Məhkəmə qərarları › İş №2(001)-1312/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1312/2022

22.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1312/2022 22.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 4707,59 manat, dövlət rüsumuna görə 68 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 4707,59 manat, dövlət rüsumuna görə 68 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə barışdığından iddia tələblərindən imtina etməsini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi A.F.Şirinov iddiadan imtinanı qəbul edərək tərəflər arasında mübahisənin həll olunmasını bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiadan imtina qanuni olduğundan, üçüncü şəxslərin maraqlarına toxunmadığından qəbul edilərək iddiaçının iddia tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri bərabər hissələrdə tərəflərə aid edilməli, cavabdeh tərəfindən ekspertiza tədqiqatının dəyərinə görə 25 manatın dövlət nəfinə ödənilməsi nəzərə alınaraq iddiaçıdan 25 manat dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiadan imtina qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 4707,59 manat, dövlət rüsumuna görə 68 manat tələbinə dair iddia ərizəsi üzrə 2(001)-1312\2022 saylı mülki işin icraatına xitam verilsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manat dövlət nəfinə tutulsun. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar