Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1079/2026 24.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh Müəssisəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC və "X2 Ehtiyatlarindan İstifadə Agentliyi" X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmaqla) qarşı “maneələrin aradan qaldırılması və maddi ziyanın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh Müəssisəsinə qarşı “maneələrin aradan qaldırılması və maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Qaradağ rayonu ərazisində II geoloji sahədə mövcud olan və gələcəkdə yaranacaq tullantıların “xxxx” MMC tərəfindən toplanması, daşınması, satılması və istifadə olunmasına Cavabdeh Müəssisəsi tərəfindən hər hansı maneələrin törədilməsinin qadağan edilməsi, həmin sahələrdə tullantıların toplanması, daşınması, satılması və sair formada istifadəsinin Cavabdeh Müəssisəsinə qadağan edilməsi, Cavabdeh Müəssisəsindən 50.000 (əlli min) manat maddi ziyanın tutulub iddiaçı “xxxx” MMCyə ödənilməsi, dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdeh Cavabdeh Müəssisəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə “xxxx” ASC və X2 Ehtiyatlarından İstifadə Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndəsi A.Yusubova məhkəməyə yazılı vəsatət verərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(4-11)- ****/**** nömrəli iş üzrə icraat başa çatanadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Ehtiyatlarından İstifadə Agentliyi A.Yusubova tərəfindən verilmiş vəsatət təmin edilərək, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh Müəssisəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC və "X2 Ehtiyatlarindan İstifadə Agentliyi" X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi olmaqla) qarşı “maneələrin aradan qaldırılması və maddi ziyanın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışıdr ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** saylı kommersiya mübahisəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaçıya qarşı, hazırkı işdə əsas götürülən ##.##.2008 və ##.##.2014-cü il tarixli "Yer təkinin istifadəyə verilməsi haqqında" müqavilələrin ləğv edilməsini tələb edir. Həmin mübahisə üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək hallar isə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olacaqdır. Hazırda iddiaçı “xxxx.” MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iki işin bir-biri ilə «əlaqəli» olmasını və digər iş üzrə qəbul ediləcək aktın «preyudisial əhəmiyyət» daşıyacağını hesab etmişdir. Lakin qərardadda hazırkı işə baxılmasını ümumiyyətlə qeyri-mümkün edən konkret fakt, həmin faktın niyə bu işdə müəyyən edilə bilmədiyi və gələcək aktın hansı dəqiq məsələ üzrə preyudisial olacağı göstərilməmişdir. Hazırkı işdə araşdırılmalı məsələlər Cavabdeh Müəssisəsinin II geoloji sahədə hər hansı hüquqi əsasının olubolmaması, onun «xxxx.» MMC-nin fəaliyyətinə müdaxilə edib-etməməsi, topladığı və satdığı tullantıların həcmi, habelə həmin müdaxilə nəticəsində 50.000 manat ziyanın yaranıb-yaranmamasıdır. Digər işin predmeti. e-*-*(*-**)-****/**** saylı işdə ETSN 2008 və 2014-cü il müqavilələrinin ləğvini, 1.507.749 m³ yer təki tullantısının daşınmasına görə 837.633,33 manatın «xxxx.» MMC-dən tutulub X3 üzrə Dövlət Fonduna ödənilməsini tələb edir. Cavabdeh Müəssisəsi həmin işin tərəfi deyil. O iş Cavabdehın hüququnu, konkret hərəkətlərini, daşıdığı tullantıların həcmini və «xxxx» MMC-yə vurduğu ziyanı həll etmir. Eyni sənəd - eyni mübahisə deyil. Hazırkı iddia 2008 və 2014-cü il müqavilələrinə «xxxx.» MMC-nin mövcud istifadə hüququnun mənbəyi kimi istinad edir; digər iddiada həmin müqavilələrin gələcək üçün ləğvi tələb olunur. Bu, yalnız sənəd səviyyəsində ortaq nöqtədir. Hazırkı məhkəmə qüvvədə olan müqavilələrin cari təsirini, Cavabdehın həmin sahə və tullantılar üzrə hər hansı hüquqi sənədinin olubolmamasını, onun faktiki müdaxiləsini və ziyanı özü müəyyən edə bilər. ETSN-nin iddiası Cavabdeh üçün hüquq yaratmır, onun hərəkətlərini qanuniləşdirmir və bu faktların heç birini həll etmir. ETSN və Agentliyin konkret marağı göstərilməyib. Qərardadın cavabsız qoyduğu əsas sual budur: yalnız Cavabdeha qarşı yönəlmiş müdaxilənin qadağan edilməsi və ziyan tələbi ETSN-nin hansı konkret hüququna toxunur? Bu iş üzrə qətnamə ETSN-nin müqavilələrini ləğv etmir və dəyişmir, 837.633,33 manat tələbini həll etmir, ETSN-yə və ya Agentliyə hər hansı öhdəlik qoymur. Digər işin iddiaçısı ETSN, dayandırma vəsatətini verən isə ayrıca hüquqi şəxs olan X2 Ehtiyatlarından İstifadə Agentliyidir. Qərardad nə ETSN-nin, nə də Agentliyin tərəflərdən birinə münasibətdə hansı konkret hüquq və ya vəzifəsinin bu işlə dəyişəcəyini göstərir. Hətta onların prosesdə üçüncü şəxs kimi iştirak marağı qəbul edilsə belə, bu, MPM 254.1.4 üzrə hazırkı işə baxılmasının qeyri-mümkünlüyünü avtomatik sübut etmir. Qanuni qüvvəli əvvəlki aktlar. Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı və Ali Məhkəmənin ##.##.2022-ci il tarixli 2-1(102)- ***/**** saylı qərarı 2008-ci il müqavilə/icazəsinin qüvvədə olduğunu və əvvəldən yığılıb qalmış tullantılardan istifadə/satış hüququnu müəyyən etmişdir. Sonradan verilmiş ləğv iddiası bu aktların hüquqi qüvvəsini yekun qətnamə qəbul edilməmiş aradan qaldırmır. Vəsatətdə və qərardadın nəticə hissəsində dayandırmanın bağlandığı iş e-2-2(4-11)-4935/2026 kimi göstərilmişdir. Qərardadın əsaslandırıcı hissəsində isə eyni iş bir yerdə e-2-2(4-11)-5913/2026 nömrəsi ilə qeyd olunmuşdur. ##.##.2026-cı il tarixli məhkəmə bildirişi düzgün nömrənin e-2-2(4- 11)-4935/2026 olduğunu təsdiqləyir. Bu ziddiyyət məhkəmənin hansı konkret icraat və hansı predmet üzrə preyudisial asılılıq müəyyən etdiyini yoxlanılmaz edir. Şikayətin müddəti. Qərardadın tam mətni “xxxx.” MMC-nin elektron kabinetinə ##.##.2026- cı ildə rəsmi yerləşdirilmişdir. Şikayət MPM-in 268.1-ci maddəsində nəzərdə tutulan 10 günlük müddətdə və MPM-in 267.3-cü maddəsinə uyğun olaraq qərardadı qəbul etmiş Bakı Kommersiya Məhkəməsinə verilir. Hətta MPM-in 268.2-ci maddəsi üzrə müddətin ##.##.2026-cı il tarixli elan anından hesablandığı qəbul edilsə belə, ##.##.2026-cı ildə verilən şikayət 10 günlük müddətin son günündədir. Məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və iş kommersiya işi üzrə icraatın dayandırılması barədə vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Faktlar: -İddiaçı “xxxx.” MMC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında ##.##.2008-ci il tarixli, habelə ##.##.2014-cü il tarixli “Yer təkinin istifadəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. -İddiaçı hazırkı iddia ərizəsində həmin müqavilələrə istinad edərək göstərilən müqavilələr üzrə ona ayrılmış “Qaradağ” əhəngdaşı yatağında (II geoloji sahə) 86 ha və 253 ha sahədə mövcud olan, habelə gələcəkdə yaranacaq tullantılardan istifadə edilməsi ilə bağlı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. -İş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırkı iş üzrə iddiaçıya qarşı sadalanan müqavilələrin ləğv edilməsi tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin iş hazırda e2- 2(4-11)-5913/2026 nömrə ilə Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim P.Zamanlı). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Kineskop Rusiya Federasiyasına qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında milli məhkəmə tərəfindən iş üzrə icraat iki dəfə - preyudisial əhəmiyyət kəsb edən inzibati işə baxılmasına qədər və ekspertiza keçirilməsi ilə əlaqədar dayandırılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedent praktikasında formalaşmış kriteriləri və işin hallarını nəzərə almaqla məhkəmə araşdırmasının müddətinin hədsiz olmasına və “ağlabatan müddət” tələbinə cavab verməməsinə qərar vermişdir. Kollegiya qeyd edir, MPM-də (254.1.4-cü maddə) Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadığı halda iş üzrə icraatın dayandırılmalı olması barədə prosessual norma yer almışdır. Lakin məhkəmələr tərəfindən həmin norma tətbiq edilərkən o da nəzərə alınmalıdır ki, icraatın dayandırılması məhkəmə icraatının müddətinin əhəmiyyətli dərəcədə uzadılmasına səbəb olur ki, bu da öz növbəsində şəxsin hüquqlarının məhkəmə müdafiəsi mexanizminin effektivliyinin azalması və şəxsin “ağlabatan müddətdə” məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnə bilər. Bununla yanaşı «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın. Hazırkı halda isə kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** saylı kommersiya mübahisəsinin hazırkı mübahisə ilə əlaqəli olması öz təsdiqini tapsa da, həmin işə baxılanadək hazırkı işə baxılmasını qeyri-mümkün edən halların mövcudluğu müəyyən edilmir. Belə ki, birincisi, iddiaçı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi arasında bağlanmış ##.##.2008-ci il tarixli, habelə ##.##.2014-cü il tarixli “Yer təkinin istifadəyə verilməsi haqqında” müqavilələrin ləğv edilməsi barədə mübahisəyə məhkəmədə baxıldığı dövrdə, yəni sözügedən müqavilələr məhkəmə qaydasında ləğv edilməyənədək və ya müqavilələrin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada ləğv edilməsi faktı məhkəmə tərəfindən təsdiq edilməyənədək olan müddətdə iddiaçı həmin müqavilələrə əsaslanan hüquqlarını həyata keçirə, o cümlədən həmin müqavilələrdən irəli gələn hüquqları üçüncü şəxslər tərəfindən pozulduğu təqdirdə hüquqlarının bərpa edilməsi üçün qanunla nəzərdə tutulan müdafiə vasitələrindən istifadə edə bilər. İddiaçının qeyd olunan hüquqlarının realizəsinin müqavilələrin ləğv edilməsi tələbinə məhkəmədə baxılması nəticəsindən asılı edilməsi, yəni qeyri-müəyyən müddətə təxirə salınması isə gələcəkdə müqavilələrin ləğv edilməsi haqqında iddia əsassız hesab edildiyi təqdirdə hazırkı iş üzrə iddiaçının hüquqlarının bərpaedilməz dərəcədə pozulmasına və dəymiş zərərin artmasına səbəb ola bilər. Ikincisi, iş materiallarından müəyyən edilir ki, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi “Yer təkinin istifadəyə verilməsi haqqında” müqavilələr üzrə hüquqlarının ehtimal edilən pozuntunun baş verməsinin (yəni ona cavabdeh Cavabdeh müəssisəsi tərəfindən ona maneələrin törədilməsi) başlanğıcı istinad edilən müqavilələrin qüvvədə olmasının mübahisəsiz olduğu dövrdə təsadüf edir. Odur ki, hazırda həmin müqavilələrin ləğvi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu cavabdehin sözügedən hərəkətlərinə hüquqi qiymət verilməsinə maneə törətmir. Birinci instansiya məhkəməsi isə iş üzrə icraatın dayandırılması barədə vəsatətə baxılarkən göstərilən hallar nəzərə almamış, nəticədə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-****/**** saylı işə baxılıb yekun qərar qəbul edilənədək hazırkı işə baxılmasının mümkünlüyü barədə əsassız nəticəyə gəlmişdir. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iş kommersiya işi üzrə icraatın dayandırılması barədə vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən vəsatətə yenidən baxılarkən hazırkı qərardadda əks olunan hüquqi mövqe nəzərə alınmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, iş üzrə icraatın dayandırılması barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Ehtiyatlarından İstifadə Agentliyinin vəsatətinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1079/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1079/2026
24.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver