Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1345/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 5.830,30 manat, faiz borcu üzrə 162,77 manat olmaqla cəmi 5.993,07 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 1883-xx.xx.2018-002835 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə, illik 26 % dərəcəsi ilə hesablanmaqla, 8.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci i! tarixinə Cavabdeh2 əsas borc üzrə 5.830,30 manat, faiz borcu üzrə 162,77 manat cəmi 5.993,07 manat borcu mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı qismən müdafiə edərək bildirdi ki, cavabdehlər məhkəmə proseslərinin gedişi zamanı banka ödəniş etdiyindən hal-hazırda yeni maliyyə arayışına əsasən onların banka 5.332,58 manat məbləğində əsas borc və 213,56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.546,14 manat məbləğində borcları qalmışdır. Qeyd edilənlərə əsasən cavabdehlərdən müştərək qaydada cəmi 5.546,14 manat məbləğində borcun, habelə tərəflərindən çəkilmiş məhkəmə xərclərinin tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 1883xx.xx.2018-002835 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh2 illik 26% hesablanmaqla 60 ay müddətinə 8.500 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu 1883-xx.xx.2018-002835 saylı, xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsi ilə müəyyən edilən X2 zaminliyidir. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 1883xx.xx.2018-002835 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli Əlavə Sazişdən görünür ki, tərəflər kredit müqaviləsinin 4.1-ci bəndinin yeni redaksiyada verilməsi ilə bağlı razılığa gəlmiş, müqavilənin 4.1-ci bəndi “müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu 1883-xx.xx.2018-002835 saylı, xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsi ilə müəyyən edilən Cavabdeh1 zaminliyidir” redaksiyada verilmişdir. “xxxx” ASC ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin “xxxx” ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 1883-xx.xx.2018- 002835 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. “xxxx” ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 3 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılacağının xahiş olunacağı barədə xəbərdarlıq edilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, cavabdehlərin xx xxxx 2018-ci il tarixli, 1883-xx.xx.2018- 002835 saylı müqavilə üzrə 5.332,58 manat əsas və 213,56 manat faiz olmaqla cəmi 5.546,14 manat məbləğində borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli saylı ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 1883-xx.xx.2018-002835 saylı kredit xətti müqaviləsinə əsasən bank Cavabdeh2 illik 26% hesablanmaqla 60 ay müddətinə 8.500 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra “xxxx” ASC ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin xx xxxx 2018-ci il tarixli, 1883xx.xx.2018-002835 saylı öhdəliklərin icrası üçün kredit alan Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşlər. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, maliyyə arayışına əsasən bank tərəfindən onlara 5.332,58manat əsas borc və 213,6 manat faiz borcu olmaqla, cəmi 5.546,14 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh2 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2018-ci il tarixli, 1883-xx.xx.2018- 002835 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.332,58 manat məbləğində əsas borc və 213,56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.546,14 manat məbləğində borc iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 manatı və 0,40 manat xidmət haqq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxx 2018-ci il tarixli, 1883-xx.xx.2018-002835 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.332,58 (beş min üç yüz otuz iki manat, əlli səkkiz qəpik) manat məbləğində əsas borc və 213,56 (iki yüz on üç manat, əlli altı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.546,14 (beş min beş yüz qırx altı manat, on dörd qəpik) manat məbləğində borc iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1345/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1345/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver