Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1423/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” BOKT MMC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada “xxxxxxxxxx” BOKT MMC-nin xeyrinə 725 manat əsas borc və 500 manat cərimə borcu olmaqla, cəmi 1.225 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1 arasında xx xxxx 2015-ci il tarixdə bağlanan BAKU1-184941-11573 saylı Kredit xətti müqaviləsinə və onun əsasında imzalanmış xx xxxx 2015-ci il tarixli BAKU1-1849-11573 saylı Razılaşmaya əsasən ikinciyə illik 36 faizlə 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxx 2015-ci il tarixli BAKU1-18941- 11573+BAKU1-28507 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx xxxx 2015-ci il tarixli ödəniş cədvəlinə əsasən borclu hər ay 146 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozmuşdur. Beləliklə, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə 725 manat əsas borc və 500 manat cərimə borcu olmaqla, cəmi 1.225 manat borcu qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1arasında bağlanmış xx xxxx 2015-ci il tarixli BAKU1-18941-11573 saylı kredit xətti müqaviləsindən görünür ki, kreditverən bu müqavilənin tərkib hissəsi olan Razılaşmalarda göstərilən məbləğdə və faizlə 60 ay müddətinə Kreditalanın istifadəsinə 20.000 manat və ya 20.000 ABŞ dolları məbləğində limit müəyyən etməklə bərpa edilən kredit xətti açmağı, kredit alan isə həmin alınmış kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faiz ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən “Kredit verən” gecikdirilən günlər üçün də faiz hesablanmaqla hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 2 faizi miqdarında pulu tətbiq edə bilər. “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1arasında bağlanmış xx xxxx 2015-ci il tarixli BAKU1-18941-11573 saylı Razılaşmadan və ona əlavə edilən ödəniş qrafikindən görünür ki, “xxxxxxxxxx” BOKT MMC kreditalana illik 36 faizlə 18 ay müddətinə 2.000 manat məbləğində kredit vermişdir. Qeyd edilən kredit məbləği ödəniş qrafikinə əsasən illik 36 faizlə kreditverənə qaytarılmalıdır. “xxxxxxxxxx” BOKT MMC ilə borcalan Cavabdeh1və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli BAKU1-18941-11573+BAKU1- 28507 saylı zaminlik müqaviləsindən görünür ki, zamin “xxxxxxxxxx” BOKT MMC ilə borcalan Cavabdeh1arasında bağlanmışxx xxxx 2015-ci il tarixli BAKU1-18941-11573 saylı kredit xətti üzrəöhdəliklərin icrası üçün kreditalan Cavabdeh1ilə birgə məsuliyyət daşımağıvə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsiniöhdəsinə götürmüşlər. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin müddəti kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzandıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdeh1 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 2122/HO-OUT nömrəli məktubdan görünür ki, ona Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq kreditin restrukturizasiya olunması üçün 10 gün ərizndə “xxxxxxxxxx” BOKT MMC-nin filialına müraciət etməsi təklif olunmuşdur. xx xxxxxx 2020-ci iltarixlimaliyyəarayışındangörünürki, borcluCavabdeh1 xx xxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə 725 manat əsasborc, 0manat faiz borcu və 500 manat cərimə hesablanmışdır. “xxxxxxxxxx” BOKT MMC-nin cavabdehlərə ünvanladığı xx xxxxx 2018-ci il tarixli xəbərdarlıqməktubundan görünürki, onlara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər. xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1arasında bağlanmış xx xxxx 2015-ci il tarixli BAKU1-18941-11573 saylı kredit xətti müqaviləsinə əsasən kreditverən bu müqavilənin tərkib hissəsi olan Razılaşmalarda göstərilən məbləğdə və faizlə 60 ay müddətinə Kreditalanın istifadəsinə 20.000 manat və ya 20.000 ABŞ dolları məbləğində limit müəyyən etməklə bərpa edilən kredit xətti açmağı, kredit alan isə həmin alınmış kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faiz ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1arasında BAKU1-18941-11573 saylı Razılaşma bağlanmış və razılaşmaya əsasən “xxxxxxxxxx” BOKT MMC tərəfindən kreditalana illik 36 faizlə 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmiş, kreditalan müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağıöhdəsinə götürmüşdür.Daha sonra “xxxxxxxxxx” BOKT MMC ilə borcalan Cavabdeh1və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər “xxxxxxxxxx” BOKT MMC ilə borcalan Cavabdeh1arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, BAKU1-18941-11573 saylı kredit xətti üzrəöhdəliklərin icrası üçün kreditalan Cavabdeh1ilə birgə məsuliyyət daşımağıvə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsiniöhdəsinə götürmüşlər. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, maliyyə arayışına əsasən bank tərəfindən onlara 725 manat əsasborc və 500 manat cərimə hesablanmışdır. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 500 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2015-ci il tarixli, BAKU1-18941-11573 saylı Razılaşma üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 725 manat əsas borc və 50 manat cərimə olmaqla, cəmi 775 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19 manatı iddiaçı “xxxxxxxxxx” X5 X1 Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx xxxx 2015-ci il tarixli, BAKU1-18941-11573 saylı Razılaşma üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 725 (yeddi yüz iyirmi beş) manat məbləğində borc və 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 775 (yeddi yüz yetmiş beş) manat məbləğində borc və 19 (on doqquz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxxxxxxxx” X5 X1 Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1423/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1423/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver