Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1352/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Loft – Genc – Dolab, Marvin – Genc – Dolab, Modena markalı mebel əşyası, İMEİ kodu **********10401 olan Samsung Galaxy A52 markalı telefon almış və nəticədə 1580 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1480.08 manat (yəni 24 ay x 61.67 manat + 0 manat ilkin ödəniş) olan Loft – Genc – Dolab və Marvin – Genc – Dolab üçün ümumilikdə 813 manat olmaqla, ondan 739.71 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73.29 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 741.6 manat (yəni 24 ay x 30.9 manat + 0 manat ilkin ödəniş) olan Modena markalı mebel əşyası üçün ümumilikdə 577 manat olmaqla, ondan 524.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.1 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 717.04 manat (yəni 12 ay x 56.42 manat + 40 manat ilkin ödəniş) olan İMEİ kodu **********10401 olan Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə 190 manat olmaqla, ondan 172.61 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.39 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1501.5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Loft – Genc – Dolab, Marvin – Genc – Dolab üçün 739.71 manat ödənilməmiş hissə, 73.29 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Modena markalı mebel əşyası üçün 524.9 manat ödənilməmiş hissə, 52.1 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10401 olan Samsung Galaxy A52 markalı telefon üçün 172.61 manat ödənilməmiş hissə, 17.39 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1580 manat borcun və 35.80 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə Loft – Genc – Dolab, Marvin – Genc – Dolab, Modena markalı mebel əşyası və İMEİ kodu **********10401 olan Samsung Galaxy A52 markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Loft – Genc – Dolab və Marvin – Genc – Dolab üçün 739.71 manat ödənilməmiş hissə, 73.29 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Modena markalı mebel əşyası üçün 524.9 manat ödənilməmiş hissə, 52.1 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********10401 olan Samsung Galaxy A52 markalı telefon üçün 172.61 manat ödənilməmiş hissə, 17.39 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1580 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 739.71 manat ödənilməmiş hissə, 73.29 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 524.9 manat ödənilməmiş hissə, 52.1 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 172.61 manat ödənilməmiş hissə, 17.39 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1580 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 739.71 manat ödənilməmiş hissə, 73.29 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 524.9 manat ödənilməmiş hissə, 52.1 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 172.61 manat ödənilməmiş hissə, 17.39 manat cərimə borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1580 (bir min beş yüz səksən) manat məbləğində pul vəsaiti və 35.80 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1352/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1352/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver