Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1401/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay üçün müəyyən edilmiş hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması hissəsini dəyişdirərək, hər ilin hər ay üçün minimum məbləğdən az olmayan sabit pul məbləğdə, hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girərək evlənmişlər. Həmin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehlə aralarında bağlanmış nikahları Səbail Rayon Məhkəməsinin 2(009)-213/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 onun himayəsində saxlanılmış və Cavabdeh 01 yanvar 2019-cu il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Məlum olduğu kimi uşaqlar ildən ilə böyüyür, bununla da onlara sərf olunan xərcləri də artır. Cavabdeh tərəfindən hər uşaq üçün aylıq ödənilən 120 manat aliment isə nəinki uşağın saxlanması, heç uşağın xırda ehtiyaclarının cüzi hissəsini belə ödəmir(çatmır). Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında Yaşayış Minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat,pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Bu qanun 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir. Ona görə də hesab edir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-213/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Məhkəməsinin 2(009)-213/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh sabit pul məbləğində tutulan hər uşağa görə 120 manat alimentin məbləği artırılaraq hər ilin hər ayı üçün Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında Yaşayış Minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən minimum məbləğindən az olmayan məbləğə(2023-cü il üçün hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manata) çatdırılmalıdır. Bundan başqa o, iddia tələbi üzrə cavabdehlə aralarında yaranan mübahisənin mediasiya vasitəsi ilə həll olunmasını təklif etsə də, cavabdeh ilkin mediasiya sessiyalarından sonra prosesin davam etdirilməsinə razılığa gəlmədi. Bu səbəbdən də mediasiya xərci olaraq 50 manat məbləğində pulu da o ödəmişdir. Bu səbəbdən də hesab edir ki, mediasiya xərci olaraq ödədiyi 50 manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, alimentin artırılması tələbinə dair iddianı qismən qəbul etdiyini, birgə nikahdan olan yetkinlik yaşına çatmayan 3 uşağa təyin edilmiş cəmi 360 manat alimentin artırılaraq, 500 manat təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, maddi cəhətdən övladlarının saxlanılmasında çətinlik çəkir. Belə ki, hər ay hər uşağa görə 120 manat alimentin tutulması barədə qətnamə 2019-cu ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaqlar böyümüş və onların saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanının olmadığını və uşaqların saxlanması üçün cəmi 500 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 103556 №-li, AZ-İİ seriyalı 544167 №-li və AZ-İİ seriyalı 909728 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası X2r. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmış 02 oktyabr 2007-ci il tarixli 356 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 anaları X1 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh 01 yanvar 2019-cu il tarixdən başlayaraq 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə edilmiş məlumatlardan görünür ki, İddiaçı satıcı işləyir və əmək haqqısı 345 manat təşkil edir. Cavabdeh isə "xxxx" MMC –də menecer vəzifəsində, Azərbaycan Kooperasiya Universitetində idman üzrə məşqçi –müəllim vəzifəsində işləyir, əmək haqqısı müvafiq olaraq 1356 manat və 190 manat təşkil edir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 30 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə, 11:00-12:00 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 120 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 213/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesinə ödədiyi 50 manat ödənişin cavabdehdən alınıb ona ödənilməsi hissəsində iddia tələbi təmin edilməli, cavabdehdən ödənilmiş mediasiya xərci, yəni 50 manatı tutularaq, iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 120 manat miqdarda alimentin məbləği artırılmalı, 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 200 manat miqdarda aliment tutularaq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-213/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 14 aprel 2008-ci il təvəllüdlü X5, 16 avqust 2010-cu il təvəllüdlü X6 və 22 iyun 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1401/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1401/2023
06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver