Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-143/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 20 saylı mənzil onun mülkiyyətindədir. Üst mərtəbədə olan ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilin mülkiyyətçisi Cavabdehdur. Cavabdehin mülkiyyətində olan mənzildə santexnik qurğularının nasazlığı səbəbindən onun mənzilinə dəfələrlə su axıdılmış, daimi olaraq su axıdılan yerlər nəm vəziyyətdə qalmışdır. Nəticədə mənzilinin hamam, sanitar qovşağı, mətbəxin tavan hissəsinin suvağı tökülmüş, mənzilin dəhlizinə su sızmış, təmir qismən yararsız vəziyyətə düşmüşdür. Vurulan ziyanın məbləği 900 manat civarındadır. Dəfələrlə cavabdehdən mənzilində olan nasazlıqların aradan qaldırılmasını və su axımının qarşısının alınmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bu məsələ ilə bağlı mənzil istismar idarəsinə müraciətləri də bir nəticə verməmişdir. İdarədə ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh tərəfindən onun mənzilinə su axıdılması nəticəsində mülkiyyətində olan mənzilin təmirinə 900 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.2, 1097.1, 1097.2 və 1098.01-ci maddələri ilə əsaslandıraraq, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilə su axıdılması nəticəsində mənzilinin təmirinə vurulmuş 900 manatın, məhkəmə üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh tutularaq ona verilməsi, mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, o cümlədən santexniki qurğuların dəyişdirilməsi, həmin mənzilin sanitar qovşağında olan döşəmənin izolyasiya olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, sözügedən zərərin hazırki iş üzrə Cavabdeh zərərvurmuş şəxsin vərəsəsi kimi tələb edir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, sözügedən mənzilin 5 il əvvəl mülkiyyətçisi atası olmuş, atası vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzilin onun adına qeydiyyata alınmış, lakin 11 may 2024-cü il tarixdə həmin mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Elçin Orucova satılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, 21 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/714 nömrəli 03 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 21 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 23 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heçbir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmuşdur ki, baxış keçirilən zamanı, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin üstündə yerləşən Cavabdeh məxsus 23 saylı mənzildə su sistemində (gözlə görünən hissələrdə) nasazlıqların olmadığı müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 21 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 284 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6745 nömrəli 19 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzilin üstündə yerləşən Cavabdeh məxsus 23 saylı mənzilə baxış zamanı 23 saylı mənzilə baxış keçirilməsi təşkil olunmuşdur. Baxış zamanı, həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, cavabdehin mənzilinin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. ünvan 2 ünvanında yerləşən 21 saylı mənzildə yaşayan İddiaçı mənzili təmir olunduğundan, əvvəlki vəziyyətində saxlanılmadığından, baxış zamanı həmin mənzildə su sızma izlərinə xarakterik izlər müşahidə edilmədiyindən qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, hər hansı tikiliyə tikinti üzrə dəymiş maddi ziyan həmin tikilinin təmir-bərpasına zamanı istifadə olunacaq tikinti materiallarının növündən və tikintiyə sərf ediləcək xidmət haqqından (xidmət haqqı razılaşmadan aslı olaraq dəyişə bilər) asılı olaraq müəyyən edilə bilər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X1 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur və o, miras əmlakdan 1/1 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə X2 verilmiş 30/18510 qeydəalma nömrəsi ilə 635 nömrəli kitabın 95347-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.82 kv.m, yaşayış sahəsi 42.02 kv.m, 3 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 164689 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 164688 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 11 may 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ilə alıcı X7 arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Həmzə Babaşov küçəsi, ev 10, 23 mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin mənzil 160000 manata satılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1144 nömrəli 02 iyul 2024-cü il tarixli rəyi ilə iddiaçının mülkiyyətində olan ünvan 2, 21 saylı mənzilə həmin evdə yerləşən 23 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün tələb olunan vəsaitin məbləğinin 284 manat olması təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, zərər vurulan zaman Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Həmzə Babaşov küçəsi, ev 10, 23 saylı mənzilin mülkiyyətçisi X3 olmuş və o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun miras əmlakını vərəsəsi olaraq oğlu, hazırki iş üzrə Cavabdeh qəbul etmişdir. Məhkəmə mülki işin faktiki hallarını qiymətləndirib, anoloji mübahisə ilə bağlı Konsitutisiya Məhkəməsi Plenumunun mövqeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, iddiaçının mənzilinə suyun axıdılmasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Həmzə Babaşov küçəsi, ev 10, 23 saylı mənzilin mülkiyyətçisi olmuş X1 təqsirli olması təsdiq edildiyindən, iddia tələbi onun miras əmlakını qəbul etmiş qanun üzrə vərəsəsi olan Cavabdeh qarşı əsaslı olaraq irəli sürüldüyündən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 284 manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilməlidir. Bununla yanaşı iddiaçının “mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, o cümlədən santexniki qurğuların dəyişdirilməsi, həmin mənzilin sanitar qovşağında olan döşəmənin izolyasiya olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi hissəsində məhkəmə hesab edir ki, nəzərə alaraq ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/714 nömrəli 03 iyul 2024-cü il tarixli rəyi ilə cavabdehə məxsus mənzildə nasazlığın olması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 284 manat məbləğində dəymiş maddi zərər tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%, yəni 15 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 15 manatı iddiaçıya aid edilsin. İddia tələbi “mənzilinə suyun axıdılmasının qarşısının alınması üçün bütün tədbirlərin, o cümlədən santexniki qurğuların dəyişdirilməsi, həmin mənzilin sanitar qovşağında olan döşəmənin izolyasiya olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-143/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-143/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver