Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1360/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tutulan alimentin artırılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tutulan alimentin artırılması və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 görə, alimentin artırılaraq stabil pul şəklində hər ay 300 (üç yü) manat məbləğdə və məktəbdənkənar hazırlıq kurslarında ödənişli əsaslarla təhsilinin ödənilməsi üçün hər ay 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı sonuncu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh aliment öhdəliklərindən boyun qaçırdığı və yayındığı üçün qanunsuzluq etdiyinə görə bu səbəbdən xx.xx.2012-ci il təvəllüdlü X1 görə, hər ay 630 (altı yüz otuz) manat sabit pul məbləğdə alimentin və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuşlar və nikahları xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 986 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci il tarixdə X8 adlı uşaqları olmuşdur. Cavabdeh ilə aralarında ailə münasibətlərinin sonradan pozulması səbəbinə, iddiasına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(001)-5893/2015 saylı qətnamə ilə nikahlarının pozulması, birgə nikahdan doğulmuş, xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və onun yaşayışını təmin etmək üçün atası Cavabdeh xx.xx.2015-ci ildən başlayaraq yetkinlik yaşına çatana kimi hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini qət etmişdir. Nikah pozulduqdan sonra, o, öz “Heydərova” soyadını götürmüşdür. Sonradan, xx.xx.2019-cu il tarixdə Sumqayıt ASAN xidmət mərkəzində 3295 sayla X11 ilə nikahlarını qeydiyyata aldırarkən, öz “Heydərova” soyadını ər soyadına, yəni hal-hazırdakı “Həmidova” soyadına dəyişmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı icra vərəqi xx.xx.2015-ci il tarixdə icraya yönəldilmiş olsa da, Cavabdeh bir müddət aliment ödəmiş olsa da, 2018-ci ilin yanvar ayından aliment ödəməyi dayandırmışdır və indi də ödəməkdən imtinanı davam etdirir. Elə həmin vaxtdan da Cavabdeh uşaqla maraqlanmır, onun saxlanılması üçün nə maddi, nə də mənəvi köməklik göstərmir, bir valideyin kimi üzərinə düşən vəzifələri yerinə yetirmir, nikah pozulan vaxtdan indiyə kimi, ümumiyyətlə uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün aliment ödəməkdən qəsdən boyun qaçırır və hal hazırda da davam etdirir. Qanunvericiyə əsasən, alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Həmçinin qanunvericilikdə nəzərdə tutulduğu qaydada alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. X8 məktəbdənkənar hazırlıq kurslarında ödənişli əsaslarla təhsil alır və bunun müqabilində hər ay 200 manat məbləğdə pulu təhsil haqqı kimi ödəyir. Hesab edir ki, ödəmiş olduğu və gələcəkdə hər ay 200 (iki yüz) manat məbləğdə təhsi haqqı ödəmək üçün, tələb olunan məbləğ cavabdehdən tutularaq ona verilməlidir. Mövcud qanunvericiliyə görə, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin tutulması mümkün olmadığı, çətinlik törətdiyi və pozulduğu başqa hallarda, tələbkarın xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmçinin cavabdeh aliment öhdəliklərindən boyun qaçırdığı və yayındığı üçün qanunsuzluq etdiyinə görə bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur və məhkəmədə hüquqlarının keyfiyyətli müdafiə edilməsi üçün 5 saylı vəkil bürosunun vəkili Vəkil ilə müqavilə bağlamışdır və hesaba 100 (yüz) manat pul ödəmişdir. Buna görə də, vəkil nümayəndəyə hüquqi yardım üçün tərəfindən çəkilmiş xərc cavabdehdən onun xeyrinə tutulmalıdır. Odur ki, göstərilənlər əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdeh 4 aydır ki, aliment ödəmir. Uşağın hazırlıq kursları, servisi barədə sənədlər iş materiallarına əlavə edilmişdir. Uşağın xərcləri çoxdur. Bütün bunlar hesablandıqda uşaq üçün çəkilən xərcin təxminən 630 manat təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də cavabdehdən 630 manat aliment və 100 manat vəkil xərcinin tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 630 manat məbləğində aliment ödəmək imkanı yoxdur, o, günə muzd fəhlə kimi işləyir, ustanın yanında palçıq qarışdırmaqla minimum gəlir əldə edir, geyimini belə dəyişməyə imkanı yoxdur(məhkəmə iclasında sökük üst geyimi və yararsız halda ayaqqabısını göstərərək məhkəməni inandırmağa çalışmışdır). Anası baxçada müəllimə işlədiyi üçün ona aliment və digər xərclərə görə dəstək olur, atası isə əmək qabiliyyətsizdir. Alimentlə bağlı 2 aylıq borcu qalmışdır. Halbuki iddiaçı müğənnidir və kifayət qədər gəliri olmasına baxmayaraq ondan bu vəziyyətdə həddindən çox aliment tələb etməsini başa düşə bilmir. Bundan başqa uşaqla ünsiyyətinə mane olur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiasının təmin edilməsi, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 aprel 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 (yüz səkiz) manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi və s. qət edilmişdir. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 248 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Rzayev”, qadına “Heydərova” soyadı verilmişdir. Binqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən, AZ-İV seriyalı, 228695 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 2 avqust 2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28 dekabr 2012-ci il tarixində 4571 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X7r. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli BPM**********14 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-yə şagird daşınma xidməti üçün 371 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli BPM**********36 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-yə şagird daşınma xidməti üçün 170 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən verilən xx.xx.2016-cı il tarixli BPM**********36 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-yə şagird daşınma xidməti üçün 185 manat ödəniş edilmişdir. Azyaşlıya məktəbə qədər hazırlıq xidmətinin göstərilməsi haqqında 31 may 2018-ci il tarixli müqaviləyə əsasən X3 təhsil alması üçün "xxxx" MMC-yə aylıq 160 manat təhsil haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 Təhsil Mərkəzinin mikrorayon filialında rus bölməsində "xxxx" məktəbəqədər hazırlıq proqramı üzrə 09.20xx-xx.2019-cu il tarixlərində təhsil almışdır. "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixinə olan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixində 60,08 manat aliment ödənişi edilmişdir. 8732 saylı ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 319 saylı müqavilə üçün 109 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah münasibətləri 2015-ci ildən pozulmuşdur. Birgə nikahdan olan uşaq anasının himayəsindədir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 aprel 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 108 (yüz səkiz) manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinin artırılmasını və 630 manat məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə uşaq üçün 130 manat aliment ödəmək imkanı olduğunu və daha artığını ödəyə bilməyəcəyini bildirrmişdir. Cavabdeh 4 aydır ki, aliment ödənişi etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman həm alimentin artırılmasını, həm də cavabdehin uşağın əlavə xərclərinə cəlb edilməsini xahiş etsə də, tələbini sonradan dəyişdirərək məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını tələb etmişdir. Bunu isə uşağın xərclərinin artması ilə əsaslandırmışdır. Bu baxımdan məhkəmə tələbə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi baxımından müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımdan qiymət vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X5 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafiəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, uşağın xərcləri və uşaqlar üçün yaşayış minimumu artmışdır. Cavabdeh isə göstəilən məbləğdə aliment ödəmək iqtidarında olmamasına görə iddiaya etiraz edir və alimentin artırılması zəruri hesab edildiyi halda 20-30 manat ödəyə biləcəyini qeyd edir. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşaqların yaşlarına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2015-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşağın mənafeyinə uyğun hesab edilə bilər. Yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmamaqla aliment ödəməli olan şəxsin gəlirinin də artması demək deyildir. Belə ki, Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq 150 manat miqdarda müəyyən edilməlidir. Belə ki, aliment ödəyən şəxsin maddi vəziyyətində tələb olunan məbləğdə alimenti ödəməyə imkan verəcək dərəcədə dəyişiklik olduğu müəyyən edilmir. Cavabdehin rəsmi qaydada iş yerinin olmaması onun fəhlə kimi tikintilərdə işləməsi barədə dəlilində inandırıcılıq yaradır. Bundan başqa cavabdehin məhkəmə iclasında nümayiş etdirdiyi mövqe onun maddi vəziyyətinin çətin olduğu qənaətini formalaşdırır. Belə olan halda aliment ödəməli olan şəxsin üzərinə onun vəziyyətini nəzərə almadan həddindən artıq yük qoymaq heç bir halda uşaqların və tərəflərin mənafeyinə uyğun hesab edilə bilməz. Çünki aliment borcunun yaranması aliment ödəməli olan şəxsin barəsində gələcəkdə inzibati və cinayət məsuliyyəti yarada bilər və nəticədə uşaq üçün alimentin ödənilməsində yubanmalara səbəb olacaqdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa iddiaçının hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat xərcin cavabehdən tutulması hissədində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki,məhkəmə, iddianın qismən təmin edilməsini və məhkəmə iclaslarının sayını, mübahisənin mahiyyətini nəzərə alaraq hesab edir ki, vəkilə ödənilməli olan xərclərə görə Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaitinin tutulması ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 02 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, vəkilin göstərdiyi yardıma görə Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 02 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Vəkilin göstərdiyi yardıma görə Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1360/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1360/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver