əsas gətirərərək, tələbin təmin edilərək, aliment miqdarının artırılmasına əsas olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2012-ci ildə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 107 № ilə qeyd edilmişdir. - doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-41/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdna olan xx.xx.2011-ci il təvəllüdlü X7 anasın himayəsində qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir - nikah və doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə Mirzəyeva (Ağayeva) Səbinə Rövşən qızı ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "X9" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini onun mənafeyinə uyğun hesab edir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-41/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-41/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış hissədə tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar