Məhkəmə qərarları › İş №2(001)-1301/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1301/2023

14.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1301/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən iddiaçının və X2 adına ayrıayrılıqda qanunsuz olaraq hesablanmış 186,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə o və həyat yoldaşı ilə Cavabdeh ASC-nin səlahiyyətli nümayəndələri arasında əldə olunmuş razılığa əsasən, iddiaçının mənzilinə abonent kodu verilməli idi. Lakin 2022-ci il tarixinə qədər onlara bilinməyən səbəblərdən abonent kodu açılmamışdır. 2022-ci ilin oktyabr ayında X6 idarəsindən 2 nəfər işçi onlardan yenidən şəxsiyyət vəsiqələrini tələb edərək, kod açacaqlarını bildirmişlər. Bir müddət sonra onlara idarədən zəng olunaraq onun və həyat yoldaşı X2 hər birinin ayrı-ayrılıqda 186,20 manat borcunun olduğu qeyd edilmişdir. Bu pulun nə olduğu soruşduqda isə gah cərimə borcu olduğunu, gah da rüsum olduğu bildirilmişdir. Bununla bağlı dəfələrlə Cavabdeh ASC-yə müraciət edildikdən sonra, xx.xx.2022-ci il tarixdə hər nöqtəyə sayğac qoyulsa da, borc silinməmişdir. Qeyd edilənlərə əsasən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun adına Cavabdeh ASC tərəfindən əsassız yazılmış 183,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - elektron portaldan çıxarışa əsasən, İddiaçı (abonent kodu **********000) abonent borcu 184,2 manat məbləğində qeyd edilmişdir. - elektron portaldan çıxarışa əsasən, Zərəfşan Şamilovanın (abonent kodu **********000) abonent borcu 186,20 manat məbləğində qeyd edilmişdir. - elektron məhkəmə portalından əldə edilmiş çıxarışa əsasən, İddiaçı Əlbərşir oğlunun 2022-ci ilin noyabr ayına 186,20 manat borc (168+15.40+2.80=186.20) qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya su sərfiyyatına görə ona borc hesablamışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC iddiaçı ilə sudan istifadə qaydalarına uyğun olaraq müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, bu borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə istehlakçıya hesablanmış 183,40 manat məbləğində borca münasibətdə qeyd edir ki, həmin borc əsassız hesablanmışdır, ona görə də silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh "xxxx"ASC tərəfindən iddiaçıabonentin qeyri-qanuni su sərfiyyatı etməsinə və s. dair sübutlar məhkəməyə təqdim edilməmişdir, cavabdeh "xxxx"ASC tərəfindən iddiaçıya su sərfiyyatı üzrə hesablanmış borc əsaslı hesab oluna bilməz. Buna görə də, su sərfiyyatı üzrə hesablanmış borcun silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Amma iş materiallarına nəzər saldıqda cavabdeh tərəfindən istehlakçının su təchizatı “mövcud borca” görə nəinki dayandırılmamışdır, əksinə xx.xx.2022-ci il tarixdə onunla müqavilə bağlanmışdır. Odur ki, işin bu halı iddiaçıya hesablanmış borcun əsaslı olmasına şübhələr yaradır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına su sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq su sərfiyyatına görə borc hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddiası təmin edilərək, cavabdeh tərəfindən su sərfinə görə hesablanmış borc əsassız olduğundan 183,40 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin tələbin X3 münasibətdə bildirir ki, şəxsin mövcud borcunun silinməsi tələbi ilə bağlı məhkəməyə ayrıca icraatda müraciət etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 183,40 manat (bir yüz səksən üç manat qırx qəpik) borc (cərimə) silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar