Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1346/2021 01.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10 qızının iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 zamini Cavabdeh1 iddiaçının xeyrinə 11.01.2017-ci il tarixli, 980-11.01.2017-SM0104 saylı kredit müqaviləsinə əsasən X5 633,79 manat borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14.04.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASCnin xeyrinə 11.01.2017-ci il tarixli 980-11.01.2017-SM0104 nömrəli kredit müqaviləsinə əsasən əsas borc 633,79 manat olmaqla, ümumilikdə cəmi 633,79 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Binəqədi filialı ilə borclu X7 arasında bağlanmış 11.01.2017-ci il tarixli 980-11.01.2017-SM0104 saylı kredit müaviləsinə əsasən X6 36 ay müddətinə illik 27% dərəcəsi ilə hesablanmaqla 1650 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh1 arasında 11.01.2017-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eyni zamanda zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən isə borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə , zamin kreditor qarşısında kredit mələğinin hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Banka təqdim edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən X7 28.01.2019-cu il tarixində vəfat etmişdir. Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Plenum qərarında deyilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşdırılır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Eyni zamanda, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna grə də məsuliyyət daşıyır.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəul edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, picəxanım vəfat etmişdir və onun baldızı olmuşdur. Avtandil isə onun baldızının oğludur. Hazırda pensiyaçıdır. Borc məbləğini özü hissə-hissə ödəyəcək. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “X20” ASC ilə X7 arasında bağlanan 11 yanvar 2017-ci il tarixli, 980-11.01.2017- SM0104 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27 % dərəcəsi ilə, aylıq ödəniş 67,40 manat olmaqla, 1650 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəiş tarixi 11.02.2017-ci il, sonuncu ödəniş tarixi 11.01.2020-ci il olaraq müəyyən edilmişdir. “X20” ASC ilə X1 və zamin X8 arasında bağlanan 11 yanvar 2017-ci il tarixli, 980- 11.01.2017-SM0104 saylı, zaminlik müaviləsindən görünür ki, zaminlik müqaviləsinin 2.1ci maddəsinə əsasən 11 yanvar 2017-ci il tarixli, 980-11.01.2017-SM0104 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. “xxxx” ASC tərəfindən verilən 11.01.2017-ci il tarixli kassa məxaric orderindən göründüyü kimi bank tərəfindən X5 hesabına 1550 manat ödəniş edilmişdir. “xxxx” ASC tərəfindən verilən maliyyə arayışına əsasən X6 11 yanvar 2017-ci il tarixli, 980-11.01.2017-SM0104 saylı kredit müqaviləsi üzrə 03 sentaybr 2020-ci il tarixinə 633,79 manat əsas borc hesablanmışdır. “xxxx” ASC -nin Cavabdeh1 Əlqulu qızına ünvanlanan 14 yanvar 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ona banka olan 633,79 manat məbləğinə borcu barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzini qeydiyyat şöbəsi tərəfindən 05 fevral 2019-cu il tarixində verilən AZ-İ seriyalı, 999978 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28.01.2019-cu il tarixində qaraciyər partlaması nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.02.2019-cu il tarixində 269 № ilə qeyd edilmişdir. X12, X25 və X15 notarial qaydada təsdiq olunmaqla, öz ərizələri ilə 28.01.2019-cu il tarixində vəfat edən X4 qalan və onlara çatacaq olan miras əmlakdan imtina etmişlər. Gələcəkdən həmin işlə əlaqədar heç bir iddia və tələblərinin olmayacağını və məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzini qeydiyyat şöbəsi tərəfindən 05 fevral 2019-cu il tarixində verilən AZ-İİ seriyalı, 012734 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 17.03.2019-cu il tarixində yol qəzası nəticəsində vəfat etmişdir. (X5 əri) X30 oğlu 28.01.2019-cu il tarixində vəfat edən anası X4 qalan “Kia Sorento” minik markalı, **-UJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “X33” minik markalı, **-DV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “xxxx” ASC-də 1745,64 manat pul kompensasiyasına və 1810 manat məbləğində zinət əşyalarına qanun üzrə vərəsəlik hüququnun tanınması barədə ərizə ilə 20 saylı notariat ofisinə müraciət etmişdir. Daha sonra 31.07.2019-cu il tarixində miras əmlakın qəbul edilməsi barədə notarial qaydada ərizə yazmış və təsdiq edilmişdir. 31.07.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 28.01.2019-cu il tarixində ölmüş Dəmirova Pircəxanım Eynulla qızının vərəsəsi oğlu X30 oğlunun miras əmlakdan 1/1 hissədə pay almasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 11.08.2018-ci il tarixli AD313653 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNAJC**********46, mühərrikin nömrəsi 215587 və buraxılış ili 2005 olan KİA SORENTO minik markalı, **-UJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 31.07.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 28.01.2019-cu il tarixində ölmüş Dəmirova Pircəxanım Eynulla qızının vərəsəsi oğlu X30 oğlunun miras əmlakdan 1/1 hissədə pay almasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 07.02.2013-cü il tarixli AB942332 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi VSA**********2722, mühərrikin nömrəsi və buraxılış ili 2001 olan X33 minik markalı, **-DV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 31.07.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X19 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 28.01.2019-cu il tarixində ölmüş Dəmirova Pircəxanım Eynulla qızının vərəsəsi oğlu X30 oğlunun miras əmlakdan 1/1 hissədə pay almasını təsdiq etmişdir. Şəhadətnamə verilən miras əmlak “xxxx” ASC-də 1745,64 manat pul kompensasiyasından və 1810 manat məbləğində zinət əşyalarından ibarətdir. 11 sentyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı X20” ASC ilə X7 arasında 11 yanvar 2017-ci il tarixli, 980-11.01.2017-SM0104 saylı kredit müqaviləsi bağlanmış və bank borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə illik 27 % dərəcəsi ilə, aylıq ödəniş 67,40 manat olmaqla, 1650 manat məbləğində kredit vermişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 28.01.2019-cu il tarixində ölmüşdür. X2 barəsində Bakı şəhəri, 20 saylı notariat kontorunda vərəsəlik işi açılmış və Cavabdeh2 X4 qalan “Kia Sorento” minik markalı, **-UJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “X33” minik markalı, **-DV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, “xxxx” ASC-də 1745,64 manat pul kompensasiyasına və 1810 manat məbləğində zinət əşyalarına qanun üzrə vərəsəlik hüququ tanınmış və bu barədə ona 31.07.2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı banka olan 633,79 mnat məbləğində əsas borcun həm qanun üzrə vərəsə Cavabdeh2, həm də zamin Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir; Göründüyü kimi, X7 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən bank qarşısında borcu yaranmışdır. X3 28.01.2019-cu il tarixində vəfat etmişdir. Sonuncu dəfə banka kredit müqaviləsi üzrə 04.02.2019-cu il tarixində 70 manat ödəniş edilmişdir. Həmin vaxtdan etibarən etibarən banka kredit borcu üzrə ödəniş edilməmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh2 X4 qalan əmlakların qanun üzrə vərəsəsi hesab edilmişdir. Nəticə etibarı ilə borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, qanun üzrə vərəsəsi Cavabdeh2 müqavilə üzrə yaranmış borcunu ödəməlidir. Zamin Cavabdeh1 münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair, 04 iyun 2018-ci il tarixli plenum qərarında qeyd edilir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir.Həmçinin bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Qərarda qeyd edilir ki, bəzən borclunun ölümü və miras əmlakın vərəsələr tərəfindən qəbulu borcun başqa şəxsə keçirilməsi kimi qiymətləndirilir və zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq vermədikdə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borcun başqa şəxsə keçirilməsi əsası ilə zaminlik müqaviləsinə xitam verilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Nəticədə Konstitusiya məhkəməsinin plenum qərarında qeyd edilir ki, - Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. - Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi X9 zamin kimi mərhum cavabdehin kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Odur ki, müqavilə üzrə 633,79 manat əsas borc, cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “xxxx” ASC ilə X7 arasında bağlanmış 11.01.2017-ci il tarixli, 980-11.01.2017-SM0104 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 633,79 manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı borcalanın vərəsəsi Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. “xxxx” ASC ilə X7 arasında bağlanmış 11.01.2017-ci il tarixli, 980-11.01.2017- SM0104 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 633,79(altı yüz otuz üç manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsi ilə bağlı 30(otuz) manat məbləğində dövlət rüsumu və 0,40(qırx qəpik) manat məbləğində bank xidmət haqqı borcalanın vərəsəsi Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1346/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1346/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver