Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1379/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Paltaryuyan Samsung, qəhvəüyüdən Bosch, qazan dəsti Shosman, imei kodu **********14880 olan X3 13 markalı telefon almış və nəticədə 1419.93 manat məbləğində borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1780.02 manat (yəni 18 ay x 98.89 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Samsung, qəhvəüyüdən Bosch, qazan dəsti Shosman üçün ümumilikdə 962.13 manat olmaqla, ondan 740.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 222.03 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 668.04 manat (yəni 12 ay x 55.67 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********14880 olan X3 13 markalı telefon üçün ümumilikdə 457.8 manat olmaqla, ondan 334 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat, müştəriyə güzəşt olunaraq 100.20 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1074.10 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, qəhvəüyüdən Bosch, qazan dəsti Shosman üçün 740.10 manat ödənilməmiş hissə, 222.03 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********14880 olan X3 13 markalı telefon üçün 334 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat, 100.20 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1419.93 manat məbləğində borcun və 34.20 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə Paltaryuyan Samsung, qəhvəüyüdən Bosch, qazan dəsti Shosman, imei kodu **********14880 olan X3 13 markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Paltaryuyan Samsung, qəhvəüyüdən Bosch, qazan dəsti Shosman üçün 740.10 manat ödənilməmiş hissə, 222.03 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********14880 olan X3 13 markalı telefon üçün 334 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.60 manat, 100.20 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1419.93 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh 19 fevral 2023-cü il və 28 yanvar 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 19 fevral 2023-cü il tarixli müqavilə üzrə 740.1 manat ödənilməmiş hissə və 28 yanvar 2024-cü il tarixli müqavilə üzrə 334 manat ödənilməmiş hissə və 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müvafiq olaraq 19 fevral 2023-cü il tarixli və 28 yanvar 2024cü il tarixli müqavilələr üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq cavabdehdən 19 fevral 2023-cü il tarixli müqavilə üzrə 22 manat və 28 yanvar 2024-cü il tarixli müqavilə üzrə 10 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdeh X1 iddiaçı "xxxx" MMC ilə bağladığı 19 fevral 2023-cü il tarixli və 28 yanvar 2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 19 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 740.1 manat ödənilməmiş hissə, 22 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 334 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 10 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1129.7 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 740.1 manat ödənilməmiş hissə, 22 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 334 manat ödənilməmiş hissə, 23.6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu və 10 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1129.7 (bir min bir yüz iyirmi doqquz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 34.20 manat dövlət rüsumunun 80%-i, yəni 27.36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 20%-i, yəni 6.84 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1379/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1379/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver