Məhkəmə qərarları › İş №2(001)-1311/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1311/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1311/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10000 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixədək 10000 manat məbləğində faizsiz kredit verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya borcunu qaytarmamışdır. Bu səbəbdən də İddiaçı xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət edərək məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bununla bağlı, xx.xx.2016-cı il tarixli, 2(001)-13347/2016 saylı məhkəmə əmri çıxarılaraq, həmin borcun Cavabdeh tutularaq kreditor İddiaçı ödənilməsi əmr edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə məhkəmə əmrinə etiraz edərək əmrin ləğv edilərək işə iddia icraatı qaydasında baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(001)-13347/2016 saylı qərardadı ilə etiraz təmin edilərək, məhkəmə əmrinin ləğv olunması və iş üzrə icraatın iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək, cavabdeh tərəfindən 10000 manat kredit borcundan 2500 manat məbləğinin ödənildiyini, hal-hazırda yalnız 7500 manat məbləğində borcun olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Məmmədov və iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçının nümayəndəsi-vəkili Vəkil2 cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, borcun 2500 manat məbləğinin ödənildiyini təsdiq edən sənədlərin olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, faizsiz olaraq 10000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2016-cı il tarixli, 2(001)-13347/2016 saylı məhkəmə əmrinə əsasən, 10000 manat borcun Cavabdeh tutularaq kreditor İddiaçı ödənilməsi əmr edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(001)-13347/2016 saylı qərardadına əsasən, etiraz təmin edilərək, məhkəmə əmrinin ləğv olunması və iş üzrə icraatın iddia icraatına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10000 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğ tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET Dİ : İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar