Məhkəmə qərarları › İş №2(001)-13/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-13/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-13/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və faizin tutulması” tələbinə dair ilkin, Cavabdeh "xxxx" MMC-yə qarşı “pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və faizin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 144500 manat, faiz borcu 56355,29 manat olmaqla, ümumilikdə 200855,29 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2017-ci il tarixli, 940/Şm-17 nömrəli kredit müqaviləsinə və həmin müqavilənin təminatı kimi bağlanmış 07 noyabr 2019-cu il tarixli 940/ŞM-17 saylı girov müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 07 noyabr 2019-cu il tarixədək 273874 manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əsasən Cavabdeh hər ay "xxxx" MMC-yə 18270,35 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, nəticədə iddiaçıya 144500 manat əsas borc, 56355,29 manat faiz borcu olmaqla, ümumilikdə 200855,29 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə Pretenziya (bildiriş) göndərilsə də, öhdəlik icra edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh "xxxx" MMC-yə qarşı “pulun qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 940/Şm-17 saylı kredit müqaviləsinin ləğv edilərək, 55% olmaqla hər ay qanunsuz hesablanaraq, həmin kredit müqavilələri üzrə əsas məbləğ və faiz olaraq düzgün hesablanaraq çıxılmamış xx.xx.2017-ci il tarixli 940/Şm-17 saylı kredit müqaviləsi üzrə saxlanılmış əsas borc 144500 manat və faiz borcu 56355,29 manat, ümumilikdə 200855,29 manat məbləğində borcun əsas məbləğlər və şişirdilərək yazılmış faiz məbləğləri həmin müqavilənin təminatı olaraq bağlanılmış xx.xx.2019-cu il tarixli 940/Şm-17 saylı girov müqaviləsi üzrə 7 kq ağırlığında olan qızıl və zinət əşyalarının dəyəri hesablanmaqla ona hesablanmış əsas və faiz olaraq borc məbləğlərindən çıxılaraq, adından tamamilə silinməsi və onun artıq ödədiyi 149000 manatın "xxxx" MMC-dən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli 940/ŞM-17 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə xx.xx.2019-cu il tarixinədək illik 55 faizlə 273874 manat kredit verilmiş, müqaviləyə uyğun xx.xx.2019-cu il tarixində 940/ŞM-17 saylı girov müqaviləsi bağlanılmış və həmin müqaviləyə uyğun hər ay 18270,35 manat ödənilməsi öhdəliyi qoyulmuşdur. Bununla bağlı "xxxx" MMC ondan 144500 manat əsas borc, 56355,29 manat faiz borcu olmaqla, ümumilikdə 200855,29 manat borcun olmasını bildirirək ödənilməsini tələb edir. Lakin müqavilə qanundan kənar bağlanmış, Mərkəzi Bankın müəyyən etdiyi normalardan kənara çıxan faiz hesablanmışdır. Həmçinin, "xxxx" MMC ilə bağlanan müqavilədə 273874 manat müəyyən edilmiş olsa da, ona 253874 manat verilmişdir. Buna görə də, o, qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli, 940/SM-17 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən Cavabdeh illik 50% hesablanmaqla, 24 ay müddətinə 273874 manat məbləğində kredit verilmişdir. - xx.xx.2017-ci il tarixli, 940/Şm-17 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus, ümumi dəyəri 212709 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyaları xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən girov predmeti kimi müəyyənləşdirilmişdir. - xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, həmin tarixə Cavabdeh "xxxx" MMC-yə 143531 manat əsas, 56355 manat faiz borcu olmaqla, cəmi 199887 manat borcu vardı. - xx.xx.2018-ci il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - xx.xx.2020-ci il tarixli, 9/25 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixinə 199147,08 manat əsas borc, 150987,49 manat faiz borcu olmaqla, cəmi borcu 350135,07 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 tarixli alqı-satqı aktlarına görə girov qoyulmuş, Cavabdeh məxsus qızıl-zinət əşyaları satılmışdır. - xx.xx.2021-ci il tarixli, 9/5599-9/5614 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2019cu il tarixə "xxxx" MMC-yə 143531,97 manat əsas borc, 153430,76 manat faiz borcu olmaqla, cəmi borcu 296962,73 manat məbləğində müəyyən olunmuşdur. Habelə xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş ümumi çəkisi 5081,8 qram olan yeddi zərgərlik məmulatının məmulat kimi xx.xx.2017-ci il tarixə ümumi məbləği 324984,99 manat müəyyən edilmişdir. Həmin girov müqaviləsində tərtib edilmiş cədvələ əsasən bu məmulatların qırıntı kimi xx.xx.2017-ci il tarixə ümumi məbləği 212709 manat nəzərdə tutulsa da, ekspert tərəfindən həmin cədvəldə aparılmış sadə riyazi hesablamal nəticəsində ümumi məbləğ 175716 manat müəyyən edilmişdir. Girov qoyulmuş zərgərlik məmulatlarının iş materiallarında olan xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 tarixli girov qoyulmuş zərgərlik məmulatlarının, likvid qiymətləri ilə ümumi məbləği alqı-satqı aktlarına görə riyazi hesablama yolu ilə 139638,39 manat müəyyən edilmişdir. - xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixli xəzinə mədaxil orderlərinə əsasən, Cavabdeh tərəfindən "xxxx" MMC-yə kredit borcu ilə əlaqədar ödənişlər edilmişdir. - xx.xx.2021-ci il tarixli, SF-10745 saylı Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən, Cavabdeh aktiv kreditlərinin cəmi qalıq məbləği 249.82, kreditlərin sayı birdir. Tam ödənilmiş kreditlərin cəmi məbləği 753995, kreditlərin sayı 63, kredit təşkilatlarının sayı dörddür. - xx.xx.2021-ci il tarixli, 9/6140-9/6265 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2019cu il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" MMC-yə 143531,97 manat əsas borc, 153430,76 manat faiz borcu olmaqla, cəmi borcu 296962,73 manat məbləğində müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, 9/20-9/136 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" MMC-yə 143531,97 manat əsas borc, 153430,76 manat faiz borcu olmaqla, cəmi borcu 296962,73 manat məbləğində müəyyən olunmuşdur. Habelə xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş ümumi çəkisi 5081,8 qram olan yeddi zərgərlik məmulatının məmulat kimi xx.xx.2017-ci il tarixə ümumi məbləği 324984,99 manat müəyyən edilmişdir. Həmin girov müqaviləsində tərtib edilmiş cədvələ əsasən bu məmulatların qırıntı kimi xx.xx.2017-ci il tarixə ümumi məbləği 175716 manat müəyyən edilmişdir. Girov qoyulmuş zərgərlik məmulatlarının iş materiallarında olan xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 tarixli girov qoyulmuş zərgərlik məmulatlarının, likvid qiymətləri ilə ümumi məbləği alqı-satqı aktlarına görə riyazi hesablama yolu ilə 139638,39 manat müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli bildirişə əsasən, xx.xx.2017-ci il tarixli 940/Şm-17 nömrəli kredit və lombard müqavilələri üzrə yaranmış, xx.xx.2018-ci il tarixə hesablanan 168663 manat məbləğindəki kredit borcunun ödənilməsi üçün Cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarının açıq hərracda satılacağı, hərracın yeri və vaxtı (xx.xx.2018) barədə məlumat əks olunmuşdur. Girov predmeti olan qızıl-zinət əşyalarının satışından əldə edilən pul məbləği kredit müqaviləsi üzrə yaranmış borcu qarşılamadığından qalıq borcun borcludan tutulması barədə məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. - 5 saylı şəhər Klinik Xəstəxanasından verilən 1550/1015/357 nömrəli epikrizə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək həmin xəstəxanada müalicə keçmişdir. - xx.xx.2022-ci il tarixli, SF-8371 saylı Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən, Cavabdeh aktiv kreditlərinin cəmi qalıq məbləği 249,82, kreditlərin sayı birdir(LPO "xxxx"ASC-yə). Kreditin verilmə tarixi xx.xx.2015-ci ildir. - Cavabdeh xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018,-ci il tarixli ərizələrinə əsasən, o, girov qoyulmuş qızıl-zinət əşyalarının satılmasına razılıq vermişdir. - xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 tarixlərində satılmış qızılzinət əşyalarının foto şəkillərinin üzərində Cavabdeh “satılmasına etiraz etmirəm” qeydini etməklə imzalamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliklə qadağan edilmiş əşyalar və hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Girov hüququ girov müqaviləsinin yazılı formada bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda girova xitam verilir. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir (Mülki Məcəllənin 276, 279- 281, 294,296, 297-ci maddələr). Məhkəmə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Girov Müqaviləsinin: - 1.3-cü bəndinə göstərilmişdir ki, bu müqavilə əsasında girov qoyulan qızıl-zinət əşyaları xx.xx.2017-ci il tarixində Bakı şəhərində bağlanmış 940/Şm-17 nömrəli kredit müqaviləsinə əsasən "xxxx"MMC-nin “Borc alan”a verdiyi 273874 manat məbləğində kreditin qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməlissuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. - 1.4-cü bəndinə göstərilmişdir ki, təmin olunmuş kreditin müddəti "xxxx"MMC və “Borc alan” arasında bağlanmış müqavilə əsasında uzadıldığı halda, hazırki girov qüvvədə qalır və “Girov qoyan”ın əlavə razılığı olmadan eyni şərtlərlə müddəti uzadılmış kredit və onunla bağlı bu Müqavilənin 1.3-cü bəndində göstərilən digər ödənişləri təmin edir. Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçı "xxxx"MMC müqavilədən irəli gələn hüquq və vəzifələrindən sui-istifadə edərək hazırki vəziyyətdə Cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarını satmağına baxmayaraq əlavə olaraq Cavabdeh əsas, faiz və dəbbə olmaqla borcun ödənilməsini tələb edir. Halbuki, artıq tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satılmaqla Cavabdeh borcu bağlanmışdır. O da qeyd olunmalıdır ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh adından, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 5 saylı şəhər Klinik Xəstəxanada müalicə keçdiyi dövrdə, saxta imzalar edilməklə ona məxsus qızıl-zinət əşyaları, guya onun razılığı ilə satılmışdır. Halbuki, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Həmçinin xx.xx.2022-ci il tarixli, SF-8371 saylı Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən, Cavabdeh aktiv kreditlərinin cəmi qalıq məbləği 249,82 (LPO "xxxx"ASC-yə) təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Belə ki, girov qoyulmuş qızıl-zinət əşyaları satılmaqla Cavabdeh "xxxx"MMCyə olan kredit borcu ödənilmişdir və Cavabdeh tərəfindən artıq pul məbləği "xxxx"MMC-yə ödənilməmişdir. Odur ki, həmin pul məbləğinin geri qaytarılması barədə iddia tələbi əsassızdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları tədqiqatının ümumi dəyərini təşkil edən 550 (beş yüz əlli) manat ekspertiza xərcinin 50%-i yəni 275 (iki yüz yetmiş beş) manatı "xxxx" MMC-dən, qalan 50%-i yəni yəni 275 (iki yüz yetmiş beş) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar