Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1359/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manatın ödənilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manatın ödənilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abbasov X4 Elmir Alış oğlu ilə arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 2 ay ərzində, yəni xx.xx.2018-ci il tarixədək qaytarılması şərtilə Cavabdeh 15000 manat borc vermişdir. Lakin həmin müddət ərzində Cavabdeh borcunu qaytarmamış və bu günə qədər bir manat da olsun ödəniş etməmişdir. İddiaçı dəfələrlə Cavabdeh borcunu ödəməsini tələb etsə də, heç bir faydası olmamış, son zamanlar isə cavabdeh həmin borcu verməyəcəyini açıq şəkildə demişdir. Borc Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixinədək qaytarılmalı olduğu halda, 2 il 3 aya yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh öhdəliyini icra etməmişdir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə, iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 rayonu ərazisində yerləşən, Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 3M- 652 reyestr nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixinədək ödəməli olduğu borcu bu günədək ödəmədiyi üçün borclu Cavabdeh bildirişin göndərilməsini xahiş etmişdir. Lakin E.A. Şəmiyev 20 gün ərzində yenə də borcunu ödəməmiş, belə olan halda Bakı şəhəri 20 saylı notariat ofisində icra qeydi aparılaraq, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh 15000 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 15020 manat pulun tələbkarın xeyrinə tutulması təklif edilmiş və iş icra olunması üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edildiyindən tələbkarın nümayəndəsi Binəqədi rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək notariusun icra qeydinin geri qaytarılmasını xahiş etmiş, İcra şöbəsinin icra məmuru A.Ağalarova icra sənədinin geri qaytarılmasına dair xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Borclu Cavabdeh xx.xx.2018-ci il tarixinədək ödəməli olduğu 15000 manat pul məbləğini gecikdirdiyinə görə, xx.xx.2018-cı il tarixdən bu günədək həmin məbləğin Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş il üçün 5% olmaqla 2 il 2 ay 24 gün ərzində cəmi 11,17 %-ni, yəni 1675 manat pulu ödəməyə borcludur. Cavabdeh borclu olduğu 15000 manat məbləğ, 2018-ci ilin avqust ayından 2020-ci ilin noyabr ayınadək həmin illərin cəmi inflyasiyası qədər, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə uyğun olaraq indeksasiya olunaraq artırılmalıdır. Arayışdan da görünür ki, istehlak qiymətləri indeksi 2020-ci ilin sentyabr ayında 2018-ci ilin avqust ayına nisbətən 105,4 % təşkil edir. 2020-ci ilin oktyabr ayında isə bu rəqəm Dövlət Statistika Komitəsinin rəsmi internet saytında 100,2 % göstərilmişdir. Oktyabr ayı da daxil olmaqla istehlak qiymətləri indeksi cəm olaraq 105,6 % təşkil edir ki, bu da həmin müddət ərzində cəm inflyasiyanın 5,6 % olması deməkdir. Yəni, 15000 manat borc inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi olan 5,6 % qədər artırılmalıdır ki, bu da 840 manat təşkil edir. Cavabdehin qarşılıqlı iddia ərizəsi müqavilə öhdəliyinin icra edilməməsi niyyəti ilə verilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində istinad etdiyi halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə, ilik iddia ərizəsinin təmin edilməklə xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manat borcun, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən 15000 manat borcun gecikdirilmiş vaxt üçün illik 5%-i olmaqla xx.xx.2018-ci il tarixdən bu günədək cəmi 11,17% miqdarında, yəni 1675 manatın, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən 840 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 17535 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ilk iddia ərizəsində göstərilən iddia tələbi hər hansı sübuta və fakta əsaslanmayan iddiaçının öz mülahizələrini əks etdirən yalnız böhtan və şər xarakterlidir. Onun İddiaçı ilə əvvəllər yaxşı münasibəti olmuş, 2018-ci ilin iyun ayında İddiaçı ona 80000 manat dəyərində Rusiya istehsalı olan Rus Crustal markalı arağının olmasını bildirib, ona həmin arağı satmağı təklif etmişdir. Həmin vaxt onun həmin arağı alıb satmaq üçün pulu olmadığına görə İddiaçı ona notariat kontorunda 15000 manat məbləğində kredit müqaviləsi bağlayaraq həmin araqları satmaq üçün nisyə verə biləcəyini demişdir. O, razılaşaraq xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində aralarında İddiaçı ona 2 ay ərzində yəni xx.xx.2018-ci il tarixədək qaytarılması şərtilə 15000 manat borc verməsi ilə bağlı 3M-652 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Notariat ofisində kredit müqaviləsi bağlansa da həmin pul, yəni 15000 manat ona verilməmişdir. Aralarında olan razılaşmaya əsasən o, arağın satışından əldə edilən pulun 10%-ni özünə götürüb, pulun qalan hissəsini İddiaçı verməli idi. İddiaçı ona birinci dəfə 6000 manat dəyərində qalan vaxtlarda isə hər dəfə 1500-2000 manat dəyərində nisyə Rusiya istehsalı olan araq vermiş, o isə həmin nisyə aldığı araqları Bakı şəhərində ayrı-ayrı mağazalara satıb, pulunu İddiaçı verməklə yenidən 1500-2000 manat dəyərində nisyə araq alıb satmışdır. İddiaçı hər dəfə əvvəlcə alınmış arağın pulu tam ödənildikdən sonra ona nisyə araq vermişdir. O, İddiaçı 2 ay müddətində cəmi 20000 manat dəyərində nisyə araq alıb satmaqla pulunu İddiaçı vermis, lakin sonradan ona həmin arağın keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu təsdiq edən sertifikatının 2014-cü il tarixli olması məlum olmuşdur. O, bu barədə İddiaçı bildirsə də, ona bunu izah edə bilməmişdir. O, həmin arağın Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilməsindən və həmin arağın saxta olmasından şübhələnib həmin arağı satmaqdan imtina etmişdir. Həmin vaxt arağın satışından əldə edilmiş puldan ona çatan 2000 manat pulu götürüb qalan pulu İddiaçı təhvil vermişdir. İddiaçı o, həmin arağın satışından imtina etdiyinə görə ona öz narazılığını bildirib, 2000 manat pulu da verməyini ondan tələb etmişdir. O, isə həmin pulun aralarında olan razılaşmaya görə ona məxsus olmasını bildirmişdir. İddiaçı isə ziyana düşməsini, arağın satışını tam başa çatdırmadığına görə ona pul verməyəcəyini bildirib, həmin 2000 manat pulu ondan tələb etmişdir. O isə həmin pulu verməmişdir. İddiaçı müraciəti əsasında Bakı şəhəri 14 saylı notariat ofisində aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsi bağlı Bakı şəhəri 20 saylı Notariat Kontorunun 8i-2309 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydi aparılaraq ondan cəmi 15020 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi təklif edilmiş və iş icra olunması üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmiş, həmin şöbədə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin məsələ üzrə xx.xx.2018-ci il tarixdə iddiaçının ona 15000 manat borc verilməsi absurddur. Belə ki, İddiaçıla aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsi üzrə müqavilədə qeyd edildiyi kimi 15000 manat borc pul verilməmiş, müqavilə ilə razılaşdırılan məbləğ ona təqdim edilməmiş, bu haqda aralarında hər hansı bir akt imzalanmamış, eləcə də həmin pul vəsaitinin ona verilməsi ilə bağlı notarius bankda depozit hesabı açmamış, aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı 2 ay müddətində cəmi 20000 manat dəyərində nisyə araq alıb-sataraq pulunu qaytarmaqla, onun tərəfindən şifahi müqavilə üzrə götürdüyü öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Əgər İddiaçı ona xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsi üzrə 15000 manat borc vermişdirsə, nəyə görə həmin borcu 2 il ərzində ondan tələb etməmişdir. İddiaçıdan aldığı spirtli içkilərin pulunu ödəməsini şahid ifadələri ilə təsdiq edə bilər. Pulun qaytarılması barədə iddiaçıdan hər hansı bir sənəd almamışdır. Ona görə də ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-652 nömrə ilə qeyd edilmiş, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə razılaşdırılan məbləğin, yəni 15000 manatın ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-652 reyestr nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, borc verən borcalana 15000 manat məbləğində faizsiz borc vermiş, borcalan isə aldığı krediti xx.xx.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2020-ci il tarixli 02/1- 574 saylı məktubundan müəyyən olunur ki, istehlak qiymətləri indeksi 2020-ci ilin sentyabr ayında 2018-ci ilin avqust ayına nisbətən 105,4 % təşkil etmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, tələbkar İddiaçı müraciəti əsasında borclu Cavabdeh 15000 manatın tutulmasına dair icra sənədi geri qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin xx.xx.2015-ci il tarixli № AZ 0xx xxx 0681 seriyalı gigiyenik sertifikatının surətindən müəyyən olunur ki, hazırkı sertifikat xx.xx.2014-cü il tarixli 26 nömrəli kontraktla gətiriləcək Rus xrustalnaya nişanlı vodka üçün xx.xx.2018-ci il tarixinə kimi qüvvədədir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, o, Cavabdeh və X2 tanıyır. Cavabdeh ona 2018-ci ilin iyun ayında X.İ.X11 markalı arağını satmağa verməsini və arağın satılmasında ona kömək etməsini demişdir. O, təkliflə razılaşmışdır. Cavabdeh İddiaçıla kredit müqaviləsi bağlamasının səbəbi ona məlum deyildir. O, Cavabdeh İddiaçı dəfələrlə pul verməsinin şahidi olmuşdur. Lakin Cavabdeh İddiaçı verdiyi pulun məbləği ona məlum deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən İddiaçı borcalan Cavabdeh 15000 manat borc vermiş, borcalan xx.xx.2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsədə borcunu qaytarmamışdır. Məhkəmə iclasında borcalan Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcverən İddiaçı tərəfindən ona 15000 manat borc verilmədiyini, əslində onunla İddiaçı arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri olduğunu və o, aldığı malın dəyərini tam olaraq İddiaçı ödədiyini bildirsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Cavabdeh sübut növü olaraq məhkəməyə təqdim etdiyi oxunması mümkün olmayan qaimələr, şahid ifadəsi, təsdiq olunmamış izahatlar və sertifikatın surəti ilə bağlı qeyd edir ki, bu sənədlər bağlandığı gündən borcalan tərəfindən belə mübahisələndirilməyən müqavilə üzrə Cavabdeh öhdəliyinin icrasından azad edilməsi üçün əsas və mötəbər sübut növü ola bilməz. Belə ki, əgər tərəflər nisyə alqı-satqı müqaviləsi bağlamaq niyyətində olmuş olsaydılar notariat ofisində bu əqd barədə iradə ifadələrini bildirərdilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh qarşılıqlı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən ilk iddia ərizəsi 15000 manat borcun qaytarılması hissədində əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləninin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə ilk iddiaçının icranın gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə faiz tələbi və borc məbləğinin indeksləşdirilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il tarixədək müəyyən olunduğu halda borcverən vaxtında borcun qaytarılması üçün müraciət etmək hüququndan istifadə etməməklə hazırda faiz və pul məbləğinin indeksləşdirilməsi tələbini irəli sürməsi hüquqdan sui-istifadə olduğundan bu iddia tələblərinin təmin edilməməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, hər iki iddiaçı məcburi köçkün statusundan istifadə etməklə dövlət rüsumunu ödəmədiklərindən ilk iddiaçının dövlət rüsumunun geri qaytarılması tələbi də əsassızdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manat İddiaçı xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borcun ödənilmiş hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1359/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1359/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver