Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1426/2022 30.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14,41 manat məbləğində dəymiş maddi zərərin əvəzinin, 300 manat məhkəmə xərclərinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 344,41 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı elektron kabineti vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. Odur ki, məhkəmə icraatının hazırlıq mərhələsində olan 2(001)-1426/2022 saylı mülki işin ərazi aidiyyətinə görə onun qeydiyyatda olduğu yer üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 hazırki mülki işin baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin fikrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “my.gov.az” portalından əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 14A, mənzil 7-dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh hüquqi ünvanı AZ1116, ünvan 1 Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hazırki iddia tələbi istehlakçı hüquqlarının pozulmasından irəli gələn pul tələbidir. Yuxarıda sadalanan prosessual normalardan da göründüyü kimi, mülki prosessual qanunvericilik istehlakçının hüququnun müdafiəsi haqqında iddialar üzrə iddiaçıya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə və ya özünün yaşadığı yerin məhkəməsinə, habelə müqavilənin bağlandığı və ya icra edildiyi yerin məhkəməsinə müraciət etmək üçün seçim hüququ verilmişdir. İddiaçı cavabdehin hüquqi ünvanı üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş olsa da, hazırda iddiaçı mülki prosessual qanunvericilikdə təsbit edilmiş aidiyyət seçimi hüququndan istifadə edərək mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə özünün yaşadığı yerin məhkəməsinə, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Belə olan halda məhkəmə mülki prosessual qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair 2(001)-1426/2022 nömrəli mülki iş baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 45, 167, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cəlb edilməklə) “maddi zərərin ödənilməsi” tələbinə dair 2(001)-1426/2022 nömrəli mülki iş baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1426/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1426/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver