Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-129/2022 14.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi, Vəkil, X1 iştirakları ilə, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4747,10 ABŞ dolları, faiz borcu üzrə 2504,51 ABŞ dolları olmaqla, cəmi 7251,61 ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nömrəli, “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban-LB37624S7EL001078, rəngi-ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdeh Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsaitt borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutuluq İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1512 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Sənaye flialı ilə Cavabdeh arasında 18 dekabr 2013-cü il tarixdə, 01361 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədilə illik 18 % tətbiq edilməklə, 48 ay müddətinə 10928 ABŞ dolları məbləğində kredit verilmişdir. 08 yanvar 2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nişanlı, “GEELY MK” markalı avtomobil (buraxılış ili 2013, Ban– LB37624S7EL001078, rəngi - ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 19 dekabr 2013-cü il tarixli, AA seriyalı, ******* №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 10928 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda 4747,10 ABŞ dolları əsas borcu qalmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borc məbləği kompensasiyaya düşmüşdür. Yəqinki, bank tərəfindən vətəndaşa təqdim edilən məxaric orderinin tarixində yalnışlıq olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirimişdir ki, vətəndaş bank ilə 2013-cü il tarixində müqavilə bağlamışdır. Vətəndaş isə 2014-cü ildən ödənişləri yerinə yetirmişdir. Nəticədə cavabdeh borc məbləğini tam ödədiyini bildirir. Cavabdeh banka təxminən 17000 abş dolları məbləğində ödəniş etmişdir. Hazırda tələb edilən borc məbləğini də təsdiq edə bilmir. Ona görə də, iddia rədd edilməlidir. Belə ki, bank tərəfindən tələb edilən borc məbləği dəqiq müəyyən edilməli və sonra tələb edilməlidir. Belə ki, ehtimallara əsaslanmaqla qərar qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən ekspert dindirilən zamanı bildirmişdir ki, bank ilə vətəndaş arasında 18 dekabr 2013-cü il tarixində müqavilə bağlanmışdır. İş materiallarında olan məxaric orderində isə pul bankdan 2015-ci ildə məxaric edilmişdir. Cavabdeh borc məbləğinin ödənildiyini iddia etsə də, iş materialları ilə 2013-2015-ci illər ərzində ödənilmiş və qalıq qalmış borc məbləğini müəyyən etmək mümkün olmamışdır. Kredit müqaviləsi üzrə ödənilən borcun müəyyən edilməsi üçün hesabdan çıxarışlar, məxaric orderləri və maliyyə arayışları lazımdır. Ona görə də , ekspertiza nəticəsində borc məbləğinin dəqiq müəyyən edilməsi mümkün olmamışır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin “Sənaye” Filialı ilə borcalan Cavabdeh arasında imzalanmış 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank avtomaşın alınması məqsədilə ilə istifadə etmək üçün Cavabdeh 18 dekabr 2013cü il tarixindən 18 dekabr 2017-ci il tarixinə qədər illik faiz dərəcəsi 18% olmaqla 48 ay müddətinə 10928 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC tərəfindən verilən 08.01.2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 18.12.2013-cü il tarixli 1361 saylı avtokredit sazişinə əsasən sonuncuya 10928 ABŞ dolları kredit verilmişdir. 18 dekabr 2013-cü il tarixli, 1361 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsinə əsasən 10928 ABŞ dolları məbləğində 48 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi mülkiyyətində olan **-SZ-*** dövlət qeydiyyat nömrəli, “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban-LB37624S7EL001078, rəngi-ağ) avtomobili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.2-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 13688 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı QSC BOKT tərəfindən verilən 25 iyun 2021-ci il tarixli 2336 saylı arayışdan görünür ki, Cavabdeh 25 iyun 2021-ci il tarixinə İddiaçı QSC-yə olan borcu 7251,61 ABŞ dolları təşkil edir. (4747,10 ABŞ dolları əsas və 2504,51 ABŞ dolları faiz borcu) “X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 16 oktyabr 2019-cu il tarixli 4747 saylı bildirişdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 23 noyabr 2020-ci il tarixli 6083 saylı bildirişdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi və borc məbləği barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “X5 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə ünvanlanmış 24 noyabr 2020-ci il tarixli, 6086 saylı bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir. 19 dekabr 2013-cü il tarixli AA seriyalı 113792 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus “GEELY MK” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir, ipoteka saxlayan "xxxx" ASC-nin “Sənaye” Filialıdır. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 24 noyabr 2017-ci il tarixli, S-AVK-1512 saylı akta əsasən borclu Cavabdeh 7251,61 ABŞ dolları borcunun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/7626 saylı ekspert rəyinin nəticəsində müəyyən edilmişdir ki, kredit müqaviləsinin 18 dekabr 2013-cü il tarixdə bağlanmasına baxmayaraq 10.928,00 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən 08.01.2015-ci il tarixdə mxaric olunmuşdur. Bundan başqa təqdim edilmiş 18 dekabr 2013 tarixli, 01361 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında kredit müqaviləsi üzrə ödənişlər 22.01.2014-cü il tarixdən 08.01.2015-ci il tarixədək (pul vəsaitinin məxaric olduğu tarixə) ödənişlər aparılmışdır. Ona görə də bütün yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsi üzrə təqdim olunmuş hesabdan çıxarış üzrə hesablamaların aparılması mümkün olmamışdır. Azərbaycan Mərkəzi Bankının kompensasiya məbləğinin sorğulanması barədə məlumatından görünür ki, 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsi Cavabdeh 4465,19 manat kompensasiya məbləği hesablanaraq borcun azaldılmasına yönəldilmiş və qalıq borcunun, eyni zamanda restrukturizasiya borcunun 8070,08 manat olduğu müəyyən edilmişdir. 09 dekabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 24 noyabr 2017-ci il tarixli, S-AVK-1512 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh aid hüquqi sənədlər, borc və ipoteka müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh borc məbləği ilə birlikdə "xxxx" ASC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsinə əsasən bank avtomaşın alınması məqsədilə ilə istifadə etmək üçün borcluya illik 18 faizlə 10928 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit vəsaitindən istifadə müddəti 48 ay müəyyən edilmiş, kreditin bitmə tarixi 18.12.2017-ci il təyin edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 18 dekabr 2013-cü il tarixli, 1361 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus "GEELY MK" minik markalı,**-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə icraatı zamanı iddianı təmin etmə tədbiri kimi avtomobilin üzərinə həbs qoyulmuşdur. Hesabdan çıxarış məlumatlarından müəyyən edilir ki, borcalan 22.01.2014-cü il tarixdən kredit üzrə ödənişlər həyata keçirmişdir. Lakin kassa məxaric orderindən görünür ki, müqavilə 2013cü il tarixində bağlanmasına baxmayaraq, pul məbləğinin məxaric edilməsi 08.01.2015-ci il tarixinə təsadüf edir. İddiaçı məxaric orderində göstərilmiş tarixin səhvən 08.01.2015-ci il qeyd edildiyini bildirmiş, cavabdehin nümayəndəsi isə həmin hala istinad edərək kredit müqaviləsi üzrə borcun müəyyən edilə bilməməsinə görə iddianın sübut edilə bilməməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizası isə yenə hamı hala görə tədqiqat apara bilməmişdir. Bu barədə məhkəmə iclasında ekspertin izahatı da alınmışdır. Bundan başqa müəyyən edilmişdir ki, sözügedən kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və borcun azaldılmasına 4581.31 manat yönəldilmiş və qalıq borcun məbləğinin 8070.08 manat olduğu müəyyən edilmişdir. Lakin qalıq borcun restrukturizasiya olunması işin halları ilə müəyyən edilməmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı maddi hüquq normalarına nəzər yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi kreditorla borcalan arasında kredit müqaviləsi və onun təminatı kimi ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit məbləği borcalana verilmiş və nəticədə işgüzar adətlərdə avto-kredit deyilən proses baş tutmuşdur. Belə ki, borcalan ipoteka predmeti olan avtobilə ilkin ödəniş etməklə avtomobilə mülkiyyət hüququ əldə etmişdir. Həmin kredit müqaviləsi üzrə müəyyən ödənişlər həyata keçirdikdən sonra borcalan ödəməni dayandırmışdır. Hazırda borcalanın mübahisələndirdiyi məqam borc məbləğinin müəyyən edilə bilməməsi və nəticədə borcalanın borc öhdəliyinin olmamasıdır. İddiaya etirazını isə kassa məxaric orderinin kredit müqaviləsinin bağlanmasından təqribən 1 ildən sonra verilməsi ilə əsaslandırmışdır. Eyni zamanda cavabdeh kreditdən istifadə etdiyini və ipoteka predmeti olan avtomobilin onun mülkiyyətində və sahibliyində olduğunu qəbul etmiş və müəyyən müddət ödənişlər etdiyini də inkar etməmişdir. Bu baxımdan məhkəmə cavabdehin mübahisələndirdiyi hala dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla cavabdeh borc öhdəliyinin olmadığını bildirirsə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh buna dair hər hansı sübut təqdim edə bilməsə də, iddiaçı sübut edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və kredit məbləği cavabdehə təqdim edilmişdir. Bundan başqa cavabdeh kassa mədaxil orderinin kredit müqaviləsinin bağlanmasından sonra tərtib edilməsini bildirsə də, müqavilə üzrə 2014-cü ilin yanvarından ödənişlər həyata keçirmiş, üstəlik razılaşdırılmış qrafik üzrə ödənişləri etmişdir. Göründüyü kimi müqavilənin bağlanmasından sonra cavabdehin hərəkətləri, heç də kredit məbləğinin müqavilə bağlandıqdan çox sonra məxaric edildiyini göstərmir. Necə ki, Mülki Məcəllənin 404-cü maddəsində qeyd edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa yuxarıda qeyd edildiyi kimi 18.12.2013-cü il tarixli, 01361 nömrəli kredit müqaviləsinin predmeti nəqliyyat vasitəsinin alınması olmuşdur. Nəticədə borcalan nəqliyyat vasitəsini əldə etmiş və bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bu tip müqavilələrdə kredit müqaviləsi ilə ipoteka müqaviləsinin rəsmiləşdirilməsi eyni anda baş verdiyindən, bütün hesablaşmalar da həmin vaxt icra edilir. Yəni kredit müqaviləsinin rəsmiləşdirilməsi, sonra avtomobilin alınması və avtomobilin kredit müqaviləsinin təminatı kimi girovla yüklü edilmsi ardıcıl prosedur olaraq görünsə də, faktiki olaraq bu hərəkətlər eyni vaxtda icra edilir. Eyni zamanda adətən kredit məbləği birbaşa satıcıya təqdim olunur. Beləliklə cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin yarandığı və öhdəliyini tamamilə icra etmədiyi işin halları ilə müəyyən edilir. Kredit borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Kredit borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının aparıla bilməməsi borc öhdəliyinin olmaması hesab edilə bilməz. Çünki mülki qanunvericilik öhdəliyin xitam verilməsi əsaslarını Mülki Məcəllənin 527-ci maddəsində müəyyən etmişdir. Xitamın əsaslarından biri də öhdəliyin lazımınca icrasıdır. Belə ki, həmin məcəllənin 529.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Lakin işin hallarından öhdəliyin kreditorun xeyrinə lazımınca icra edilmiş olması, hətta onun sonuncu hissəsinin ödənilməsi müəyyən edilmir. Buna baxmayaraq kredit müqaviləsi məlum fərmanın təsir dairəsinə düşən vaxt hesablanmış kompensasiya məbləğinin 4465.19 manat olması və həmin kompensasiya məbləğinin sözügedən kredit müqaviləsi üzrə 7441.99 abş dolları qalıq əsas borca yönəldilməsi və nəticədə borcun 8070.08 manat qalması müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halıdır və nə kreditor, nə də borcalan tərəfindən mübahisələndirilməmişdir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, 18.12.2013-cü il tarixli, 01361 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin borcalan tərəfindən icra edilmədiyi hissə iddiaçının da əsas borc kimi tələb etdiyi 8070.08 manat ekvivalentində olan 4747.1 ABŞ dollarıdır. Odur ki, məhkəmə kredit borcunun tutulması ilə bağlı iddianı həmin hissədə əsaslı hesab edir. Məhkəmə kredit müqaviləsi üzrə əsas borcdan əlavə faiz borcunun tutulmasında hissəsində iddianı ona görə əsassız hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin(faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Həmin qaydaların 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Odur ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı borcalana kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz məbləği tələb edilə bilməz. Beləliklə, 18.12.2013-cü il tarixli, 01361 nömrəli kredit müqaviləsi üzrə 4747.1 ABŞ dolları məbləğində pul Cavabdeh tutulmalı və ona görə İddiaçı QSC Bank olmayan kredit təşkilatına ödənilməlidir ki, həmin tələb iddiaçıya güzəşt edilmişdir. Bundan başqa məhkəmə tələbin ipoteka predmetinə yönəldiməsi hissəsində də iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan “GEELY MK” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsi üzrə 4747,10 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “GEELY MK” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, ban-LB37624S7EL001078, rəngi-ağ) avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. 18 dekabr 2013-cü il tarixli, 01361 saylı kredit müqaviləsi üzrə 4747,10(dörd min yeddi yüz qırx yeddi abş dolları, on sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Tutma Cavabdeh məxsus ipoteka predmeti olan “GEELY MK” minik markalı, **-SZ- *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, ban-LB37624S7EL001078, rəngi-ağ) avtomobilə yönəldilsin, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-129/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-129/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver