Məhkəmə qərarları › İş №2-2(1-8)-694/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-694/2026

24.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-694/2026 24.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, dövlət rüsumunun ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 qarşı “daxili maliyyə lizinq müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli *-*(*-*)- */**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDI:

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 və cavabdeh4 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış # ####### 2019-cu il tarixli **/****/DLIZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ## ####### 2021-ci il tarixə yaranmış 25.597,58 manat əsas borcun, 9.901,40 manat mükafat borcunun və 143,65 manat gecikdirilmiş cərimənin, cəmi 35.642,45 manat lizinq borcunun, habelə məhkəmə xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin # ##### 2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, # ####### 2019-cu il tarixli **/****/DLIZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi ləğv edilmiş, 35.642,45 manat lizinq borcunun və 203 manat mediator xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim K.Vəliyev).

3. Həmin qətnamədən cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində cavabdeh cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - İ.Həsənov, hakimlər - G.Cavadova və R.Məcidov).

5. Həmin qətnamədən cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 120 manat və 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.

9. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətinin verilməsi üçün müvafiq olaraq həmin Qanunun 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir.

10. Hazırkı iş üzrə mübahisələndirilən qiymətləndirilən tələb 35.642,45 manat təşkil etdiyindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 98,46 manatdır.

11. Kassasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsində ödənişin inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər üçün nəzərdə tutulan əsasla rüsumdan azad olduğu göstərilmiş, şikayətə isə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir.

12. Iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin # ##### 2025ci il tarixli qərardadı ilə əvvəlki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 98,60 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmış, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə Idarəsinin ## ##### 2025-ci il tarixli *-**- **/*-***/**** nömrəli məktubunda bu ödənişin başqa məhkəmə növü üzrə qeydə alındığı bildirilsə də, ## #### 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzində rüsumun adı “apellyasiya və kassasiya şikayətlərinə görə”, məhkəmənin adı “Gəncə Apellyasiya Məhkəməsi” kimi, işin nömrələri isə e-2-2(115)-159/2022 və 2-2(104)-81/2025 kimi göstərilmiş, qəbzin əvvəlki apellyasiya şikayətinə əlavə edildiyi və sistemdə artıq istifadə olunduğu müəyyən edildiyindən həmin ödəniş hazırkı kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz.

13. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsində inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaşların, inzibati orqanların və vəzifəli şəxslərin dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş isə lizinq müqaviləsindən irəli gələn kommersiya mübahisəsi olduğundan həmin güzəşt cavabdeh cavabdeh4 şamil edilmir.

14. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədikdə kassasiya şikayəti qaytarılır.

15. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.

16. MPM-in 404-1.2-ci maddəsinə görə işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

17. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.

18. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404- 1.2, 405, 407, 408 və 409-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDI:

Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # #### 2026-cı il tarixli *-*(*-*)-*/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar